Məhkəmə qərarları › İş №3(3-6)-998/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-998/2026

13.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-998/2026 13.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Zəfər Vahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Xədicə Nahid qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi “Kəngərli və Partnyorları” Vəkil Bürosunun vəkili nümayəndə3 iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-in Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati tənbeh edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi və vəkili nümayəndə3 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Protokol tərtib edən orqanlar tərəfindən tərtib edilmiş ## ###### 2026-cı il tarixli EP ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən «xxxx” MMC 139700,00 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə ## ###### 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüş, ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçsə də, həmin vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Xəta ## ###### 2025-ci il tarixdə hüquqi şəxsin ünvanında törədilmişdir. İş materiallarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-in İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Protokol tərtib edən orqanlar tərəfindən tərtib edilmiş ## ###### 2026-cı il tarixli EP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə təqsirli bilinərək, barəsində inzibati xətanın obyekti olmuş 139700,00 ABŞ dolları valyuta vəsaiti məbləğinin iyirmi faizi miqdarında, yəni 27940 (iyirmi yeddi min doqquz yüz qırx) ABŞ dolları məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Qərardan narazı qalan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi və vəkili nümayəndə3 apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, inzibati xətanın törədilməsində Cəmiyyətin heç bir təqsiri olmamışdır – xaricə ödənilən məbləğlər Cəmiyyətdən asılı olmayan, obyektiv səbəblərdən geri qaytarılmamışdır və müvafiq mallar idxal edilməmişdir. Bunun əksini sübut edəcək heç bir hal və ya sübut mövcud deyildir. Əlavə olaraq, Məhkəmənin əsaslandırmasından belə nəticəyə gəlmək olar ki, şəxs malın əldə edilməsi üçün avans ödənişi etdiyi halda, əgər malın əldə edilməsi ona artıq hər hansı obyektiv səbəbdən sərf etməzsə, yaxud bu mümkün olmzsa (maliyyə vəziyyəti dəyişər, digər yerdən başqa mal almalı olar və sair) o, mütləq olaraq ya alışı tamamlamalı, yaxud dövət tərəfindən cəriməyə məruz qalmalıdır. Hər iki seçim isə ona əlavə zərər gətirir. Əksər hallarda ödənişin geri ödənilməsi də mümkün olmur. Maliyyə sanksiyalarının sahibkarlıq fəaliyyəti ilə bağlı risk faktoru olması heç bir qanunvericilik aktı ilə təsdiq edilmir. Konstitusiya Məhkəməsinin 2019-cu il ## ###### tarixli Qərarından da belə bir mövqe irəli gəlmir. Azərbaycan Respublikasının “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 1-ci maddəsində bu fəaliyyətin tərifi verilmişdir. Qanunvericiliyə edilən dəyişikliyə əsasən “risk” ifadəsi həmin tərifdən ümumən çıxarılmışdır. İstənilən hal risk faktoru ola bilər, ancaq dövlət tərəfindən sanksiyanın tətbiq edilməsi üçün Cəmiyyətin açıq və aydın şəkildə təqsiri görsənməlidir. Bu sanksiya hansısa qarşısı alınmaz hal deyildir – dövləti təmsil edən şəxslərin şüurlu fəaliyyətinin nəticəsidir. Həmin Qanunun 1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin əsas məqsədi malların, işlərin və xidmətlərin təqdim edilməsindən mənfəət və ya gəlir götürülməsidir. Xatai Rayon Məhkəməsinin əsaslandırması bu anlayışa ziddir. Xüsusən, Cəmiyyətin açıqca təqsiri olmadığı halda ona maliyyə sanksiyasının tətbiqi bu onun sahibkarın fəaliyyətinə əlavə (yəni ödədiyi avans məbləğdən əlavə olaraq) zərər vurur. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən “Sahibkarlıq fəaliyyətinə nəzarət həmin fəaliyyətin səmərəli həyata keçirilməsinə maneələr yaratmamalıdır”. Bu cür maliyyə nəzarəti Cəmiyyətin sahibkarlıq fəaliyyətinə zərər vurur və əlavə maneə yaradır. Belə nəticəyə gəlmək olar ki, şəxs hər hansı malın əldə edilməsi üçün avans ödənişi etdiyi halda, əgər malın əldə edilməsi ona artıq hər hansı obyektiv səbəbdən sərf etməzsə, yaxud bu mümkün olmzsa (maliyyə vəziyyəti dəyişər, digər yerdən başqa mal almalı olar və sair) o, mütləq olaraq ya alışı tamamlamalı, yaxud dövət tərəfindən cəriməyə məruz qalmalıdır. Hər iki seçim isə ona əlavə zərər gətirir. Əksər hallarda ödənişin geri ödənilməsi mümkün olmur. Xətai Rayon Məhkəməsinin qənaəti belədir ki, Cəmiyyət avans ödənişi geri əldə etmədiyi və ya malları idxal etmədiyi halda sanksiyalara məruz qalacağını bilirdi. Bu mövqe təqsir barədə məsələni tam olaraq əks etdirmir və ümumən Cəmiyyətin təqsirini göstərmir. Bu işdə vacib olan məqam Cəmiyyət tərəfindən malların idxal edə və avans ödənişi geri qaytara bilməməsi səbəblərdir. İşin faktlarından aydın görünür ki, avansın geri qaytarılmaması və ya malların idxal edilməməsi Cəmiyyətin hər hansı qəsdən edilən əməlinin nəticəsi deyildir. Bunların səbəbi Cəmiyyətin maliyyə vəziyyətinin pisləşməsi. Belə olan halda müzakirə obyekti Cəmiyyətin vəziyyətinin pisləşməsi və bu pisləşmənin təsiridir. Cəmiyyət (və heç bir sahibkar) onun maliyyə vəziyyətinin uzun müddət sonra necə olacağı barədə zəmanət verə bilməz və bunu həmişə əvvəlcədən bilmək mümkün deyildir. Sadəcə Cəmiyyət “riskləri görməli idi” ifadəsi əsaslı hesab edilə bilməz. Cəmiyyət riskləri necə görə bilərdi sualı yaranır və bu suala obyektiv və əsaslı cavab yoxdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi və vəkili nümayəndə3 apellyasiya qaydasında verilmiş şikayətin dəlillərini müdafiə edib şikayətin dəlillərinə uyğun çıxış edərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir Nümayəndəniin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati cərimə tətbiq edilməsinə dair ## ###### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: İş materiallarında olan köçürmə sənədinin surətindən görünür ki, hüquqi şəxs «NOVUS PLASTİKA» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 139700.00 ABŞ dolları məbləğində xarici valyutada olan pul vəsaiti ## ###### 2023-cü il tarixində «xxxx» ASC-də olan hesabından Azərbaycan Respublikasından kənara köçürülmüşdür. «xxxx» ASC-nin ## ###### 2025-ci il tarixli məktubunun surətindən görünür ki, hüquqi şəxs «NOVUS PLASTİKA» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən «xxxx» ASC-də olan hesabından, Azərbaycan Respublikasından kənara köçürülmüş 139700.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların 2 il müddətinə ölkəyə idxal olunmasını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunana xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim edilməmiş və ya qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Qeyd olunanları nəzərə alaraq «xxxx» ASC tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair sənədlər Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin ## ###### 2016-cı il tarixli **/* saylı «Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları»nın təsdiq edilməsi barədə Qərarının 4.3.1.3-cü maddəsinə əsasən Protokol tərtib edən orqanlar təqdim edilmişdir. ##.##.2023-cü il tarixli ******** saylı alqı-satqı müqaviləsindən görünür ki, “xxxx” müqavilədə nəzərdə tutulan avadanlıqların Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə təhvil verilməsini, Cəmiyyət isə bu avadanlıqların dəyərinin ödənilməsini öz üzərinə götürmüşdür. Müqavilənin ümumi dəyəri 698.500 (altı yüz doxsan səkkiz min beş yüz) ABŞ Dolları təşkil etmişdir. Müqavilənin 6-cı bəndinə uyğun olaraq, Cəmiyyət ümumi müqavilə məbləğinin 20 faizini əvvəlcədən (avans şəklində) satıcıya ödəməyi, ilkin ödənişdən 150 gün ərzində, mal göndərilməmişdən əvvəl, ödənişin qalan hissəsini (80 faiz) ödəmədiyi təqdirdə hər hansı gecikməyə görə dəyən ziyanı ödəməyi öhdəsinə götürmüşdür. Protokol tərtib edən orqanlar inzibati icraat və məhkəmə işləri şöbəsi tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında ## ###### 2026-cı il tarixli EP ******* nömrəli protokoldan görünür ki, xxxx» MMC tərəfindən 139700,00 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə ## ###### 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. Ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 139700,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin ##.##.2016-cı il tarixli, **/* saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Protokol tərtib edən orqanlar təqdim edilir. İXM-nin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq hüquqi şəxsin 139700.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən «xxxx» ASC-də olan hesabından ## ###### 2023-cü il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürməyini, lakin ödənişin aparıldığı gündən 2 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq, 139700.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etmədiyini və qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmadığını nəzərə alaraq, həmin hüquqi şəxsi İXMin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilmiş və barəsində inzibati cərimə tətbiq etmişdir. Apellyator apellyasiya şikayətində cəmiyyət tərəfindən “xxxx” şirkətinə ödənişin edilməsi, ödənişin qaytarılmaması və bunun nəticəsi olaraq müvafiq malın idxal edilməməsinin inzibati cərimənin tətbiq edilməsinə əsas olmaması ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İXM-nin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə müvafiq cərimələr nəzərdə tutulmuşdur. Yəni qanunvericiliyin bununla bağlı göstərişləri olduğu halda hüquqi şəxsin qeyd etmiş olduğu fikirlər absurdur. Bu da apellyatorun dəlilinin əsassız olduğuna dəlalət edir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)- ***/**** nömrəli mübahisələndirilən qərarı qanuni və əsaslı, təyin etdiyi inzibati tənbeh ədalətlidir. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından şikayət təmin edilməməlidir. İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Yuxarıda qeyd olunanlara əsasən və İXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi və vəkili nümayəndə3 tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-in İXM-in 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati qaydada cərimə edilməsinə dair ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı hüquqi şəxsin nümayəndəsi tərəfindən verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir, qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Zəfər Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar