Məhkəmə qərarları › İş №3(3-6)-960/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-960/2026

16.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-960/2026 16.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nağıyeva Milana Varis qızının katibliyi ilə, Qərardan şikayət verən orqan (şəxs) şikayətin təmin edilməməsi, Qaradağ rayon Polis Idarəsinin Dövlət yol polisi şöbəsinin ##.##.2026-cı il tarixli EQ ******** saylı inzibati tənbehvermə haqqında qərarın qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasına dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Qərardan şikayət verən orqan (şəxs) şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhəri DIN BDYPI-nin ##.##.2026-cı il tarixli EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, DIN BDYPI X1 ## ###### 2026-cı il tarixli EQ******** nömrəli qərarı ilə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə təqsirli bilinərək, 100 (bir yüz) manat cərimə edilmişdir. Bildirilir ki, ## ###### 2026-cı il tarixində “SMS Radar” mobil tətbiqinə və telefon nömrəsinə 2026-ci 08 yanvar tarixli, EQ******** nömrəli inzibati xəta haqqında protokol sms məlumatlandırma Moskva pr, Badi Səba restoranın qarşısı, 20 yanvar dairəsi istiqaməti ilə hərəkət edərkən 5.9, 5.10.1-5.10.3 ümumi istifadədə olan nəqliyyat vasitələri üçün zolaqlı yol ilə hərəkət etdiyi hesab olunaraq ona cərimə bildirişi daxil olmuşdur. Şəkildə və video görüntüdə göründüyü kimi hərəkəti davam etdirdiyi zolağda, yəni yolun 1-ci hissəsi yaxşı görünüşü təmin edilən xüsusi rəngdə olan 1.5 üfüqi nişanlanma (Tək qırıq-qırıq xətt) xətti hərəkət zolaqlarının sərhədlərini aydın şəkildə göstərir. Hərəkət etdiyi yolda göründüyü kimi 5.9 nişanı yəni, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün zolaq və 1.23 (“BUS” yazısı) nişanlanması ilə işarələnən zolaq olmadığından hərəkətini yolun 1-ci hissəsi ilə davam etdirmişdir. 1.5 üfüqi nişanlanmadan görünür ki, həmin zolaq ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmamışdır. “Yol hərəkəti haqqında” Qanunun 48-ci maddəsinə əsasən 5.9 (Ümumi istifadədə olan nəqliyyat vasitələri üçün zolaq) nişanı və 1.23 (“BUS” yazısı) nişanlanması ilə Işarələnən zolaqlarda digər nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır. Odur ki, Moskva pr, Badi Səba restoranın qarşısı, 20 yanvar dairəsi istiqaməti ilə hərəkətini davam etdirdiyi yolun 1-ci hissəsində 5.9 (Ümumi istifadədə olan nəqliyyat vasitələri üçün zolaq) nişanı və 1.23 (“BUS” yazısı) nişanlanması ilə işarələnən zolaqların olmamasını (foto şəkildə göründüyü kimi) və ümumiyyətlə həmin yolun 1-ci hissəsi yaxşı görünüşü təmin edilən xüsusi rəngdə olan 1.5 üfüqi nişanlanma (Tək qırıq-qırıq xətt) xətti hərəkət zolağının sərhədlərini aydın şəkildə ayırdığını nəzərə alaraq DIN BDYPI X1 2026-cı il ## ###### tarixli EQ******** nömrəli qərarını tam qanunsuz və əsassız olmasını hesab etmiş, həmin protokolun ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməmiş, Qaradağ rayon Polis Idarəsinin Dövlət yol polisi şöbəsinin ##.##.2026-cı il tarixli EQ ******** saylı inzibati tənbehvermə haqqında qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin qərarından narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və şikayətinin təmin edilməsini xahiş etmişdir. Tərəflərin çıxışları: Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayətin təmin edilməsini xahiş etdi. Apellyasiya qaydasında verilmiş şikayət üzrə məhkəmə baxışı ilə əlaqədar işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə inzibati xəta haqqında qərarı qəbul etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, IXM-in 133.2.4-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Məhkəmə apellyasiya qaydasında verilmiş şikayətin dəlillərini inzibati işin materialları ilə əlaqəli şəkildə araşdıraraq və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) dinləyərək hesab edir ki, apellyasiya qaydasında verilmiş şikayət təmin olunmamalı və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri DIN BDYPI-nin ##.##.2026-cı il tarixli EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, ##.##.2026-cı il tarixdə saat 09:25-də Moskva prospekti, Badi Səba restoranının qarşısı 20 Yanvar dairəsi istiqamətində olarkən “Mitsubishi Galant minik” markalı, **-UU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən “Yol hərəkəti haqqında” Qanunda göstərilən 5.9, 5.10.1-5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yolda hərəkət etdiyinə görə Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 327.1-1. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə yüz manat məbləğində cərimə edilir. Ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolaqlarında rejimin qaydaları "Yol hərəkəti haqqında" Qanunun 48-ci maddəsində nəzərdə tutulur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinin IV bəndinə əsasən 5.9, 5.10.1—5.10.3 nişanları ilə işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkəti və dayanması qadağandır. Əgər bu zaman həmin zolaq qırıq-qırıq nişanlama xətti ilə qalan hərəkət hissəsindən ayrılmışdırsa, nəqliyyat vasitələri dönərkən bu zolağa keçə bilərlər. Həmçinin belə yerlərdə yola girərkən və hərəkət hissəsinin sağ kənarında sərnişinlərin minməsi və düşməsi üçün bu zolağa keçməyə icazə verilir, lakin bu, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün maneə yaratmamalıdır. Iş materialında olan 01 ədəd CD diskə əlavə olunmuş görüntülərdən aydın olur ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə saat 09:25-də Moskva prospekti, Badi Səba restoranının qarşısı 20 Yanvar dairəsi istiqamətində olarkən “Mitsubishi Galant minik” markalı, **-UU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yola dönmə əməliyyatının həyata keçirilməsi üçün nəzərdə tutulmuş hissəyə çatmadan həmin zolağa daxil olmuşdur. Odur ki, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq şikayəti təmin etməmişdir Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 134.1.4-cü maddəsini rəhbər tutaraq, qərara aldı: Qərardan şikayət verən orqan (şəxs) tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) şikayətinin təmin edilməməsi və Qaradağ rayon Polis Idarəsinin Dövlət yol polisi şöbəsinin ##.##.2026-cı il tarixli EQ ******** saylı inzibati tənbehvermə haqqında qərarın qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasına dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar