Məhkəmə qərarları › İş №3(3-7)-208/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-208/2026

14.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-208/2026 14.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi – Əzizov Sevindik Əziz oğlunun sədrliyi, X3 iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş orqan – Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Hüquq İdarəsinin baş məsləhətçisi nümayəndə1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs – “İstanbul Genetics Klinika” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi nümayəndə2 iştirakları ilə “İstanbul Genetics Klinika” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 529.1-1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Gəncə Şəhər Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından “İstanbul Genetics Klinika” MMC-nin nümayəndəsi nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Gəncə-X8 əmək müfəttişi X1 tərəfindən “İstanbul Genetics Klinika” MMC barəsində İXM-nin 529.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında # ###### 2026-cı il tarixli, MN ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlər Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə Şəhər Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə (sədrlik edən hakim M.V.Həsənli) hüquqi şəxs “İstanbul Genetics Klinika” MMC İXM-nin 529.1-1-ci maddəsi ilə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində inzibati cərimə edilmişdir. Qeyd olunan qərardan “İstanbul Genetics Klinika” MMC-nin nümayəndəsi nümayəndə2 apellyasiya şikayət verərək Gəncə Şəhər Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının ləğv edilməsini və “İstanbul Genetics Klinika” MMC-nin barəsində İXM-nin 529.1- 1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X4 Xidməti Gəncə-X8 məktubu ## ###### 2026cı il tarixdə daxil olsa da, müəssisədə növbəti əmək haqqı ödənişi # ###### 2026-cı il tarixinə təsadüf etmişdir. # ###### 2026-cı ildə ilk əmək haqqı ödənişi zamanı 50% tutulma icra edilmişdir. # ###### 2026-cı il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş, eyni zamanda həmin tarixdə MMC-nin ünvanına MMC-nin müfəttişliyə dəvət məktubu daxil olmuşdur. Məhkəmə qərarında qeyd etmişdir ki, (məhz fevral ayından etibarən əmək haqqından tutulmalar aparılacağı halda belə) hüquqi şəxs tərəfindən İXM-nin 150.6-cı maddəsinin tələbinə görə Protokol tərtib edən orqanlar Gəncə-Daşkəsən regional şöbəsinə 3 gün ərzində yazılı formada inzibati cərimənin tutulmasının təmin edilməsi, tutulmanın həyata keçirilməyə başlanması və ya ödəmənin mümkünsüzlüyü (fevral ayından tutulmalara başlanacağı) barədə məlumat verilməli idi. Hazırkı halda isə MMC tərəfindən məlumat ## ###### 2026-cı il tarixli məktubun alınmasından, yəni ## ###### 2026-cı il tarixindən xeyli sonra - # ###### 2026-cı il tarixdə verilmişdir. Həmçinin MMC-nin nümayəndəsi də öz izahatında müfəttişliyə həmin tarixdə ödəmənin məhz yanvar ayı üzrə əmək haqqının fevral ayında ödənilməsi əsası ilə mümkünsüzlüyü barədə şifahi qaydada məlumat verdiklərini, lakin yazılı formada heç bir məlumat vermədiklərini qeyd etmişdir. Məhkəmə 150.6-cı maddəni düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə hesab etmişdir ki, MMC ## ###### 2026-cı il tarixli məktub alındıqdan sonra 3 gün ərzində yazılı məlumat verməli idi, məlumat isə # ###### 2026-cı il tarixdə təqdim olunub. Lakin bu mövqe qanunla və faktiki vəziyyətlə uzlaşmır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X4 Xidməti Gəncə-X8 göstərişinə görə, "tutulmanın həyata keçirilməyə başlanması barədə təsdiqedici sənədlər əlavə edilməklə 3 gün ərzində məlumat verilməsi” tələb edilmişdir. İlk əmək haqqı ödənişi yalnız # ###### 2026-cı il tarixdə həyata keçirildiyi üçün tutulma bu tarixdən sonra mümkün olmuşdur. Yanvar ayında məlumat vermək texniki baxımdan qeyri-mümkün idi. Məhkəmə bu mühüm fərqi nəzərə almamışdır. Bundan başqa, İXM-in 3-cü maddəsinin düzgün tətbiq edilməmişdir. Belə ki, İXMnin 3-cü maddəsinə əsasən inzibati məsuliyyət yalnız əməl qəsd və ya ehtiyatsızlıq nəticəsində törədildikdə yaranır. "İstanbul Genetics Klinika" MMC və Miriyev Seyfəddin İsmayıl oğlu, dövlət orqanının qərarını icra etməkdən yayınmamışdılar. İlk tutulma mümkün olan tarixdə, yəni # ###### 2026-cı il tarixdə həyata keçirilmişdir. Bu səbəbdən qəsd və ya ehtiyatsızlıq mövcud deyil. Məhkəmə bu maddənin tələblərini düzgün qiymətləndirməyib. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.5-ci maddəsinin düzgün tətbiq olunmamışdır. Belə ki, Əmək Məcəlləsinin 15.5-ci maddəsinə görə qərarların icrası mövcud əmək qanunvericiliyi çərçivəsində aparılmalıdır. Ödənişin yanvar ayı üzrə fevral ayında həyata keçirilməsi səbəbindən tutulma yalnız bu tarixdən sonra mümkün olmuşdur. Məhkəmə bu qanun normalarını düzgün qiymətləndirməyərək, faktiki olaraq mümkün olmayan icra prosesinə görə MMC-ni məsul tutmuşdur. İXM-nin 150.1 və 150.5-ci maddələrinin düzgün tətbiq olunmaması bu maddələrə əsasən, inzibati cərimə yalnız səlahiyyətli orqanın qərarı qüvvəyə mindikdən və ödəmə mümkün olduqda tətbiq edilir. Yanvar ayında ödəniş mövcud olmadığından, icra başlaya bilməzdi. Məhkəmə bu müddətləri düzgün hesablaya bilməyib və yanvar ayında məktub alınması ilə fevral ayında ödəniş arasındakı fərqi nəzərə almayıb. Bundan başqa, İXM-nin 529.1-1 maddəsinin tətbiqi ilə bağlı sübutların qiymətləndirilməsi məhkəmə MMC-nin inzibati xətini törətdiyini qəbul etmişdir, lakin faktiki olaraq tutulma yalnız ödəniş mümkün olduqda baş vermiş və dövlət orqanının qərarı tam icra edilmişdir. İcraatın gecikməsi işəgötürənin iradəsindən deyil, əmək haqqının ödənilmə qrafikindən asılı olmuşdur. Məhkəmə bu əsas faktları qiymətləndirməyib və qanunvericiliyin tələblərinə uyğun olmayan nəticəyə gəlib. Beləliklə faktiki hallar və hadisələrin gedişi barədə qısa olaraq bildirir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Gəncə-Daşkəsən Regional şöbəsi tərəfindən "İstanbul Genetics Klinika" MMC-nin direktoru Miriyev Seyfəddin İsmayıl oğluna ##.##.2026-cı il tarixli, *-**-*/*-****/**** nömrəli göstəriş xarakterli məktub göndərilmişdir. Məktubda ## #### 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın icrası ilə əlaqədar Miriyev Seyfəddin İsmayıl oğlunun əmək haqqından hər ay 50% tutulmaqla 4500 manat məbləğində inzibati cərimənin tutulmasının təmin edilməsi tələb olunmuşdur və əmək haqqı işçiyə iş yerində ödənilir və ödəniş vaxtları kollektiv müqavilədə və ya əmək müqaviləsində müəyyən edilir. Növbəti əmək haqqı ödənişi ##.##.2026-cı il tarixinə təsadüf etmişdir. Qanunvericiliyə görə, əmək haqqı hesablanmadan və ödənilmədən tutulma aparmaq hüquqi və texniki baxımdan qeyri-mümkündür. ##.##.2026-cı ildə ilk əmək haqqı ödənişi zamanı 50% tutulma icra edilmiş, ##.##.2026-cı il tarixdə isə tutulma faktını təsdiq edən sənədlər təqdim edilmişdir. Beləliklə, "İstanbul Genetics Klinika" MMC tərəfindən tutulma başladığı andan etibarən tam şəkildə 3 günlük müddətə riayət edilmişdir. Tutulma başlamadan təsdiqedici sənədin təqdim edilməsi hüquq məntiqinə ziddir. Məhkəmənin qanunvericiliyi yanlış tətbiq etmişdir. Belə ki, məhkəmə İXM-in 150.6-cı maddəsini tətbiq edərkən qeyd etmişdir ki, hüquqi şəxs ## ###### 2026-cı il tarixli məktubun alınmasından 3 gün ərzində yazılı məlumat verməli idi. Lakin, faktiki olaraq, ödəniş hələ həyata keçirilməmişdir. İXM-in 150.6-cı maddəsinə görə tutulma yalnız ödənilmiş əmək haqqından aparıla bilər, yəni fevral ayına qədər tutulma mümkün olmamışdır. Bundan başqa məhkəmə İXM-in 3-cü və 12-ci maddələrini tətbiq edərək, hüquqi şəxs vəzifəli şəxsin təqsiri olduğuna qərar vermişdir. Lakin faktiki olaraq MMC və onun direktoru qəsd və ya ehtiyatsızlıq göstərməmiş, tutulmanın gecikməsi obyektiv səbəblərlə bağlı olmuşdur, yəni ödəniş qrafiki ilə bağlıdır. Yuxarıda qeyd olunanları və əlavə olaraq bildirir ki, əmək haqqı işçiyə iş yerində ödənilir, ödəniş vaxtları əmək müqaviləsi və kollektiv müqaviləyə əsasən müəyyən edilir. ##.##.2026-cı il tarixində əmək haqqı ödənildikdən sonra 50% tutulma aparılmış, ##.##.2026-cı il tarixdə X4 Xidmətinə yazılı məlumat verilmişdir. Tutulmanın gecikməsi MMC-nin və ya onun direktoru Miriyev Seyfəddin İsmayıl oğlunun qəsdi nəticəsində yaranmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.5-ci maddəsinə əsasən, qərarların icrası əmək qanunvericiliyi çərçivəsində aparılmalıdır; MMC-nin hərəkətləri bu norma ilə tam uyğundur. İXM-nin tələbinə görə inzibati xəta yalnız qəsd və ya ehtiyatsızlıq nəticəsində törədildikdə məsuliyyət yaradır. Bu halda, məsuliyyət üçün əsas yoxdur”. Apellyasiya baxışı zamanı “İstanbul Genetics Klinika” MMC-nin nümayəndəsi nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək onun dəlillərinə uyğun çıxış etdi və şikayətin təmin edilərək Gəncə Şəhər Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının ləğv edilməsini, “İstanbul Genetics Klinika” MMC-nin barəsində İXM-nin 529.1-1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Hüquq İdarəsinin baş məsləhətçisi nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək birinci instansiya məhkəməsinin qanuni və ədalətli qərar qəbul etdiyini bildirdi və apellyasiya şikayətinin təmin edilməməsini, Gəncə Şəhər Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə əlaqəli şəkildə araşdırıb, işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, Gəncə Şəhər Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ləğv olunmalı və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İХM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati хətaların törədilməsində təqsirli hesab edilən və inzibati хəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəхs inzibati məsuliyyətə cəlb оlunur və tənbeh edilir. İХM-nin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İХM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İХM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 150.1-ci maddəsinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 143-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirə salmanın müddəti bitdikdən otuz gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir. İXM-nin 150.5-ci maddəsinə əsasən bu Məcəllənin 150.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, onun ödənilməsi məqsədi ilə inzibati cərimə tətbiq etmə haqqında qərarın surəti həmin qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən: İXM-nin 150.5.1-ci maddəsinə əsasən fiziki şəxslər barəsində - onun əmək haqqından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əmək haqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana; İXM-nin 150.6-cı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilən fiziki şəxs işdən çıxdıqda və ya inzibati cəriməni onun əmək haqqından, yaxud digər gəlirlərindən tutmaq imkanı olmadıqda, işəgötürən üç günədək müddətdə inzibati məsuliyyətə cəlb edilən şəxsin yeni iş yerini göstərməklə (əgər bu mümkündürsə), ödəmənin mümkünsüzlüyünün səbəblərini, eləcə də ödəmə olmuşdursa, bu barədə müvafiq qeyd aparılmaqla, inzibati cərimə barədə qərarın surətini onu qəbul etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarır. İXM-nin 150.7-ci maddəsinə əsasən barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilən fiziki şəxs işləmirsə, yaxud onun əmək haqqından və ya digər gəlirlərindən inzibati cərimənin ödənilməsi mümkün deyildirsə, eləcə də hüquqi şəxsin banklarda və digər kredit təşkilatlarında hesabları barədə məlumat və ya hüquqi şəxsin hesabında pul vəsaiti olmadıqda, yaxud cərimə könüllü qaydada ödənilmədikdə inzibati cərimə tətbiq etmə haqqında qərar “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada məcburi icraya yönəldilir. İXM-nin 529.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İş materiallarında olan: # ###### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vəzifəli şəxs Miriyev Seyfəddin İsmayıl oğlu tərəfindən inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında qərarın icrası ilə əlaqədar DƏMX-nin Gəncə-X8 ##.##.2026-cı il tarixli, *-**-*/*-****/**** nömrəli məktubunda nəzərdə tutulmuş tədbirlərin görülmədiyi müəyyən edilmiş, nəticədə “İstanbul Genetics Klinika” MMC tərəfindən İXM-nin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. ## #### 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 ##.##.2025-ci il tarixdən Miriyev Seyfəddin İsmayıl oğlu tərəfindən əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilmiş, bununla da Miriyev Seyfəddin İsmayıl oğlu tərəfindən Əmək Məcəlləsinin 192.1-ci maddəsinin tələbləri pozulmuş, nəticədə “İstanbul Genetics Klinika” MMC-nin vəzifəli şəxsi Miriyev Seyfəddin İsmayıl oğlu tərəfindən İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsinə görə 4500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarından görünür ki, Miriyev Seyfəddin İsmayıl oğlu tərəfindən ## #### 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət təmin edilməmiş, həmin qərar dəyişdirilmədən saxlanılmışdır. Protokol tərtib edən orqanlar Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən “İstanbul Genetics Klinika” MMC-yə ünvanlanmış ## ###### 2026-cı il tarixli, *-**-*/*-****/**** nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən “İstanbul Genetics Klinika” MMC-nin direktoru Miriyev Seyfəddin İsmayıl oğlu barəsində Gəncə şəhər prokurorluğunun inzibati xəta haqqında iş üzrə icraata başlanması barədə ##.##.2025-ci il tarixli qərarına əsasən Protokol tərtib edən orqanlar Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən 4500 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilməsinə dair ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qeyd olunanlara əsasən Miriyev Seyfəddin İsmayıl oğlunun əməkhaqqından hər ay 50 faiz olmaqla, 4500 manat məbləğində inzibati cərimənin tutulmasının təmin edilməsini və tutulmanın həyata keçirilməyə başlanması barədə təsdiqedici sənədlər əlavə edilməklə 3 gün ərzində Şöbəyə yazılı formada məlumat verilməsi xahiş edilmişdir. Eyni zamanda tutulmanın həyata keçirildiyi dövrdə rübdə bir dəfə xidmətə məlumat verilməsini, inzibati məsuliyyətə cəlb edilən fiziki şəxs işdən çıxdıqda və ya inzibati cəriməni onun əmək haqqından, yaxud digər gəlirlərindən tutmaq imkanı olmadıqda, üç günədək müddətdə inzibati məsuliyyətə cəlb edilən şəxsin yeni iş yerini göstərməklə (əgər bu mümkündürsə), ödəmənin mümkünsüzlüyünün səbəblərini, eləcə də ödəmə olmuşdursa, bu barədə müvafiq qeyd aparılmaqla, inzibati cərimə barədə qərarın surətinin xidmətə qaytarılması xahiş edilmişdir. Eyni zamanda İXM-nin 529.1-1ci maddəsinin tələbləri izah edilməklə qanunla nəzərdə tutulmuş müddət ərzində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tutulma həyata keçirilmədiyi halda barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılacağı “İstanbul Genetics Klinika” MMC-nin direktoru Miriyev Seyfəddin İsmayıl oğluna xəbərdarlıq edilmişdir. “Azərpoçt” xidmətinin göndərişlərin izlənməsi altsistemi və göndərişin xəbərnaməsindən (SX*********AZ nömrəli) görünür ki, Protokol tərtib edən orqanlar Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən “İstanbul Genetics Klinika” MMC-nin direktoru Miriyev Seyfəddin İsmayıl oğluna ünvanlanmış məktub ## ###### 2026-cı il tarixdə çatdırılmışdır. Protokol tərtib edən orqanlar Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən “İstanbul Genetics Klinika” MMC-yə ünvanlanmış ## ###### 2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubdan görünür ki, ##.##.2026-cı il tarixli göstərişlə tələb edilən məlumatlar təqdim edilmədiyindən hüquqi şəxs “İstanbul Genetics Klinika” MMC barəsində inzibati xəta haqqında icraat başlanılacağı barədə həmin hüquqi şəxsə bildiriş göndərilmiş və müəssisənin nümayəndəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə protokolun tərtib olunmasında iştirak edilməsi məqsədi ilə ##.##.2026-cı il tarixdə saat 11:00-da X4 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinə və ya video konfrans vasitəsi ilə (ƏMAS şəxsi kabinetinizə daxil edilmiş ZOOM platforması linki üzərindən) dəvət olunmuşdurlar. Həmin tarixədək qeyd eidlən hüquq pozuntusunu aradan qaldıraraq müvafiq sənədlərin müzakirə zamanı MMC tərəfindən təqdim edilməsi tələb olunmuşdur. “Azərpoçt” xidmətinin göndərişlərin izlənməsi altsistemi və göndərişin xəbərnaməsindən (SX*********AZ nömrəli) görünür ki, Protokol tərtib edən orqanlar Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən “İstanbul Genetics Klinika” MMC-nin direktoru Miriyev Seyfəddin İsmayıl oğluna ünvanlanmış məktub # ###### 2026-cı il tarixdə çatdırılmışdır. “İstanbul Genetics Klinika” MMC tərəfindən Protokol tərtib edən orqanlar Gəncə-Daşkəsən regional şöbəsinə ünvanlanmış **/** nömrəli, ##.##.2026-cı il tarixli məktubda qeyd edilmişdir ki, ##.##.2026-cı il tarixdə şöbə tərəfindən *-**-*/*-****/**** nömrəli məktub daxil olmuşdur və yanvar ayı üzrə əmək haqqı köçürülməsi icra edilmədiyindən, tutulmanın həyata keçirilməsi mümkün deyildir. ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli məktuba cavab olaraq bildirilmişdir ki, ## #### 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Miriyev Seyfəddin İsmayıl oğlunun əmək haqqından 50 faiz olmaqla, 4500 manat məbləğində inzibati cərimənin tutulmasına başlanılmışdır. 2026-cı ilin yanvar ayı üzrə əmək haqqından 50 faiz tutulmaqla, 1232 manat ödənilmişdir. Bunu təsdiq edən hesabdan çıxarışlar iş materiallarına əlavə edilmişdir. “İstanbul Genetics Klinika” MMC tərəfindən Protokol tərtib edən orqanlar ünvanlanmış ##.##.2026-cı il tarixli məktubla MN******* nömrəli qərarla bağlı cərimənin Miriyev Seyfəddin İsmayıl oğlunun əmək haqqından tutulmasına başlanıldığı barədə məlumat verilmişdir. “İstanbul Genetics Klinika” MMC-nin nümayəndəsi nümayəndə2 tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2026-cı il tarixli məlumatda qeyd edilmişdir ki, hazırkı protokol qanunsuz və əsassızdır və aşağıdakı səbəblərdən ləğv edilməlidir. Belə ki, əmək haqqı işçiyə iş yerində ödənilir və ödəniş vaxtları kollektiv müqavilədə və ya əmək müqaviləsində müəyyən edilir. Müfəttişliyin məktubu ## ###### 2026-cı il tarixdə daxil olsa da, müəssisədə növbəti əmək haqqı ödənişi 0# ###### 2026-cı il tarixinə təsadüf etmişdir. Qanunvericiliyə görə, əmək haqqı hesablanmadan və ödənilmədən ondan tutulma aparmaq hüquqi və texniki baxımdan qeyrimümkündür. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X4 Xidməti Gəncə-X8 göstərişində "tutulmanın həyata keçirilməyə başlanması barədə təsdiqedici sənədlər əlavə edilməklə 3 gün ərzində məlumat verilməsi" tələb edilmişdir. # ###### 2026-cı ildə ilk əmək haqqı ödənişi zamanı 50% tutulma icra edilmişdir (ilk təsdiqedici sənəd bu tarixdə yaranmışdır). ## ###### 2026-cı il tarixdə isə tutulma faktını təsdiq edən sənədlərlə birlikdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X4 Xidməti Gəncə-Daşkəsən Regional şöbəsinə yazılı məlumat verilmişdir. Göründüyü kimi, "İstanbul Genetics Klinika" MMC tərəfindən 3 günlük müddətə "tutulma başladığı andan etibarən" tam riayət edilmişdir. Tutulma başlamadan (yanvar ayının ortasında) təsdiqedici sənəd təqdim etmək tələbi hüquq məntiqinə ziddir. İXM-nin tələbinə görə, inzibati xəta yalnız şəxsin təqsiri qəsd və ya ehtiyatsızlıq olduqda məsuliyyət yaradır. "İstanbul Genetics Klinika" MMC dövlət orqanının qərarını icra etməkdən yayınmamışdır. Əksinə, əmək haqqı daxil olan kimi icra təmin edilmişdir. İcraatın gecikməsi işəgötürənin iradəsindən deyil, ödəniş qrafikindən asılı olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.5-ci maddəsinin tələblərində qeyd olunan, yəni bu maddə qərarların icrasını məcburi hesab etsə də, icra prosesi mövcud əmək qanunvericiliyi normaları (əmək haqqının ödənilməsi qaydaları) çərçivəsində aparılmalıdır. MMC-nin hərəkəti qanunvericiliyin bu tələbinə tam uyğun olmuşdur. “İstanbul Genetics Klinika” MMC-nin nümayəndəsi nümayəndə2 tərəfindən apellyasiya baxışı zamanı təqdim edilmiş ##.##.2026-cı il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X4 Xidməti Gəncə-Daşkəsən Regional şöbəsinə ünvanlanmış məktubdan görünür ki, ##.##.2026-cı il tarixdə “İstanbul Genetics Klinika” MMC-ə ünvanlanmış məktuba əsasən Miriyev Seyfəddin İsmayıl oğlunun əmək haqqından 50% olmaqla 4500 manat məbləğində inzibati cərimənin tutulması başlanılmışdır. Birinci rüb 2026-cı il üçün Miriyev Seyfəddin İsmayıl oğlunun əmək haqqından yanvar ayında 1232 manat, fevral ayında 1127 manat, mart ayında 1157 manat ödəniş edilmiş, aprel ayı üzrə əmək haqqının ödənilməsi zamanı qalıq qalan 884 manat cərimə məbləği Miriyev Seyfəddin İsmayıl oğlunun əmək haqqında tutularaq ödənilməsi təmin ediləcəkdir. Gəncə Şəhəri Üzrə İcra İdarəsindən apellyasiya instansiyasına ünvanlanmış sorğuya cavab məktubundan görünür ki, Gəncə Şəhəri Üzrə İcra İdarəsinin icraatına *(*-***)-***/**** saylı ##.##.2026-cı il tarixli qərar üzrə borclu “İstanbul Genetics Klinika” MMC-nin barəsində olan icra sənədi Elektron icra informasiya sistemində aşkar edilməmişdir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, aşağıda qeyd olunanlara əsasən “İstanbul Genetics Klinika” MMCnin İXM-nin 529.1-1-ci maddəsi ilə təqsirli bilinməsi üçün əsaslar olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X4 Xidməti Gəncə-X8 ## ###### 2026-cı il tarixli məktubunun göstərişində "tutulmanın həyata keçirilməyə başlanması barədə təsdiqedici sənədlər əlavə edilməklə 3 gün ərzində məlumat verilməsi" tələb edilmişdir. Həmin məktub ## ###### 2026-cı il tarixdə “İstanbul Genetics Klinika” MMC-ə çatmışdır. Həmin məktub əsasında # ###### 2026-cı ildə ilk əmək haqqı ödənişi zamanı 50% tutulma icra edilmişdir ki, ilk # ###### 2026-cı il tarixli **/** saylı təsdiqedici sənəd bu tarixdə yaranmış və ## ###### 2026-cı il tarixdə tutulma faktını təsdiq edən sənədlərlə birlikdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X4 Xidməti Gəncə- Daşkəsən Regional şöbəsinə yazılı məlumat verilmişdir. Göründüyü kimi, "İstanbul Genetics Klinika" MMC tərəfindən 3 günlük müddətə "tutulma başladığı andan etibarən" tam riayət edilmişdir. Apellyasiya instansiyası nəticə olaraq hesab edir ki, "İstanbul Genetics Klinika" MMC-nin barəsində protokol tərtib edilməklə inzibati xəta haqqında iş üzrə icraat başlanılması qanunsuz və əsassız olmuşdur. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, qeyd edilənlərə əsasən apellyasiya məhkəməsi hesab edir ki, "İstanbul Genetics Klinika" MMC-nin əməlində İXM-nin 529.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri olmadığından inzibati məsuliyyətdən azad olunmalı, Gəncə Şəhər Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ləğv edilməli və "İstanbul Genetics Klinika" MMC-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-nin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu ## ### 2009-cu il tarixli qərarında apellyasiya instansiyasının mahiyyəti ilə bağlı hüquqi mövqeyini ifadə edərək göstərmişdir ki, bu məhkəmə instansiyası tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Qeyd olunanlara əsasən və İXM-nin 53.1.2, 105.1 və 133-136-cı maddələrini rəhbər tutaraq, apelyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: “İstanbul Genetics Klinika” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Gəncə Şəhər Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından “İstanbul Genetics Klinika” MMC-nin nümayəndəsi nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ləğv edilsin və “İstanbul Genetics Klinika” MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzrdə tutulan inzibati xətanın tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar