Məhkəmə qərarları › İş №3(3-6)-963/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-963/2026

20.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-963/2026 20.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Məhkəmə iclasının katibi Zeynalov Samir Elxan oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-nin) 499.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib cərimə edilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 499.1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş ## ###### 2026-cı il tarixli *****- *****/** nömrəli inzibati xəta haqqında xxxx və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 600 (altı yüz) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Həmin qərardan narazı qalan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti şikayət verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, AR Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən qeyd olunan xxxxun tərtib edilməsi əsassız və qanunsuzdur, çünki qeyd olunan MR8000 “Qazma qurğusu” (hansı ki, həmin qazma qurğusu müəyyən hissələrdən ibarətdir və daşıma zamanı həmin qazma qurğusunun vahid/tam şəkildə daşınması mümkün olmadığından qurğu sökülərək hissəvi şəkildə daşınmışdır) “X6 X7 (TPAO)” ilə “Sondaj Mühendislik Sanayi ve Ticaret A.Ş” arasında bağlanmış ##.##.2023-cü il tarixli “Xidmət Müqaviləsi”nə əsasən, Türkiyə Respublikasına göndərilmiş və neft və qaz quyularının qazılması üçün hazırda Türkiyə Respublikasında dövlət layihəsi olan qazma işlərində istifadə olunmaqdadır. Hal-hazırda həmin “Qazma qurğusu” “X6 X7 (TPAO)” şirkətinin fəaliyyət göstərdiyi aktiv layihə çərçivəsində qazma xidmətləri göstərən “X2 San. ve Tic. A.Ş” şirkətinə eyni layihədə qazma işlərinin davam etdirilməsi üçün icarəyə verilmişdir və bununla bağlı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC ilə “X2 San. ve Tic. A.Ş” arasında ##.##.2025-ci il tarixli “İcarə Müqaviləsi” də bağlanmışdır. “X2 San. ve Tic. A.Ş” tərəfindən verilmiş ##.##.2026-cı il tarixli “Arayış” da bunu təsdiq edir. Başqa sözlə desək, həmin layihə başa çatmadığı üçün hazırda həmin qazma qurğusunun ölkə ərazisinə geri qaytarılması heç bir məntiqə uyğun gəlmir və məhz bu səbəbdən onlardan asılı olmayan hallara görə baş vermişdir. Həmçinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC 2007-ci ildə 1) Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), 2) Nobel Energy və 3) Abşeron Qazma MMC (AQŞ) tərəfindən təsis edilmiş kompleks qazma və quyu xidmətlərinin idarə edilməsi şirkətidir. Şirkət qabaqcıl qazma texnologiyalarını və yeni idarəetmə üsullarını tətbiq etməklə neft və qaz quyularının qazılması sənayesində çoxillik təcrübəyə malikdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC ölkənin qazma sənayesində innovativ yanaşmalar tətbiq edən lider şirkət olub, təhlükəsiz və etibarlı həllər təqdim edən uğurlu fəaliyyət təcrübəsinə malikdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC 2009-cu ildən X9 Assosiasiyasının (IADC) üzvüdür və bütün tətbiq olunan beynəlxalq standartlara tam uyğun fəaliyyət göstərir. Nəzərə alınmalıdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC ölkədə APİ (American Petroleum İnstitute/Amerika Neft İnstitutu) Q2 sertifikatına sahib olan yeganə yerli qazma şirkəti olduğundan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC həmin sertifikatın tələblərinə uyğun qaydada fəaliyyət göstərməlidir və həmin sertifikat yalnız Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də olduğu üçün Azərbaycan Respublikası tərəfindən xüsusi dövlət əhəmiyyətli və mürəkkəb quyuların qazılması məhz Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə həvalə edilir. Bu isə öz-özlüyündə əlavə məsuliyyət yaratmaqla bərabər həm də dövlətin xüsusi nəzarətini Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin üzərində cəmləşdirmiş olur. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də dövlətin də payının olması (Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, yəni SOCAR həmtəsisçilərdən biri kimi xxxx MMC-də müvafiq paya sahibdir) öncə qeyd olunanların əyani sübutudur. Lakin biz hazırkı vəziyyətdə bunun şahidi oluruq ki, dövlət orqanı olan AR Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi dövlət payı olan şirkətin cəriməyə məruz qalması üçün “xxxx” tərtib edib baxılması üçün məhkəməyə göndərmiş və Bakı şəhəri Səbail rayon Məhkəməsi tərəfindən göstərilən “Qərar” qəbul edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən, haqlı olaraq hesab edirik ki, həmin “Qərar” qanunsuz və əsassızdır və bu səbəbdən həmin “Qərar” məhkəmə tərəfindən ləğv olunaraq iş üzrə icraata xitam verilməlidir. Xüsusilə qeyd olunmalıdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində AR Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 4991.1-ci bəndi üzrə məsuliyyətə cəlb olunması barədə “xxxx” tərtib edilərkən “İnzibati Xətalar” Məcəlləsinin bir çox müddəaları pozulmuşdur. Həmçinin bildiririk ki, AR Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.1- ci bəndi üzrə “İnzibati tənbeh vermə haqqında” ##.##.2026-cı il tarixli “xxxx” tərtib edilərkən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin iştirakı təmin edilməmişdir, İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquq və vəzifələr şirkətin müvafiq nümayəndəsinə izah edilməmişdir və bu barədə xxxxda müvafiq qeydlər aparılmamışdır. Həmçinin həmin “xxxx” şirkətin müvafiq səlahiyyətli şəxsi tərəfimdən imza edilməmişdir, onun surəti şirkətə təqdim edilməmişdir, inzibati xəta ilə bağlı izahatı alınmamışdır, “xxxx”un məzmunu barəsində öz mülahizələrimizi təqdim etmək üçün bizə şərait yaradılmamışdır, inzibati xəta haqqında işə baxılması vaxtı və yeri barədə “xxxx” şirkətə çatdırılmamışdır və işin baxılması zamanı şirkətin iştirakı təmin edilməmişdir. “xxxx”un sonunda tarix yerləri isə boş buraxılaraq növbəti pozuntuya yol verilmişdir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2020-ci il tarixli “Plenum Qərarı”na əsasən, “İdxalda hesablaşmalarla bağlı müddət tələbinə əməl edilməməsi hələ özlüyündə inzibati tənbeh tədbirinin tətbiqi üçün kifayət edən əsas kimi çıxış etmir. Bununla bağlı Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4- cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 2019-cu il ## ###### tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində xxxx tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində xxxx tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati xxxxu tərtib etmək səlahiyyəti olan orqan, həmin xxxxu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən xxxx əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər.” Hazırda qeyd olunan məsələyə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2020-ci il tarixli “Plenum Qərarın”da qeyd olunan hüquqi mövqe ilə yanaşsaq biz Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin baş vermiş hadisədə təqsirsiz olmasını müəyyən etmiş oluruq. Yuxarıda qeyd olunanlara əsasən haqlı olaraq hesab edirik ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində AR Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin ##.##.2026-cı il tarixli, “xxxxu” qanunsuz və əsassız olduğundan Bakı şəhəri Səbail rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli “Qərarı” da qanunsuz və əsassızdır və bu səbəbdən həmin “Qərar” ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Xüsusilə qeyd olunmalıdır ki, tərəfimizdən AR-nın Nazirlər Kabinetinə və SOCAR-a müvəqqəti ixrac müddətinin uzadılması ilə bağlı müraciət edilməsinə baxmayaraq Bakı şəhəri Səbail rayon Məhkəməsi bütün bunları nəzərə almamış və qeyd olunan “Qərarı” qəbul etmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə və barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə proses iştirakçılarının iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, aşağıda göstərilən əsaslara görə şikayət təmin olunmamalı, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara və inzibati xəta haqqında xxxxa əsasən, hüquqi ünvanı ünvan 1 olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) tərəfindən 01232000122618 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac gömrük proseduru altında rəsmiləşdirilən yükün öhdəlik müddəti ##.##.2025-ci il tarixində bitmişdir. Lakin yükün digər gömrük proseduru altında yerləşdirilməsi üçün müraciət edilməmişdir. İş materiallarına əlavə edilmiş Gömrük Xidmətinin “Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi” (VAİS) informasiya resursundan çıxarışdan görünür ki, ##.##.2023-cü il tarixli 01232000122618 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş “yer qazan maşının hissələri” yüklərinin ölkə ərazisinə geri qaytarma müddətinin son tarixi ##.##.2024-cü il tarix, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən verilmiş *-**-****/*- ******/**** nömrəli ##.##.2024-cü il tarixli müvəqqəti idxal (ixrac) müddətinin uzadılmasına dair ərizə əsasında ##.##.2025-ci il tarix müəyyən edilmişdir. İş materiallarında olan Rəsmiləşdirmə Mərkəzinin rəisi Elşən Zeynalov tərəfindən tərtib edilmiş raporta əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən 01232000122618 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac xüsusi gömrük proseduru altında rəsmiləşdirilən yükün öhdəlik müddəti ##.##.2025-ci il tarixində bitmişdir. Lakin yükün digər gömrük proseduru altında yerləşdirilməsi üçün müraciət edilməmişdir. İnzibati xəta haqqında xxxxda olan MMC-nin nümayəndəsinin izahatından görünür ki, həmin xxxxda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi X1 “HELL ENERGY AZERBAİJAN” MMC-də istehsalat rəhbəri vəzifəsində işlədiyini, MMCnin ##.##.2023-cü il tarixdə vergi orqanlarında qeydiyyata alındığını, MMC-nin fəaliyyət istiqamətinin alüminium bankaların idxalı, Hell enerji içkilərinin istehsalı və ölkə ərazisində satışından ibarət olduğunu, Macarıstan Respublikasının “X4” şirkətindən idxal etdikləri alüminium bankaların daşınması üçün istifadə olunan kağız, pallet və qara metaldan məmulat yüklərini ##.##.2024-cü il tarixində 01241000072218 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti idxal gömrük prosedurunda altında rəsmiləşdirdiklərini, MMC tərəfindən Balakən Gömrük idarəsinə həmin malların müvəqqəti idxal gömrük proseduru altında rəsmiləşdirilməsi ilə bağlı köməklik edilməsi və qanunvericiliyin tələblərinə əməl olunacağına dair **/**/**-**** nömrəli ##.##.2024-cü il tarixli ərizə və öhdəlik məktubu ünvanlanladıqlarını, həmin mallar üçün öhdəlik müddəti idxal olunan tarixdən 1 il müddətinə, yəni ##.##.2025-ci il tarixinədək müəyyən olunduğunu, alüminium bankaların daşınması üçün istifadə olunan karton yükünün ##.##.2025ci il tarixində 01251000073238 sorğu nömrəli gömrük bəyannaməsi ilə sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında bəyan etdiyini, “X4” şirkətinə digər malları təkrar ixrac etmək üçün müraciət etdiklərini, lakin şirkət tərəfindən gec cavab verildiyindən həmin malların ölkə ərazisində qaldığını və bu səbəbdən alüminium bankaların daşınmasında istifadə olunan taxtadan palletlər, alüminium bankaların daşınmasında istifadə olunan qara metaldan məmulat yüklərinin öhdəlik müddəti bitdikdən sonra ##.##.2025-ci il tarixində 01252000022932 sorğu nömrəli ixrac gömrük bəyannaməsinin təqdim edildiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş Gömrük Xidmətinin “Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi” (VAİS) məlumat bazasından çıxarışdan görünür ki, öhdəlik müddəti üçün son tarix ##.##.2025-ci il tarixi müəyyən edilmişdir Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hüquqi şəxsin təqsiri inzibati materialda olan sənədlərlə və səlahiyyətli orqanın nümayəndəsinin izahatı ilə sübuta yetirilmişdir. Apellyasiya qaydasında verilmiş şikayətdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi xahiş edilsə də, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inzibati xətanın törədilməsi inzibati xəta haqqında xxxxla və digər sübutlarla tam təsdiq olunur. Şikayətin dəlilləri işin faktiki hallarına uyğun olmadığından əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası İXM-nin 499.1.1-ci maddəsinə əsasən on beş günədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya qaytarılmasına görə - fiziki şəxslər yüz əlli manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 193-cü maddəsinə və “Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydalarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin *** nömrəli # ######## 2013-cü il tarixli qərarının 6.3-cü bəndinə əsasən prosedur sahibi müvəqqəti idxal müddəti basa çatanadək müddətin uzadılması barədə gömrük orqanına müraciət etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il # ######## tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi” Qaydalarının: 3.6-cı bəndinə əsasən müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş mallar üçün müəyyən edilmiş müddət başa çatanadək müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş mallar təkrar idxal edilməli və ya digər gömrük proseduru altında yerləşdirilməlidir. 6.1. bəndinə əsasən Müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların təkrar ixracının və ya növbəti gömrük proseduru altında yerləşdirilməsinin müddətini gömrük orqanları müəyyənləşdirirlər. Bu müddət müvəqqəti idxal xüsusi gömrük prosedurunun məqsədi üçün kifayət etməlidir. 6.2. Malların eyni məqsəd üçün və eyni şəxsin məsuliyyəti altında olmaqla, müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilə biləcəyi maksimum müddət 24 (iyirmi dörd) ay təşkil edir. Azərbaycan Respublikasının Nazirlər Kabineti müxtəlif kateqoriyadan olan mallar üçün daha az və daha çox müvəqqəti idxal müddətləri müəyyən edə bilər. 6.3. Bu Qaydaların 6.2-ci bəndində göstərilən müddətdə müvəqqəti idxal xüsusi gömrük prosedurunun məqsədlərinə nail olunmadıqda, gömrük orqanı həmin prosedur üçün müəyyən olunmuş müddətin başa çatmasına 1 (bir) ay qalmış prosedur sahibinin əsaslandırılmış müraciəti ilə malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında qalma müddətini 12 (on iki) aya qədər uzadır. 6.4. Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında qalma müddətinin uzadılması ilə bağlı müraciətə gömrük orqanları tərəfindən 2 (iki) iş günü müddətində baxılır. 6.5. Gömrük orqanları bu Qaydaların 2-ci hissəsində nəzərdə tutulmuş şərtlərə əməl olunmadığını aşkar etdiyi halda malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında qalma müddətinin uzadılmasından imtina barədə qərar qəbul edir. Qərar qəbul olunduqdan 1 (bir) iş günü müddətində prosedur sahibi bu barədə yazılı formada məlumatlandırılır. 6.6. Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında qalma müddətinin uzadılması prosesi müvəqqəti idxal xüsusi gömrük proseduru üçün müəyyən edilmiş müddətin axımını dayandırmır. 6.7. Müvəqqəti idxal gömrük proseduru altında yerləşdirilmiş mallar üçün müəyyən edilmiş müddət başa çatanadək həmin mallar təkrar ixrac edilməli və ya digər gömrük proseduru altında yerləşdirilməlidir. 6.8. Müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar təkrar ixrac edildikdə və ya digər gömrük proseduru altında yerləşdirildikdə, müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar üçün müəyyən edilmiş müddət başa çatmış hesab olunur. İş materiallarında olan inzibati xəta haqqında xxxx və digər sübutlarla tam təsdiq olunur ki, hüquqi şəxs olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin məcəllənin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati xətalar qanunvericiliyin müddəaları baxımından aşkardır ki, insan və vətəndaş hüquqları və azadlıqları, iqtisadi maraqları, idarəçilik qaydalarının qorunması, qanunçuluğun möhkəmləndirilməsi və inzibati xətaların qarşısını almaq üçün qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlik prinsipləri təmin edilməli, dövlət orqanları isə öz növbəsində inzibati xətaların törədilməsinin qarşısının alınması, buna kömək edən səbəbləri və şəraitin aşkar edilməsi, aradan qaldırılması, qanunlara ciddi əməl etmək üçün tədbirlərin icra edilməsini təşkil etməlidirlər. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin hakimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən olunmamasını, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq ona İXM-nin 449.1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi qənaətinə gəlməklə qanuni və ədalətli inzibati tənbeh tədbiri təyin etmişdir. Beləliklə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İXM-nin 499.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib cərimə edilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı dəyişdirilməməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.1-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1ci maddəsini rəhbər tutaraq QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İXM-nin 499.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib cərimə edilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar