Məhkəmə qərarları › İş №3(3-6)-962/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-962/2026

24.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-962/2026 24.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 iştirakı ilə, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Protokol tərtib edən orqanlar (bundan sonra - səlahiyyətli orqan) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM-in) 430.4-cü maddəsi ilə tərtib etdiyi ## ###### 2025-ci il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərmişdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı ilə (hakim X2) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin 20%-ni təşkil edən 10000,00 Avro (Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq 19500,00 manat) məbləğində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC həmin məhkəmə qərarından şikayət verib, onun ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin izahatları: Şikayət onunla əsaslandırılmışdır ki, iş üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin ## ###### 2023-cü il tarixdə “X1 İnternational GmbH and Co KG” şirkətinə avans yolu ilə ödədiyi 50000,00 Avro valyuta vəsaiti müqabilində malların Azərbaycan Respublikasına idxal olunmasına dair 01231000515375, 01241000021264 və ************** nömrəli gömrük bəyannamələrində ödəniş kodu səhvən “avans ödənişi” kimi göstərildiyinə görə “xxxx” ASC həmin ödənişi avans ödənişi kimi qəbul edib, səlahiyyətli orqana ## ###### 2025-ci il tarixli məktub göndərmiş, bunun əsasında səlahiyyətli orqan həmin Cəmiyyət barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. “xxxx” ASC səlahiyyətli orqana inzibati xəta haqqında protokolu tərtib etdiyi ## ###### 2025-ci il tarixdən əvvəl, yəni ## ###### 2025-ci il tarixdə göndərdiyi məktubda göstərmişdir ki, iş üzrə həmin Cəmiyyət tərəfindən 50000,00 Avro məbləğində pul avans kimi ödənilməmiş, həmin pul məbləği 2023-2024-cü illərdə 01231000515375, 01241000021264 və ************** nömrəli gömrük bəyannamələri əsasında müvafiq olaraq 21677,91 Avro, 19726,83 Avro və 8595,26 Avro olmaqla, cəmi 50000,05 Avro dəyərində Azərbaycan Respublikasına idxal edilmiş mallar üçün ödənilmişdir. Bundan əlavə, “xxxx” ASC ## ###### 2026-cı il tarixli məktubunda həmin gömrük bəyannamələrinin banka ## ###### 2026-cı il tarixdə təqdim edildiyini göstərmişdir. Məhkəmə iclasında iştirak etmiş səlahiyyətli orqanın nümayəndəsi verdiyi izahatında işin göstərilən faktiki hallarını nəzərə alıb, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi işin bu halları nəzərə almamış, onları dəqiqləşdirmək məqsədilə “xxxx” ASC-yə sorğu göndərməmiş, eləcə də iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin etməmişdir. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin qəbul etdiyi qərar qanunsuz və ədalətsizdir. Apellyasiya məhkəməsi iclaslarına tərəflər vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq nümayəndələri gəlməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə şikayətə tərəflərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş üzrə şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin ## ###### 2016-cı il tarixli, **/* nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 (on min) Avro ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Protokol tərtib edən orqanlar təqdim edilir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırdıqdan sonra Azərbaycan Respublikası İXM-in 75, 76 və 84-cü maddələrinin tələblərinə əməl edib, iş materiallarına əlavə edilmiş “xxxx” ASC-nin səlahiyyətli göndərdiyi ## ###### 2025-ci il tarixli, KB-***/*-****/**** nömrəli məktubuna, ona əlavə edilmiş müvafiq sənədlərə (məhkəmə həmin sənədlərin məzmununun birinci instansiya məhkəməsinin qərarında göstərilib şərh edilməsinə görə hazırkı qərarda təkrarlanmasına zərurət görmür) və Azərbaycan Respublikası Mərkəzi Bankının yuxarıda göstərilmiş Qərarı ilə təsdiq edilmiş Qaydaların 4.3.1.3-cü bəndinə əsaslanmaqla, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin iş üzrə tərtib edilmiş inzibati xəta haqqında protokolun məzmununa uyğun şəkildə, ## ###### 2023-cü il tarixdə xaricə - “X1 İnternational GmbH and Co KG” şirkətinə köçürdüyü 50000,00 Avro məbləğində pulun müqabilində aldığı malları (xidməti) 2 il müddət keçsə də, Azərbaycan Respublikasına idxal etməməsi və ya həmin valyuta vəsaitini geri qaytarmamasını müəyyən edib, Azərbaycan Respublikasının İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi və barəsində göstərilən maddənin sanksiyasında nəzərdə tutulmuş minimum həddə inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi bu barədə nəticəyə gələrkən nəzərə almışdır ki,: - şəxs valyuta vəsaitini avans yolu ilə Azərbaycan Respublikasından kənara (xaricə) köçürdükdən sonra ödənişin aparıldığı gündən 2 (iki) il müddətində Azərbaycan Respublikasına bunun müqabilində müvafiq dəyərdə olan malları idxal etmədikdə və ya həmin məbləğdə valyuta vəsaitini qaytarmadıqda həmin 2 illik müddətin bitdiyi gün onun əməlində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlaməti yaranır. Həm buna, həm də iş üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC ## ###### 2023-cü il tarixdə bank vasitəsilə avans yolu ilə Azərbaycan Respublikasından kənara (xaricə) 50000,00 Avro məbləğində valyuta vəsaitini köçürdüyü halda, ödənişin aparıldığı gündən 2 illik müddətin sonuncu gününə, yəni ## ###### 2025-ci il tarixədək Azərbaycan Respublikasına bunun müqabilində müvafiq dəyərdə olan malları idxal etmədiyinə və ya həmin məbləğdə valyuta vəsaitini qaytarmadığına görə müvafiq əməlində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlaməti yaranmışdır. - Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin verdiyi şikayətdə istinad etdiyi, iş materiallarında olan “xxxx” ASC-nin ## ###### 2026-cı il tarixli, *** nömrəli məktubunda iş üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin ## ###### 2023-cü il tarixdə xaricə köçürdüyü 50000,00 Avro məbləğində pul müqabilində malların ## ###### 2026-cı il tarixdə banka təqdim edilmiş 01231000515375, 01241000021264 və ************** nömrəli gömrük bəyannamələri əsasında Azərbaycan Respublikasına idxal etdiyi göstərilsə də, həmin malların Azərbaycan Respublikasına hansı tarixdə, eləcə də məhz ## ###### 2025-ci il tarixdən əvvəl idxal edildiyi göstərilməmiş, həmin Cəmiyyət göstərilən faktın yeganə müəyyən ediləcəyi mötəbər mənbə olan, yuxarıda göstərilən gömrük bəyannamələrini birinci və apellyasiya instansiyası məhkəmələrinə təqdim etməmiş, beəliklə də özünü müdafiə etmək üçün irəli sürdüyü dəlili sübut edə bilməmişdir. Belə olan halda birinci instansiya məhkəməsi iclasında iştirak etmiş səlahiyyətli orqanın nümayəndəsinin verdiyi izahatında inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etməsi də əsassız olmuşdur. Baxmayaraq ki, birinci və apellyasiya instansiyası məhkəmələri həmin Cəmiyyətə özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilə dair sübut təqdim etmək üçün tam prosessual imkan yaratmış, həmin Cəmiyyətin nümayəndəsi birinci instansiyası məhkəməsi iclasında iştirak etmiş, eləcə də birinci və apellyasiya instansiyası məhkəmələri təyin etdikləri məhkəmə iclaslarını bir neçə dəfə həmin Cəmiyyətin nümayəndəsinin gəlməməsi səbəbindən iştirak etməsinin təmin edilməsi məqsədilə təxirə salmışdır. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin verdiyi şikayət əsassız olduğuna görə təmin edilməməli, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası İXM-in 131, 133, 134.1.1, 136 və 138.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin verdiyi şikayət təmin edilməsin. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar