Məhkəmə qərarları › İş №3(3-6)-972/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-972/2026

17.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-972/2026 17.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Mehdiyev Emin Əlixan oğlu, Məhkəmə iclas katibi Rüstəmova Vüsalə Dadaş qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib cərimə edilməsi barədə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş hüquqi şəxs tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsində ## ###### 2026-cı il tarixli, *****-*****/** nömrəli xxxx tərtib edilmiş və xxxxa əlavə olunmuş sənədlərlə birlikdə baxılması üçün Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Baş Gömrük idarəsi Əməliyyat və Təhqiqat idarəsinin Təhqiqat şöbəsinin böyük təhqiqatçısı, R İskəndərli Nəcəf iskəndər oğlu tərəfindən tərtib edilmiş xxxxdan görünür ki, Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş *-**- ****/***/****** saylı ##.##.2025-ci il tarixli raportun icrası ilə əlaqədar bildirilmişdir ki, "xxxx" MMC (VÖEN:**********) tərəfindən 01232000122224 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac gömrük proseduru altında rəsmiləşdirilən yükün öhdəlik müddəti ##.##.2025-ci il tarixində bitmişdir. Lakin yükün digər gömrük proseduru altında yerləşdirilməsi üçün müraciət edilməmişdir. İş materiallarına əlavə edilmiş Gömrük Xidmətinin “Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi” (VAİS) informasiya resursundan çıxarışdan görünür ki, ##.##.2023-cü il tarixli 01232000122224 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş “yer qazan maşının hissələri” yüklərinin ölkə ərazisinə geri qaytarma müddətinin son tarixi ##.##.2024-cü il tarix, "xxxx” MMC tərəfindən verilmiş *-**-****/*-******/**** nömrəli ##.##.2024-cü il tarixli müvəqqəti idxal (ixrac) müddətinin uzadılmasına dair ərizə əsasında ##.##.2025-ci il tarix müəyyən edilmişdir. Qeyd olunan raportda göstərilənlərin araşdırılması zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında geydiyyatda olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən ##.##.2023-cü il tarixli 01232000122224 sorğu nömrəli gömrük bəyannaməsi ilə “Müvəqqəti ixrac” gömrük prosedurunda bəyan edilən “yer qazan maşının hissələri” yüklərinin ölkə ərazisinə geri qaytarılma müddətinin son tarixi ##.##.2025-ci il tarix müəyyən edilsə də, adı qeyd olunan Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən malların öhdəlik müddəti bitənədək digər gömrük proseduru altında yerləşdirilməsi üçün heç bir tədbir görülməmişdir və malların öhdəlik müddəti bitdikdən 12 (on iki) gün sonra, yəni ##.##.2025-ci il tarixdə *-**- ****/***/****** nömrəli raportla hüquqpozma faktı aşkarlanmışdır. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 600 (altı yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Həmin qərardan narazı qalan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC apellyasiya qaydasında şikayət verərək, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC 2007-ci ildə 1) Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), 2) Nobel Energy və 3) Abşeron Qazma MMC (AQŞ) tərəfindən təsis edilmiş kompleks qazma və quyu xidmətlərinin idarə edilməsi şirkətidir. Şirkət qabaqcıl qazma texnologiyalarını və yeni idarəetmə üsullarını tətbiq etməklə neft və qaz quyularının qazılması sənayesində çoxillik təcrübəyə malikdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC ölkənin qazma sənayesində innovativ yanaşmalar tətbiq edən lider şirkət olub, təhlükəsiz və etibarlı həllər təqdim edən uğurlu fəaliyyət təcrübəsinə malikdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC 2009-cu ildən X7 Assosiasiyasının (IADC) üzvüdür və bütün tətbiq olunan beynəlxalq standartlara tam uyğun fəaliyyət göstərir. Nəzərə alınmalıdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC ölkədə APİ (American Petroleum İnstitute/Amerika Neft İnstitutu) Q2 sertifikatına sahib olan yeganə yerli qazma şirkəti olduğundan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC həmin sertifikatın tələblərinə uyğun qaydada fəaliyyət göstərməlidir və həmin sertifikat yalnız Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də olduğu üçün Azərbaycan Respublikası tərəfindən xüsusi dövlət əhəmiyyətli və mürəkkəb quyuların qazılması məhz Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə həvalə edilir. Bu isə öz-özlüyündə əlavə məsuliyyət yaratmaqla bərabər həm də dövlətin xüsusi nəzarətini Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin üzərində cəmləşdirmiş olur. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də dövlətin də payının olması (Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, yəni SOCAR həmtəsisçilərdən biri kimi xxxx MMCdə müvafiq paya sahibdir) öncə qeyd olunanların əyani sübutudur. Lakin biz hazırkı vəziyyətdə bunun şahidi oluruq ki, dövlət orqanı olan AR Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi dövlət payı olan şirkətin cəriməyə məruz qalması üçün “xxxx” tərtib edib baxılması üçün məhkəməyə göndərmiş və Bakı şəhəri Səbail rayon Məhkəməsi tərəfindən göstərilən “Qərar” qəbul edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən, haqlı olaraq hesab edirik ki, həmin “Qərar” qanunsuz və əsassızdır və bu səbəbdən həmin “Qərar” məhkəmə tərəfindən ləğv olunaraq iş üzrə icraata xitam verilməlidir. Xüsusilə qeyd olunmalıdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 4991.1-ci bəndi üzrə məsuliyyətə cəlb olunması barədə “xxxx” tərtib edilərkən “İnzibati Xətalar” Məcəlləsinin bir çox müddəaları pozulmuşdur. Həmçinin bildiririk ki, AR Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.1- ci bəndi üzrə “İnzibati tənbeh vermə haqqında” ##.##.2026-cı il tarixli “xxxx” tərtib edilərkən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin iştirakı təmin edilməmişdir, İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquq və vəzifələr şirkətin müvafiq nümayəndəsinə izah edilməmişdir və bu barədə xxxxda müvafiq qeydlər aparılmamışdır. Həmçinin həmin “xxxx” şirkətin müvafiq səlahiyyətli şəxsi tərəfimdən imza edilməmişdir, onun surəti şirkətə təqdim edilməmişdir, inzibati xəta ilə bağlı izahatı alınmamışdır, “xxxx”un məzmunu barəsində öz mülahizələrimizi təqdim etmək üçün bizə şərait yaradılmamışdır, inzibati xəta haqqında işə baxılması vaxtı və yeri barədə “xxxx” şirkətə çatdırılmamışdır və işin baxılması zamanı şirkətin iştirakı təmin edilməmişdir. “xxxx”un sonunda tarix yerləri isə boş buraxılaraq növbəti pozuntuya yol verilmişdir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2020-ci il tarixli “Plenum Qərarı”na əsasən, “İdxalda hesablaşmalarla bağlı müddət tələbinə əməl edilməməsi hələ özlüyündə inzibati tənbeh tədbirinin tətbiqi üçün kifayət edən əsas kimi çıxış etmir. Bununla bağlı Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4- cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 2019-cu il ## ###### tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində xxxx tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində xxxx tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati xxxxu tərtib etmək səlahiyyəti olan orqan, həmin xxxxu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən xxxx əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər.” Hazırda qeyd olunan məsələyə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2020-ci il tarixli “Plenum Qərarın”da qeyd olunan hüquqi mövqe ilə yanaşsaq biz Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin baş vermiş hadisədə təqsirsiz olmasını müəyyən etmiş olur. Yuxarıda qeyd olunanlara əsasən haqlı olaraq hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində AR Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin ##.##.2026-cı il tarixli, “xxxxu” qanunsuz və əsassız olduğundan Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(*-***)-***/**** nömrəli qərarı da qanunsuz və əsassızdır və bu səbəbdən həmin qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı xəbərdar edilməsinə baxmayaraq, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayətlə əlaqədar inzibati işin materiallarını araşdırıb, məhkəmə hesab edir ki, şikayət təmin olunmamalı, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən elektron məhkəmə informasiya sistemi vasitəsilə birinci instansiya məhkəməsinə təqdim olunmuş etirazda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən qeyd olunan xxxxun tərtib edilməsi əsassız və qanunsuzdur, çünki qeyd olunan MR8000 “Qazma qurğusu” (hansı ki, həmin qazma qurğusu müəyyən hissələrdən ibarətdir və daşıma zamanı həmin qazma qurğusunun vahid (tam) şəkildə daşınması mümkün olmadığından qurğu sökülərək hissəvi şəkildə daşınmışdır) “X4 X5 (TPAO)” ilə “Sondaj Mühendislik Sanayi ve Ticaret A.Ş” arasında bağlanmış ##.##.2023-cü il tarixli “Xidmət Müqaviləsi”nə əsasən, Türkiyə Respublikasına göndərilmiş və neft və qaz quyularının qazılması üçün hazırda Türkiyə Respublikasında dövlət layihəsi olan qazma işlərində istifadə olunmaqdadır. Halhazırda həmin “Qazma qurğusu” “X4 X5 (TPAO)” şirkətinin fəaliyyət göstərdiyi aktiv layihə çərçivəsində qazma xidmətləri göstərən “X1 San. ve Tie. A.Ş” şirkətinə eyni layihədə qazma işlərinin davam etdirilməsi üçün icarəyə verilmişdir və bununla bağlı “xxxx” MMC ilə “X2 San. ve Tie. A.Ş” arasında ##.##.2025-ci il tarixli “İcarə Müqaviləsi” də bağlanmışdır. “X2 San. ve Tie. A.Ş” tərəfindən verilmiş ##.##.2026-cı il tarixli “Arayış” da bunu təsdiq edir. Başqa sözlə, həmin layihə başa çatmadığı üçün hazırda həmin qazma qurğusunun ölkə ərazisinə geri qaytarılması heç bir məntiqə uyğun gəlmir və məhz bu səbəbdən bu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-in iradəsindən asılı olmayan hallara görə baş vermişdir. Məhkəmənin diqqətinə həmçinin çatdırılır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC 2007-ci ildə 1) Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), 2) Nobel Energy və 3) Abşeron Qazma MMC (AQŞ) tərəfindən təsis edilmiş kompleks qazma və quyu xidmətlərinin idarə edilməsi şirkətidir. Şirkət qabaqcıl qazma texnologiyalarını və yeni idarəetmə üsullarını tətbiq etməklə neft və qaz quyularının qazılması sənayesində çoxillik təcrübəyə malikdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC ölkənin qazma sənayesində innovativ yanaşmalar tətbiq edən lider şirkət olub, təhlükəsiz və etibarlı həllər təqdim edən uğurlu fəaliyyət təcrübəsinə malikdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC 2009-cu ildən X7 Assosiasiyasının (IADC) üzvüdür və bütün tətbiq olunan beynəlxalq standartlara tam uyğun fəaliyyət göstərir. Nəzərə alınmalıdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC ölkədə APİ (American Petroleum İnstitute/Amerika Neft İnstitutu) Q2 sertifikatına sahib olan yeganə yerli qazma şirkəti olduğundan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC həmin sertifikatın tələblərinə uyğun qaydada fəaliyyət göstərməlidir və həmin sertifikat yalnız Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də olduğu üçün Azərbaycan Respublikası tərəfindən xüsusi dövlət əhəmiyyətli və mürəkkəb quyuların qazılması məhz Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ММС-уэ həvalə edilir. Bu isə özözlüyündə əlavə məsuliyyət yaratmaqla bərabər həm də dövlətin xüsusi nəzarətini Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin üzərində cəmləşdirmiş olur. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də dövlətin də payının olması (Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, yəni SOCAR həmtəsisçilərdən biri kimi xxxx MMCdə müvafiq paya sahibdir) öncə qeyd olunanların əyani sübutudur. Lakin biz hazırkı vəziyyətdə bunun şahidi oluruq ki, dövlət orqanı olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi dövlət payı olan şirkətin cəriməyə məruz qalması üçün “xxxx” tərtib edib baxılması üçün məhkəməyə göndərmişdir. Xüsusilə qeyd olunmalıdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 4991.1-ci bəndi üzrə məsuliyyətə cəlb olunması barədə “xxxx” tərtib edilərkən “İnzibati Xətalar” Məcəlləsinin bir çox müddəaları pozulmuşdur. Həmçinin bildiririk ki, AR Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci bəndi üzrə “İnzibati tənbeh vermə haqqında” ##.##.2026-cı il tarixli, 00100- *****/** nömrəli “xxxx” tərtib edilərkən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMCnin iştirakı təmin edilməmişdir, İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquq və vəzifələr şirkətin müvafiq nümayəndəsinə izah edilməmişdir və bu barədə xxxxda müvafiq qeydlər aparılmamışdır. Həmçinin həmin “xxxx” şirkətin müvafiq səlahiyyətli şəxsi tərəfimdən imza edilməmişdir. onun surəti şirkətə təqdim edilməmişdir, inzibati xəta ilə bağlı izahatı alınmamışdır, “xxxx”un məzmunu barəsində öz mülahizələrimizi təqdim etmək üçün bizə şərait yaradılmamışdır, inzibati xəta haqqında işə baxılması vaxtı və yeri barədə “xxxx” şirkətə çatdırılmamışdır və işin baxılması zamanı şirkətin iştirakı təmin edilməmişdir. “xxxx”un sonunda tarix yerləri isə boş buraxılaraq növbəti pozuntuya yol verilmişdir. Yuxarıda qeyd olunanlara əsasən ##.##.2026-cı il tarixli, *****-*****/** nömrəli “xxxx” qanunsuz və əsassızdır və bu səbəbdən həmin “xxxx” məhkəmə tərəfindən ləğv olunaraq iş üzrə icraata xitam verilməlidir. Birinci instansiya məhkəməsində iştirak edən inzibati xəta haqqında xxxxu tərtib etmiş orqan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi İskəndərli Nəcəf İskəndər oğlu məhkəməyə verdiyi ifadəsində inzibati xəta haqqında xxxxu müdafiə edərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində qanuna müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Belə ki, İskəndərli Nəcəf İskəndər oğlu izahatında göstərmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən yüklərin ölkə ərazisinə geri qaytarma müddətinin son tarixi ##.##.2024-cü il tarix olmuş, sonradan həmin müddət hüquqi şəxsin ərizəsi nəzərə alınaraq daha 1 il, yəni ##.##.2025-ci il tarixədək uzadılmışdır. İnzibati xəta faktı ##.##.2025-ci il tarixdə baş verdikdən sonra hüquqi şəxs ##.##.2026-cı il tarixdə Nazirlər Kabinetinə yenidən müddətin uzadılması ilə müraciət ünvanlamışdır. Göründüyü kimi qanunvericilikdə qeyd olunan xüsusatlarla bağlı tərəfə maximum 24 ay müddət verilmiş və tərəf də bu hüququndan tam şəkildə istifadə etmişdir. Bu görə də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən qanunvericiliyin tələblərinə əməl edilərək xxxxun tərtib edildiyi və məhz bu səbəbdən də hüquqi şəxs barəsində inzibati tənbeh tədbiri kimi cərimə tətbiq edilməsi məhkəmədən xahiş olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: ##.##.2026-cı il tarixli raportdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC (VÖEN: **********) tərəfindən 01232000122224 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac xüsusi gömrük proseduru altında rəsmiləşdirilən yükün öhdəlik müddəti ##.##.2025-ci il tarixində bitmişdir. Lakin yükün digər gömrük proseduru altında yerləşdirilməsi üçün müraciət edilməmişdir. ##.##.2023-cü il tarixli ************** nömrəli gömrük bəyannaməsindən görünür ki, ixracatçı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən göndərilmiş idxalatçı SOCAR AQŞ Sondaj Mühendislik San. ve Tic. A.Ş. tərəfindən alınan “Yer qazan maşının hissələri” adlı müvəqqəti ixrac xüsusi gömrük proseduru altında rəsmiləşdirilən yükün öhdəlik müddətinin sonu ##.##.2025-ci il tarixi kimi müəyyən edilmişdir. ##.##.2026-cı il tarixli, BBGİ-nin Təhqiqat şöbəsinin böyük təhqiqatçısı Nəcəf İskəndərli tərəfindən tərtib olunmuş arayışdan görünür ki, , Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC (VÖEN: **********) barəsində aparılan araşdırma ilə əlaqədar şirkətin nümayəndəsi Rəşad Abıyevin izahatının alınması məqsədi ilə mobil telefon vasitəsi ilə hal-hazırda istifadəsində olan *** ***-**-** mobil telefon nömrəsi ilə əlaqə saxlanılmış, aparılan araşdırma ilə əlaqədar Bakı Baş Gömrük idarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə 16.01,2026-cı il tarixə dəvət edilmiş, 01232000122224 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilərək müvəqqəti ixrac edilən “yer qazan maşının hissələri” yükünün öhdəlik müddətinin ##.##.2025-ci il tarixdə bitməsi, eləcə də həmin malların ölkə ərazisinə geri qaytarılmadığı və müddətin uzadılması ilə bağlı müraciətin edilmədiyi bildirilmiş, o isə öz növbəsində bundan xəbərdar olduğunu və iş üzrə gələrək izahat verəcəyini bildirmişdir. Lakin nümayəndə qeyd olunan tarixə gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. ## ###### 2026-cı il tarixli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə ünvanlanmış müraciətdən görünür ki, MR8000 qazma qurğusunun Türkiyə Respublikasının ərazisində müvəqqəti ixrac müddətinin 01 (bir) il müddətinə uzadılmasına dair göstəriş verilməsi xahiş olunmuşdur. Birinci instansiya məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş malların müəyyən olunmuş müddətdə geri qaytarılması və ya digər gömrük proseduru altında yerləşdirilməsi ilə bağlı qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Belə ki, iş materialları ilə, o cümlədən gömrük bəyannaməsi, VAİS sistemindən çıxarış və ##.##.2025-ci il tarixli raportla təsdiq olunur ki, malların geri qaytarılmasının son müddəti ##.##.2025-ci il tarix müəyyən edilsə də, həmin müddət bitənədək qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görülməmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin və Nazirlər Kabinetinin müvafiq Qaydalarının tələblərinə əsasən, müvəqqəti ixrac edilmiş mallar müəyyən edilmiş müddətdə ya geri qaytarılmalı, ya da digər gömrük proseduru altında yerləşdirilməlidir. Bu öhdəliyin yerinə yetirilməməsi isə İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin etirazında göstərilən hallara, o cümlədən qazma qurğusunun xarici ölkədə layihə çərçivəsində istifadədə olması və müddətin uzadılması ilə bağlı müraciətin edilməsi arqumentlərinə gəldikdə isə, məhkəmə qeyd etmişdir ki, bu hallar inzibati məsuliyyəti istisna edən əsaslar kimi qiymətləndirilə bilməz. Belə ki, qanunvericiliyə uyğun olaraq müddətin uzadılması üçün əsaslandırılmış müraciət müəyyən edilmiş müddət bitməzdən əvvəl edilməlidir, halbuki təqdim olunmuş materiallardan bu müraciətin yalnız ##.##.2026-cı il tarixdə, yəni öhdəlik müddəti başa çatdıqdan sonra edildiyi müəyyən olunur. Eyni zamanda, iş materialları ilə müəyyən olunur ki, inzibati icraat zamanı şirkət nümayəndəsinin iştirakı ilə bağlı müəyyən tədbirlər görülmüş, lakin onun çağırışa gəlməməsi icraatın aparılmasına mane olmamışdır. Bu baxımdan, məhkəmə hesab edir ki, toplanmış sübutlar inzibati xəta faktını təsdiq edir və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin əməli düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 130.1-ci maddəsinə əsasən təkrar idxal üçün nəzərdə tutulmuş daxili mallar müvəqqəti ixrac proseduru altında yerləşdirilir. Bu mallardan bu Məcəllənin 130.2-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq gömrük rüsumlarından və vergilərdən tamamilə, yaxud qismən azad edilməklə, habelə ticarət siyasəti tədbirləri tətbiq edilmədən gömrük ərazisindən kənarda istifadə olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il # ######## tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi” Qaydalarının 3-cü bəndinə əsasən: 3.1. Müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş malların bu gömrük proseduru altında qalma müddəti gömrük orqanları tərəfindən 24 (iyirmi dörd) aydan çox olmamaq şərtilə müəyyənləşdirilir. Bu müddət müvəqqəti ixrac gömrük prosedurunun məqsədi üçün kifayət etməlidir. 3.2. Bu Qaydaların 3.1-ci bəndində göstərilən müddətdə müvəqqəti ixrac gömrük prosedurunun məqsədlərinə nail olunmadıqda, gömrük orqanı həmin prosedur üçün müəyyən olunmuş müddətin başa çatmasına 1 (bir) ay qalmış prosedur sahibinin əsaslandırılmış müraciəti ilə malların müvəqqəti ixrac gömrük proseduru altında qalma müddətini 12 (on iki) aya qədər uzadır. 3.3. Müvəqqəti ixrac gömrük proseduru altında malların qalma müddətinin uzadılması ilə bağlı müraciətə gömrük orqanları tərəfindən 3 (üç) iş günü müddətində baxılır. 3.4. Gömrük orqanları bu Qaydaların 2-ci hissəsində nəzərdə tutulmuş şərtlərə əməl olunmadığını aşkar etdiyi halda malların müvəqqəti ixrac gömrük proseduru altında qalma müddətinin uzadılmasından imtina barədə qərar qəbul edir. Qərar qəbul olunduqdan 1 (bir) iş günü müddətində prosedur sahibi bu barədə yazılı formada məlumatlandırılır. 3.5. Malların müvəqqəti ixrac gömrük proseduru altında qalma müddətinin uzadılması prosesi müvəqqəti ixrac gömrük proseduru üçün müvafiq qaydada müəyyən edilmiş müddətin axımını dayandırmır. 3.6. Müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş mallar üçün müəyyən edilmiş müddət başa çatanadək müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş mallar təkrar idxal edilməli və ya digər gömrük proseduru altında yerləşdirilməlidir. 3.7. Müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş mallar təkrar idxal edildikdə və ya digər gömrük proseduru altında yerləşdirildikdə, müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş mallar üçün müəyyən edilmiş müddət başa çatmış hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında xxxxla, bu Məcəllə ilə müəyyən edilmiş digər xxxxlarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 499.1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə on beş günədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya qaytarılmasına görə fiziki şəxslər yüz əlli manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Məhkəmə şikayətin dəlillərinə münasibətdə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bir daha qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi düzgün olaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsi ilə təqsirli bilinməsi və 600 (altı yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi barədə nəticəyə gəlmişdir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən apellyasiya şikayəti təmin edilməməli Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDI : Apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib cərimə edilməsi barədə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir, qərardan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar