Məhkəmə qərarları › İş №3(3-6)-971/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-971/2026

16.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-971/2026 16.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmmədov Habil Çingiz oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-ci il tarixli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinə ## ###### 2026-cı ildə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin ## ###### 2026-cı il tarixli, *-**-****/*- ******/**** nömrəli məktubu ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ## ###### 2026-cı il tarixli EP ******* nömrəli inzibati xəta haqqında xxxx daxil olmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-ci il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi və 600 (altı yüz) manat məbləğində inzibati cərimə növündə tənbehin tətbiq edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti şikayət verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*- ***)-***/**** saylı, ## #### 2026-ci il tarixli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən qeyd olunan xxxxun tərtib edilməsi əsassız və qanunsuzdur, çünki qeyd olunan MR8000 “Qazma qurğusu” (hansı ki, həmin qazma qurğusu müəyyən hissələrdən ibarətdir və daşıma zamanı həmin qazma qurğusunun vahid/tam şəkildə daşınması mümkün olmadığından qurğu sökülərək hissəvi şəkildə daşınmışdır) “X3 X4 (TPAO)” ilə “Sondaj Mühendislik Sanayi ve Ticaret A.Ş” arasında bağlanmış ## #### 2023-cü il tarixli “Xidmət Müqaviləsi”nə əsasən, Türkiyə Respublikasına göndərilmiş və neft və qaz quyularının qazılması üçün hazırda Türkiyə Respublikasında dövlət layihəsi olan qazma işlərində istifadə olunmaqdadır. Hal-hazırda həmin “Qazma qurğusu” “X3 X4 (TPAO)” şirkətinin fəaliyyət göstərdiyi aktiv layihə çərçivəsində qazma xidmətləri göstərən “X2 San. ve Tic. A.Ş” şirkətinə eyni layihədə qazma işlərinin davam etdirilməsi üçün icarəyə verilmişdir və bununla bağlı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “X2 San. ve Tic. A.Ş” arasında ## ###### 2025-ci il tarixli “İcarə Müqaviləsi” də bağlanmışdır. “X2 San. ve Tic. A.Ş” tərəfindən verilmiş ## ###### 2026-cı il tarixli “Arayış” da bunu təsdiq edir. Həmin layihə başa çatmadığı üçün hazırda həmin qazma qurğusunun ölkə ərazisinə geri qaytarılması heç bir məntiqə uyğun gəlmir və məhz bu səbəbdən bu onun iradəsindən asılı olmayan hallara görə baş vermişdir. Azərbaycan Respubltkası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci bəndi üzrə “İnzibati tənbeh vermə haqqında” ## ###### 2026-cı il tarixli “xxxx” tərtib edilərkən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin iştirakı təmin edilməmişdir, İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquq və vəzifələr şirkətin müvafiq nümayəndəsinə izah edilməmişdir və bu barədə xxxxda müvafiq qeydlər aparılmamışdır. Həmçinin həmin “xxxx” şirkətin müvafiq səlahiyyətli şəxsi tərəfindən imza edilməmişdir, onun surəti şirkətə təqdim edilməmişdir, inzibati xəta ilə bağlı izahatı alınmamışdır, “xxxx”un məzmunu barəsində öz mülahizələrini təqdim etmək üçün ona şərait yaradılmamışdır, inzibati xəta haqqında işə baxılması vaxtı və yeri barədə “xxxx” şirkətə çatdırılmamışdır və işin baxılması zamanı şirkətin iştirakı təmin edilməmişdir. “xxxx”un sonunda tarix yerləri isə boş buraxılaraq növbəti pozuntuya yol verilmişdir. Tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və SOCAR-a müvəqqəti ixrac müddətinin uzadılması ilə bağlı müraciət edilməsinə baxmayaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsi bütün bunları nəzərə almamış və qeyd olunan “Qərarı” qəbul etmişdir. İnzibati iş üzrə şikayətin apellyasiya baxışı ilə əlaqədar işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzürlü səbəbdən olması və ya məhkəmə iclasının təxirə salınması barədə vəsatət verməmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinin tələblərinə uyğun olaraq işə işdə iştirak edən şəxslərin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə şikayət təmin olunmamalı, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan inzibati xəta haqqında xxxxdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN:**********) tərəfindən 01242000033414 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac gömrük proseduru altında rəsmiləşdirilən yükün öhdəlik müddəti ## ###### 2025-ci il tarixində bitmişdir. Lakin yükün digər gömrük proseduru altında yerləşdirilməsi üçün müraciət edilməmişdir. İş materiallarına əlavə edilmiş Gömrük Xidmətinin “Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi" (VAÍS) informasiya resursundan çıxarışdan görünür ki, ## ##### 2024-cü il tarixli 01242000033414 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş “yer qazan maşının hissələri” yüklərinin ölkə ərazisinə geri qaytarma müddətinin son tarixi ## ###### 2024-cü il tarix, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş *-**-****/*-******/**** nömrəli ## ###### 2024-cü il tarixli müvəqqəti idxal (ixrac) müddətinin uzadılmasına dair ərizə əsasında ## ###### 2025-ci il tarix müəyyən edilmişdir. ünvan 1 ünvanında qeydiyyatda olan “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ## ##### 2024-cü il tarixli 01242000033414 sorğu nömrəli gömrük bəyannaməsi ilə "Müvəqqəti İxrac” gömrük prosedurunda bəyan edilən "yer qazan maşının hissələri” yüklərinin ölkə ərazisinə geri qaytarılma müddətinin son tarixi ## ###### 2025ci il tarix müəyyən edilsədə, adı qeyd olunan Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən malların öhdəlik müddəti bitənədək digər gömrük proseduru altında yerləşdirilməsi üçün heç bir tədbir görülməmişdir və malların öhdəlik müddəti bitdikdən 12 (on iki) gün sonra, yəni ## ###### 2025ci il tarixdə 3-33 ****/***/****** nömrəli raportla hüquqpozma faktı aşkarlanmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi” informasiya resursundan çıxarışdan görünür ki, ## ##### 2024-cü il tarixli, 01242000033414 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac xüsusi gömrük proseduru altında yerləşdirilmiş yüklərin geri qaytarma müddətinin son tarixi ## ###### 2025-ci il tarix müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə ünvanlanmış ## ###### 2026-cl il tarixli məktubunda neft hasilatının qardaş dövlət Türkiyə Respublikası üçün strateji əhəmiyyətini, ölkə rəhbəri tərəfindən müəyyən edilmiş enerji və sosial-iqtisadi inkişaf siyasətini, texniki və iqtisadi zərurəti, yəni sahibkarlığın dəstəklənməsi aspektlərini, eləcə də, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “X2 San. Və TİC.A.Ş” şirkəti arasında olan Podrat Müqaviləsi üzrə öhdəliklərimizi nəzərə alaraq, MR8000 qazma qurğusunun Türkiyə Respublikasının ərazisində müvəqqəti ixrac müddətinin 1 (bir) il müddətinə uzadılmasına dair göstəriş verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin böyük təhqiqatçısı İskəndərli Nəcəf İskəndər oğlu tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında ## ###### 2026-cı il tarixli EP ******* nömrəli xxxxdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən müvəqqəti idxal xüsusi gömrük prosedurunda yerləşdirilərək ## ##### 2024-cü il tarixli, 01242000033414 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən “yer qazan maşının hissələri” adlı malların öhdəlik müddəti ## ###### 2025-ci il tarixdə müəyyən edilsə də, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən malların öhdəlik müddəti bitənədək digər gömrük proseduru altında yerləşdirilməsi üçün heç bir tədbir görülməmişdir və malların öhdəlik müddəti bitdikdən 12 (on iki) gün sonra, yəni ## ###### 2025-ci il tarixdə *-******/***/****** nömrəli raportla hüquqpozma faktı aşkarlanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında xxxxla, bu Məcəllə ilə müəyyən edilmiş digər xxxxlarla müəyyən edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1.0.18-ci maddəsinə əsasən gömrük proseduru– bu Məcəllənin müddəalarına uyğun olaraq gömrük nəzarəti altında olan mal və nəqliyyat vasitələrinin yerləşdirilə biləcəyi ixrac, təkrar ixrac, müvəqqəti ixrac, sərbəst dövriyyə üçün buraxılış, təkrar idxal və xüsusi gömrük prosedurlarından biridir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 130.2-ci maddəsinə əsasən Malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi qaydalarını bu Məcəllənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin qaydalarda malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi şərtləri, onların bu prosedur altında qalma müddəti müəyyən edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ######## 2013-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti ixrac xüsusi gömrük proseduru altında yerləşdirilməsi” Qaydalarının 3.1-ci bəndinə əsasən müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş malların bu gömrük proseduru altında qalma müddəti gömrük orqanları tərəfindən 24 (iyirmi dörd) aydan çox olmamaq şərtilə müəyyənləşdirilir. Bu müddət müvəqqəti ixrac gömrük prosedurunun məqsədi üçün kifayət etməlidir. Həmin Qərarın 3.2-ci bəndinə əsasən bu Qaydaların 3.1-ci bəndində göstərilən müddətdə müvəqqəti ixrac gömrük prosedurunun məqsədlərinə nail olunmadıqda, gömrük orqanı həmin prosedur üçün müəyyən olunmuş müddətin başa çatmasına 1 (bir) ay qalmış prosedur sahibinin əsaslandırılmış müraciəti ilə malların müvəqqəti ixrac gömrük proseduru altında qalma müddətini 12 (on iki) aya qədər uzadır. Həmin Qərarın 3.6-cı bəndinə əsasən müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş mallar üçün müəyyən edilmiş müddət başa çatanadək müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş mallar təkrar idxal edilməli və ya digər gömrük proseduru altında yerləşdirilməlidir. Həmin Qərarın 3.7-ci bəndinə əsasən müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş mallar təkrar idxal edildikdə və ya digər gömrük proseduru altında yerləşdirildikdə, müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş mallar üçün müəyyən edilmiş müddət başa çatmış hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, yəni on beş günədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya qaytarılmasına görə fiziki şəxslər yüz əlli manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti təqsirləndirildiyi maddənin dispozitiv şərtlərindən aydın olur ki, Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması, yəni on beş günədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya qaytarılması inzibati xəta əməlinin tərkibinin yaranmasına səbəb olan əməldir. Birinci instansiya məhkəməsinin iclasında tədqiq edilmiş inzibati xəta haqqında xxxx və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) tərəfindən ## ##### 2024cü il tarixli, 01242000033414 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən “yer qazan maşının hissələri” adlı malların müvəqqəti ixrac xüsusi gömrük proseduru altında rəsmiləşdirilməsi məqsədi ilə müraciət edilmişdir. Həmin mallar üçün nəzərdə tutulmuş müvəqqəti ixrac müddətinin ## ###### 2025-ci il tarixdə başa çatmasına baxmayaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən müddətin uzadılması üçün müraciət edilməmiş, həmin mallar ## ###### 2025-ci il tarixdə, yəni on iki gün müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə geri qaytarılmış və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, inzibati məsuliyyət məsələsinin həlli zamanı əsas hüquqi meyar gömrük qanunvericiliyində müəyyən edilmiş öhdəliklərin vaxtında və düzgün icra olunub-olunmamasıdır. Belə ki, Azərbaycan Respublikasının gömrük qanunvericiliyi müvəqqəti ixrac və ya müvəqqəti idxal gömrük proseduru altında yerləşdirilmiş malların həmin prosedur üzrə müəyyən edilmiş müddətdə geri qaytarılmasını və ya digər gömrük proseduru altında yerləşdirilməsini prosedur sahibinin birbaşa hüquqi öhdəliyi kimi müəyyən etmişdir. Bu öhdəliyin icrası isə prosedur sahibinin təsərrüfat fəaliyyətindən, bağladığı müqavilələrdən və ya kommersiya maraqlarından asılı olmayaraq təmin edilməlidir. Şirkət tərəfindən malların geri qaytarılmamasının səbəbi kimi Türkiyə Respublikasında həyata keçirilən qazma layihəsinin davam etməsi, qurğunun texniki xüsusiyyətləri və layihənin iqtisadi məqsədəuyğunluğu göstərilmişdir. Lakin hüquqi şəxs tərəfindən həyata keçirilən qazma layihəsinin davam etməsi və qurğunun texniki xüsusiyyətləri hüquqi baxımdan prosedur sahibinin öhdəliyini aradan qaldırmır. Qanunvericilik açıq şəkildə müddətlərin qorunmasını tələb edir və müddətin bitməsindən sonra hər hansı müraciətin edilməsi dövlət şirkətinin müəssisəsi olmasından asılı olmayaraq inzibati məsuliyyəti aradan qaldırmır. Birinci instansiya məhkəməsi hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması ilə bağlı qərar qəbul edərkən iş üzrə düzgün nəticəyə gəlmiş, hüquqi şəxsin əməlində inzibati xətanın tərkib əlamətlərinin olması barədə gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Bundan başqa məhkəmə inzibati tənbeh tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, maliyyə və əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq etmişdir. Məhkəmə tətbiq edilmiş cəriməni qanunamüvafiq və ədalətli hesab edir. Odur ki, şikayətdə göstərilənlər hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin inzibati məsuliyyətdən azad olunaraq, qərarın ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim: Habil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar