Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-993/2026 17.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) (bundan sonra - Qərardan şikayət verən orqan (şəxs)) iştirakları ilə, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Bakı şəhər Baş Polis İdarəsinin DPYP-nin (bundan sonra - səlahiyyətli orqan) qəbul etdiyi ## ###### 2026-cı il tarixli, TP seriyalı, ******* nömrəli qərarla Qərardan şikayət verən orqan (şəxs) ## ###### 2026-cı il tarix, saat 18:44-də Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 87A ünvanında “Chevrolet Equinox minik” markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobilin (bundan sonra – həmin avtomobil) hərəkətini svetoforun qadağanedici işarəsində davam etdirməsinin müəyyən edilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası İXM-in) 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 100 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə (hakim X1) Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət təmin edilməmiş, səlahiyyətli orqanın qəbul etdiyi ## ###### 2026-cı il tarixli, TP seriyalı, ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərardan şikayət verən orqan (şəxs) həmin məhkəmə qərarından şikayət verib, onun ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Qərardan şikayət verən orqan (şəxs) şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə təxminən 80-100 metr məsafə aralıda dayanmış polis avtomobilində qeydə alınıb, iş materiallarına əlavə edilmiş videogörüntü ilə iş üzrə onun idarə etdiyi nəqliyyat vasitəsinin stop xətti keçdiyi zaman qarşıdakı svetaforun qadağanedici işarəsi olan qırmızı işığının yanması müəyyən edilmir. Lakin birinci instansiya məhkəməsi bu halı nəzərə almamış, əksinə, hadisəyə qarşıdakı, piyada üçün nəzərdə tutulmuş svetaforun işığı ilə fərziyyə əsasında hüquqi qiymət vermişdir. O, iş üzrə səlahiyyətli orqanın qərarında göstərilmiş inzibati xətanı törətməmişdir. Apellyasiya məhkəməsi iclasında Qərardan şikayət verən orqan (şəxs) şikayətinin məzmununa uyğun izahat verib, onun təmin olunmasını xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasına səlahiyyətli orqanın nümayəndəsi vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Buna görə də məhkəmə şikayətə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş üzrə şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İXM-in: - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar, həmçinin maddi sübutlarla müəyyən edilir. - 77.1-ci maddəsinə əsasən üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. - 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. - 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə bir yüz manat məbləğində cərimə tətbiq edilir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, səlahiyyətli orqanın təqdim etdiyi, iş materiallarına əlavə edilmiş videogörüntüdə iş üzrə Qərardan şikayət verən orqan (şəxs) avtomobilini idarə etdiyi istiqamətdə deyil, həmin ərazidə yerləşən, digər istiqamətdəki yol hərəkətini tənzimləyən svetoforun işıqları görünsə də, videogörüntüdə görünən svetaforla Qərardan şikayət verən orqan (şəxs) avtomobilini idarə etdiyi istiqamətdəki yol hərəkətini tənzimləyən svetoforun işləmə mexanizmi bir-birinə nəzərən paralel olduğuna görə birinci instansiya məhkəməsi videogörüntüdə görünən svetoforun işləmə mexanizmi əsasında Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi avtomobilin hərəkətini öz hərəkət istiqamətini tənzimləyən svetoforun qadağanedici işarəsində davam etdirib-etdirməməsini qiymətləndirərkən və videogörüntünü sübut qismində qəbul edərkən haqlı olmuşdur. Həmin videogörüntü əsasında Qərardan şikayət verən orqan (şəxs) səlahiyyətli orqan tərəfindən barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarda göstərilən tarix, vaxt və yerdə “Chevrolet Equinox minik” markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkətini videogörüntüdə görünən svetoforun yaşıl işığında, beləliklə də öz hərəkət istiqamətini tənzimləyən svetoforun qadağanedici işarəsində davam etdirməsi nəticəsində Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən edilir. Buna görə də iş üzrə səlahiyyətli orqanın əməkdaşının göstərilən faktı bilavasitə aşkar etdikdən sonra tərtib etdiyi ## ###### 2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol, qəbul etdiyi ## ###### 2026-cı il tarixli, TP seriyalı, ******* nömrəli qərar və birinci instansiya məhkəməsinin qəbul etdiyi qərar qanuni və əsaslıdır. Səlahiyyətli orqan Qərardan şikayət verən orqan (şəxs) inzibati cərimə tənbeh tədbirini Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsinin sanksiyası həddində tətbiq etmişdir. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Apellyasiya instansiyası məhkəməsi göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət təmin edilməməli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası İXM-in 131, 133, 134.1.1, 136 və 138.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-993/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-993/2026
17.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver