Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-990/2026 13.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi İsgəndərova Afaq Sənan qızının, Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X2 iştirakları ilə, “Nardaran İnvest” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək cərimə edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2026cı il tarixli, *(*-***)-****/**** saylı qərarından “Nardaran İnvest” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i m: Azərbaycan Respublikasının Mərkəzi Bankı “Nardaran İnvest” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi haqqında ## #### 2026-cı il tarixli, EP saylı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ilə “Nardaran İnvest” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 347136.72 avro vəsait məbləğinin 20 faizi miqdarında, yəni 69427.344 avro cərimə növündə inzibati tənbeh tədbiri tədbiri tətbiq edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarından barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş hüquqi şəxs “Nardaran İnvest” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru apellyasiya qaydasında şikayət verərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Nardaran İnvest” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən avans olaraq xaricə köçürülmüş 347136.72 avro məbləğində vəsait hesabına alınan mallar faktiki olaraq ölkəyə idxal edilmişdir. Lakin sənədləşmə işlərinin aparılması zamanı bəzi texniki səhvlərə yol verilmişdir ki, bu hal avans olaraq ölkə xaricinə köçürülmüş vəsait hesabına malların idxal edilməməsi kimi başa düşülməməlidir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ilə “Nardaran İnvest” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 347136.72 avro vəsait məbləğinin 20 faizi miqdarında, yəni 69427.344 avro (Avronun ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə cərimə növündə inzibati tənbeh tədbiri tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarı qanunsuz, ədalətsiz və qərəzli olduğundan, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “Nardaran İnvest” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində hər hansı inzibati xəta hadisəsi olmadığı üçün ləğv edilməlidir. Qeyd olunanlardan da göründüyü kimi, “Nardaran İnvest” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hər hansı qanun pozuntusuna yol verilməmiş və “Nardaran İnvest” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hər hansı inzibati xəta törədilməmişdir. Bu səbəbdən də Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli ## #### 2026-cı il tarixli qərarı ləğv edilməli, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş ## #### 2026-cı il tarixli, EP saylı ******* nömrəli protokol qanunsuz və əsassız olduğundan təmin edilməməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin tələblərinin pozulduğunu iddia etdiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarıİmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirini faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Göründüyü kimi, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən qanunvericiliyin tələblərini kobud və qərəzli şəkildə pozularaq qanunsuz və əsassız olaraq “Nardaran İnvest” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə istinad edərək ## #### 2026-cı il tarixli, EP saylı ******* nömrəli protokol tərtib edilərək məhkəməyə göndərmiş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi də qanunsuz olaraq “Nardaran İnvest” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini iddia edərək, qanunsuz və qərəzli olaraq “inzibati xəta haqqında iş üzrə” qərar qəbul etmişdir. Həmçinin, yuxarıda qeyd olunan hallar qanunsuz olaraq məhkəmə tərəfindən nəzərə alınmamış, qanunvericiliyin tələblərinə məhəl qoyulmamış və nəticədə ədalət mühakiməsi düzgün həyata keçirilməmişdir. Eyni zamanda, bildiririk ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “Nardaran İnvest” Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanı Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşməsinə baxmayaraq, ## #### 2026-cı il tarixli, EP saylı ******* nömrəli inzibati xəta haqqında protokol qanunvericiliyin tələblərinə zidd olaraq Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə göndərilmiş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən də qanunsuz olaraq ## #### 2026-cı il tarixli, EP saylı ******* nömrəli inzibati xəta haqqında protokolun təmin edilməsi barədə qərar qəbul edilmişdir. Hesab etmişdirlər ki, birinci instansiya məhkəməsi tərəfindən müvafiq qərar qanunamüvafiq qaydada, tam və düzgün əsaslandırılmamışdır. Məhkəmə iclaslasında iştirak etmiş Mərkəzi Bankın nümayəndəsi iş materialları ilə inizbati xətanın törədilməsi təsdiq edildiyindən tərtib edilmiş protokolu müdafiə edərək şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında “Nardaran İnvest” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi iştirak etmədiyindən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin halları və hüquqi məslələr: Şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə şikayət əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş sənədlər: -Mərkəzi Bank tərəfindən tərtib edilmiş ## #### 2026-cı il tarixli, EP ******* saylı protokoldan görünür ki, “Nardaran İnvest” Məhdud Məsuliyyətli Cəmiyyəti 347136.72 avro məbləğində vəsaiti ## ###### 2024-cü il tarixdə avans olaraq xaricə köçürmüş və 2 il müddət keçsə də, 347136.72 avro məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Nəticədə “Nardaran İnvest” MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inizbati xəta törədilmişdir. -## ###### 2024-cü il tarixli pul vəsaitinin köçürülməsi barədə sənədin surətindən görünür ki, hüquqi şəxs “Nardaran İnvest” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 347136.72 avro məbləğində vəsait ## ###### 2024-cü il tarixində «xxxx» ASC-də olan hesabından Azərbaycan Respublikasından kənara köçürülmüşdür. -“xxxx” ASC tərəfindən Mərkəzi Banka ünvanlanmış ## ###### 2026-cı il il tarixli məktubdan görünür ki, hüquqi şəxs “Nardaran İnvest” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “xxxx” ASC vasitəsilə xaricə qabaqcadan ödəniş aparılmış, lakin köçürülən vəsaitdə malların müəyyən olunmuş müddətdə ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi banka təqdim edilməmiş və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ müştərilərin “xxxx” ASC-də olan hesablarına geri qaytarılmamışdır. -Elektron məhkəmə informasiya sistemindən əldə olunmuş vergi ödəyicisinin məlumatına dair çıxarışdan görünür ki, “Nardaran İnvest” Məhdud Məsuliyyətli Cəmiyyətinin VÖEN-i **********, hüquqi ünvanı AZ 1097, ünvan 1 metr-dir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hüquqi şəxsin əməlində ona istinad edilən inzibati xətanın olması və təqsiri təqdim edilən mötəbər sübutlarla öz təsdiqini tapdığından hüquqi şəxsin malların daxil olmasına dair mövqeyi özünü müdafiə xarakterli kimi qiymətləndirilməlidir. Buna görə də hüquqi şəxsin barəsində düzgün olaraq İnizbati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, hüquqi şəxs tərəfindən elektron məhkəmə informasiya sistemi vasitəsilə yerləşdirilmiş sənədlərə münasibət bildirərək qeyd edir ki, həmin sənədlərdən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi BBGİ-nə ünvanlanmış ərizədə qeyd edilmişdir ki, ## ###### 2024-cü il tarixdə xxxx vasitəsilə X1 SL Pubol (İspaniya) şirkətinə 347136.72 EUR avans ödənilmiş, bu ödənişin təyinatında proforma invoys EX 23300136, (231202189 avans kodlu) müqavilə ## ###### 2023-cü il tarixli sənədlər qeyd edilməsinə baxmayaraq, malların idxalı zamanı texniki səhvliklə YGB-lərdə fərqli müqavilə tarixi qeyd olunmuşdur. Məhkəmə tərəfindən qeyd edilən müqavilənin proforma invoys ilə gömrük bəyannaməsi qarşılaşdırılan zaman gömrük bəyannaməsinin 31-ci qrafasında malların təsviri bölməsində proforma invoysda göstəriləndən fərqli miqdar, çeşiddə mallar, yəni “olea europea 60/80 white skin C- 230 L”, 66 ədəd malın daxil olması qeyd edilmiş, eyni zamanda gömrük bəyannaməsinin təqdim olunan sənədlər qrafasında ## ###### 2023-cü il tarixli müqaviləyə aid olan EX ******** saylı proforma invoysa deyil, EX ******** nömrəli proforma invoysa istinad olunmuşdur. Beləliklə, apellyasiya şikayətində və apellyasiya baxış inzibati xətanın törədilməsini istisna edən hər hansı sübut əlavə edilmədiyindən “Nardaran İnvest” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi toplanmış materialların məcmusu ilə tam təsdiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati məsuliyyət yaradır. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin ## ###### 2020-ci il tarixli, **/* nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə rezident və qeyri rezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndi dəyişikliklər edilməklə, aşağıdakı redaksiyada verilmişdir: “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir”. Məhkəmə hesab edir ki, “Nardaran İnvest” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində qeyd edilən inzibati xətanı törətməsi inzibati işin materialları ilə kifayət qədər sübuta yetirilmişdir və birinci instansiya məhkəməsi “Nardaran İnvest” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş tərkib əlamətinin olması barədə qanuni və düzgün nəticəyə gəlmişdir. İnzibati tənbeh məsələsinə gəldikdə isə birinci instansiya məhkəməsi, “Nardaran İnvest” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində inzibati təhbeh təyin edərkən qanuni və ədalətli inzibati təhbeh təyin etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 7.3-cü maddəsinə əsasən, hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 18.6-cı maddəsinə əsasən, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Göstərilənlərə əsasən hesab edirəm ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ilə gəldiyi nəticələr işin faktiki hallarına uyğundur, həmin qərarla “Nardaran İnvest” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş tərkib əlamətinin olması barədə qanuni və düzgün nəticəyə gəlinmişdir, şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və inzibati icraata xitam verilməsi üçün əsas olmadığından şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq Q ə r a r a a l ı r a m: “Nardaran İnvest” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. “Nardaran İnvest” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək cərimə edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2026cı il tarixli, *(*-***)-****/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət verilə bilməz. Hakim Qədim Babayev
Məhkəmə qərarları › İş №3(3-6)-990/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-990/2026
13.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver