Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-207/2026 09.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Əzizov Sevindik Əziz oğlunun sədrliyi, X1 iclas katibliyi, qərarından şikayət verilmiş Azərbaycan Respublikası X7 Qarabağ Regional Bölməsinin nümayəndəsi – həmin bölmənin rəis müavini X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakları ilə Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 444.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə Ağdam Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası X7 Qarabağ Regional Bölməsinin ##.##.2026-cı il tarixli MN ******* saylı qərarına əsasən Qərardan şikayət verən orqan (şəxs) İXM-nin 444.1-ci maddəsi ilə təqsirli bilinib 600 (altı yüz) manat cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) Ağdam Rayon Məhkəməsinə şikayət ünvanlayaraq Azərbaycan Respublikası X7 Qarabağ Regional Bölməsinin inzibati tənbeh tətbiq etmə haqqında ##.##.2026-cı il tarixli MN ******* saylı qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə xitam verilməsini xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı ilə (sədrlik edən hakim M.Ş.Niftəliyev) şikayət təmin edilməmiş, Qərardan şikayət verən orqan (şəxs) İXM-nin 444.1-ci maddəsi ilə təqsirli bilinib 600 (altı yüz) manat məbləğində inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası X7 Qarabağ Regional Bölməsinin ##.##.2026cı il tarixli MN ******* saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək Ağdam Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarının ləğv edilməsini və X7 Qarabağ regional bölməsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, ##.##.2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Məhkəmənin qərarında ifadəsindəki cümlə yanlış olaraq qeyd edilmişdir. O, ifadəsində bildirmişdir ki, “barəsində ilk dəfə inzibati tənbeh verilməsini nəzərə alaraq, həmin qərar ləğv edilsin”. Yəni məhkəmə prosesində o, xəta törətdiyini etiraf etməmişdir. Həmçinin, xəta törədilməsi hər hansı etirafa bağlı olan məsələ deyil və işin faktiki hallarından müəyyən olunur ki, anbarda yararsız məhsullar ilə yararlı məhsullar ayrı-ayrı saxlanılmaqdadır. Məhkəmə tərəfindən bu xüsusatlar nəzərə alınmamışdır. Hesab edir ki, MN № ******* nömrəli, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar qanunsuzdur. Belə ki, qeyd olunan qərarın tərtib olunmasına dəvət edilməyi barədə ##.##.2026cı il tarixli məktub ona qərar yazıldıqdan sonra təqdim edilmişdir. Ona görə də inzibati araşdırmada iştirak etmək hüququndan məhrum olmuşdur. Bundan başqa qərara əsasən, "xxxx" MMC-yə məxsus ticarət obyektində malların saxlanması qaydalarının pozulması iddia edilmiş və bu əsasla inzibati məsuliyyət tətbiq olunmuşdur. Qeyd olunan qərar əsassızdır və işin faktiki hallara uyğun deyildir. Belə ki, yoxlama zamanı qeyd edilən məhsullar satışda olan mallarla birgə saxlanılmamış, əksinə anbar daxilində xüsusi ayrılmış sahədə yerləşdirilmişdir. Bu hal video görüntülərlə də sübut olunur. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il # ##### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət" qaydaların 4.8-ci bəndinə əsasən yararlılıq müddəti ötmüş, qablaşdırılması və markalanması texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən mallar satışda olan mallarla bir yerdə saxlanılmamalıdır. Belə mallar mal sahibi (satıcı) tərəfindən satış dövriyyəsindən çıxarılaraq, ticarət zalında və ya anbar sahəsində xüsusi ayrılmış yerdə saxlanılmalıdır. Yararlılıq müddəti ötmüş mallar mal sahibi (satıcı) tərəfindən xüsusi vasitələrin köməyi ilə istifadə üçün tam yararsız vəziyyətə gətirilməlidir. Göründüyü kimi, qanunvericiliyin tələbinə uyğun olaraq həmin mallar satışdan çıxarılmış və anbar daxilində xüsusi ayrılmış yerdə saxlanılmışdır. Bu isə hər hansı hüquq pozuntusunun baş vermədiyini göstərir. Lakin, Ağdam Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı ##.##.2026-cı il tarixli qərarında bu xüsusata toxunulmamış və məhkəmə araşdırmasını ətraflı aparmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il # ##### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət" qaydalarına əsasən tətbiq edilməli olan hallara dair hər hansı münasibət bildirilməmişdir. Bildirir ki, ticarət obyektində mübahisə predmeti olan mallar onlar tərəfindən satış dövriyyəsindən çıxarılaraq anbar sahəsində xüsusi ayrılmış yerdə saxlanılmışdır. Bu fakt video görüntülərlə də təsdiq olunsa da, birinci instansiya məhkəməsi həmin sübutlara hüquqi qiymət verməmişdir. Göründüyü kimi malların satışdan çıxarılaraq anbarda ayrıca saxlanılması xəta tərkibini istisna edir. Eyni zamanda qanunvericiliyə əsasən xətanın törədilməsini sübut etmək vəzifəsi dayışan inzibati orqan məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə də inzibati orqanın hərəkətsizliyinə baxmayaraq inzibati tənbeh vermə barədə qərarı qüvvədə saxlamışdır”. Apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətini müdafiə edərək Ağdam Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı qərarından şikayət verilmiş orqanın nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və ## #### 2026-cı il tarixdə Qərardan şikayət verən orqan (şəxs) 600 (altı yüz) manat cərimə məbləğini Azərbaycan Respublikası X7 Qarabağ Regional Bölməsinin hesabına ödədiyini bildirərək iş üzrə qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə əlaqəli şəkildə araşdırıb işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İХM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati хətaların törədilməsində təqsirli hesab edilən və inzibati хəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəхs inzibati məsuliyyətə cəlb оlunur və tənbeh edilir. İХM-nin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İХM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İХM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 444.1-ci maddəsinə əsasən malların saxlanılması və ya satışı zamanı mal qonşuluğu qaydasının pozulmasına, yaxud temperatur rejiminə əməl edilməməsinə görə - altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə tətbiq edilir. Apellyasiya baxışı zamanı qərarından şikayət verilmiş Azərbaycan Respublikası X7 Qarabağ Regional Bölməsinin nümayəndəsinin təqdim etdiyi: CD diskdə əks olunan video görüntülərdən görünür ki, "xxxx" MMC-yə məxsus ticarət obyektində yararlılıq müddəti ötmüş ət məhsulları ilə yararlılıq müddəti ötməmiş və istifadəyə yararlı ət məhsulları bir soyuducuda saxlanılır. Bununla da, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il # ##### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət" qaydaların 4.8-ci bəndinin tələblərinin pozulması müəyyən olunur. Göründüyü kimi iş materiallarında olan CD diskdə olan videogörüntü ilə Qərardan şikayət verən orqan (şəxs) İXM-nin 444.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir. ********** saylı qəbzdən görünür ki, ## #### 2026-cı il tarixdə Qərardan şikayət verən orqan (şəxs) 600 (altı yüz) manat məbləğində inzibati cəriməni Azərbaycan Respublikası X7 Qarabağ Regional Bölməsinin hesabına ödəmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda göstərilənlərə əsasən apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, Ağdam Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Qeyd olunanlara əsasən və İXM-nin 133-136-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 444.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə Ağdam Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## #### 2026-cı il tarixli *(*- ***)-***/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №3(3-7)-207/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-207/2026
09.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver