Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-987/2026 08.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmmədov Habil Çingiz oğlunun, məhkəmə iclas katibi Osmanov Vahab Bəhram oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Malkov İvan Aleksandroviçin, müdafiəçi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Mirzəyeva Ramilə Comərd qızının, tərcüməçi Boroyev Əli Əhmədoviçin iştirakları ilə, 03 yanvar 1972-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, ev 11/13, mənzil 23 ünvanında qeydiyyatda olmaqla yaşayan Malkov İvan Aleksandroviçin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(5-104)-3274/2026 saylı, 01 aprel 2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Malkov İvan Aleksandroviç tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Şöbəsi tərəfindən Malkov İvan Aleksandroviçin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə 31 mart 2026-cı il tarixli, MN 2316260 saylı inzibati xəta haqqında protokol tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(5-104)-3274/2026 saylı, 01 aprel 2026-cı il tarixli qərarı ilə (sədrlik edən hakim Orxan Məmmədli) Malkov İvan Aleksandroviçin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməklə 25 (iyirmi beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi, inzibati həbs haqqında qərar dərhal icra edilməsi, həbsetmənin əvvəlinin 31 mart 2026-cı il tarixdən saat 14:20-dən hesablanması, Malkov İvan Aleksandroviçin Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılması, qərarın icrasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Malkov İvan Aleksandroviç apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(5- 104)-3274/2026 saylı, 01 aprel 2026-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinə əsasən verilmiş 25 (iyirmi beş) gün müddətinə inzibati həbs cəzası ilə razı olmadığını göstərib ona köməklik göstərilməsini xahiş etmişdir. Apellyasiya icraatı zamanı çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Malkov İvan Aleksandroviç və müdafiəçisi Mirzəyeva Ramilə Comərd qızı verilmiş apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun çıxış etmiş, məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(5-104)- 3274/2026 saylı, 01 aprel 2026-cı il tarixli qərarının dəyişdirilərək Malkov İvan Aleksandroviç barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş səlahiyyətli orqan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 26-cı Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfin razılığı ilə şikayətə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş üzrə materiallar ilə əlaqəli şəkildə araşdırıb, proses iştirakçılarını dinləyərək, belə hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Malkov İvan Aleksandroviçin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(5-104)-3274/2026 saylı, 01 aprel 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 26-cı Polis Şöbəsinin rəis müavini Məmmədov Tural Mais oğlunun tərtib etdiyi 31 mart 2026-cı il tarixli aktdan görünür ki, Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 26-cı Polis Şöbəsinin baş əməliyyat müvəkkili İsmayılov Seymur Rafael oğlu, həmin Polis Şöbəsinin KCM üzrə baş əməliyyat müvəkkili Qardaşov Rahib Ramazan oğlu, Polis Şöbəsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili Nəsirov Ceyhun Rauf oğlu, həmin Polis Şöbəsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili Məmmədov Ömər Ceyhun oğlu, həmin Polis Şöbəsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili Əhmədov Orxan Sərdar oğlu, həmin Polis Şöbəsinin sahə inspektoru Abbasov Fərid Cahangir oğlu ilə birlikdə Yasamal rayonu, M.Müşfiq küçəsi ev 11/13, mənzil 23 ünvanında yaşayan Malkov İvan Aleksandroviç 31 mart 2026-cı il tarixdə tərəflərindən barəsində olan şikayətlə bağlı Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 26cı Polis Şöbəsinə dəvət edilmiş, sonuncu özünü qeyri-adekvat aparmaqla ilk öncə gəlmək istəmədiyini bildirmiş, daha sonra aparılan profilaktiki söhbətlərdən sonra Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 26-cı Polis Şöbəsinə gətirilmişdir. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 26-cı Polis Şöbəsində olan zaman Malkov İvan Aleksandroviç ünvansız nalayiq ifadələr işlətməklə özünü qeyri-adekvat aparmağa davam etməyə davam edərək şöbənin iş rejimini təxminən 20-25 dəqiqə ərzində pozmuşdur. Sonuncu narkotik sərxoşluğunun yoxlanılması məqsədilə dispanser müayinəsinə aparılsa da müayinədən qəsdən boyun qaçırmışdır. Malkov İvan Aleksandroviçin bədənində olan yara izləri və sağ qolunda olan sarğı ilə bağlı sual olunduqda sonuncu bədənində olan səpkilərlə bağlı özü tərəfindən öz bədən nahiyəsinə tibbi olmayan müdaxilələr etməsi səbəbindən bu kimi yaraların yaranmasını bildirmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 26-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən tərtib edilmiş raportda göstərilmişdir ki, 31 mart 2026-cı il tarixdə barəsində olan çox saylı şikayət ərizələri ilə bağlı izahatının alınması üçün Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 26-cı Polis Şöbəsinə dəvət edilməsi məqsədilə 03 yanvar 1972-ci ildə Bakı şəhərində anadan olmuş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, ev 11/13, mənzil 23 ünvanında qeydiyyatda olmaqla yaşayan Malkov İvan Aleksandroviçin yaşadığı ünvana getmişlər. Həmin ünvanın qapısını döydükdə Malkov İvan Aleksandroviç sadəcə alt geyimində qapının açaraq qeyri-adekvat hərəkətlər nümayiş etdirmiş, barəsində olan şikayətlə bağlı tərəflərindən məlumatlandırıldıqdan dərhal sonra narkotik sərxoşluğuna xas hərəkətlərlə ondan şikayətçi olmuş qonşuların ünvanına ünvanlı və ünvansız nalayiq ifadələr səsləndirməyə başlamışdır. Onlar onu sakitliyə dəvət etməklə paltarlarını geyinməsini və onlarla birlikdə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 26-cı Polis Şöbəsinə izahatının alıması üçün getməli olduğunu bildirdikdə o, onlara bunu etməyəcəyini, yumruqla onları vuracağını və daha sonra yaşadığı ünvanı partladacağı kimi ifadələr işlətməklə söz mübahisəsi yaratmağa cəhd etmişdir. Bundan sonra onlar köməklik etmək məqsədilə şöbənin digər əməkdaşlarını həmin ünvana çağırmışlar. Onunla aparılmış profilaktiki söhbətlərdən sonra o onlarla razılaşaraq yalnız yeməyini yedikdən sonra paltarlarını geyinəcəyini və şöbəyə gedəcəyini bildirmişdir. Bundan sonra onlarla polis şöbəsinə gələn Malkov İvan Aleksandroviç polis şöbəsində özünü qeyr-adekvat aparmağa davam etdiyindən onun sərxoşluq dərəcəsinin və narkotik maddələrdən istifadə edibetməməsini müəyyənləşdirmək məqsədilə Bakı şəhər Narkoloji Dispanserinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Narkoloji Mərkəzinin Alkoqol Sərxoşluğunu təyin etmə məntəqəsinə göndərilmiş, orada olarkən həmin qurumların əməkdaşlarına təhqiramiz ifadələr işlətməklə müayinədən keçməkdən imtina etdiyini bildirmişdir. Bundan sonra polis şöbəsinə gətirilən Malkov İvan Aleksandroviç polis şöbəsində olan digər vətəndaşları narahat etdiyinə və iş rejimini pozduğuna görə şöbənin müvəqqəti saxlama yerinə yerləşdirilmək istəyərkən o razılaşmayaraq əl-qol hərəkətləri ilə yayınmaq istəmiş, sonuncuya tərəflərindən fiziki qüvvə tədbiq edilmiş və müvəqqəti saxlamaya yerinə yerləşdirilmişdir. Müvəqqəti saxlama yerində olarkən Malkov İvan Aleksandroviç yüksək səslə söyüş və təhqiramiz ifadələr işlətməklə polis əməkdaşlarının ünvanına nalayiq ifadələr səsləndirmiş, ona məxsus olan cihazlar vasitəsilə video və səs yazılarını paylaşacağını və özünə xəsarətlər yetirəcəyini bildirərək müvəqqəti saxlama yerinin qapısına dəfələrlə təpiklə zərbə endirərək qapının tutacağının əyilməsinə səbəb olmuşdur. Bundan sonra o, saxlanılma yerində özünə və digər əşyalara zərər vurmaması üçün tərəflərindən sakitləşdirilmişdir. Beləliklə şöbədə olan zaman Malkov İvan Aleksandroviç şöbənin iş rejimini təxminən 1 saat ərzində pozmuşdur. Sakitləşdikdən sonra Malkov İvan Aleksandroviçin qandalları açılmış və bir neçə saat sonra sağ qolunda olan sarğısını və ayağında olan yarasını qanadaraq axan qanlarla müvəqqəti saxlama yerinin divarlarını yazmağa başlamış, ona ilkin tibbi yardım göstərilməsi üçün TTYS-nın briqadası şöbəyə dəvət edilmiş və sonuncuya ilkin tibbi yardım göstərilmişdir. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 26-cı Polis Şöbəsinin 28 yanvar 2026-cı il tarixli, MN 1330425 saylı qərarına əsasən Malkov İvan Aleksandroviç Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsi ilə təqsirli bilinərək, 150 manat məbləğində inzibati cərimə edilmişdir. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 26-cı Polis Şöbəsinin 29 yanvar 2026-cı il tarixli, MN 1330423 saylı qərarına əsasən Malkov İvan Aleksandroviç Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək, 50 (əlli) manat məbləğində inzibati cərimə edilmişdir. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 26-cı Polis Şöbəsinin 01 fevral 2026-cı il tarixli, MN 1639900 saylı qərarına əsasən Malkov İvan Aleksandroviç Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək, 50 (əlli) manat məbləğində inzibati cərimə edilmişdir. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 26-cı Polis Şöbəsinin 31 mart 2026-cı il tarixli, MN 1639924 saylı qərarına əsasən Malkov İvan Aleksandroviç Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 207-ci maddəsi ilə təqsirli bilinərək, 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 26-cı Polis Bölməsi tərəfindən tərtib olunmuş 31 mart 2026-cı il tarixli, MN 2316260 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Malkov İvan Aleksandroviçin barəsində çoxsaylı şikayətlər olduğu üçün 31 mart 2026-cı il tarixdə polis əməkdaşları Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, ev 11/13, mənzil 23 ünvanına onun yaşadığı əraziyə getmiş, həmin ünvanın qapısını döydükdə Malkov İvan Aleksandroviç sadəcə alt geyimində qapının açaraq qeyri-adekvat hərəkətlər nümayiş etdirmiş, barəsində olan şikayətlə bağlı məlumatlandırıldıqdan dərhal sonra narkotik sərxoşluğuna xas hərəkətlərlə ondan şikayətçi olmuş qonşuların ünvanına ünvanlı və ünvansız nalayiq ifadələr səsləndirməyə başlamışdır. Polis əməkdaşları onu sakitliyə dəvət etməklə paltarlarını geyinməsini və onlarla birlikdə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 26-cı Polis Şöbəsinə - izahatının alıması üçün getməli olduğunu bildirdikdə o, bunu etməyəcəyini, yumruqla onları vuracağını və daha sonra yaşadığı ünvanı partladacağı kimi ifadələr işlətməklə söz mübahisəsi yaratmağa cəhd etmişdir. Daha sonra o, aqressiv hərəkətlər nümayiş etdirərək polis əməkdaşları ilə mübahisə etmiş, polislərin tələblərinə tabe olmamışdır, səs küy salaraq ətrafdakı insanların diqqətini cəlb etmiş, ictimai qaydanı pozaraq polis əməkdaşlarının ünvanına da nalayiq ifadələr işlətmişdir, onlara əlqol ataraq qaçmağa çalışmışdır. Daha sonra polis əməkdaşları onu 26-cı Polis Şöbəsinə gətirmişlər. Bununla da o, ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmiş, həmçinin polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə qəsdən tabe olmamışdır. 31 mart 2026-cı il tarixli tutma protokoluna əsasən Malkov İvan Aleksandroviç 31 mart 2026-cı il tarixdə saat 14:20 radələrində tutulmuşdur. İşin faktiki halları araşdırılarkən müəyyən edilmişdir ki, Malkov İvan Aleksandroviç 31 mart 2026-cı il tarixdə yaşadığı ünvanda və daha sonra Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 26cı Polis Şöbəsində ictimai qaydanı kobud şəkildə pozmuş, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, 31 mart 2026-cı il tarixli akt və raportlardan görünür ki, polis əməkdaşları çoxsaylı qonşu şikayətləri əsasında onun yaşadığı ünvana getmiş, lakin o, qapını açarkən qeyri-adekvat davranışlar nümayiş etdirmiş, nalayiq ifadələr işlətmiş, polis əməkdaşlarını təhqir etmiş və hədələmişdir. O, polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymamış, müqavimət göstərmiş, aqressiv hərəkətlər etmişdir. Eyni hallar Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 26-cı Polis Şöbəsinin əməkdaşlarının məhkəmədə verdiyi izahatlarla da təsdiq olunur. Sahə inspektoru Abbasov Fərid Cahangir oğlunun ifadəsindən aydın olur ki, Malkov İvan Aleksandroviç barəsində uzun müddətdir davam edən – xüsusilə gecə saatlarında səs-küy salması ilə bağlı çoxsaylı qonşu şikayətləri mövcuddur. Bu hallar onun ictimai qaydaya sistematik şəkildə hörmətsiz yanaşdığını göstərir. Məhkəmə iclasında araşdırılmış video materiallar (həm yaşayış yerində, həm də polis şöbəsində çəkilmiş görüntülər) onun davranışlarının qeyri-adekvat, aqressiv və ictimai qaydanı pozan xarakter daşıdığını birbaşa təsdiq edir. Həmin videolar sübut kimi qiymətləndirilərək digər sübutlarla birlikdə qiymətləndirildikdə, hadisənin başvermə mexanizmini tam şəkildə təsdiqləyir. Eyni zamanda, iş materiallarında olan fotoşəkillərdən və izahatlardan görünür ki, onun bədənində, xüsusilə qol nahiyəsində olan çoxsaylı yara izləri və səpkilər mövcuddur. Bu hallar onun narkotik vasitələr və ya psixotrop maddələr qəbul etməsi ehtimalını gücləndirir. Bu şübhələrin yoxlanılması məqsədilə o, narkoloji tibbi müayinəyə göndərilmiş, lakin müayinədən qəsdən imtina etmişdir. Bu səbəbdən o, Azərbaycan Respublikası İnziabti Xətalar Məcəlləsiin 207-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək cərimələnmişdir ki, bu barədə iş materiallarında müvafiq qərar mövcuddur. Məhkəmə qeyd edir ki, şəxsin tibbi müayinədən imtina etməsi onun davranışlarının obyektiv qiymətləndirilməsinə mane olmaq məqsədi daşıyır və bu hal da onun təqsirini dolayı yolla təsdiq edən hallardan biri kimi qiymətləndirilir. Məhkəmə qeyd etmişdir ki, Malkov İvan Aleksandroviçin həm yaşayış yerində, həm də polis şöbəsində olarkən nalayiq ifadələr işlətməsi, ətraf şəxsləri narahat etməsi, polis əməkdaşlarına qarşı aqressiv davranış nümayiş etdirməsi, qanuni tələblərə tabe olmaması və şöbənin iş rejimini pozması onun əməllərinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsin 510.1-ci maddəsində nəzərdə tutulan xırda xuliqanlıq və 535.1-ci maddəsində nəzərdə tutulan polis əməkdaşının qanuni tələbinə tabe olmama tərkibini tam şəkildə yaratdığını göstərir. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişir ki, onun törətdiyi hüquqazidd əməllər ictimai təhlükəlilik dərəcəsinə, təkrar xarakter daşımasına, tətbiq olunmuş əvvəlki tənbeh tədbirlərinin nəticəsiz qalmasına və davranışının aqressivliyinə görə daha ciddi inzibati tənbeh tədbirinin tətbiqini zəruri edir. Bu baxımdan, Malkov İvan Aleksandroviç barəsində inzibati həbs növündə tənbeh tədbirinin seçilməsi qanuni, əsaslı və məqsədəuyğun hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, toplanmış sübutlar birinci instansiya məhkəməsində tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi məhkəmədə heç bir şübhə doğurmayan bu sübutlar əsasında birinci instansiya məhkəməsi inzibati xəta törətmiş Malkov İvan Aleksandroviç barəsində işin hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə düzgün tövsif etmişdir. Bundan başqa, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Malkov İvan Aleksandroviçə tətbiq edilmiş inzibati tənbeh tədbirini müzakirə edib hesab edir ki, birinci instansiya məhkəməsi inzibati xəta törətmiş Malkov İvan Aleksandroviçə inzibati tənbeh təyin edərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6, 9, 32, 33 və 34.2-ci maddələrinin tələblərinə əməl etməklə inzibati xətanın xarakterini, onun şəxsiyyətini, yüngülləşdirən və ağırlaşdıran halların olmamasını düzgün olaraq nəzərə alıb, ona əməlinə və şəxsiyyətinə uyğun olan qanuni və ədalətli inzibati tənbeh təyin etmişdir. Məhkəmə şikayətin dəlillərinə tənqidi yanaşır və qeyd edir ki, şəxsin əməlində inzibati xəta tərkibinin əlamətlərinin olması sübuta yetirilmişdir. Eyni zamanda, şəxsin məsuliyyətinin yüngülləşdirilməsi üçün əsaslar müəyyən edilmədiyindən barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi mümkün hesab edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Ona görə də məhkəmə belə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən şikayət təmin olunmamalı və Malkov İvan Aleksandroviçin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(5-104)-3274/2026 saylı, 01 aprel 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 28 aprel 2025-ci il tarixli, 141 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Malkov İvan Aleksandroviç tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin Malkov İvan Aleksandroviçin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 25 (iyirmi beş) gün müddətinə inzibati qaydada həbs edilməsinə dair 3(5-104)-3274/2026 saylı, 01 aprel 2026-cı il tarixli qərarı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Malkov İvan Aleksandroviç tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Mirzəyeva Ramilə Comərd qızı tərəfindən məhkum Malkov İvan Aleksandroviçin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 4 (dörd) saat üçün cəmi 44 (qırx dörd) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 17 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim: Habil Məmmədov
Məhkəmə qərarları › İş №3(3-6)-987/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-987/2026
08.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver