Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(3-6)-989/2026 13.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Ibrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eminov Azər Elçin oğlunun katibliyi və barəsində inzibati icraat aparılan şəxs Israfilov Anar Sabir oğlunun iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(008)- 3104/2022 nömrəli qərardadından barəsində inzibati icraat aparılan şəxs Israfilov Anar Sabir oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2022-ci il tarixli, 3(008)-3104/2022 nömrəli qərarı ilə Israfilov Anar Sabir oğlu Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Həmin qərardan Israfilov Anar Sabir oğlu apellyasiya şikayəti vermiş, həmçinin şikayətvermə müddəti ötürüldüyü üçün, qərardan şikayət vermə müddətinin bərpa edilməsi barədə vəsatətlə məhkəməyə müraciət etmişdir. Vəsatətdə göstərilmişdir ki, Sabunçu Rayon Məhkəməsinin ## #### 2022-ci il tarixli qərarı barədə ona hər hansı məhkəmə bildirişi və ya qərar təqdim edilməmişdir. Ümumiyyətlə bu məhkəmədən heç bir xəbəri olmamış və məhkəmədə iştirak etməmişdir. Qərarın mövcudluğundan yalnız ##.##.2026-cı il tarixində Bakı şəhəri Nəsimi Rayon Icra və Probasiya Şöbəsi tərəfindən əmlakına həbs qoyularkən xəbər tutmuşdur. Bundan dərhal sonra ##.##.2026-cı il tarixdə məhkəməyə müraciət etmiş və qərarın surətini ##.##.2026-cı il tarixdə rəsmi qaydada əldə etmişdir. Qərar ona qanunla müəyyən olunmuş qaydada təqdim edilmədiyindən şikayət vermək imkanı olmamışdır. Şikayət vermə müddətinin üzrlü səbəbdən buraxılmış hesab edilərək bərpa edilməsini və təqdim edilmiş apelyasiya şikayətinin icraata qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(008)-3104/2022 saylı qərardadı ilə şikayətçi Israfilov Anar Sabir oğlu ##.##.2022-ci il tarixli qərardan şikayət vermək üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatəti təmin edilməmişdir. Qərardaddan narazı qalan Israfilov Anar Sabir oğlu apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(008)- 3104/2022 nömrəli qərardadının ləğv edilməsini və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, 3(008)-3104/2022 nömrəli qərardan şikayət vermək üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Israfilov Anar Sabir oğlu apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(008)- 3104/2022 nömrəli qərardadının ləğv edilməsini və müddətin bərpasına dair vəsatətin təmin olunmasını xahiş etdi. Inzibati iş üzrə şikayətin apellyasiya baxışı ilə əlaqədar işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, inzibati orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmə işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayətlə əlaqədar inzibati işin materiallarını tam və obyektiv araşdıraraq məhkəmə hesab edir ki, aşağıda göstərilən əsaslara görə şikayət təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(008)-3104/2022 nömrəli qərardadı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, icraata başlamaq haqqqında ##.##.2022-ci il tarixli qərardan görünür ki, Nəsimi Rayon Icra şöbəsi tərəfindən ##.##.2022-ci il tarixdə icra sənədi üzrə icraata başlanılmış, həmin tarixdə borclunun ünvanına, yəni Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsi, bina 18, mənzil 24 ünvanına tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, ##.##.2022-ci il tarixdə isə borcluya xəbərdarlıq məktubu göndərilmişdir. Həmçinin iş materiallarında olan inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, Israfilov Anar Sabir oğlu baş vermiş hadisə ilə bağlı Sabunçu rayon prokurorluğunda izahat vermiş, prokurorluqda araşdırmanın aparılmasından məlumatlı olmuşdur. Bütün bunlara baxmayaraq şikayətçi 4 ildən sonra qərardan şikayət etməsinin səbəblərini əsaslandıra bilməmişdir. Məhkəmə qeyd edir ki, bununla da müddətin bərpası barədə vəsatətdə göstərilənlər təsdiqini tapmır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 137.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzürlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Israfilov Anar Sabir oğlu tərəfindən mübahisələndirilən qərardan verilmiş şikayətin qanunla müəyyən edilmiş müddətini ötürməsini üzrlü hesab etməyə əsas verən hər hansı sənəd təqdim edilməmişdir. Göründüyü kimi, Israfilov Anar Sabir oğlu barəsində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-****/**** nömrəli qərarından şikayət verilməsi üçün müddətin üzrlü səbəbdən ötürülməsi heç bir sənədlə öz təsdiqini tapmadığından, həmin müddət bərpa edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsinə dair müddətin bərpa edilməsi barədə Israfilov Anar Sabir oğlu tərəfindən verilmiş vəsatətin rədd edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayətdə göstərilənlər qərardadın ləğv edilməsi üçün əsas olmadığından, şikayət təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(008)-3104/2022 nömrəli qərardadı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDI: Israfilov Anar Sabir oğlunun şikayəti təmin edilməsin. Israfilov Anar Sabir oğlu barəsində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-****/**** nömrəli qərarından şikayət verilməsi üçün müddətin bərpa olunmasına dair Israfilov Anar Sabir oğlu tərəfindən verilmiş vəsatətin təmin edilməməsi barədə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(008)-3104/2022 nömrəli qərardadı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardad qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-989/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-6)-989/2026
13.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver