Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-986/2026 08.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlunun, Məhkəmə iclas katibi İbrahimova İlahə Arif qızının, Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə, ## ###### 1996-cı ildə Ağdam rayonu, Qiyaslı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Nizami rayonunda hosteldə yaşamış Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati həbs edilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İş materiallarında olan sənədlərə əsasən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2025-ci il tarixdə ünvan 2 ünvanında yaşayan X2 mənzil kirayə vermək adı ilə 290 manat pul almış, lakin sonradan vədinə əməl etməyərək onu aldatmış, nəticədə zərərçəkmiş şəxsə 290 manat miqdarında maddi ziyan vurmaqla xırda talama əməli törətmişdir. Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin baş təhqiqtçısı, R R.Mehdiyev tərəfindən ## ###### 2026-cı il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Daha sonra, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində MN seriyalı, ******* nömrəli, ## #### 2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq toplanmış sənədlərlə birlikdə baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (Sədrlik edən E.Axundov) ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 01 (bir) ay müddətində inzibati həbs tətbiq edilmiş və inzibati həbsdə saxlamanın əvvəli ## #### 2026-cı il tarixindən saat 08:00-dan hesablanmışdır. Həmin qərardan inzibati məsuliyyətə cəlb olunmuş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarına əsasən ona təyin edilmiş 01 (bir) ay müddətinə inzibati həbsdən razı deyil. Xahiş edir ona köməklik edilsin. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs vermiş olduğu apellyasiya şikayətin təmin edilərək ona təyin edilmiş inzibati tənbehin yüngülləşdirilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş zərərçəkmiş şəxs X2 və səlahiyyətli orqan Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və səbəbləri barədə məlumat verməmişlər. Apellyasiya instansiyası məhkəməsi tərəflərin razılığı ilə şikayətə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin və zərərçəkmiş şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş şikayət təmin edilməməli və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakiminin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib inzibati qaydada həbs edilməsinə dair ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, inzibati xəta haqqında materiala əlavə edilmiş ## ###### 2026-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, vətəndaş X2 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## #### 2026-cı il tarixdə saat 08:00da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan ## ###### 2026-cı il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarlardan görünür ki, X2 müraciətləri əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və sonunculara məxsus əmlakı dələduzluq yolu ilə ələ keçirmiş şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati tədbir görülməsi qərara alınmışdır. Həmçinin qeyd edilən qərardan müəyyən olunur ki, hadisə nəticəsində dəymiş maddi ziyan 290 manat olaraq müəyyən edilmişdir. İş materiallarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən dəymiş maddi ziyan zərərçəkmiş şəxs X2 ödənilməmişdir. Məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs istinad edilən inzibati xətanı törətməsi barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsin izahatı, məhkəmə iclasında tədqiq edilmiş MN seriyalı ******* nömrəli, ## #### 2026cı il tarixli inzibati xəta haqqında protokol habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq onu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh etmişdir. İnzibati xəta törətmiş şəxs barəsində tətbiq olunmuş inzibati tənbehin növü və həddi ilə bağlı qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tədbiri seçərkən inzibati xətanın xarakteri, onun təqsirinin dərəcəsini nəzərə almış və sonuncuya törətdiyi inzibati xətalara görə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə inzibati həbs növündə tənbeh tədbiri tətbiq etmişdir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi bu hissədə də düzgün nəticəyə gəlmiş və bu qərar ədalətli olmaqla inzibati xəta törətmiş şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsinə xidmət edir. Bu səbəbdən məhkəmə birinci instansiya məhkəməsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tətbiq edilən inzibati tənbeh növünün və bu tənbehin həddinin dəyişdirilməsi üçün hər hansı bir əsas görmür. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)- ****/**** saylı mübahisələndirilən qərarı qanuni və əsaslı, təyin etdiyi inzibati tənbeh ədalətlidir. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş apellyasiya qaydasında şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 02 (iki) ay müddətinə inzibati qaydada həbs edilməsinə dair ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim : İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №3(3-6)-986/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-986/2026
08.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver