Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-206/2026 20.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsi Hakim Abdullayev Əlizamin Gülzalı oğlunun sədrliyi Quliyev Anar Elcan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 və Azərbaycan Respublikası Qərarından şikayət verilən orqan X11 Idarəsinin nümayəndəsi - həmin idarənin rəis müavini X3 iştirakları ilə, MÜƏYYƏN ETDI: E.Ə.Quliyev Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada ##.##.2026-cı ildə məhkəməyə şikayət edərək Azərbaycan Respublikası Qərarından şikayət verilən orqan X11 Idarəsinin ##.##.2026-cı il tarixli, MN ******* saylı qərarından şikayət edərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, E.Ə.Quliyev Ağdam rayonunun Quzanlı qəsəbəsində inşaat mallar mağazası olmaqla sahibkarlıq fəaliyyəti ilə məşğuldur. ## ###### 2026-cı ildə Azərbaycan Respublikası Qərarından şikayət verilən orqan X11 Idarəsinin əməkdaşları mağazaya gələrək hər hansı əsaslandırılmış səbəb göstərmədən fotoşəkillər aparmışlar. Sonradan Azərbaycan Respublikası Qərarından şikayət verilən orqan X11 Idarəsi tərəfindən ##.##.2026-cı il tarixli, MN ******* nömrəli protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Qərarından şikayət verilən orqan X11 Idarəsinin ##.##.2026-cı il tarixli, MN ******* nömrəli qərarı ilə E.Ə.Quliyev Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi (Işəgötürən tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə ) ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3000 (üç min) manat miqdarında cərimə olunmuşdur. Aşağıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Qərarından şikayət verilən orqan X11 Idarəsinin ##.##.2026-ci il tarixli, MN ******* nömrəli qərarını E.Ə.Quliyev tammilə əsassız hesab edir. Belə ki, şikayətə əlavə edilmiş ##.##.2020-ci il tarixli əmək müqaviləsindən göründüyü kimi E.Ə.Quliyev 2020-ci il tarixdən işçi X7 ilə əmək müqaviləsi bağlanmışdır. E.Ə.Quliyevin başqa nə digər azərbaycan vətəndaşı, nə vətəndaşlığı olmayan şəxs, nə əcnəbilərlə rəsmi və qeyri-rəsmi əmək müqaviləsi olmamışdır. Vətəndaşlığı olmayan şəxslərin şəxsiyyətini, kimliyini müəyyən etməyib həmin şəxslərin fotoşəkillərini şəkil sübut kimi təqdim etməyərək qərar qəbul etmişlər. Azərbaycan Respublikası Qərarından şikayət verilən orqan X11 Idarəsi tərəfindən E.Ə.Quliyev barəsində ##.##.2026-ci il tarixli, MN ******* nömrəli tərtib olunmuş protokolda göstərilən hallar faktiki vəziyyəti əks etdirmir və tərəfindən hər hansı qanun pozuntusuna yol verilməmişdir. E.Ə.Quliyev Azərbaycan Respublikası Qərarından şikayət verilən orqan X11 Idarəsində verdiyi izahatında həmin iki şəxsi tanımadığını və əmək fəaliyyətinə cəlb etmədiyini bildirmişdir. Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə X6 verdiyi şikayətin təmin edilməsi, X6 Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə təqsirli bilinib, 3000 (üç min) manat məbləğində inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Qərarından şikayət verilən orqan X11 Idarəsinin ##.##.2026-cı il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi qərara almışdır. Həmin qərardan Azərbaycan Respublikası Qərarından şikayət verilən orqan nümayəndəsi Rəşad Bağırov tərəfindən apellyasiya şikayəti verilərək Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının ləğv edilməsi və X6 barəsində Azərbaycan Respublikası Qərarından şikayət verilən orqan X11 Idarəsinin ##.##.2026-cı il tarixli, MN ******* saylı qərarının qüvvədə saxlanılmasını xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Ağdam Rayon Məhkəməsinin qeyd olunan qərarı əsassızdır və ləğv edilməlidir. Belə ki, məhkəmə tərəfindən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar tam şəkildə araşdırılmamış, təqdim olunmuş sübutlara kifayət qədər qiymət verilməmişdir. Faktiki olaraq Rusiya Federasiyası vətəndaşları Alıev Vasif və Alıev Elshan DMX-yə təqdim etdiyi izahatında X6 tərəfindən iş icazəsi olmadan işə cəlb edilməsini, gündəlik və standart rejim şəraitində (saat 09:00-dan 18:00-dək) işlədiyini etiraf etmişdir. Məhkəmə qərarında qeyd olunur ki, E.Ə.Quliyev məhkəmədə izahat verərək bildirir ki, X7 ilə əmək müqaviləsi bağlamış, başqa nə Azərbaycan Respublikası vətəndaşı, nə də xarici ölkə vətəndaşı ilə müqavilə bağlamamışdır. Halbuki E.Ə.Quliyev məhkəmə prosesi zamanı belə bir izahat verməmişdir. Həmçinin əcnəbilərlə əmək müqavilələrinin bağlanılmamasına məqsəd həm dövlətə ödənilməli olan müvafiq ödənişlərdən, həm də iş icazəsindən yayınmaq olmuşdur. Nəzərə alsaq ki, Rusiya Federasiyası vətəndaşları Alıev Elshan və Alıev Vasif ölkədə olduqları müddətdə müvəqqəti yaşamaq üçün icazələri olmamışdır. Bu da şəxslərlə hər hansı əmək müqaviləsinin bağlanılmasını qeyri-mümkün edir. Yəni, E.Ə.Quliyev istəsə belə əcnəbilərlə hər hansı əmək müqaviləsi bağlaya bilməzdi. Eyni zamanda əcnəbilərlə əmək müqaviləsinin olmaması onların iş icazəsi olmadan haqqı ödənilən əmək fəaliyyətinə cəlb olunmaması demək deyildir. Qeyd etməli hallardan biri də odur ki, məhkəmə tərəfindən iş üçün mühüm əhəmiyyəti olan Alıev Elshan və Alıev Vasifin izahatlarına, həmçinin şəxslərə təyin olunmuş cərimələrin şəxslər tərəfindən ödənilməsi məsələlərinə qiymət verilməmişdir. Hər iki şəxs öz sərbəst iradələri ilə izahatlarında nə vaxtdan ölkədə yaşadıqlarını, kimin yanında işlədiklərini, nə qədər əmək haqqı aldıqlarını ətraflı şəkildə qeyd etmişdirlər. Inzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirməli olduğu halda göründüyü kimi məhkəmə tərəfindən bütün sübutlara düzgün qiymət verilməmişdir. Həmçinin, məhkəmədə şahid qismində ifadə verən Alıev qardaşları ##.##.2026-cı il tarixdə X11 idarəsində verdikləri izahatın əksini bildirmişdirlər. Inzibati xəta təsdiq olunduqdan sonra şəxslərin hər hansı inkaredici izahatı əsas hesab oluna bilməz. Çünki əcnəbi vətəndaşların izahatlarından göründüyü kimi şəxslərin sərbəst iradələri öz əksini tapmışdır. Əcnəbilərin X11 idarəsinin əməkdaşları tərəfindən üç saat idarədə saxlanılmaları məsələsinə gəldikdə isə qeyd edilməlidir ki, iki şəxs barəsində iki maddə üzrə (həm 575.1.1., həm də 575.1.4-cü maddələri ilə) inzibati xəta haqqında iş üzrə icraatın aparılması, şəxslərin izahat verməsi, inzibati xəta haqqında işin hallarının tam, ətraflı və obyektiv araşdırılması, sübutların qiymətləndirilməsi müəyyən qədər vaxt aparır. Həmçinin, şəxslər izahatlarını öz sözləri ilə sərbəst şəkildə yazsalar da, onların “X11 idarəsinin əməkdaşlarının diktələrinə əsasən” izahat yazmaları ilə bağlı heç bir əsaslı sübut olmasa da məhkəmə qərarında belə bir ifadənin işlədilməsi işə obyektiv surətdə baxılmadığını göstərən hallardandır. Bundan başqa əgər Alıev qardaşlarının əməllərində heç bir inzibati xəta yoxdursa, şəxslər haqsız olaraq 300 (üz yüz) manat məbləğində cərimə olunmuş olur. Belə olan halda, şəxslərin belə bir qərardan şikayət verməli, öz hüquqlarını müdafiə etməli olduğu halda Quliyev Elvini müdafiə etmələri nə dərəcədə məntiqlidir?! Digər məsələ, yalnız Rusiya Federasiyası vətəndaşları Alıev Vasifin və Alıev Elshanin ifadələrinə əsaslandırılmasına gəldikdə isə məlumunuz üzrə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2024-cü il ######ın #-dək dayandırılmışdır. Belə olan halda, həmin sahibkarlıq subyektində yoxlanılmanın həyata keçirilməsini qeyri-mümkün etməkdədir. Belə ki, qeyd olunan fakt Rusiya Federasiyası vətəndaşları Alıev Vasifin və Alıev Elshanin sərbəst iradələri əsasında bütün hüquqları təmin olunaraq verdikləri yazılı izahatlarına əsaslanmışdır. Əlbəttə ki, artıq işə baxılması və hüquqi qiymət verilməsi məhkəmənin səlahiyyətindədir. Maraqlı məqam ondan ibarətdir ki, Məhkəmə işin mahiyyətinə birbaşa təsir edən, mötəbər sübut kimi qiymətləndirilməli olan əcnəbinin yazılı izahatına qərarında münasibət bildirməmişdir. Inzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd etmək yerində düşərdi ki, məhkəmə iş üzrə icraata xitam verən zaman Inzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə istinad etmişdir. Belə olan halda hesab etmək olar ki, məhkəmə tərəfindən sözügedən hallar üzrə inzibati xəta hadisəsinin baş verdiyi qəbul edilmiş, yalnız əməldə inzibati xəta tərkibinin olmaması qənaətinə gəlinmişdir. Qərarından şikayət verilən orqan tərəfindən yerli əmək ehtiyatlarından səmərəli istifadənin təmin olunması məqsədi ilə əcnəbilərin qanunsuz əmək fəaliyyətinə cəlb olunmasının qarşısının alınması ilə bağlı mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirilməkdə və müvafiq araşdırmalar aparılmaqdadır. Inzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinin dispozisiyasından göründüyü kimi inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Lakin sahibkarlar tərəfindən əcnəbilərin qanunsuz əmək fəaliyyətinə cəlb olunmasının gizlədilərək məsuliyyətdən yayınmağa çalışması gələcəkdə belə xətaların geniş vüsət almasına şərait yaratmaqdadır. Göründüyü kimi, Məhkəmə öz qərarında Quliyev Elvini müdafiə etmiş, sübuta yetirilməyən əsaslara toxunaraq törədilmiş inzibati xətaya düzgün qiymət verməmiş, iş materiallarında olan sübutlarla Alıev Elshan və Alıev Vasif barəsində inzibati tənbeh vermə haqqında qərarın çıxarılmasına əsas olmuş sübutları birgə tədqiq etməmişdir. Ona görə də Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının ləğv edilməsi və X6 barəsində Azərbaycan Respublikası Qərarından şikayət verilən orqan X11 Idarəsinin ##.##.2026-cı il tarixli, MN ******* saylı qərarının qüvvədə saxlanılmasını xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Qərarından şikayət verilən orqan X11 Idarəsinin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərən məzmunda çıxış etdi və apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası Konstitusiyasının (mətndə bundan sonra: Konstitusiya) 60-cı maddəsinin birinci (İ) hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ikinci (II) hissəsinə əsasən, hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Konstitusiyanın 125-ci maddəsinin yeddinci (VII) hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin üçüncü (III) hissəsinə əsasən, məhkəmə qərarı qanuna və sübutlara əsəslanmalıdır. IXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən isə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 578.1-ci maddəsində işəgötürən tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə vəzifəli şəxslərin üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslərin on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulmuşdur. Qeyd edilənləri nəzərə alan apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş faktiki hallarına görə düzgün nəticəyə gəlməmiş, səlahiyyətli orqanın qərarını ləğv etməkdə haqlı olmamışdır. Belə ki, X6 IXM-nin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə tamamilə təsdiq olunur. Belə ki, Rusiya vətəndaşları X1 və X2 barələrində Azərbaycan Respublikası Qərarından şikayət verilən orqan X11 Idarəsində araşdırma aparılarkən iş icazəsi olmadan X6 məxsus Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən plastik qapı-pəncərə hazırlanması sexində aylıq 300 manat müqabilində usta işlədikləri barədə izahatlar vermiş və həmin faktla bağlı onların hər ikisi X11 Idarəsinin vəzifəli şəxsinin # ###### 2026-cı il tarixli qərarları ilə IXM-nin 575.1.4-cü maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində inzibati cərimə edilmişlər. Həmin qərarlar hazırda qüvvədədir. Qeyd edilən şəxslər birinci instansiya məhkəməsində X6 məxsus Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən plastik qapı-pəncərə hazırlanması sexində işləmədiklərini, bununla bağlı izahatlarını X11 Idarəsində onlara edilən təzyiq nəticəsində verdiklərini iddia etsələr də, bu halı təsdiq edə biləcək hər hansı bir dəlil mövcud deyildir. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 plastik qapı-pəncərə hazırlanması fəaliyyəti ilə məşğul olmadığını, belə bir sexinin olmadığını, eləcə də Rusiya vətəndaşları X1 və X2 tanımadığını, onları işə cəlb edilmədiyini iddia etsə də, həmin hallar həqiqətə uyğun olmamaqla iş materialları ilə təkzib olunur. Dövlət Vergi Xidmətinin Qarabağ Ərazi Vergilər Baş Idarəsinin ##.##.2026-cı il tarixli məlumatı ilə də X6 məxsus plastik qapı-pəncərə sexinin olması təsdiq olunur. Qeyd edilənlər X6 izahatında göstərdiyi halların həqiqətə uyğun olmadığı və məsuliyyətdən yaxa qurtarmaq məqsədi daşıdığı qənaətinə gəlməyə əsas verir. Birinci instansiya məhkəməsi tərəfindən iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən sübutları hərtərəfli və qarışılıqlı şəkildə tədqiq edib onlara mötəbərliyi baxımından düzgün qiymət verməmiş və nəticədə işin faktiki halları üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsi hesab edir ki, səlahiyyətli orqan tərəfindən X6 barəsində inzibati tənbeh tətbiq edilməsinə dair qərar qəbul edilərkən qanunun tələblərinə əməl edilmişdir. Səlahiyyətli orqan tərəfindən IXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qənaətinə gəlməyə heç bir əsas yoxdur. IXM-in 134-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Beləliklə, apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, X6 barəsində IXM-in 578.1ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, X6 şikayəti təmin edilməməli, Azərbaycan Respublikası Qərarından şikayət verilən orqan X11 Idarəsinin X6 Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə təqsirli bilinib, 3000 (üç min) manat məbləğində inzibati cərimə edilməsinə dair ##.##.2026-cı il tarixli, MN ******* saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və IXM-in 133-136-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Apellyasiya şikayəti əsaslı olduğundan təmin edilsin. X6 barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ləğv edilsin. Iş üzrə yeni qərar qəbul edilsin. X6 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Qərarından şikayət verilən orqan X11 Idarəsinin X6 Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə təqsirli bilinib, 3000 (üç min) manat məbləğində inzibati cərimə edilməsinə dair ##.##.2026-cı il tarixli, MN ******* saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №3(3-7)-206/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-206/2026
20.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver