Məhkəmə qərarları › İş №3(3-6)-981/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-981/2026

15.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-981/2026 15.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Qəniyev Faiq Əsəd oğlunun sədrliyi, məhkəmə iclasının katibi Zeynalova Lalə Allahverdi qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 499.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsində ## ###### 2026-cı il tarixli, *****-*****/** nömrəli protokol tərtib edilmiş və protokola əlavə olunmuş sənədlərlə birlikdə baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 600 (altı yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Qərardan barəsində inzibati xəta haqqında icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC şikayət verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarının ləğv edilməsi, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən qeyd olunan protokolun tərtib edilməsi əsassız və qanunsuzdur, çünki qeyd olunan MR8000 “Qazma qurğusu” (hansı ki, həmin qazma qurğusu müəyyən hissələrdən ibarətdir və daşıma zamanı həmin qazma qurğusunun vahid/tam şəkildə daşınması mümkün olmadığından qurğu sökülərək hissəvi şəkildə daşınmışdır) “X4 X5 (TPAO)” ilə “Sondaj Mühendislik Sanayi ve Ticaret A.Ş” arasında bağlanmış ## #### 2023-cü il tarixli “Xidmət Müqaviləsi”nə əsasən, Türkiyə Respublikasına göndərilmiş və neft və qaz quyularının qazılması üçün hazırda Türkiyə Respublikasında dövlət layihəsi olan qazma işlərində istifadə olunmaqdadır. Hal-hazırda həmin “Qazma qurğusu” “X4 X5 (TPAO)” şirkətinin fəaliyyət göstərdiyi aktiv layihə çərçivəsində qazma xidmətləri göstərən “X2 San. ve Tic. A.Ş” şirkətinə eyni layihədə qazma işlərinin davam etdirilməsi üçün icarəyə verilmişdir və bununla bağlı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC ilə “X2 San. ve Tic. A.Ş” arasında ## ###### 2025-ci il tarixli “İcarə Müqaviləsi” də bağlanmışdır. “X2 San. ve Tic. A.Ş” tərəfindən verilmiş ## ###### 2026-cı il tarixli “Arayış” da bunu təsdiq edir. Başqa sözlə, həmin layihə başa çatmadığı üçün hazırda həmin qazma qurğusunun ölkə ərazisinə geri qaytarılması heç bir məntiqə uyğun gəlmir və məhz bu səbəbdən bu bizim iradəmizdən asılı olmayan hallara görə baş vermişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC 2007-ci ildə 1) Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), 2) Nobel Energy və 3) Abşeron Qazma MMC (AQŞ) tərəfindən təsis edilmiş kompleks qazma və quyu xidmətlərinin idarə edilməsi şirkətidir. Şirkət qabaqcıl qazma texnologiyalarını və yeni idarəetmə üsullarını tətbiq etməklə neft və qaz quyularının qazılması sənayesində çoxillik təcrübəyə malikdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC ölkənin qazma sənayesində innovativ yanaşmalar tətbiq edən lider şirkət olub, təhlükəsiz və etibarlı həllər təqdim edən uğurlu fəaliyyət təcrübəsinə malikdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC ölkədə APİ (American Petroleum İnstitute/Amerika Neft İnstitutu) Q2 sertifikatına sahib olan yeganə yerli qazma şirkəti olduğundan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC həmin sertifikatın tələblərinə uyğun qaydada fəaliyyət göstərməlidir və həmin sertifikat yalnız Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də olduğu üçün Azərbaycan Respublikası tərəfindən xüsusi dövlət əhəmiyyətli və mürəkkəb quyuların qazılması məhz Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMCyə həvalə edilir. Bu isə öz-özlüyündə əlavə məsuliyyət yaratmaqla bərabər həm də dövlətin xüsusi nəzarətini Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin üzərində cəmləşdirmiş olur. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də dövlətin də payının olması (Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, yəni SOCAR həmtəsisçilərdən biri kimi xxxx MMC-də müvafiq paya sahibdir) öncə qeyd olunanların əyani sübutudur. X1 Komitəsinin Bakı Baş Gömrük İdarəsi dövlət payı olan şirkətin cəriməyə məruz qalması üçün protokol tərtib edib baxılması üçün məhkəməyə göndərmiş və Bakı şəhəri Səbail rayon Məhkəməsi tərəfindən göstərilən qərar qəbul edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən, haqlı olaraq hesab edirik ki, həmin “Qərar” qanunsuz və əsassızdır və bu səbəbdən həmin qərar məhkəmə tərəfindən ləğv olunaraq iş üzrə icraata xitam verilməlidir. Xüsusilə qeyd olunmalıdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 4991.1ci bəndi üzrə məsuliyyətə cəlb olunması barədə protokol tərtib edilərkən İnzibati Xətalar Məcəlləsinin bir çox müddəaları pozulmuşdur. Həmçinin Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci bəndi üzrə inzibati tənbeh vermə haqqında ## ###### 2026-cı il tarixli tərtib edilərkən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin iştirakı təmin edilməmişdir, İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquq və vəzifələr şirkətin müvafiq nümayəndəsinə izah edilməmişdir və bu barədə protokolda müvafiq qeydlər aparılmamışdır. Həmçinin həmin protokol şirkətin müvafiq səlahiyyətli şəxsi tərəfindən imza edilməmişdir, onun surəti şirkətə təqdim edilməmişdir, inzibati xəta ilə bağlı izahatı alınmamışdır, protokolun məzmunu barəsində öz mülahizələrimizi təqdim etmək üçün bizə şərait yaradılmamışdır, inzibati xəta haqqında işə baxılması vaxtı və yeri barədə bildiriş şirkətə çatdırılmamışdır və işin baxılması zamanı şirkətin iştirakı təmin edilməmişdir. Protokolun sonunda tarix yerləri isə boş buraxılaraq növbəti pozuntuya yol verilmişdir. Konstitusiya Məhkəməsinin ## ###### 2020-ci il tarixli Plenum Qərarında qeyd olunan hüquqi mövqe ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin baş vermiş hadisədə təqsirsiz olmasını müəyyən etmiş olur. Məhkəmə iclasının vaxtı və yeri haqqında qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Nümayəndələrinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə işin materiallarını araşdırıb, proses iştirakçısının izahatını dinləyib hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, ## ###### 2026-cı il tarixli raportdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC (VÖEN **********) tərəfindən 01242000003826 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac xüsusi gömrük proseduru altında rəsmiləşdirilən yükün öhdəlik müddəti ## ###### 2025-ci il tarixində bitmişdir. Lakin yükün digər gömrük proseduru altında yerləşdirilməsi üçün müraciət edilməmişdir. ## ###### 2023-cü il tarixli ************** nömrəli gömrük bəyannaməsindən görünür ki, ixracatçı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən göndərilmiş idxalatçı SOCAR AQŞ Sondaj Mühendislik San. ve Tic. A.Ş. tərəfindən alınan “Yer qazan maşının hissələri” adlı müvəqqəti ixrac xüsusi gömrük proseduru altında rəsmiləşdirilən yükün öhdəlik müddətinin sonu ## ###### 2025-ci il tarixi kimi müəyyən edilmişdir. BBGİ-nin Təhqiqat şöbəsinin böyük təhqiqatçısı Nəcəf İskəndərli tərəfindən tərtib olunmuş ## ###### 2026-cı il tarixli arayışdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC (VÖEN **********) barəsində aparılan araşdırma ilə əlaqədar şirkətin nümayəndəsi Rəşad Abıyevin izahatının alınması məqsədi ilə mobil telefon vasitəsi ilə halhazırda istifadəsində olan 055-414-55-56 mobil telefon nömrəsi ilə əlaqə saxlanılmış, aparılan araşdırma ilə əlaqədar Bakı Baş Gömrük idarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə ## ###### 2026-cı il tarixə dəvət edilmiş, 01242000003826 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilərək müvəqqəti ixrac edilən “yer qazan maşının hissələri” yükünün öhdəlik müddətinin ## ###### 2025-ci il tarixdə bitməsi, eləcə də həmin malların ölkə ərazisinə geri qaytarılmadığı və müddətin uzadılması ilə bağlı müraciətin edilmədiyi bildirilmiş, o isə öz növbəsində bundan xəbərdar olduğunu və iş üzrə gələrək izahat verəcəyini bildirmişdir. Lakin nümayəndə qeyd olunan tarixə gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə ünvanlanmış ## ###### 2026-cı il tarixli müraciətdən görünür ki, MR8000 qazma qurğusunun Türkiyə Respublikasının ərazisində müvəqqəti ixrac müddətinin 01 (bir) il müddətinə uzadılmasına dair göstəriş verilməsi xahiş olunmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, “”xxxx” MMC tərəfindən müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş malların müəyyən olunmuş müddətdə geri qaytarılması və ya digər gömrük proseduru altında yerləşdirilməsi ilə bağlı qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Belə ki, iş materialları ilə, o cümlədən gömrük bəyannaməsi, VAİS sistemindən çıxarış və ## ###### 2025-ci il tarixli raportla təsdiq olunur ki, malların geri qaytarılmasının son müddəti ## ###### 2025-ci il tarix müəyyən edilsə də, həmin müddət bitənədək qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görülməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin etirazında göstərilən hallara, o cümlədən qazma qurğusunun xarici ölkədə layihə çərçivəsində istifadədə olması və müddətin uzadılması ilə bağlı müraciətin edilməsi arqumentlərinə gəldikdə isə məhkəmə qeyd edir ki, bu hallar inzibati məsuliyyəti istisna edən əsaslar kimi qiymətləndirilə bilməz”. Məhkəmə birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən gəldiyi nəticəni maddi və prossesual hüquq normalarının tələbləri baxımından tam əsaslı hesab edir. Birinci instansiya məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə on beş günədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya qaytarılmasına görə fiziki şəxslər yüz əlli manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 2013-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi” Qaydalarının 6-cı bəndinə əsasən, 6.1. Müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların təkrar ixracının və ya növbəti gömrük proseduru altında yerləşdirilməsinin müddətini gömrük orqanları müəyyənləşdirirlər. Bu müddət müvəqqəti idxal xüsusi gömrük prosedurunun məqsədi üçün kifayət etməlidir. 6.2. Malların eyni məqsəd üçün və eyni şəxsin məsuliyyəti altında olmaqla, müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilə biləcəyi maksimum müddət 24 (iyirmi dörd) ay təşkil edir. Azərbaycan Respublikasının Nazirlər Kabineti müxtəlif kateqoriyadan olan mallar üçün daha az və daha çox müvəqqəti idxal müddətləri müəyyən edə bilər. 6.3. Bu Qaydaların 6.2-ci bəndində göstərilən müddətdə müvəqqəti idxal xüsusi gömrük prosedurunun məqsədlərinə nail olunmadıqda, gömrük orqanı həmin prosedur üçün müəyyən olunmuş müddətin başa çatmasına 1 (bir) ay qalmış prosedur sahibinin əsaslandırılmış müraciəti ilə malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında qalma müddətini 12 (on iki) aya qədər uzadır. 6.4. Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında qalma müddətinin uzadılması ilə bağlı müraciətə gömrük orqanları tərəfindən 2 (iki) iş günü müddətində baxılır. 6.5. Gömrük orqanları bu Qaydaların 2-ci hissəsində nəzərdə tutulmuş şərtlərə əməl olunmadığını aşkar etdiyi halda malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında qalma müddətinin uzadılmasından imtina barədə qərar qəbul edir. Qərar qəbul olunduqdan bir iş günü müddətində prosedur sahibi bu barədə yazılı formada məlumatlandırılır. 6.6. Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında qalma müddətinin uzadılması prosesi müvəqqəti idxal xüsusi gömrük proseduru üçün müəyyən edilmiş müddətin axımını dayandırmır. 6.7. Müvəqqəti idxal gömrük proseduru altında yerləşdirilmiş mallar üçün müəyyən edilmiş müddət başa çatanadək həmin mallar təkrar ixrac edilməli və ya digər gömrük proseduru altında yerləşdirilməlidir. 6.8. Müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar təkrar ixrac edildikdə və ya digər gömrük proseduru altında yerləşdirildikdə, müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar üçün müəyyən edilmiş müddət başa çatmış hesab olunur. Qeyd edilməlidir ki, əməli törətmiş şəxsin (fizki və ya hüquqi) təqsiri dedikdə törədilən əmələ (hərəkət və ya hərəkətsizlik) və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında münasibəti anlaşılır. Əməlin inzibati xəta hesab edilməsi təkcə bu əməlin qeyri-hüquqi olması ilə deyil, həm də onun təqsirə, yəni qəsd və yaxud ehtiyatsızlıq formasında törədilməsi ilə də bağlıdır. Hərəkət və yaxud hərəkətsizlik-davranışın iradəvi aktıdır, buna görə də hərəkətsizlik zamanı məsuliyyətin təyin edilməsi üçün həmçinin bu və ya digər şəxsin tələb olunan hərəkətləri etməsinin real imkanlarını, yəni konkret şəraitdə göstərilən hərəkətlərin edilməsinin faktiki imkanları müəyyən olunmalıdır. Göründüyü kimi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsi üzrə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilməsi və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməldə (hərəkət və ya hərəkətsizliyi) təqsirinin qəsd və yaxud ehtiyatsızlıq formasından asılı etməmiş və hüquqi şəxsə münasibətdə qanunvericilikdən irəli gələn hüquqi nəticələr yaranmışdır. Birinci instansiya məhkəməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Məhdud Məsuliyyətli Cəmiyyət barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən, İnzibati Xətalar Məcəlləsinin 2, 4, 6, 8, 9.1, 12.1, 21, 22, 31.3, 32 və 33-cü maddələrinin tələbləri baxımından düzgün nəzərə almışdır. Göstərilənlər ona dəlalət edir ki, verilmiş apellyasiya şikayəti əsassızdır və ona görə də təmin edilə bilməz. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xətadır və Məcəllənin 14-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) zərərli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, yaxud bu nəticələrin baş verəcəyini lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu xəta ehtiyatsızlıqdan törədilmiş xəta hesab olunur. Həmin Məcəllənin 18-ci maddəsinə görə hüquqi şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 31.3-cü maddəsinə görə, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati xətalar qanunvericiliyin müddəaları baxımından aşkardır ki, insan və vətəndaş hüquqları və azadlıqları, iqtisadi maraqları, idarəçilik qaydalarının qorunması, qanunçuluğun möhkəmləndirilməsi və inzibati xətaların qarşısını almaq üçün qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlik prinsipləri təmin edilməli, dövlət orqanları isə öz növbəsində inzibati xətaların törədilməsinin qarşısının alınması, buna kömək edən səbəbləri və şəraitin aşkar edilməsi, aradan qaldırılması, qanunlara ciddi əməl etmək üçün tədbirlərin icra edilməsini təşkil etməlidirlər. Qeyd olunmalıdır ki, qəsdən törədilən inzibati xəta və ya ehtiyatsızlıqdan törədilənin inzibati xətaya görə qanunvericiliklə müəyyən olunmuş qaydada prosedur qaydalar gözlənilməklə dövlət məcburetmə tədbirləri tətbiq edilir və göstərilən hər iki hal inzibati xəta törədən şəxs barəsində yaranmış arzuolunmaz hüquqi nəticələrə, yəni inzibati xəta törədən şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq etməsinə səbəb olur. Qeyd olunanlara əsasən, məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması nəticəsinə gəlməklə qanuni və əsaslı qərar qəbul etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarını ləğv edilməsinə əsas ola biləcək hər hansı hal müəyyən edilmədiyindən, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati Xətalar Məcəlləsinin 134.1.1-cü maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Repsublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar