Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-980/2026 16.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X1, Kamranlı Mahsun Şahin oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsi ilə təqsirli bilinərək tənbeh edilməsi haqqında inzibati iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarından hüquqi şəxsin etibarnamə üzrə nümayəndəsi Emin Rəhmanov tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Inzibati xəta haqqında iş üzrə icraat materiallarından və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük Idarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində tərtib edilmiş ##.##.2026-cı il tarixli EP № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC (VÖEN:**********) tərəfindən 01242000008089 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac gömrük proseduru altında rəsmiləşdirilən yükün öhdəlik müddəti ##.##.2025-ci il tarixdə bitmiş, lakin yükün digər gömrük proseduru altında yerləşdirilməsi üçün müraciət edilməmiş və bununla Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində tərtib edilmiş ##.##.2026-cı il tarixli EP № ******* saylı inzibati xəta haqqında protokol və toplanmış sənədlər baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim S.H.Bağırova) ## #### 2026-cı il tarixli qərarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 600 (altı yüz) manat məbləğində inzibati cərimə ilə tənbeh edilmişdir. Qərardan, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi Emin Rəhmanov apellyasiya qaydasında şikayət verərək, inzibati iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Şikayət onunla əsaslandırılmışdır ki, MR8000 “Qazma qurğusu” (hansı ki, həmin qazma qurğusu müəyyən hissələrdən ibarətdir və daşınma zamanı həmin qazma qurğusunun vahid/tam şəkildə daşınması mümkün olmadığından qurğu sökülərək hissəvi şəkildə daşınmışdır) “X4 X5 (TPAO)” ilə “Sondaj Mühendislik Sanayi ve Ticaret A.Ş” arasında bağlanmış ##.##.2023-cü il tarixli “Xidmət Müqaviləsi”nə əsasən, Türkiyə Respublikasına göndərilmiş və neft və qaz quyularının qazılması üçün hazırda Türkiyə Respublikasında dövlət layihəsi olan qazma işlərində istifadə olunmaqdadır. Hal-hazırda həmin “Qazma qurğusu” “X4 X5 (TPAO)” şirkətinin fəaliyyət göstərdiyi aktiv layihə çərçivəsində qazma xidmətləri göstərən “X2 San. ve Tic. A.Ş” şirkətinə eyni layihədə qazma işlərinin davam etdirilməsi üçün icarəyə verilmiş və bununla bağlı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC ilə “X2 San. ve Tic. A.Ş” arasında ##.##.2025-ci il tarixli “Icarə Müqaviləsi” də bağlanmışdır. “X2 San. ve Tic. A.Ş” tərəfindən verilmiş ##.##.2026-cı il tarixli “Arayış” da bunu təsdiq edir. Başqa sözlə desək, həmin layihə başa çatmadığı üçün hazırda həmin qazma qurğusunun ölkə ərazisinə geri qaytarılması heç bir məntiqə uyğun gəlmir və məhz bu səbəbdən bu hüquqi şəxsin iradəsindən asılı olmayan hallara görə baş vermişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də dövlətin də payının olması (Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, yəni SOCAR həmtəsisçilərdən biri kimi xxxx MMC-də müvafiq paya sahibdir) öncə qeyd olunanların əyani sübutudur. Dövlət orqanı olan AR Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük Idarəsi dövlət payı olan şirkətin cəriməyə məruz qalması üçün “Protokol” tərtib edib baxılması üçün məhkəməyə göndərmişdir. Eyni zamanda, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində AR Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük Idarəsi tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 4991.1ci maddəsi ilə məsuliyyətə cəlb olunması barədə “Protokol” tərtib edilərkən, “Inzibati Xətalar” Məcəlləsinin bir çox müddəaları pozulmuşdur. Habelə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2020-ci il tarixli “Plenum Qərarın”da qeyd olunan hüquqi mövqeyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin baş vermiş hadisədə təqsirsiz olması müəyyən edilir. Məhkəmə, iclasın vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar olunmuş, lakin məhkəmə iclasına gəlməmiş inzibati orqanın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Işin halları və hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərini inzibati xəta haqqında iş üzrə icraat materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv araşdıraraq qeyd edir ki, aşağıda qeyd olunan əsaslara görə, şikayət təmin edilməməli və inzibati iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, verilmiş şikayətlə bağlı inzibati xəta haqqında iş üzrə aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən gəldiyi nəticəni maddi və prossesual hüquq normalarının tələbləri baxımından əsaslı hesab edir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarına əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, məhkəmədə tədqiq edilmiş inzibati xəta haqqında protokolla və digər mötəbər sübutlarla tam təsdiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində qərar qəbul edərkən, iş üzrə toplanmış sübutlara məcmu halında düzgün hüquqi qiymət vermiş və hüquqi şəxsin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında qanuni qərar qəbul etmişdir ki, bu məsələyə dair birinci instansiya məhkəməsinin gəldiyi yekun nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas yoxdur. Belə ki, birinci instansiya məhkəməsi, məhkəmədə araşdırılmış sübutlara və iş materiallarına düzgün hüquqi qiymət vermiş, xətanın müəyyən edilməsi məqsədilə işin hallarını hərtərəfli, tam və obyektiv araşdıraraq, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin təqsirini Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsi ilə düzgün müəyyənləşdirmişdir. Apellyasiya instansiyası məhkəməsi inzibati iş üzrə toplanmış icraat materiallarında olan mümkün sübutları bir daha sadalamağa lüzum görmür və birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə materialda olan sənədlərə və qanunun tələblərinə uyğun olduğu üçün razılaşır və qeyd edir ki, iş materialları ilə müqayisədə, şikayətin dəlilləri əsassızdır. Inzibati xəta haqqında iş üzrə icraat materiallarına və birinci instansiya məhkəməsinin qərarına əsasən, inzibati orqan tərəfindən qəbul edilmiş inzibati xəta haqqında protokol əsaslı olmuş və məhkəmədə tədqiq edilmiş sənədlərlə müqayisədə hüquqi şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada tam sübuta yetirilmişdir. Apellyasiya instaniyası məhkəməsi şikayətin dəlillərinə münasibətdə aşağıdakı xüsusatları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 7.3-cü maddəsinə əsasən, hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Yəni, hüquqi şəxsin nümayəndəsinin “(Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, yəni SOCAR həmtəsisçilərdən biri kimi xxxx MMC-də müvafiq paya sahibdir)”, məzmunlu şikayətinin dəlilinə münasibətdə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 499.1.1ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunaraq tənbeh edilməsinin qanunsuz hesab edilməsi haqqında iddia əsassızdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 499.1.1-cü maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, yəni: 499.1.1. on beş günədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya qaytarılmasına görə - fiziki şəxslər yüz əlli manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 130.2-ci maddəsinə əsasən malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi qaydalarını bu Məcəllənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin qaydalarda malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi şərtləri, onların bu prosedur altında qalma müddəti müəyyən edilməlidir Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ######## 2013-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti ixrac xüsusi gömrük proseduru altında yerləşdirilməsi” Qaydalarının 3.1-ci bəndinə əsasən müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş malların bu gömrük proseduru altında qalma müddəti gömrük orqanları tərəfindən 24 (iyirmi dörd) aydan çox olmamaq şərtilə müəyyənləşdirilir. Bu müddət müvəqqəti ixrac gömrük prosedurunun məqsədi üçün kifayət etməlidir. Həmin Qərarın 3.2-ci bəndinə əsasən bu Qaydaların 3.1-ci bəndində göstərilən müddətdə müvəqqəti ixrac gömrük prosedurunun məqsədlərinə nail olunmadıqda, gömrük orqanı həmin prosedur üçün müəyyən olunmuş müddətin başa çatmasına 1 (bir) ay qalmış prosedur sahibinin əsaslandırılmış müraciəti ilə malların müvəqqəti ixrac gömrük proseduru altında qalma müddətini 12 (on iki) aya qədər uzadır. Həmin Qərarın 3.6-cı bəndinə əsasən müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş mallar üçün müəyyən edilmiş müddət başa çatanadək müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş mallar təkrar idxal edilməli və ya digər gömrük proseduru altında yerləşdirilməlidir. Həmin Qərarın 3.7-ci bəndinə əsasən müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş mallar təkrar idxal edildikdə və ya digər gömrük proseduru altında yerləşdirildikdə, müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş mallar üçün müəyyən edilmiş müddət başa çatmış hesab olunur. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 499.1ci maddəsində göstərilmiş inzibati xəta obyektiv cəhətdən hərəkətlə, yəni Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması ilə bağlı hərəkətlərin icra edilməsiylə törədilir. Beləliklə, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 499.1-ci maddəsində təsbit olunmuş inzibati xəta tərkibinin yaranması üçün obyektiv cəhətinin zəruri elementi olan hərəkət icra edilməli, mallar və ya nəqliyyat vasitələri hökmən müəyyən edilmiş müddətlər ötürülməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmalı və ya bu əraziyə qaytarılmalıdır. Qeyd edilən kənara aparılma və ya qaytarılma isə müvafiq gömrük proseduru ilə bağlı gömrük orqanları tərəfindən müəyyən edilmiş müddətlərin pozulma dərəcəsindən, yəni gecikdirmənin müddətindən asılı olaraq əməl Inzibati Xətalar Məcəlləsinin 499.1.1-499.1.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin VIII və X hissələri, 80-ci maddəsi baxımından Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 499.1 və 499.2-ci maddələrinin həmin Məcəllənin 38-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2024-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Inzibati Xətalar Məcəlləsinin 499.1-ci maddəsində göstərilmiş inzibati xəta mallar və ya nəqliyyat vasitələrinin müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması ilə bağlı hərəkətin icra edilməsi anında törədildiyi və həmin anda bitdiyi üçün bu əməl uzanan inzibati xəta hesab edilə bilməz. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu bildirməyi vacib hesab edir ki, Inzibati Xətalar Məcəlləsinin 499.1.1-499.1.5-ci maddələrində təsbit edilmiş inzibati xətaların törədildiyi gün həmin xətanın obyektiv cəhətini təşkil edən hərəkətin icra edildiyi - əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparıldığı və ya bu əraziyə qaytarıldığı gün hesab edildiyindən, Inzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsi ilə müəyyən edilən inzibati məsuliyyətə cəlb etmə müddətinin axımı da həmin tarixdən başlanır. Məhkəmə qeyd edir ki, MMC həmin mallar üçün nəzərdə tutulmuş müvəqqəti ixrac müddətinin ##.##.2025-ci il tarixdə başa çatmasına baxmayaraq müddətin uzadılması üçün vaxtında müraciət etməmiş, bununla bağlı tədbir görülməmişdir. Belə olan halda, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin VIII və X hissələri, 80-ci maddəsi baxımından Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 499.1 və 499.2-ci maddələrinin həmin Məcəllənin 38-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2024-cü il tarixli Qərarında göstərilən mövqeyə uyğun olaraq inzibati xəta mallar müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük əraziyə qaytarılması ilə bağlı hərəkətin icra edilməsi anında törədilmiş və həmin anda birmişdir. Öhdəlik müddətinin bir il uzadılmasına gəldikdə, inzibati xətalar qanunvericiliyi bu halda şəxsin məsuliyyətdən azad edilməsi ilə bağlı şərt nəzərdə tutmamış, bu inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallara aid edilməmişdir. Səlahiyyətli orqanın nümayəndəsinin birinci instansiya məhkəməsində iştirakın təmin edilməməsi ilə bağlı məhkəmə bildirir ki, həm birinci instansiya məhkəmədində, həm də apellyasiya baxışı zamanı baxılan inzibati xəta haqqında iş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış, mübahisəli məsələyə dair xətanın mövcudluğunu təkzib edən sübutların məhkəməyə təqdim etmək imkanı təmin olmuşdur. Inzibati xətalar qanunvericiliyinin müddəaları baxımından aşkardır ki, inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunmalı və bu baxımdan iqtisadi maraq, idarəçilik qaydalarının mühafizə olunması, qanunçuluğun möhkəmləndirilməsi və inzibati xətaların qarşısını almaq üçün qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlik prinsipləri təmin edilməlidir. Həmçinin, dövlət orqanları öz növbəsində inzibati xətaların törədilməsinin qarşısının alınması, buna kömək edən səbəbləri və şəraitin aşkar edilməsi, qanunlara ciddi əməl etmək üçün tədbirlərin icra edilməsini təmin etməlidirlər. Qeyd olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni işin faktiki hallarına uyğun sayır və qeyd edir ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarını müqayisəli şəkildə təhlil edən birinci instansiya məhkəməsi maddi və prossesual hüquq normalarına əsaslanaraq qanuni və əsaslı qərar qəbul etmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar yoxdur. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 2, 9.1, 12.1, 21, 31.3, 32 və 33-cü maddələrinin tələblərini və inzibati tənbehin həddini qanunvericiliyin tələbləri baxımından düzgün nəzərə almışdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Odur ki, şikayət təmin edilməməli və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük Idarəsi tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli EP № ******* saylı inzibati xəta haqqında protokol əsasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsi ilə təqsirli bilinərək 600 (altı yüz) manat məbləğində cərimə ilə tənbeh edilməsi haqqında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128- 134.1.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük Idarəsi tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli EP № ******* saylı inzibati xəta haqqında protokol əsasında xxxx” MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsi ilə təqsirli bilinərək 600 (altı yüz) manat məbləğində cərimə ilə tənbeh edilməsi haqqında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-980/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-980/2026
16.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver