Məhkəmə qərarları › İş №3(3-6)-991/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-991/2026

23.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-991/2026 23.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nağıyeva Milana Varis qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs), Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı Şəhər Baş Polis Idarəsinin X1 Idarəsinin nümayəndəsi X3 iştirakı ilə, Şikayətin təmin edilməsi, Qərardan şikayət verən orqan (şəxs) IXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Sabunçu rayon X1 Şöbəsi tərəfindən tərtib edilmiş TP seriyalı, ******* nömrəli, ## ###### 2026 -cı il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarından Sabunçu rayon X1 Şöbəsi tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabunçu rayon X1 Şöbəsi tərəfindən tərtib edilmiş TP seriyalı, ******* nömrəli, ## ###### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsini xahiş etmişdir. Inzibati tənbeh vermə haqqında qərardan şikayət onunla əsaslandırılmışdır ki, ##.##.2026-cı il tarixdə, istifadəsində olan "Ford Bronco" sport markalı ** BX *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə Sabunçu rayonu, Ramana qəsəbəsində avtoyuma məntəqəsinin qarşısında əsas yolun kənarında dayanmış vəziyyətdə olarkən BYD markalı, **DR*** dövlət qeydiyyat nişanlı avtomobil dönmə manevri edərək arxadan onun avtomobilinə çırpılmışdır. Hadisə TS 9-160 kamerasının təxminən 10 metrliyində baş vermiş və nəticədə istifadəsində olan maşına ciddi ziyan dəymişdir. Hadisə baş verdikdən dərhal sonra tərəfindən Daxili Işlər Nazirliyinin 102 Qaynar Xətt xidmətinə zəng edilərək məlumat verilmişdir. Hadisə yerinə təxminən 1 saat sonra Sabunçu Rayon X1 əməkdaşı polis R nümayəndə1 gəlmişdir. Yerində aparılan araşdırma zamanı qarşı tərəfin sürücüsünün sürücülük vəsiqəsinin olmadığı müəyyən edilmişdir. Qarşı tərəf hadisədən özünü təqsirli bilib, günahın onda olduğunu bildirmişdir. Sığorta nümayəndəsi hadisə yerinə gələrək avtomobillərə baxış keçirmiş və hadisənin qarşı tərəfin təqsiri nəticəsində baş verdiyinin şahidi olmuşdur. Hadisədən 2 gün sonra sığorta şirkəti tərəfindən zərərin qiymətləndirilməsi ilə bağlı mesaj göndərilmiş və Buzovna qəsəbəsində yerləşən "Retro servis"ə yaxınlaşmağı bildirilmişdir. Növbəti gün həmin servisdə olmuş və avtomobilin təmir olunması üçün orda saxlamışdır. Sığorta ödənişi edilməmiş, onların xətti ilə təmir olunması bildirilmişdir. Avtomobil servisdə təmirdə olarkən servis tərəfindən ona zəng edilərək sığorta şirkətindən onlara zəng gəldiyi və hadisənin təqsiri onda olduğu bildirildiyi deyildi. Bundan sonra sığorta şirkətinin qaynar xəttinə zəng etmiş və onlar da bunu təsdiqləmiş, lakin heç bir tədbir görə bilməyəcəklərini bildirmişlər. ##.##.2026-cı il tarixdə Sabunçu Rayon X1nə yaxınlaşmış və polis R nümayəndə1 tərəfindən onun barəsində Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Həmin gün protokolun surətini götürmüşdür. Hadisə TS 9-160 kamerasının altında baş versə də ona görüntülər təqdim edilməmiş və baxmaqdan imtina edilmişdir. Halbuki, hadisə günü polis R kamera görüntülərinə baxdığını, hadisənin necə baş verdiyini bildiyini və qarşı tərəfin sürücüsünü kamera vasitəsi ilə müəyyən etdiyini qeyd etmişdir. Avtomobili avtoyuma ərazisində, əsas yolun kənarında dayanmış vəziyyətdə olmuş, heç bir təhlükəli və ya qayda pozuntusu sayılacaq manevr etməmişdir. Belə olan halda barəsində 327.1-ci maddə ilə protokolun tərtib edilməsi əsassızdır. Hadisənin obyektiv və qanunauyğun araşdırılması, TS 9-160 kamera görüntülərinin təqdim edilməsini və barəsində tərtib edilmiş ##.##.2026-cı il tarixli TP ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi və ona dəyən maddi və mənəvi ziyanın ödənilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş edir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ilə şikayət təmin edilmiş, Qərardan şikayət verən orqan (şəxs) IXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Sabunçu rayon X1 Şöbəsi tərəfindən tərtib edilmiş TP seriyalı, ******* nömrəli, ## ###### 2026 -cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməsi və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli sözügedən qərarından Sabunçu rayon X1 Şöbəsi apellyasiya qaydasında şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin izahatları: Apellyasiya şikayətində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsində inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblərdən biri kimi göstərilmişdir. Işin baxılması zamanı yol-nəqliyyat hadisəsinin araşdırılması zamanı toplanmış sənədlər tədqiq edilməmişdir. Işin faktiki halları ondan ibarət olmuşdur ki, Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi “Ford Bronco” sport markalı **-BX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini təhlükəsizliyi təmin etmədən geriyə hərəkətə başlamışdır. Bu zaman BYD markalı, **- DR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü yolun hərəkət hissəsindən yolun kənarına manevr edərkən yol nəqliyyat hadisəsi baş vermişdir. Bakı şəhəri Sabunçu RPI-nin X1 şöbəsində inzibati araşdırma zamanı toplanmış sənədlərlə yol-nəqliyyat hadisəsinin konkret olaraq kim tərəfindən törədilməsi öz təsdiqini tapdığından Qərardan şikayət verən orqan (şəxs) barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Göründüyü kimi qərardan şikayətə baxmış hakim ümumiyyətcə bu halları araşdırmadan yalnız formal yanaşma edərək qanuni və əsaslı tənbeh vermə haqqında qərarı ləğv edərək qanunsuz və əsassız qərar qəbul etmişdir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin l-ci hissəsinə əsasən İ. Yol hərəkətinin iştirakçıları: 1) yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; 3) yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Göründüyü kimi qanunverici yol hərəkəti iştirakçısının üzərinə yuxarıda qeyd olunan vəzifələri qoymuşdur. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin l-ci hissəsinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin Xlll-cü hissəsinə əsasən Nəqliyyat vasitəsinin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz olsun və hərəkətin digər iştirakçılarına maneə yaratmasın. Lazım gəldikdə, sürücü başqa şəxslərin köməyindən istifadə etməlidir. Həmçinin xüsusilə qeyd etməyi lazım bilirik ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən yol hərəkəti qayda pozuntusunun törədilməsi yol nəqliyyat hadisəsinin baş verməsinə səbəb olmuşdur. Hakim tərəfindən inzibati araşdırma zamanı toplanmış sübutları tam tədqiq edilməmiş; hadisənin başvermə mexanizmini düzgün qiymətləndirməmiş; yalnız videogörüntülərə əsaslanaraq birtərəfli nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsin 76 və 84-cü maddələrinə əsasən sübutlar hərtərəfli, tam və obyektiv qiymətləndirilməlidir. Lakin bu tələblərə riayət edilməmişdir. Nəticə etibarı ilə hakim tərəfindən işin bütün hallarını araşdırmamış; mühüm sübutlara hüquqi qiymət verməmiş, prosessual normaları pozmuş, nəticədə əsassız qərar qəbul etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı Şəhər Baş Polis Idarəsinin X1 Idarəsinin nümayəndəsi X3 şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayətin təmin edilməməsini xahiş etdi. Işin halları və hüquqi məsələlər: Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Sabunçu rayon X1 Şöbəsi tərəfindən tərtib edilmiş TP seriyalı, ******* nömrəli, ## ###### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixində Ramana qəsəbəsi ərazisində "Ford Bronco" sport markalı ** BX *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmişdir. Nəticədə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətmişdiir. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 40 (qırx) manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin ; 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 42-ci maddəsinin 13-cü bəndinə əsasən nəqliyyat vasitəsinin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz olsun və hərəkətin digər iştirakçılarına maneə yaratmasın. Lazım gəldikdə, sürücü başqa şəxslərin köməyindən istifadə etməlidir. Eyni zamanda “Ford Bronco" sport markalı ** BX *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin olduğu yer geriyə dönmək qadağan edən hallara aid edilmir. Video görüntülərdən aydın olur ki, “Ford Bronco" sport markalı ** BX *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi geri hərəkətə təhlükəsiz şəraitdə başlamışdır və həmin anda onun hərəkətinə maneə və ya təhlükə mövcud olmamışdır. Lakin, BYD markalı, **DR*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hərəkət zolağını dəyişərək qəfil şəkildə “Ford Bronco" sport markalı ** BX *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin hərəkət trayektoriyasına daxil olmuş, nəticədə yol-nəqliyyat hadisəsi baş vermişdir. Beləliklə, yol nəqliyyat hadisəsi ilə “Ford Bronco" sport markalı ** BX *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsünün geri hərəkət etməsi arasında səbəbli əlaqə mövcud deyildir. Göründüyü kimi mübahisələndirilən inzibati xətanın Qərardan şikayət verən orqan (şəxs) tərəfindən törədilməsi iş materialları ilə öz təsdiqini tapmamışdır. Beləliklə, birinci instansiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) təqsirinin Inzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməməsini, onun təqsirli olmasının müəyyən edilməməsini, inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqanın isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməməsini nəzərə alaraq iş üzrə icraata xitam verməkdə haqlı olmuşdur. Odur ki, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, Qərara aldım: Apellyasiya şikayəti təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) IXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Sabunçu rayon X1 Şöbəsi tərəfindən tərtib edilmiş TP seriyalı, ******* nömrəli, ## ###### 2026 -cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ****/**** saylı qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar