Məhkəmə qərarları › İş №3(3-7)-210/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-210/2026

27.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-210/2026 27.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş (tələbkar) şəxs Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi İsgəndərova Mirvari Zərvalı qızının, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati iş üzrə icraata xitam verilməsinə dair Gədəbəy Rayon Məhkəməsinin ##.##.2026-cı tarixli qərarından zərərçəkmiş şəxs (tələbkar) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: ## ###### 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Gədəbəy Rayon Məhkəməsinin ## ###### 2017-ci il tarixli icra sənədi üzrə icra edilməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXM-nin 528-ci maddəsi ilə nəzərdə tutulan protokol tərtib olunmuşdur. Gədəbəy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərarı (hakim Fizuli Mirzəquliyev) ilə ##.##.1984-cü il tarixdə Gədəbəy rayonu, Qaradağ kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, əlilliyi olmayan, hazırda Gədəbəy rayonu, Qaradağ kəndində yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində iş üzrə icraata xitam verilmiş və o, inzibati məsuliyyətdən azad edilmişdir. İŞİN HALLARI: Gədəbəy Rayon Məhkəməsinin ## ###### 2017-ci il tarixli icra vərəqəsindən görünür ki, ## ######## 2016-cı il tarixdən başlayaraq, ##.##.2008-ci təvəllüdlü Pünhanın, ##.##.2010cu il təvəllüdlü Anarın və ##.##.2014-cü il təvəllüdlü Gülərin yetkinlik yaşına çatanadək saxlanması üçün Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hər ay sabit pul məbləğində hər bir uşağa görə 100 manat olmaqla üç uşaq üçün 300 manat məbləğində alimentin tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qərara alınmışdır. ##.##.2017-ci il tarixli icraata başlamaq haqqında qərardan və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Gədəbəy Rayon Məhkəməsinin ## ###### 2017-ci il tarixli icra vərəqəsində göstərilən tələbin 10 gün ərzində könüllü icra etməsi xahiş olunmuşdur. ##.##.2017-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən 10 gün müddətində aliment borcunu tam olaraq ödəmədiyi təqdirdə barəsində qanunvericilikdə nəzərdə tutulmuş məcburi icra tədbirləri həyata keçiriləcək. Borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Gədəbəy rayon İcra və Probasiya Şöbəsində ##.##.2025-ci il tarixdə verdiyi izahatdan görünür ki, hər uşağa ayda 150 manat olmaqla cəmi ayda 300 manat aliment tutulub iddiaçıya ödənilməsi qət edilmiş, əvvəllər alimenti vaxtında ödəsə də 2024-cü ilin sentyabr ayından uzun müddətli yataq xəstəsi olduğundan alimenti ödəyə bilməmiş və 2025-ci ilin sentyabr ayından 500 manat, oktyabr ayında 150 manat ödəniş ödəmiş, hazırda aliment üzrə yaranmış 3850 manat borcu tam ödəməyə maddi imkanı yoxdur. İşdə olan ödəniş qəbzlərindən görünür ki, X2 ## ######## 2025-ci il tarixdə 500 manat, ## ###### 2025-ci il tarixdə 200 manat, ## ###### 2025-ci il tarixdə 90 manat, ## ###### 2025-ci il tarixdə 110 manat və ## ###### 2025-ci il tarixdə 50 manat ödəniş etmişdir. İnzibati xəta haqqında materiala baxan Gədəbəy Rayon Məhkəməsi tərəfindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Məhkəmənin qərarı ilə razılaşmayan zərərçəkmiş şəxsin nümayəndəsi Mirvari İsgəndərova tərəfindən şikayət verilərək Gədəbəy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv olunmasını və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilərək ağır cəza verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ######## 2016-cı il tarixdən 2024-cü il tarixə qədər yığılmış aliment pulunu ödəməmiş və barəsində heç bir tədbir görülməmiş, sadəcə ölkədən çıxışına məhdudiyyət qoyulmuşdur. 2024-cü ilin yanvar ayından ## ###### 2026-cı il tarixə qədər olan müddət ərzində borclu uşaqların saxlanması üçün 7500 manat aliment pulu ödəməli olduğu halda cəmi 950 manat pul ödəmiş, hazırda 6550 manat aliment borcu var. Qeyd edilən xüsusatları məhkəmə nəzərə almamış, ona görə də şikayətin təmin edilməsi xahiş olunur. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən zərərçəkmiş (tələbkar) şəxsin etibarnamə üzrə nümayəndəsi Mirvari İsgəndərova şikayətin dəlillərini müdafiə edərək şikayətin məzmununa uyğun çıxış etdi və şikayətin təmin olunmasını xahiş etdi. Əlavə olaraq o, göstərdi ki, borclu ilə qızı 2016-cı il tarixdə boşanmışlar. Hazırda 6550 manat aliment borcundan borclu tərəfindən bugünki günədək heç bir ödəniş olunmamış, hamısının ödənilməsini xahiş edir və ondan şikayətçidir, ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətin dəlillərinə etiraz edərək göstərdi ki, o, 2016-cı ildə iddiaçı ilə boşanmışlar. Uşaqları anasının himayəsindədir. 3 övladı var. Rusiya Federsiyasına işləmək üçün getmiş, lakin bir ildən sonra geri qayıtmışdır. Əvvəllər aliment borcunu ödəsə də, hazırda heç bir yerdə işləmədiyi üçün həmin borcları ödəməyə maddi imkanı yoxdur. Borcunun olduğunu inkar etmir. O, kirayə evdə yaşayır.Hazırda başqa qadınla ailəlidir, bir uşağı var. Odur ki, şikayətin təmin edilməməsini xahiş etdi. Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ruslan Rüstəmov protokolun dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə iş materialına əlavə edilmiş sənədləri və şikayətin dəlillərini, həmçinin tərəflərin izahatlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Gədəbəy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ləğv edilməli və yeni qərar çıxarılmalıdır. Zərərçəkmiş tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərindən və nümayəndəsi tərəfindən məhkəmə iclasında göstərilmiş xüsusatlardan göründüyü kimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hazırda 6550 manat aliment borcunun olmasına baxmayaraq, o, həmin puldan heç bir ödəniş etməmişdir. Bundan başqa, iş materialında olan ödəniş qəbzlərindən göründüyü kimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sonuncu dəfə ## ###### 2025-ci il tarixdə 50 manat ödəniş ödəmiş, həmin tarixdən bugünki günədək heç bir ödəniş ödəməmişdir. Qeyd edilən xüsusatları Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs özü də məhkəmə iclasında təsdiq etmişdir. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul etməklə əsassız olaraq işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Halbuki, birinci instansiya məhkəməsi iş materialında olan sənədləri və izahatları müqayisəli şəkildə araşdırmamış, borclunun həqiqətən də icra sənədindən xəbərinin olubolmasını və qərəzli olaraq boyun qaçırıb-qaçırmaması halına diqqət yetirməməsi nəticəsində borclu tərəfindən icra sənədlərinin üzrsüz səbəbdən icra edilməməsi hallarının mövcud olmadığı qənaətinə gələrək onun əməlinə düzgün hüquqi qiymət verməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən borc ödənişinin tam şəkildə və ya hissə-hissə ödənilməməsi onu göstərir ki, icra sənədinin icrasından ## ###### 2017-ci ildən bu günə kimi qərəzli olaraq yayınır. Məhkəmə qeyd edir ki, iş materialında olan sənədlərdən göründüyü kimi həqiqətən də borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədindən və tələbin könüllü icrası barədə bildirişdən həm probasiya şöbəsində, həm də birinci və apellyasiya instansiya məhkəmələrində məlumatlı olduğunu göstərmiş, icra məmurunun onu dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, borcunu tam ödəməkdən və məhkəmə qərarı ilə müəyyən edilmiş borcu ödəməkdən boyun qaçıraraq icra sənədinin icrası üçün yetərli tədbirlər görməmiş, müxtəlif bəhanələr gətirərək tələbkara borclu olduğu məbləği bir dəfəyə və ya ödənişi ağlabatan həcmdə hissə-hissə üzrlü səbəbdən ödəməkdən yayınmış, bununla da icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bundan başqa, məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində ## ###### 2025-ci il tarixli protokol tərtib edildikdən sonra ## ###### 2025-ci il tarixdə 200 manat, ## ###### 2025-ci il tarixdə 90 manat, ## ###### 2025-ci il tarixdə 110 manat və ## ###### 2025-ci il tarixdə 50 manat ödəniş ödəsə belə, sonuncu ödədiyi tarixdən bugünki günədək heç bir ödəniş ödəməmiş, hazırda xeyli miqdarda (6550 manat) borcunun olduğunu və zərərçəkmiş şəxs və nümayəndəsi tərəfindən borc pulun hamısının ödəmədiyi təqdirdə şikayətçi olduqlarını göstərmələri, borclu tərəfindən qismən də olsa ödəniş etməyə imkanının olmadığını əsas gətirməsi isə onu göstərir ki, borclunun icra məmurunun qanuni tələblərinə tabe olması ağlabatan hal kimi qiymətləndirilə bilməz. Habelə, məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında verdiyi izahatını tənqidi hesab edərək onun inzibati məsuliyyətdən və cəza çəkməkdən yayınmaq kimi qiymətləndirir. Bununla da iş materialında olan xüusatlardan göründüyü kimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədində nəzərdə tutulan borcun ödənilməsi üçün heç bir real hərəkət etməməsi onun 2017-ci ildən bu günə kimi, yəni 9 il ərzində qərəzli olaraq icra sənədini icra etməməsinə və həmin sənədin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməsini sübut edir. Apellyasiya məhkəməsi işin faktiki hallarını, eləcə də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq ona İXM-in 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbehin tətbiq edilməsini məqsədə uyğun hesab edir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həbs növündə inzibati tənbehin tətbiq edilməsi törədilən inzibati xətanın xarakterinə və inzibati xətanı törədənin şəxsiyyətinə uyğundur, ona həbs növündə inzibati tənbehin tətbiq edilməsi ilə İXMin 21-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehin məqsədlərinə nail olunmasının təmin edilməsi mümkündür. Beləliklə, apellyasiya məhkəməsi hesab edir ki, zərərçəkmiş şəxsin nümayəndəsi (tələbkar) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Gədəbəy Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı ləğv edilməli və iş üzrə yeni qərar çıxarılmalı, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulan 10 (on) gün müddətinə inzibati tənbeh növündə inzibati həbs tətbiq edilməli, həbs etmənin əvvəli ## ##### 2026-cı il tarixdən, saat 10:30-dan hesablanmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 133-136, 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Zərərçəkmiş şəxsin nümayəndəsi İsgəndərova Mirvari Zərvalı (tələbkar) qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarı ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclas zalında həbs alınsın və həbs etmənin əvvəli ## ##### 2026-cı il tarixdən, saat 10:30-dan hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinə və Gədəbəy rayon Polis Şöbəsinə həvalə edilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir və ondan şikayət və ya protest verilə bilməz..

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar