Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-999/2026 16.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X2, Boroyev Əli Əhməd oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs), Bakı Şəhər Baş Polis İdarəsi X1i İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə tənbeh olunması haqqında inzibati iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-*****/**** nömrəli qərarından verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİNnin Bakı şəhər X1 İdarəsinin TP seriyalı, ******* nömrəli ##.##.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Rəfail Sadıxov) ##.##.2026-cı il tarixli qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməmişdir. Qərardan, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında şikayət vermişdir. Şikayətin dəlilləri və tərəflərin izahatları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Xətai Rayon Məhkəməsində *(***)- ****/**** saylı iş üzrə məhkəmə baxışı zamanı məhkəmə tərəfindən işin hərtərəfli, obyektiv və tam araşdırılmasının təmin edilməsi məqsədilə dəfələrlə inzibati qərardan şikayət verilmiş müvafiq inzibati orqana rəsmi sorğular ünvanlanmış, həmin sorğularla iş üzrə bütün materialların, sübutların və araşdırma sənədlərinin məhkəməyə təqdim edilməsi tələb olunmuşdur. Lakin məhkəmənin qanuni tələblərinə baxmayaraq, inzibati orqan tərəfindən məhkəməyə, iş üzrə qərarın qəbuluna əsas olmuş heç bir sübut foto-video material və ya araşdırmanı təsdiq edən digər bir sənəd təqdim edilməmişdir. Bu hal, inzibati qərarın faktiki və hüquqi əsaslardan məhrum olduğunu açıq şəkildə nümayiş etdirir. Eyni zamanda, iş materiallarından da göründüyü kimi, inzibati orqan tərəfindən aparıldığı iddia edilən təkrar araşdırmanın hansı materiallar əsasında həyata keçirildiyi müəyyən edilmir. Təkrar araşdırma zamanı toplanmış sübutlar iş materiallarına əlavə edilməmişdir. Bu isə araşdırmanın formal xarakter daşıdığını və yalnız əvvəlcədən qəbul edilmiş mövqenin əsaslandırılmasına xidmət etdiyini göstərir. Bundan əlavə, inzibati icraat zamanı mənim araşdırmada iştirak etmək hüququm kobud şəkildə pozulmuşdur. Belə ki, araşdırmanın aparılması barədə mənə əvvəlcədən məlumat verilməmiş, izahat vermək, sübut təqdim etmək, vəsatət qaldırmaq hüquqlarım təmin edilməmişdir. Daha da ağır olan hal ondan ibarətdir ki, inzibati tənbeh tətbiq etmə haqqında qərar belə uzunmüddət mənə təqdim edilməmiş, qəsdən məndən gizlədilmişdir. Yalnız dəfələrlə yazılı sorğular ünvanladıqdan sonra həmin qərarı əldə etmək mümkün olmuşdur. Lakin, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 3(011)-*****/**** №-li ##.##.2026-cı il tarixli Qərarı ilə şikayətim təmin olunmamış, Azərbaycan Respublikası DİN-nin Bakı şəhər X1 İdarəsinin TP seriyalı, ******* nömrəli, ##.##.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarının məcmu təhlili göstərir ki, məhkəmənin ilkin baxış zamanı gəldiyi hüquqi nəticələri dəyişdirə biləcək hər hansı yeni hal, sübut və ya prosessual hərəkət sonrakı icraat mərhələsində mövcud olmamışdır. İnzibati orqan tərəfindən guya aparıldığı iddia edilən təkrar araşdırmanın nəticələri iş materialları ilə təsdiq edilmir, həmin araşdırmanın hansı konkret sübutlara əsaslandığı, hansı prosessual qaydada həyata keçirildiyi və hansı obyektiv məlumatların toplandığı müəyyən edilmir. Sübutların toplanması və qiymətləndirilməsi prosesi formal xarakter daşımışdır. Bu isə qəbul edilən qərarın qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyini, eyni zamanda məhkəmənin sonrakı qərar qəbul edərkən əvvəl müəyyən etdiyi hüquqi mövqedən kənarlaşması üçün kifayət qədər hüquqi əsasların mövcud olmadığını göstərir. Belə şəraitdə, qərarından şikayət verilmiş orqan eyni xarakterli prosessual pozuntulara yol verməiş və həmin pozuntuların aradan qaldırılmamışdır. Məhkəmə tərəfindən əvvəlki qərarda göstərilmiş nöqsanların aradan qaldırılıb-qaldırılmadığı lazımi qaydada yoxlanılmadan şikayətin təmin edilməməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilmədiyini göstərir. Bu baxımdan, qəbul edilmiş məhkəmə qərarı qanunilik, əsaslılıq və ədalətlilik tələblərinə cavab vermir. Bundan əlavə, tərəfimdən ##.##.2026-cı il tarixində saat 15:40-a təyin olunmuş məhkəmə iclası ilə bağlı əvvəlcədən məhkəməyə müraciət edilərək, icraatımda olan cinayət işi üzrə Zaqatala Rayon Polis Şöbəsində aparılan ibtidai istintaq hərəkətlərində iştirak etməli olduğum əsaslı səbəb kimi göstərilmiş və bu səbəbdən məhkəmə iclasının başqa vaxta təxirə salınması barədə vəsatət verilmişdir. Həmin hal məhkəmənin əlaqə vasitələri ilə də əlavə olaraq diqqətə çatdırılmış, məhkəmə əməkdaşları tərəfindən iclasın təxirə salınacağı bildirilsə də, buna baxmayaraq məhkəmə iclası təxirə salınmamış və işə tərəfimin iştirakı təmin edilmədən baxılaraq yekun məhkəmə aktı qəbul edilmişdir. Məhkəmə iclasında, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) şikayətin dəlillərinə uyğun çıxış edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında, inzibati orqanın nümayəndəsi X3, şikayətin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşin halları və hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi verilmiş şikayəti inzibati xəta haqqında iş üzrə icraat materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışını nəzərə alaraq qeyd edir ki, şikayət təmin edilməməli və inzibati iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, verilmiş şikayətlə bağlı inzibati xəta haqqında iş üzrə aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İnzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən gəldiyi nəticəni maddi və prossesual hüquq normalarının tələbləri baxımından əsaslı hesab edir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs), Azərbaycan Respublikası DİN-nin Bakı şəhər X1 İdarəsinin TP seriyalı, ******* nömrəli ##.##.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarını mübahisələndirsə də, onun təqsiri inzibati xətaya dair iş üzrə toplanmış sübutlarla tam təsdiq olunmuşdur. Birinci instansiya məhkəməsi yuxarıda göstərilən məsələ üzrə qərar qəbul edərkən, bu məsələnin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırıb ətraflı təhlil etmiş, gəldiyi nəticəni qanunun tələblərinə istinad edərək əsaslandırmışdır. Məhkəmədə bu məsələ ilə bağlı sənədlər tədqiq olunmuş, təhlillər aparılmış və məhkəmə araşdırması üzrə nəticə etibarı ilə yekun məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsi inzibati iş üzrə toplanmış icraat materiallarında olan sübutları bir daha sadalamağa lüzum görmür və birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə materialda olan sənədlərə və qanunun tələblərinə uyğun olduğu üçün onunla razılaşır və qeyd edir ki, şikayətin dəlilləri həmin nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas vermir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə növündə tənbeh nəzərdə tutulmuşdur. Apellyatorun öz şikayətində istinad etdiyi əsas məqam ondan ibarətdir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin IV hissəsinə əsasən svetoforun sarı işığı yandıqda və ya nizamlayıcı qolunu yuxarı qaldırdıqda nəqliyyat vasitəsini kəskin tormozlamadan bu maddənin ikinci və üçüncü hissələrində müəyyən edilən yerlərdə saxlaya bilməyəcək sürücülərə hərəkəti davam etdirməyə icazə verilir. Apellyasiya şikayətinin müəllifinin iddiasına əsasən qanunun qeyd edilən müddəasının tələbinə müvafiq olaraq o, hərəkəti davam etdirmiş, bu səbəbdən də onun tərəfindən inzibati xəta törədilməmişdir. Apellyatorun iddialarına və hüquqi mövqeyinə münasibətdə apellyasiya instansiya məhkəməsi aşağıdakıları qeyd edir: “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinin İ hissəsinə əsasən yollarda, yolayrıclarında və digər yerlərdə yol hərəkətini nizama salmaq üçün svetoforlardan istifadə olunur. Svetoforların vasitəsi ilə verilən siqnallarda yaşıl, sarı, qırmızı və ağ-sarımtıl rənglər tətbiq edilir. Qanunun həmin maddəsinin III-cü hissəsinə əsasən svetoforun dairəvi siqnallarının aşağıdakı mənaları vardır: 1) yaşıl rəngli işığın yanması — bu siqnal hərəkətə icazə verir; 2) yaşıl rəngli işığın yanıb-sönməsi — bu siqnal hərəkətə icazə verir və bildirir ki, onun vaxtı qurtarır, tezliklə qadağan siqnalı yanacaq (yaşıl siqnalın sönməsinə qədər qalan müddəti sürücülərə bildirmək üçün rəqəmli tablo tətbiq edilə bilər); 3) sarı rəngli işığın yanması — bu siqnal hərəkəti qadağan və tezliklə siqnalların dəyişəcəyi barədə xəbərdarlıq edir; “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinə əsasən: İ. Svetoforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi yol iştirakçıları üçün məcburidir. II. Svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar: 1) yolayrıcında — kəsişən yolun hərəkət hissəsi qarşısında (bu Qanunun 76cı maddəsinin dördüncü hissəsini nəzərə almaqla); 2) bu Qanunun 44-cü maddəsinin üçüncü hissəsinə uyğun olaraq dəmiryol keçidi qarşısında; 3) başqa yerlərdə — hərəkətinə icazə verilən nəqliyyat vasitələrinə və piyadalara maneə yaratmadan svetofor və ya nizamlayıcı qarşısında. IV. Svetoforun sarı işığı yandıqda və ya nizamlayıcı qolunu yuxarı qaldırdıqda nəqliyyat vasitəsini kəskin tormozlamadan bu maddənin ikinci və üçüncü hissələrində müəyyən edilən yerlərdə saxlaya bilməyəcək sürücülərə hərəkəti davam etdirməyə icazə verilir. Məhkəmə qeyd edir ki, svetoforun yaşıl rəngli işığın yanıb-sönməsi artıq sürücüyə xəbər verir ki, onun vaxtı qurtarır və tezliklə qadağan siqnalı yanacaqdır. Bu zaman sürücü stop-xəttə qədər məsafəni düzgün dəyərləndirməli və təhlükəsiz dayanma rejimi seçərək sürəti azaltmaqla avtomaşını dayanmaya hazırlamalıdır. İş materiallarından görünür ki, mübahisələndirilən inzibati xətanın baş verdiyi saat 14:55 olmaqla, baş verdiyi yer Bakı şəhəri, Xətai rayonun ərazisində Qara Qarayev prospekti ilə Nəsimi küçəsinin kəsişməsi, yəni avtomaşınların sıx hərəkət etdiyi yaşayış məntəqələri daxilində olan yer olmaqla surət həddi də müvafiq olaraq 60 kilometrdən çox olmayan həddə olmuşdur. Sürücü özüdə məhkəmədə həmin ərazidə qeyd edilən vaxtda adətən tıxac olduğunu bildirmişdir. Belə olan vəziyyətdə hərəkət sürətinə əsasən sürücünün minik avtomobili ilə svetoforun yaşıl rəngli işığının yanıb-sönməsini görməməsi, hətta görmədiyi halda belə kəskin tormozlamadan “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin ikinci və üçüncü hissələrində müəyyən edilən yerlərdə saxlaya bilməməsi məhkəməyə inandırıcı gəlmir. Məhkəmə hesab edir ki, sürücü avtomaqistralda və ya başqa yollarda daha yüksək sürətlə hərəkət etmiş olsaydı və ya yüksək tonnajlı, iri qabaritli, tormozlanması çətin olan avtomaşın idarə etmiş olsaydı, onun apellyasiya şikayətində gətirdiyi dəlillər və məhkəmədə bu dəlillərinin əsaslandırılması ilə bağlı söylədiyi fikirlər daha inandırıcı olardı. Mövcud vəziyyətdə isə inzibati xəta törətmədiyi halda yol polisi inspektoru tərəfindən qərəzli olaraq onun tərəfindən həmin xətanın törədilməsini iddia etməsi əsassız görünür. Təsvir olunanlarla bağlı məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarına və birinci instansiya məhkəməsinin qərarına əsasən, inzibati orqan tərəfindən inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar əsaslı olmuş və məhkəmədə tədqiq edilmiş sənədlərlə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada tam sübuta yetirilmişdir. Şikayətin dəlilləri, inzibati iş üzrə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə heç bir əsas vermir. Odur ki, qanunvericiliyin müddəalarını nəzərə alan və inzibati xəta haqqında iş üzrə icraat materiallarını tədqiq edən apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni işin faktiki hallarına uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarını müqayisəli təhlil edən birinci instansiya məhkəməsi maddi və prossesual hüquq normalarına əsaslanaraq qanuni qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda qeyd olunan xüsusatlara əsasən, inzibati iş üzrə apellyasiya qaydasında verilmiş şikayət təmin edilməməli və Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə ilə tənbeh edilməsi haqqında Azərbaycan Respublikası DİN-nin Bakı şəhər X1 İdarəsinin TP seriyalı, ******* nömrəli ##.##.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin təmin edilməməsi barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 133, 134, 135 və 136-cı maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Şikayət təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə ilə tənbeh edilməsi haqqında TP seriyalı, ******* nömrəli ##.##.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin təmin edilməməsi barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-999/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-999/2026
16.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver