Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-984/2026 16.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Boroyev Əli Əhməd oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib cərimə edilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs “xxxx” MMC tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 499.1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş ## ###### 2026cı il tarixli EP ******* nömrəli inzibati xəta haqqında xxxx və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarına əsasən (hakim Sahilə Bağırova) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsi ilə bilinib, barəsində 600 (altı yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Qərardan narazı qalan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsi və hüquqi şəxsin barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin izahatları: Şikayət onunla əsaslandırılmışdır ki, Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən qeyd olunan xxxxun tərtib edilməsi əsassız və qanunsuzdur, çünki qeyd olunan MR8000 “Qazma qurğusu” (hansı ki, həmin qazma qurğusu müəyyən hissələrdən ibarətdir və daşıma zamanı həmin qazma qurğusunun vahid/tam şəkildə daşınması mümkün olmadığından qurğu sökülərək hissəvi şəkildə daşınmışdır) “X3 X4 (TPAO)” ilə “Sondaj Mühendislik Sanayi ve Ticaret A.Ş” arasında bağlanmış ##.##.2023-cü il tarixli “Xidmət Müqaviləsi”nə əsasən, Türkiyə Respublikasına göndərilmiş və neft və qaz quyularının qazılması üçün hazırda Türkiyə Respublikasında dövlət layihəsi olan qazma işlərində istifadə olunmaqdadır. Hal-hazırda həmin “Qazma qurğusu” “X3 X4 (TPAO)” şirkətinin fəaliyyət göstərdiyi aktiv layihə çərçivəsində qazma xidmətləri göstərən “X1 San. ve Tic. A.Ş” şirkətinə eyni layihədə qazma işlərinin davam etdirilməsi üçün icarəyə verilmişdir və bununla bağlı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC ilə “X1 San. ve Tic. A.Ş” arasında ##.##.2025-ci il tarixli “İcarə Müqaviləsi” də bağlanmışdır. “X1 San. ve Tic. A.Ş” tərəfindən verilmiş ##.##.2026-cı il tarixli “Arayış” da bunu təsdiq edir. Həmin layihə başa çatmadığı üçün hazırda həmin qazma qurğusunun ölkə ərazisinə geri qaytarılması heç bir məntiqə uyğun gəlmir və məhz bu səbəbdən bu bizim iradəmizdən asılı olmayan hallara görə baş vermişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC 2007-ci ildə 1) Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), 2) Nobel Energy və 3) Abşeron Qazma MMC (AQŞ) tərəfindən təsis edilmiş kompleks qazma və quyu xidmətlərinin idarə edilməsi şirkətidir. Şirkət qabaqcıl qazma texnologiyalarını və yeni idarəetmə üsullarını tətbiq etməklə neft və qaz quyularının qazılması sənayesində çoxillik təcrübəyə malikdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC ölkənin qazma sənayesində innovativ yanaşmalar tətbiq edən lider şirkət olub, təhlükəsiz və etibarlı həllər təqdim edən uğurlu fəaliyyət təcrübəsinə malikdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC 2009-cu ildən X6 Assosiasiyasının (IADC) üzvüdür və bütün tətbiq olunan beynəlxalq standartlara tam uyğun fəaliyyət göstərir. Nəzərə alınmalıdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC ölkədə APİ (American Petroleum İnstitute/Amerika Neft İnstitutu) Q2 sertifikatına sahib olan yeganə yerli qazma şirkəti olduğundan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC həmin sertifikatın tələblərinə uyğun qaydada fəaliyyət göstərməlidir və həmin sertifikat yalnız Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də olduğu üçün Azərbaycan Respublikası tərəfindən xüsusi dövlət əhəmiyyətli və mürəkkəb quyuların qazılması məhz Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə həvalə edilir. Bu isə özözlüyündə əlavə məsuliyyət yaratmaqla bərabər həm də dövlətin xüsusi nəzarətini Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin üzərində cəmləşdirmiş olur. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də dövlətin də payının olması (Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, yəni SOCAR həmtəsisçilərdən biri kimi xxxx MMC-də müvafiq paya sahibdir) öncə qeyd olunanların əyani sübutudur. Lakin biz hazırkı vəziyyətdə bunun şahidi oluruq ki, dövlət orqanı olan AR Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi dövlət payı olan şirkətin cəriməyə məruz qalması üçün “xxxx” tərtib edib baxılması üçün məhkəməyə göndərmiş və Bakı şəhəri Səbail rayon Məhkəməsi tərəfindən göstərilən “Qərar” qəbul edilmişdir. Xüsusilə qeyd olunmalıdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci bəndi üzrə məsuliyyətə cəlb olunması barədə “xxxx” tərtib edilərkən “İnzibati Xətalar” Məcəlləsinin bir çox müddəaları pozulmuşdur. Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.1- ci bəndi üzrə “İnzibati tənbeh vermə haqqında” ##.##.2026-cı il tarixli “xxxx” tərtib edilərkən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin iştirakı təmin edilməmişdir, İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquq və vəzifələr şirkətin müvafiq nümayəndəsinə izah edilməmişdir və bu barədə xxxxda müvafiq qeydlər aparılmamışdır. Həmçinin həmin “xxxx” şirkətin müvafiq səlahiyyətli şəxsi tərəfimdən imza edilməmişdir, onun surəti şirkətə təqdim edilməmişdir, inzibati xəta ilə bağlı izahatı alınmamışdır, “xxxx”un məzmunu barəsində öz mülahizələrimizi təqdim etmək üçün bizə şərait yaradılmamışdır, inzibati xəta haqqında işə baxılması vaxtı və yeri barədə “xxxx” şirkətə çatdırılmamışdır və işin baxılması zamanı şirkətin iştirakı təmin edilməmişdir. “xxxx”un sonunda tarix yerləri isə boş buraxılaraq növbəti pozuntuya yol verilmişdir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2020-ci il tarixli “Plenum Qərarı”na əsasən, “İdxalda hesablaşmalarla bağlı müddət tələbinə əməl edilməməsi hələ özlüyündə inzibati tənbeh tədbirinin tətbiqi üçün kifayət edən əsas kimi çıxış etmir. Bununla bağlı Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4- cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 2019cu il ## ###### tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində xxxx tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində xxxx tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati xxxxu tərtib etmək səlahiyyəti olan orqan, həmin xxxxu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən xxxx əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər.” Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə şikayətə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Məhkəmə şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, aşağıda göstərilən əsaslara görə şikayət təmin olunmamalı, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi inzibati xəta haqqında iş üzrə aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını təqdim edilmiş iş materialları əsasında yoxlayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar işin faktiki hallarına uyğundur. Belə ki, birinci instansiya məhkəməsi inzibati iş üzrə mübahisələndirilən məsələ haqqında qərar qəbul edərkən, bu məsələnin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırıb ətraflı təhlil etmiş, gəldiyi nəticəni qanunun tələblərinə və sənədlərə istinad edərək əsaslandırmışdır. Məhkəmədə bu məsələ ilə bağlı sənədlər tədqiq olunmuş, təhlillər aparılmış və məhkəmə araşdırması üzrə nəticə etibarı ilə qanuni və əsaslı yekun məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərinə münasibətdə aşağıdakı xüsusatları qeyd edir. İnzibati xəta haqqında xxxxdan görünür ki, "xxxx" MMC (VÖEN:**********) tərəfindən 01232000127812 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac gömrük proseduru altında rəsmiləşdirilən yükün öhdəlik müddəti ##.##.2025-ci il tarixində bitmişdir. Lakin yükün digər gömrük proseduru altında yerləşdirilməsi üçün müraciət edilməmişdir. Iş materiallarına əlavə edilmiş Gömrük Xidmətinin “Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi" (VAÍS) informasiya resursundan çıxarışdan görünür ki, ##.##.2023-cü il tarixli 01232000127812 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş “yer qazan maşının hissələri” yüklərinin ölkə ərazisinə geri qaytarma müddətinin son tarixi ##.##.2024-cü il tarix, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən verilmiş 3-33-1100/1- ******/**** nömrəli ##.##.2024-cü il tarixli müvəqqəti idxal(ixrac) müddətinin uzadılmasına dair ərizə əsasında ##.##.2025-ci il tarix müəyyən edilmişdir. ünvan 1 ünvanında qeydiyyatda olan “xxxx" MMC tərəfindən ##.##.2023-cü il tarixli 01232000127812 sorğu nömrəli gömrük bəyannaməsi ilə "Müvəqqəti İxrac” gömrük prosedurunda bəyan edilən "yer qazan maşının hissələri” yüklərinin ölkə ərazisinə geri qaytarılma müddətinin son tarixi ##.##.2025-ci il tarix müəyyən edilsədə, adı qeyd olunan Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən malların öhdəlik müddəti bitənədək digər gömrük proseduru altında yerləşdirilməsi üçün heç bir tədbir görülməmişdir və malların öhdəlik müddəti bitdikdən 12(on iki) gün sonra, yəni ##.##.2025-ci il tarixdə 3-33- ****/***/****** nömrəli raportla hüquqpozma faktı aşkarlanmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə ünvanlanmış ##.##.2026-cl il tarixli məktubunda neft hasilatının qardaş dövlət Türkiyə Respublikası üçün strateji əhəmiyyətini, ölkə rəhbəri tərəfindən müəyyən edilmiş enerji və sosial-iqtisadi inkişaf siyasətini, texniki və iqtisadi zərurəti, yəni sahibkarlığın dəstəklənməsi aspektlərini, eləcə də, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC ilə “X1 San. Və TİC.A.Ş” şirkəti arasında olan Podrat Müqaviləsi üzrə öhdəliklərimizi nəzərə alaraq, MR8000 qazma qurğusunun Türkiyə Respublikasının ərazisində müvəqqəti ixrac müddətinin 1 (bir) il müddətinə uzadılmasına dair göstəriş verilməsi xahiş olunmuşdur. Lakin iş materiallarında olan “Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi” informasiya resursundan çıxarışdan görünür ki, ##.##.2023-cü il tarixli, 01232000127812 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac xüsusi gömrük proseduru altında yerləşdirilmiş yüklərin geri qaytarma müddətinin son tarixi ##.##.2025-ci il tarix müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti təqsirləndirildiyi maddənin dispozitiv şərtlərindən aydın olur ki, Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması, yəni on beş günədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya qaytarılması inzibati xəta əməlinin tərkibinin yaranmasına səbəb olan əməldir. Belə ki, Azərbaycan Respublikası İXM-in 499.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, yəni on beş günədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya qaytarılmasına görə - fiziki şəxslər yüz əlli manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1.0.18-ci maddəsinə əsasən gömrük proseduru – bu Məcəllənin müddəalarına uyğun olaraq gömrük nəzarəti altında olan mal və nəqliyyat vasitələrinin yerləşdirilə biləcəyi ixrac, təkrar ixrac, müvəqqəti ixrac, sərbəst dövriyyə üçün buraxılış, təkrar idxal və xüsusi gömrük prosedurlarından biridir Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 130.2-ci maddəsinə əsasən Malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi qaydalarını bu Məcəllənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin qaydalarda malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi şərtləri, onların bu prosedur altında qalma müddəti müəyyən edilməlidir. Həmin Qərarın 3.2-ci bəndinə əsasən bu Qaydaların 3.1-ci bəndində göstərilən müddətdə müvəqqəti ixrac gömrük prosedurunun məqsədlərinə nail olunmadıqda, gömrük orqanı həmin prosedur üçün müəyyən olunmuş müddətin başa çatmasına 1 (bir) ay qalmış prosedur sahibinin əsaslandırılmış müraciəti ilə malların müvəqqəti ixrac gömrük proseduru altında qalma müddətini 12 (on iki) aya qədər uzadır. Həmin Qərarın 3.6-cı bəndinə əsasən müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş mallar üçün müəyyən edilmiş müddət başa çatanadək müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş mallar təkrar idxal edilməli və ya digər gömrük proseduru altında yerləşdirilməlidir. Həmin Qərarın 3.7-ci bəndinə əsasən müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş mallar təkrar idxal edildikdə və ya digər gömrük proseduru altında yerləşdirildikdə, müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş mallar üçün müəyyən edilmiş müddət başa çatmış hesab olunur. Beləliklə, tədqiq edilmiş inzibati xəta haqqında xxxx və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) tərəfindən ##.##.2023-cü il tarixli, 01232000127812 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən “yer qazan maşının hissələri” adlı malların müvəqqəti ixrac xüsusi gömrük proseduru altında rəsmiləşdirilməsi məqsədi ilə müraciət edilmişdir. Həmin mallar üçün nəzərdə tutulmuş müvəqqəti ixrac müddətinin ##.##.2025-ci il tarixdə başa çatmasına baxmayaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən müddətin uzadılması üçün müraciət edilməmiş, həmin mallar ##.##.2025-ci il tarixdə, yəni on iki gün müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə geri qaytarılmış və bununla da İXM-nin 499.1.1-ci maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikasının gömrük qanunvericiliyi müvəqqəti ixrac və ya müvəqqəti idxal gömrük proseduru altında yerləşdirilmiş malların həmin prosedur üzrə müəyyən edilmiş müddətdə geri qaytarılmasını və ya digər gömrük proseduru altında yerləşdirilməsini prosedur sahibinin birbaşa hüquqi öhdəliyi kimi müəyyən etmişdir. Bu öhdəliyin icrası isə prosedur sahibinin təsərrüfat fəaliyyətindən, bağladığı müqavilələrdən və ya kommersiya maraqlarından asılı olmayaraq təmin edilməlidir. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC nümayəndəsi tərəfindən irəli sürülmüş etirazları qiymətləndirərək haqlı vurğulamışdır ki, şirkət tərəfindən malların geri qaytarılmamasının səbəbi kimi Türkiyə Respublikasında həyata keçirilən qazma layihəsinin davam etməsi, qurğunun texniki xüsusiyyətləri və layihənin iqtisadi məqsədəuyğunluğu göstərilmişdir. Lakin, hüquqi şəxs tərəfindən həyata keçirilən qazma layihəsinin davam etməsi və qurğunun texniki xüsusiyyətləri hüquqi baxımdan prosedur sahibinin öhdəliyini aradan qaldırmır. Qanunvericilik açıq şəkildə müddətlərin qorunmasını tələb edir və müddətin bitməsindən sonra hər hansı müraciətin edilməsi inzibati məsuliyyəti aradan qaldırmır. Beləliklə, birinci instansiya məhkəməsi, məhkəmədə araşdırılmış sübutlara və iş materiallarına düzgün hüquqi qiymət vermiş, xətanın müəyyən edilməsi məqsədilə işin hallarını hərtərəfli, tam və obyektiv araşdıraraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirini düzgün müəyyənləşdirmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə qərarının mübahisələndirilməsi ilə bağlı şikayətdə qeyd olunan dəlillər, iş materialları və məhkəmədə tədqiq olunmuş mümkün sübutların məcmusu, habelə qanunvericiliyinin tələbləri ilə müqayisədə təkzib olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında xxxxla, bu Məcəllə ilə müəyyən edilmiş digər xxxxlarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. Apellyasiya qaydasında aparılmış araşdırmanın nəticələrinə görə, birinci instansiya məhkəməsi, məhkəmədə araşdırılmış sübutlara və iş materiallarına düzgün hüquqi qiymət vermiş, xətanın müəyyən edilməsi məqsədilə işin hallarını hərtərəfli, tam və obyektiv araşdıraraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilərək, tənbeh edilməsinin əsaslarını düzgün müəyyən etmişdir. Apellyasiya instansiyası məhkəməsi inzibati iş üzrə toplanmış icraat materiallarında olan mümkün sübutları bir daha sadalamağa lüzum görmür və birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə materialda olan sənədlərə və qanunun tələblərinə uyğun olduğu üçün razılaşır və qeyd edir ki, şikayətin dəlilləri həmin nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas vermir. Odur ki, apellyasiya instansiyası məhkəməsi, inzibati xəta faktının hüquqi şəxsə münasibətdə müəyyən edilməsi ilə bağlı kifayət qədər dəlillərin mövcudluğunu nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC -yə münasibətdə inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar aşkar edilməmişdir. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC -nin barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2, 4, 6, 8, 9.1, 12.1, 21, 22, 31.3, 32 və 33-cü maddələrinin tələblərini və inzibati tənbehin həddini qanunvericiliyin tələbləri baxımından düzgün nəzərə almışdır. Qanunvericiliyin müddəalarını və inzibati xəta haqqında iş üzrə icraat materiallarını tədqiq edən apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin faktiki hallarına uyğun hesab edir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarının müqayisəli təhlili göstərir ki, birinci instansiya məhkəməsi maddi və prossesual hüquq normalarına əsaslanaraq qanuni qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İXM-in 499.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib cərimə edilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-984/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-984/2026
16.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver