Məhkəmə qərarları › İş №3(3-6)-976/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-976/2026

16.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-976/2026 16.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmmədov Murad Akif oğlu, məhkəmə iclasının katibi Nağıyeva Milana Varis qızının katibliyi ilə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim X2) *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə, ünvan 2 ünvanında qeydiyyatda olan, VÖEN nömrəsi ********** olan MMC Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 600 (altı yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Işin halları: Bakı şəhəri Səbail Rayon Məhkəməsinə ## ###### 2026-cı ildə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük Idarəsinin ##.##.2026-cı il tarixli, *-**-****/*-******/**** nömrəli məktubu ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ## ###### 2026-cı il tarixli EP ******* nömrəli nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. Inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC (VÖEN:**********) tərəfindən 01242000004011 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac gömrük proseduru altında rəsmiləşdirilən yükün öhdəlik müddəti ##.##.2025-ci il tarixində bitmişdir. Lakin yükün digər gömrük proseduru altında yerləşdirilməsi üçün müraciət edilməmişdir. Iş materiallarına əlavə edilmiş Gömrük Xidmətinin “X4 Sistemi" (VAÍS) informasiya resursundan çıxarışdan görünür ki, ##.##.2024-cü il tarixli 01242000004011 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş “yer qazan maşının hissələri” yüklərinin ölkə ərazisinə geri qaytarma müddətinin son tarixi ##.##.2024-cü il tarix, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən verilmiş *-**-****/*-******/**** nömrəli ##.##.2024-cü il tarixli müvəqqəti idxal (ixrac) müddətinin uzadılmasına dair ərizə əsasında ##.##.2025-ci il tarix müəyyən edilmişdir. ünvan 1 ünvanında qeydiyyatda olan “xxxx" MMC tərəfindən ##.##.2024-cü il tarixli 01242000004011 sorğu nömrəli gömrük bəyannaməsi ilə "Müvəqqəti Ixrac” gömrük prosedurunda bəyan edilən "yer qazan maşının hissələri” yüklərinin ölkə ərazisinə geri qaytarılma müddətinin son tarixi ##.##.2025-ci il tarix müəyyən edilsədə, adı qeyd olunan Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən malların öhdəlik müddəti bitənədək digər gömrük proseduru altında yerləşdirilməsi üçün heç bir tədbir görülməmişdir və malların öhdəlik müddəti bitdikdən 12 (on iki) gün sonra, yəni ##.##.2025-ci il tarixdə 3-33- ****/***/****** nömrəli raportla hüquqpozma faktı aşkarlanmışdır. Iş üzrə yuxarıda qeyd olunan qərar qəbul edilmişdir. Həmin qərardan MMC apellyasiya qaydasında şikayət verərək Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin (*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Tərəflərin çıxışları: Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində proses iştirakçılarına məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə proses iştirakçılarının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Işin halları və hüquqi məsələlər: Apellyasiya şikayətində MMC hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını, hakim tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsini iddia edilərək tələbi IXM-in 135.1.2 və 135.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. IXM-in 135.1.2 və 135.1.3-cü maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Şikayətdə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi xahiş olunsa da, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, IXM-in 75,76, 84-cü maddəsinin tələblərinə uyğun olaraq sənədləri, izahatı sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək iş üzrə tənbeh tətbiri tətbiq etmişdir. Məhkəmə göstərilən qənaətə gələrkən, sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və dolğun şəkildə və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən hesab edir ki, hazırda qərarın məzmununda göstərilən sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş şikayətin dəlilərinə münasibətdə qiymətləndirilməlidir. Apellyasiya şikayətində MMC ilə “X1 San. ve Tic. A.Ş” arasında ##.##.2025-ci il tarixli “Icarə Müqaviləsi” bağlandığı, layihə başa çatmadığı üçün hazırda həmin qazma qurğusunun ölkə ərazisinə geri qaytarılmadığı, bunun MMC-nin iradəsindən asılı olmayan hallara görə baş verdiyi bildirilmişdir. Işin mübahisəsiz halıdır ki, 01242000004011 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac gömrük proseduru altında rəsmiləşdirilən yükün öhdəlik müddəti ##.##.2025-ci il tarixində bitmiş, lakin yükün digər gömrük proseduru altında yerləşdirilməsi üçün müraciət edilməmişdir. IXM-nin 499.1.1-cü maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, yəni: 499.1.1. on beş günədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya qaytarılmasına görə - fiziki şəxslər yüz əlli manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 130.2-ci maddəsinə əsasən malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi qaydalarını bu Məcəllənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin qaydalarda malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi şərtləri, onların bu prosedur altında qalma müddəti müəyyən edilməlidir Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ######## 2013-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti ixrac xüsusi gömrük proseduru altında yerləşdirilməsi” Qaydalarının 3.1-ci bəndinə əsasən müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş malların bu gömrük proseduru altında qalma müddəti gömrük orqanları tərəfindən 24 (iyirmi dörd) aydan çox olmamaq şərtilə müəyyənləşdirilir. Bu müddət müvəqqəti ixrac gömrük prosedurunun məqsədi üçün kifayət etməlidir. Həmin Qərarın 3.2-ci bəndinə əsasən bu Qaydaların 3.1-ci bəndində göstərilən müddətdə müvəqqəti ixrac gömrük prosedurunun məqsədlərinə nail olunmadıqda, gömrük orqanı həmin prosedur üçün müəyyən olunmuş müddətin başa çatmasına 1 (bir) ay qalmış prosedur sahibinin əsaslandırılmış müraciəti ilə malların müvəqqəti ixrac gömrük proseduru altında qalma müddətini 12 (on iki) aya qədər uzadır. Həmin Qərarın 3.6-cı bəndinə əsasən müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş mallar üçün müəyyən edilmiş müddət başa çatanadək müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş mallar təkrar idxal edilməli və ya digər gömrük proseduru altında yerləşdirilməlidir. Həmin Qərarın 3.7-ci bəndinə əsasən müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş mallar təkrar idxal edildikdə və ya digər gömrük proseduru altında yerləşdirildikdə, müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş mallar üçün müəyyən edilmiş müddət başa çatmış hesab olunur. Qeyd olunmalıdır ki, IXM-in 499.1-ci maddəsində göstərilmiş inzibati xəta obyektiv cəhətdən hərəkətlə, yəni Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması ilə bağlı hərəkətlərin icra edilməsiylə törədilir. Beləliklə, IXM-in 499.1-ci maddəsində təsbit olunmuş inzibati xəta tərkibinin yaranması üçün obyektiv cəhətinin zəruri elementi olan hərəkət icra edilməli, mallar və ya nəqliyyat vasitələri hökmən müəyyən edilmiş müddətlər ötürülməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmalı və ya bu əraziyə qaytarılmalıdır. Qeyd edilən kənara aparılma və ya qaytarılma isə müvafiq gömrük proseduru ilə bağlı gömrük orqanları tərəfindən müəyyən edilmiş müddətlərin pozulma dərəcəsindən, yəni gecikdirmənin müddətindən asılı olaraq əməl Inzibati Xətalar Məcəlləsinin 499.1.1-499.1.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin VIII və X hissələri, 80-ci maddəsi baxımından Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 499.1 və 499.2ci maddələrinin həmin Məcəllənin 38-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2024-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Inzibati Xətalar Məcəlləsinin 499.1-ci maddəsində göstərilmiş inzibati xəta mallar və ya nəqliyyat vasitələrinin müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması ilə bağlı hərəkətin icra edilməsi anında törədildiyi və həmin anda bitdiyi üçün bu əməl uzanan inzibati xəta hesab edilə bilməz. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu bildirməyi vacib hesab edir ki, Inzibati Xətalar Məcəlləsinin 499.1.1-499.1.5-ci maddələrində təsbit edilmiş inzibati xətaların törədildiyi gün həmin xətanın obyektiv cəhətini təşkil edən hərəkətin icra edildiyi - əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparıldığı və ya bu əraziyə qaytarıldığı gün hesab edildiyindən, Inzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsi ilə müəyyən edilən inzibati məsuliyyətə cəlb etmə müddətinin axımı da həmin tarixdən başlanır. Məhkəmə qeyd edir ki, MMC həmin mallar üçün nəzərdə tutulmuş müvəqqəti ixrac müddətinin ##.##.2025-ci il tarixdə başa çatmasına baxmayaraq müddətin uzadılması üçün vaxtında müraciət etməmiş, bununla bağlı tədbir görülməmişdir. Belə olan halda, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin VIII və X hissələri, 80-ci maddəsi baxımından Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 499.1 və 499.2-ci maddələrinin həmin Məcəllənin 38-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2024-cü il tarixli Qərarında göstərilən mövqeyə uyğun olaraq inzibati xəta mallar müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük əraziyə qaytarılması ilə bağlı hərəkətin icra edilməsi anında törədilmiş və həmin anda birmişdir. Öhdəlik müddətinin bir il uzadılmasına gəldikdə, inzibati xətalar qanunvericiliyi bu halda şəxsin məsuliyyətdən azad edilməsi ilə bağlı şərt nəzərdə tutmamış, bu inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallara aid edilməmişdir. Inzibati xətalar qanunvericiliyinin müddəaları baxımından aşkardır ki, inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunmalı və bu baxımdan iqtisadi maraq, idarəçilik qaydalarının mühafizə olunması, qanunçuluğun möhkəmləndirilməsi və inzibati xətaların qarşısını almaq üçün qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlik prinsipləri təmin edilməlidir. Həmçinin, dövlət orqanları öz növbəsində inzibati xətaların törədilməsinin qarşısının alınması, buna kömək edən səbəbləri və şəraitin aşkar edilməsi, qanunlara ciddi əməl etmək üçün tədbirlərin icra edilməsini təmin etməlidirlər. Odur ki, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli mübahisələndirilən qərarı qanuni və əsaslıdır, təyin edilən inzibati tənbeh isə ədalətlidir. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından şikayət təmin edilməməlidir. IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Yuxarıda qeyd olunanlara əsasən və IXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq Qərara aldım: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar