Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-996/2026 15.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi x36 sədrliyi, məhkəmə iclasının katibi x35 katibliyi, Protokol tərtib edən orqanlar nümayəndəsi nümayəndə2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” Firmasının nümayəndələri – nümayəndə1 və “Femida” Vəkil Bürosunun vəkili X9 iştirakları ilə, “xxxx” Firmasının Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin (bundan sonra – Inzibati Xətalar Məcəlləsi) 578.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarından Protokol tərtib edən orqanlar tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Protokol tərtib edən orqanlar Miqrasiya Nəzarəti Baş Idarəsi tərəfindən hüquqi şəxs “xxxx” Firması barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair ## ###### 2026-cı il tarixli inzibati xəta haqqında protokol qəbul edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Inzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi işəgötürən tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan Iran Islam Respublikasının vətəndaşı Nassırnejad Mehdinin “xxxx” Firmasında maşın boyaları üzrə mütəxəssis vəzifəsində işə cəlb edilməsi göstərilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı ilə hüquqi şəxs “xxxx” Firması barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata Inzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilməsi qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarından Dövlət Miqrasiya Xidməti apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilərək “xxxx” X13 Məcəlləsinin 578.1-ci maddəsi üzrə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan “izahat” başlığı altında olan sənəddən aydın olur ki, Mehdi Nassirnejadin Azərbaycan dilini bilib-bilməməsi, eyni zamanda onun tərcüməçiyə ehtiyacı olub-olmaması barədə hallar araşdırılmış, şəxs öz növbəsində Azərbaycan dilini bildiyini, həmçinin tərcüməçiyə ehtiyacı olmadığını və Azərbaycan dilində izahat vermək istədiyini yazılı olaraq bildirmişdir. Əcnəbiyə “xxxx”-nun dəvəti ilə qalma müddəti 6 ay olan işgüzar məqsədli viza verilmiş və o, ## ###### 2025-ci il tarixdə ölkəyə daxil olmuş, ölkəyə daxil olduqdan sonra adıçəkilən hüquqi şəxs işəgötürən qismində iki dəfə müvafiq olaraq ## ######## 2025-ci il və ## ####### 2025-ci il tarixlərdə əmək fəaliyyətini həyata keçirmək üçün iş icazəsinin alınması ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Aparılmış araşdırma nəticəsində işəgötürənin işçi qüvvəsinə olan tələbatının yerli əmək ehtiyatları hesabına ödənilməsinin mümkün olduğu müəyyən edilərək hər iki müraciətə inzibati orqan tərəfindən imtina verilmişdir. ## ####### 2025-ci il tarixdə sonuncu müraciətə imtina verildikdən sonra şəxs ## ###### 2025-ci il tarixdə ölkə ərazisini tərk etmiş, iki gün sonra - ## ###### 2025-ci il tarixdə yenidən ölkə ərazisinə daxil olmuşdur. Bu müddət ərzində Iran Islam Respublikasının vətəndaşı Mehdi Nassirnejad adıçəkilən müəssisə tərəfindən təmin edilmiş mənzildə yaşamışdır. Maraqlıdır ki, sonuncu girişdən sonra əcnəbi ilə bağlı müəssisə tərəfindən hər hansı bir müraciət edilməmişdir. Beləliklə, şəxsin ölkəyə ilk girişindən sonra barəsində tənbeh tədbiri tətbiq edilənədək olan 5 aya yaxın müddət ərzində işəgötürən tərəfindən təmin edilən mənzildə yaşaması, bu müddət ərzində alınmış 2-ci imtinadan sonra yenidən ölkəyə gələrək həmin mənzildə qalmaqda davam etməsi faktı məhkəmə tərəfindən tədqiqat obyekti kimi nəzərə alınmamışdır. Halbuki qeyd olunan halişəgötürənin yaşayış verini təmin etməsi Avropa Məhkəməsinin presedent hüququna əsasən (“Van der Vecht Hollandiyaya qarşı” və “Chowdury və digərləri Yunanıstana qarşı” işləri), işəgötürən tərəfindən əmək fəaliyyətinə cəlb edilənin təşkilati və iqtisadi asılılığını göstərən mühüm meyardır. Belə ki, yaşayış yerinin işəgötürən tərəfindən təmin olunması işçinin müstəqiliyini məhdudlaşdıran və onu iqtisadi cəhətdən aslı vəziyyətə salan amil hesab edilir və bu münasibətdə onun müstəqil subyekt olmadığını, tərəflər arasında əmək münasibətinin artıq başlamış olduğunu göstərir. O cümlədən, şəxsin ölkəyə təkrar girişi və bundan sonra əvvəlki mənzildə yaşamağa davam etməsi şəxslə işəgötürən arasında olan münasibətin təsadüfi deyil davamlı olduğunun göstəricisidir. Əcnəbinin müəssisə tərəfindən dəvət olunması, ona yaşayış sahəsinin verilməsi, dəfələrlə iş icazəsinə müraciət olunması əmək münasibətinin yaradılması niyyətinin və faktiki əmək münasibətinin olduğuna dəlalət edir. Iş icazəsinin verilməməsi isə bu münasibətlərin olduğunu istisna etmir, əksinə qanunsuz formada həyata keçirildiyini sərgiləyir. Eyni zamanda, iş icazəsi verilmədiyi halda şəxsin yenidən ölkəyə gətirilməsi və eyni şirkət tərəfindən yaşayış yeri ilə təmin olunması cavabdehin həmin şəxsin əməyindən faktiki istifadə etdiyini göstərir. Miqrasiya Məcəlləsinin tələbləri baxımından işəgötürənin əcnəbini ölkəyə gətirmədən də onun üçün iş icazəsinin alınması ilə bağlı müraciət etmə imkanlarının mövcud olmasına baxmayaraq, MMC tərəfindən şəxsin ölkəyə gətirilməsi və onun yaşama xərclərinin qarşılanaraq müraciətin nəticəsini ölkə ərazisində gözləməsi üçün şəraitin yaradılması sosial xarakter daşımaqdan xeyli kənardır. Bununla yanaşı, məhkəmədə şahid qismində izahatları alınmış üç nəfərin hər biri hüquqi şəxslə əmək münasibətində olan şəxslər olmuşdur. Şahidlərin adıçəkilən şirkətlə əmək münasibətlərində olması onların izahatlarının obyektiv və qərəzsiz olmasını istisna edir. Məhkəmənin ## ###### 2026-cı il tarixli qərarında istinad etdiyi sübutlar mötəbər və dəqiq deyil, məhkəmə qanunverciliyin normalarına qərarında istinad etsə də, tətbiqində çətinlik çəkmiş, bu da öz növbəsində qanunsuz qərarın qəbul edilməsinə gətirib çıxarmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndələri apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən səlahiyyətli orqanın nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirib hesab edir ki, aşağıdakı əsaslara görə verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı ləğv olunmalı və inzibati xəta haqqında iş yenidən baxılması göndərilməlidir. Əvvəla, Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Birinci instansiya məhkəməsində Protokol tərtib edən orqanlar nümayəndəsi nümayəndə2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Nassırnejad Mehdi üçün iş icazəsinin alınması ilə bağlı iki dəfə müraciət edilmiş, lakin hər iki müraciətdə imtina cavabı alınmışdır. Belə ki, şəxs avqust ayında ölkəyə daxil olmuş, sentyabr ayında ilk müraciət edilmiş və imtina cavabı alınmışdır. Şəxs ölkəni tərk etmədən ikinci dəfə oktyabr ayında müraciət edilmiş və imtina cavabı alınmışdır. Şəxs 04 noyabr tarixdə ölkəni tərk etmiş, 06 noyabr tarixində ölkəyə daxil olmuşdur. Lakin daha sonra hər hansı bir müraciət qeydə alınmamışdır, buna görədə şəxsin qanunsuz olaraq işə cəlb edilməsinə şübhələr yaranmış, şəxs dəvət edilərək izahatı alınmışdır. Şəxs izahatında bildirmişdir ki, həmin ofisdə fəaliyyət göstərir, həmçinin həmin şəxsin qeydiyyatda olduğu mənzil X6 məxsusdur. Şəxs sərbəst danışıb suallara cavab verə bildiyindən tərcüməçi dəvət edilməmişdir. Suallara cavab olaraq göstərmişdir ki, izahatı alınarkən əmək haqqı ilə bağlı məlumat verməmişdir. Bəzi suallar verilmişdir, lakin hesab edir ki, şəxs özünü müdafiə etmək üçün suallara cavab verməmiş, buna görədə həmin suallar izahatda qeyd edilməmişdir. Birinci instansiya məhkəməsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” Firmasının nümayəndəsi nümayəndə1 izahatında bildirmişdir ki, şəxsin izahatı alındıqdan sonra o da dəvət edilmiş və izahatı alınmışdır. Orada onun ifadəsi alınarkən ona suallar verilmiş, o, suallara cavab vermək istəmədikdə bu, izahatda qeyd edilmişdir. Lakin Mehdinin ifadəsi alınarkən ona belə bir şərait yaradılmamış, tərcüməçi dəvət edilməmiş, Azərbaycan dilində sərbəst danışa bilməsinə istinad edilmişdir, lakin belə bir qənaətə necə gəldikləri göstərilməmişdir. Göstərilənlərə əsasən, barələrində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş edir. Suallara cavab olaraq göstərmişdir ki, Nassırnejad Mehdi onların dəvəti ilə Azərbaycana gəlmiş, qalmaq üçün icazə vermişlər, neçə müddət saxlamışlar, iş icazəsi verməmişlər, onlar dəvət etdikləri üçün evlə təmin etmişlər. Özləri işləmək üçün dəvət etdikləri, lakin sonradan iş icazəsi ala bilmədikləri şəxsin yaşayış yeirini təmin etmək onların borcu idi, yəni bunu etməyə bilməzdilər. Mənzil şirkətin rəhbərinin qardaşının olmuşdur. Birinci instansiya məhkəməsində videogörüntü vasitəsilə qoşulmuş Nassirnejad Mehdi izahatında göstərdi ki, “xxxx” şirkəti tərəfindən dəvət olunmuşdur. Iki dəfə iş icazəsi üçün müraciət etmişlər, lakin imtina almışlar, sonuncu dəfə onlara demişlər ki gözləyin. O, evdə olarkən ona zəng gəlmiş və bildirilmişdir ki, miqrasiyadandır. Ona demişlər ki, “siz müraciət etmisiniz, bununla bağlı Ayna Sultanovdakı ofisə yaxınlaşın”. O da saat 14:00 radələrində yaxınlaşacağını bildirmişdir. Onu Səid adlı polis qəbul etmiş, otaqların birinə keçmişlər və ona suallar verməyə başlamışlar. Soruşmuşdur ki, “vizan var?”. O isə bildirmişdir ki, iş üçün icazə almağa çalışır, vizası var, amma iş üçün icazə verilmir. Daha sonra ona demişdir ki, köməklik göstərəcəklər, danışmağa davam etsin, bir neçə sual da verib harada qaldığını soruşmuşdur ki, demişdir ki, şirkətin sahibinin qardaşının evində qalır. Daha sonra nə etdiyini soruşmuş, o da bildirmişdir ki, işləmir, Iranda olan fəaliyətini onlara göstərir. Daha sonra ona yazmağa başlasını demiş, o da demişdir ki, “mən farsca oxumuşam, yaxşı yaza bilmirəm”, demişdir ki, kəlmə-kəlmə deyəcək, o da yazsın. Deməyə başlamış, o da yazmışdır, bir yerdə yaza bilməmiş, özü götürüb yazmışdır. Evin pulunu kimin verdiyini soruşmuşlar, demişdir ki, şirkətin sahibinin qardaşının evində qalır, o da demişdir ki, “eyni şeydir yaz getsin, problem deyil”. Yazıb bitirəndən sonra ona demişdir ki, “sən cərimə ödəməlisən”, o da təəccüblənib soruşmuşdur ki, niyə ödəsin? Demişdir ki, izahatında yazdın ki, orada fəaliyyət göstərirsən. O da demişdir ki, iki saatdır burdadır, deyir ki, o orada işləmir, Iranda olan fəaliyyətini onlara göstərir. Demişdir ki, artıq yazmısan, düzəltmək olmaz, onu o həddə çatdırmışlar ki, o - 51 yaşında kişi orada ağlamışdır. O, orada bildirmişdir ki, yazmaqda çətinliyi var, kimsə gəlsin, dedi ki, lazım deyil, o deyəcək, kəlmə-kəlmə yazacaq. 06 noyabrda gəldikdən sonra da eyni evdə qalmışdır, ümumən oradan başqa yerdə qalmamışdır. Birinci instansiya məhkəməsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” Firmasının nümayəndəsi X9 barələrində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində əlavə şahid qismində dəvət edilmiş X1 verilmiş suallara cavab olaraq göstərmişdir ki, Nassırnejad Mehdi onlarla əməkdaş olmalı idi, amma bildiyi qədər, miqrasiya icazə vermədiyinə görə əməkdaşlıq baş tutmamışdır. O, heç Mehdi ilə tanış belə ola bilməmişdir. Mehdi Nassırnejad hər hansısa bir fəaliyyətlə məşğul ola bilməz, ofis satışla məşğul olur, ofisə daxil olmaq üçün barmaq izi, həmçinin üz tanıyıcıdan istifadə edilir, işçi olmayan şəxslərin girişi çətin məsələdir. Nassırnejad Mehdi heç bir ofis və ya anbarda fəaliyyət göstərməmişdir. Ofis təqribən 160-170 kvadrat metrdir. O, həm ofisdə, həm də anbarlarda olur, belə ki, günün birinci hisəsini ofisdə, ikinci hisəsini yük avtomobillərini götürüb ərazilərə gedirlər. X7 boya üzrə texnik kimi qəbul etmək istəmişlər və o gəlib onlara təlim verəcəkdir, onu görməmək kimi bir ehtimal yoxdur. 23-24 nəfər işçi var, hər birini tanıyır. Hamısı bir ofisdə oturmuşlar, günün birinci yarısı ofisdə, ikinci yarısı ərazilərdə olmuşlar. Birinci instansiya məhkəməsində əlavə şahid qismində dəvət edilmiş X3 verilmiş suallara cavab olaraq göstərmişdir ki, baş mühasib kimi fəaliyyət göstərir, əmək haqlarını o hesablayır. Belə məlumatı olmuşdur ki, onlar dəvət etmişlər, amma sənədlər düzəlmədiyinə görə gəlməmişdir. Nassırnejad Mehdi ilə heç bir müqavilə imzalanmamış, o, heç bir fəaliyyətlə məşğul olmamışdır. Onu bircə dəfə görmüşdür, onun üçün ofisdə yer ayrılmamışdır. Bir ofis, bir neçə anbarları var. Onlar boya satışı ilə məşğul olur, Nassırnejad Mehdinin kifayət qədər təcrübəsi olmuşdur. Onu satış üçün yox, yəqin ki, biznes üzrə dəvət etmişlər. Birinci instansiya məhkəməsində əlavə şahid qismində dəvət edilmiş X4 verilmiş suallara cavab olaraq göstərmişdir ki, insan resursları üzrə mütəxəssisdir. Nassırnejad Mehdini tanımır. Şirkətin bir ofisi və anbarları var, o, bütün işçiləri tanıyır. Kimsə işləsə mütləq qaydada məlumatım olardı. Məlumatı olmuşdur ki, elə bir insanla əməkdaşlıq etmək istəyirlər, amma bildiyi qədəri ilə iş icazəsi alınmadığına görə əməkdaşlıq baş tutmamışdır. Bütün sənədləşmə işləri ilə Şəbnəm xanım məşğul olmuşdur. Iş materiallarında olan ## ###### 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, işəgötürən tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan Iran Islam Respublikası vətəndaşı Nassırnejad Mehdinin “xxxx” Firmasında maşın boyaları üzrə mütəxəssis vəzifəsində işə cəlb edilmişdir. Bu səbəbdən “xxxx” Firması barəsində Inzibati Xətalar Məcəlləsinin 578.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Inzibati tənbeh vermə haqqında ## ###### 2026-cı il tarixli MN ******* nömrəli qəradan görünür ki, Nassirnejad Mehdi şəxsin iş icazəsi tələb olunduğu hallarda bu icazə olmadan Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması ilə bağlı Inzibati Xətalar Məcəlləsinin 575.1.4-cü maddəsinə əsasən 400 manat məbləğində cərimə edilməklə 90 gün ərzində ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılması və Azərbaycan Respublikasına gəlmək hüququ 5 il müddətinə məhdudlaşdırılması qərara alınmışdır. ## ###### 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Nassirnejad Mehdi şəxsin iş icazəsi tələb olunduğu hallarda bu icazə olmadan Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması ilə bağlı Nassirnejad Mehdi barəsində Inzibati Xətalar Məcəlləsinin 575.1.4-cü maddəsi ilə barəsində protokol tərtib edilmişdir Nassirnejad Mehdinin iş materiallarında olan ## ###### 2026-cı il tarixli izahatından görünür ki, o, Azərbaycan dilini bildiyini, tərcüməçiyə ehtiyac olmadığını göstərmiş, qeyd etmişdir ki, “Bildirirəm ki, mən ## ###### 2025-ci ildə Azeinterservice Co MMg-nin dəvətilə Azerbaican Respublikasına gəlmişəm. Qeyd olunan şirkət fəaliəti boyalar-yaq-batteria maşın sahəsində olan produkt üzrə distributor çalışandır. Qeyd edirəm ki, mənim təhsilim marketingdir və mən maşın boyaları üzrə mütəxəssisəm, Azərbaycana gəlməmişdi, öncədə Iranda bu sahə üzrə işləyirdim. Azərbaycanda da qeyd etdiyim şirkətdə maşın boyaları üzrə mütəxəssis olaraq fəaliyyət göstərirəm. Bildirirəm ki, şirkət tərəfindən 2 dəfə iş və yaşama icazəsinin alınması ilə bağlı müraciət olunmuş, lakin mənə imtina vermişdir. Imtina qərarı aldıqdan sonra ölkəni tərk etdim və yenidən ## ###### 2025 tarixdə təkrar gəlmişəm. Ölkəyə gəldikdən sonra Azeinterservice Co şirkətinin mənim üçün kirayə etdiyi Masud Əlizadə 18 ünvanında qalıram, kirayə ödənişim də şirkət tərəfindən aylıq olaraq ödənilir.” X6 tərəfindən verilmiş ## ######## 2025-ci il tarixli və ## ####### 2025-ci il tarixli ərizələrdən görünür ki, ona məxsus olan ünvan 1 ünvanına Iran vətəndaşı X10 müvəqqəti qeydiyyata düşməsinə razılıq vermişdir. ƏMDX DƏDKR PHŞ tərəfindən verilmiş ********** nömrəli çıxaırşdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil X6 məxsusdur. “Elektron məhkəmə” sistemindən əldə edilmiş çıxarışdan görünür ki, “xxxx” Firmasının qanuni təmsilçisi X2r. Inzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsinə əsasən, işəgötürən tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “iş materiallarında olan sənədlərdən görünür ki, şahid X5 vətəndaşıdır, özünün də bildirdiyinə görə ana dili fars dili olmuşdur. ##.##.2026-cı il tarixli izahatında o, tərcüməçinin xidmətinə ehtiyacı “yoxdur” göstərsə də, izahatından müəyyən edilir ki, o, Azərbaycan dilini səlis bilməmiş, cümlədəki sözlər bir-birini tamamlamayaraq aydın başa düşülən olmamış, izahatında işlətdiyi sözlər belə onun sərbəst izahat verməsini şübhə altına almışdır.”. Birinci instansiya məhkəməsində izahat verərkən Nassırnejad Mehdi bildirmişdir ki, “Daha sonra ona demişdir ki, başla yaz, o da demişdir ki, “mən farsca oxumuşam, yaxşı yaza bilmirəm”, demişdir ki, kəlmə-kəlmə deyəcək o da yazsın. Başlamış deməyə o da yazmışdır, bir yerdə yaza bilməmiş, özü götürüb yazmışdır”. Nassırnejad Mehdinin iş materiallarında olan ## ###### 2026-cı il tarixli izahatından da görünür ki, izahat əvvəldən sonra kimi oxşar xətlə yazılmışdır. Həmçinin Azərbaycan dilini bilməklə bağlı boşluqda “bilirəm” qeyd etmiş, “tərcüməçinin xidmətinə ehtiyacım yoxdur” yazmışdır. Göstərilənlərdən aydın olur ki, əslində həmin məzmunda izahat verərkən Nassırnejad Mehdi izahatın məzmununu bilmiş, hətta birinci instansiya məhkəməsində də tərcüməçiyə ehtiyacı olmadığını bildirmişdir. Bu da onun Azərbaycan dilini zəif bilməsi bəhanəsi ilə ilkin izahatını inkar etdiyini göstərir. Məhkəmə reallıqda bu dəyişikliyin səbəblərini və şəxsin "firmanın mənafeyinə uyğun formada" ifadə vermə ehtimalını kifayət qədər ətraflı araşdırmamışdır. Hüquqi şəxsin nümayəndəsi etiraf etmişdir ki, əcnəbinin yaşayış yerini onlar təmin etmiş və mənzil firma rəhbərinin qardaşına məxsus olmuşdur. Işləməyən və şirkətə fayda verməyən bir şəxsin aylarla bütün xərclərinin firma tərəfindən qarşılanması artıq əsaslı şübhə doğurur. Əcnəbinin ölkəyə dəfələrlə daxil olması, onun üçün iş icazəsi alınmasına cəhd edilməsi və imtinalardan sonra belə firmanın təmin etdiyi mənzildə aylarla qalması və həmin vaxt artıq iş icazəsi üçün müraciət edilməməsi münasibətlərin davamlı olduğunu göstərir. Birinci instansiya məhkəməsində dindirilən şahidlərin hamısının firmanın əməkdaşları olması da izahatlarının tam obyektiv reallığı əks etdirməsini şübhə altına alır. Iş materiallarına əsasən, yalnız firmanın işçilərinin və maraqlı tərəf olan əcnəbi mütəxəssisin ziddiyyətli izahatlarına istinad edilmiş, digər obyektiv sübutlar ətraflı tədqiq edilməmişdir. Bununla yanaşı, məhkəmə apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsinin tərcüməçi ilə bağlı istinad etdiyi prosessual məqamlar əhəmiyyətlidir. Həm də Nassırnejad Mehdinin şifahi izahatını fərqli verməsi vəziyyətində onun ilkin yazılı izahatla müqayisəli tədqiqi zamanı birinci instansiya məhkəməsinin prosessual məqamlar üzrə vurğuladığı məqamın da nəzərdə saxlanılması zəruridir. Həmçinin məhkəmə apellyasiya şikayətinin digər dəlilləri ilə razılaşarkən bu qənaətə gəlir ki, əslində səlahiyyətli orqan özü ziddiyyətləri aradan qaldırmaq üçün əlavə araşdırma aparmadan, məsələn, şəxsin ofisə gəlişlərinin aydınlaşdırılması üçün belə gəlişlərin qeydə alınması ehtimalı olan vasitələr, firma ilə əlaqəli mümkün görüntülərin əldə olunması, kənar şahidlərin, mənzil sahibinin sorğusu və sair dəlillər əldə edilmədən tələsikliyə yol verilməklə materialları məhkəməyə təqdim etmişdir. Şəxsin özünün hazırkı mərhələdə ölkə xaricində olması vəziyyətində digər faktiki hallar üzrə dəlillərin toplanması daha əsaslı qənaətə gəlməyə imkan verə bilər. Məhz belə detallı araşdırmanın olmaması birinci instansiya məhkəməsində sübutların demək olar ki yalnız həmin firmada işləyən şəxslərin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və cərimə növündə tənbeh tədbiri tətbiq edilən Nassırnejad Mehdinin sonradan firmanın mənafeyinə uyğun formada dəyişdirilmiş izahatından ibarət olması ilə nəticələnmişdir. Belə ki, “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 38.1 və 578.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstiusiya Məhkəməsinin Plenumunun ## ###### 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, Inzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin (hərəkətin) inzibati xəta kimi müəyyən edilməsi valyuta əməliyyatlarına nəzarətin effektivliyinin artırılması, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması məqsədinə cavab verdiyindən, məhkəmələr bu kimi işlərin hallarını hərtərəfli, tam və obyektiv araşdırmalıdır. Inzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə yuxarıda qeyd edilən normaların tələbləri baxımından məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin Inzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, “xxxx” Firmasının barəsində tərtib olunmuş protokolda göstərilən hərəkətlərə həqiqətən yol verilib-verilməməsinin tam, kənar təsirlərdən təcrid edilməklə şəffaf şəkildə aydınlaşdırılması və iş üzrə tərəddüdsüz düzgün nəticəyə gəlmək üçün yuxarıda qeyd olunan halların araşdırılması mühüm əhəmiyyət kəsb edir. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Göründüyü kimi, iş materiallarında ziddiyyətli məqamlar olsa da, kifayət qədər araşdırılmamışdır. Inzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən, məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Inzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir Həmin Məcəllənin 75-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şəraitdən başqa, həm də inzibati xəta törətməkdə şəxsin təqsiri müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göründüyü kimi, “xxxx” X13 Məcəlləsinin 578.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında iş Inzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə əlavə araşdırılması üçün yenidən səlahiyyətli orqana göndərilməlidir. Inzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən, hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Odur ki, yuxarıda qeyd olunan hallar araşdırılaraq aradan qaldırılmadan iş üzrə obyektiv qərar qəbul olunması mümkün deyildir, ona görə də, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı ləğv olunmalı və inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən tam, hərtərəfli baxılıb araşdırılması üçün səlahiyyətli orqana – Protokol tərtib edən orqanlar Miqrasiya Nəzarəti Baş Idarəsinə göndərilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-996/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-996/2026
15.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver