Məhkəmə qərarları › İş №3(3-7)-211/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-211/2026

21.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-211/2026 21.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Əliyev Nural Turab oğlunun sədrliyi, Kərimova Jalə Müseyib qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən xxxx MMC barəsində Azərbaycan Respublikası IXMnin 539.1-1-ci maddəsi ilə tərtib etdiyi MN ******* saylı, ## ###### 2025-ci il tarixli inzibati xəta haqqında protokol və materiallar üzrə icraata xitam verilməsinə dair Ağdam rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Hüquq Idarəsinin rəisi Islam Həsənzadə tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: Ağdam Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı (hakim E.Bayramov) qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər Idarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikası IXM-nin 539.1-1-ci maddəsi ilə tərtib etdiyi MN ******* saylı, ## ###### 2025-ci il tarixli inzibati xəta haqqında protokol və materiallar üzrə icraata xitam verilmişdir. IŞIN HALLARI: Iş materiallarında olan X10 Xidmətinin Bakı Şəhər Idarəsinin məsləhətçi-əmək müfəttişi A.Qasımova tərəfindən tərtib edilmiş ## ###### 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, İ.Isrəfilovun əmək müqaviləsinə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən ## ###### 2024-cü il tarixdə xitam verilərkən əmək qanunvericiliyinn tələblərinə zidd xitam verilmiş, X8 verilməsi barədə əmrdə həmin Məcəllənin 74-cü maddəsinin heç bir bəndinə istinad olunmadığı müəyyən edilmiş, bununla bağlı ##.##.2025-ci il tarixli, *-**-*/*-*****/**** saylı icrası məcburi olan göstəriş verilmiş, lakin müvafiq qaydada verilmiş göstəriş Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.5-ci maddəsinə əsasən yerinə yetirilməmiş, buna görə idarə barəsində Azərbaycan Respublikası IXM-nin 539.1-1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Iş materiallarında olan X10 Mil-X7 Imran Israfilov tərəfindən ünvanlanmış ərizədən görünür ki, o, inşaat mühəndisidir. ## ###### 2024-cü il tarixdə Elşad müəllim kimi tanıdığı şəxs tərəfindən Salyan rayonunda su-kanalizasiya işləri görmək üçün "xxxx" MMC-yə topoqrafiya işləri görmək üçün işə dəvət almış və həmin tarixdən işə başlamışdır. Bir neçə gün keçdikdən sonra Elşad müəllimdən özünü iş icraçısı kimi təqdim etdiyi üçün, rəsmi olaraq işə götürülməyini tələb etmiş, o, işçilərin şəxsiyyət vəsiqələrini toplamışdır. Lakin sonradan məlum olmuşdur ki, onları qeyri-rəsmi və qanunsuz şəkildə işlədirlər. Işlədikləri müddətdə torpaq uçqunu nəticəsində qəza baş vermiş və işçilərdən biri ağır xəsarət almışdır. Işə Salyan Rayon Prokrorluğunda baxıldığı üçün ## ###### 2024-cü il tarixində onunla tələsik əmək müqaviləsi bağlanmış, bu mərhələdə qanunsuzluğa yol verilmişdir. Uzun müddət əmək haqqı almayan işçilər şirkətin direktoru Fikrət Əzimova şikayət etmişlər, F.Əzimov iclas keçirərək söz vermişdir ki, işlərini davam etdirsinlər hamısının zəhmət haqları tam şəkildə ödəniləcək. Hadisədən sonra işdə ləngimələr baş vermiş, vəziyyəti nəzərə alaraq Fikrət müəllimdən onunla hesablaşma aparmalarını və işdən azad edilməyini xəhiş etmişdir. ## ###### 2024-cü il tarixində rəsmi şəkildə işdən azad olunmuşdur. Işə dəvət edilərkən hər ay üçün 1200 manat əmək haqqı veriləcəyi ona bildirilmişdir. "xxxx" MMC-də ümumilikdə 25 iş günü çalışmış, lakin bu müddət üçün onunla heç bir maliyyə hesablaşması aparlmamışdır. Əmək Məcəlləsinin 179.3-cü maddəsinə əsasən işəgötürən işçinin işdən çıxarıldığı gün bütün hesablamaları aparmalıdır. Bu tələbin pozulması ilə onun əmək hüquqları ciddi şəkildə tapdanmışdır. Xahiş edir ki, məsələ ilə bağlı qanunvericiliyə uyğun tədbir görülsün və işəgötürən tərəfindən onunla maliyyə hesablaşmasının təmin olunması üçün lazımi araşdırma aparılsın. Iş materiallarında olan "xxxx" MMC-nin rəhbərliyinə ##.##.2025-ci il tarixdə ünvanlanmış məktubdan görünür ki, vətəndaş X3 MMC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Mil-X7 ünvanladığı müraciətinə Xidmətin Bakı Şəhər Idarəsində baxılır. Bildirilir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları IXM ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq X3 müraciətinə münasibət bildirilməsi və vətəndaşa aid aşağıdakı sənədlərin 7 iş günü ərzində Xidmətin Bakı Şəhər Idarəsinə təqdim edilməsi xahiş olunmuşdur. Iş materiallarında olan "xxxx" MMC-nin qanuni təmsilçisi Əzimov Fikrət Səlim oğluna ünvanlanmış bildirişdən görünür ki, vətəndaş X3 MMC-də əmək hüquqlarının pozulması barədə məsələyə Xidmətin Bakı Şəhər Idarəsində baxılır. Bildirilir ki, Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları IXM ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. IXM-nin 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə, hüquqi şəxslər 2000 manatdan 2500 manatadək məbləğdə cərimə edilir. Qeyd olunanlarla əlaqədar X3 müraciətinə münasibət bildirilməsi və vətəndaşa aid sənədlərin 7 iş günü ərzində Xidmətin Bakı Şəhər Idarəsinə təqdim edilməsilə əlaqədar ##.##.2025-ci il tarixli, *-**-*/*-*****/**** saylı sorğu məktubu göndərilmiş, lakin tələb olunan sənədlər təqdim edilməmişdir. Bu səbəbdən X5 Protokolun tərtib olunmasında iştirak edilməsi məqsədi ilə ##.##.2025-ci il tarixdə, saat 15-00da X10 Xidmətinin Bakı Şəhər Idarəsinə və ya video konfrans vasitəsi ilə (ƏMAS şəxsi kabinetinizə daxil edilmiş ZOOM platforması linki üzərindən) dəvət olunmuşdur. Səlahiyyətli nümayəndənin iştirakının təmin edilməsi və iş üzrə bütün sübutların, izahatlar və mülahizələrin təqdim olunması təklif olunur. Nəzərə çatdırılır ki, IXM-nin 99.2-ci maddəsinə əsasən məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmçinin 100.2-ci maddəsinə əsasən Protokol tərtib edilərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Iş materiallarında olan Azərbaycan Respublikası ƏƏSM Nazirliyi yanında DƏM Xidmətinin rəisi müavini Anar Şabanova Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin rəhbərliyi tərəfindən ## ####### 2025-ci il tarixli, **/**** saylı məktub ünvanlanaraq bildirmişdir ki, Cəmiyyət Salyan şəhərində Su və Kanalizasiya xəttlərinin çəkilişi layihəsində iştirak etmiş, sorğulanmış məktubda qeyd olunan X4 da həmin layihədə topoqraf vəzifəsində işləmiş, «xxxx "MMC öz işini subpodrat müqavləsi əsasında fiziki şəxs X1 həvalə etmişdir. X4 ## ###### 2024-cü il tarixə qədər fiziki şəxs X1 ilə işləmiş, ## ###### 2024- cü il tarixdə iş prosesində qəza olduğuna görə fiziki şəxs X1 ilə bağlanmış müqaviləyə xitam verilmişdir. Işləyən işçilərlə yenidən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC arasında müqavilə imzalanmışdır. Məktubda qeyd olunan İ.Israfilov ## ###### 2024-cü ildən ## ###### 2024- cü ilə qədər (cəmi 18 gün) xxxx MMC-də topoqraf vəzifəsində işləmiş, ## ###### 2024-cü ildən sonra sifarişçi təşkilatda problem olduğuna görə işlər dayandırılmışdır. Sifarişçi təşkilat tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə çatan vəsait bu günə qədər ödənilməmiş qalır. Lakin cəmiyyətin daxili imkanları hesabına İ.Israfilova çatan 209.10 manat əmək haqqı onun şəxsi kart hesabına ödənilmişdir. Iş materiallarına əlavə edilmiş Əmək Müqaviləsinin surətindən görünür ki, işəgötürən «xxxx" MMC ilə işçi İ.Israfilov arasında ##.##.2024-cü il tarixdə Topoqraf vəzifəsinə işə qəbulla bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun olaraq müqavilə bağlanmışdır. Iş materiallarına əlavə edilmiş ##.##.2024-cü il tarixli X8 Verilməsi barədə ** saylı Əmrin surətindən görünür ki, Sahə bölməsində “Topoqraf” vəzifəsində işləyən İ.Isrəfilov ilə bağlanmış **N*B*W****** saylı əmək müqaviləsinə ƏM-nin 68.2 “d” (– tərəflərin iradəsindən asılı olmayaraq) maddəsinə əsasən ##.##.2024-cü il tarixindən xitam verilmişdir. Iş materiallarına əlavə edilmiş ## ###### 2026-cı il tarixli X8 Verilməsi barədə ** saylı Əmrin surətindən görünür ki, Sahə bölməsində “Topoqraf” vəzifəsində işləyən İ.Isrəfilov ilə bağlanmış **N*B*W****** saylı əmək müqaviləsinə ƏM-nin 68.2 “a” tərəflərdən birinin təşəbbüsü) maddəsinə əsasən ## ###### 2026-cı il tarixindən xitam verilmişdir. Iş materiallarına əlavə edilmiş ## #### 2024-cü il tarixli, **/**** saylı Xidmət müqaviləsinin surətindən görünür ki, Azərbaycan Respublikası qanunvericiliyinə əsasən qeydə alınmış və Nizamnamə əsasında fəaliyyət göstərən «xxxx" MMC-nin direktoru Əzimov Fikrət Səlim oğlu şəxsində, bundan sonra «Sifarişçi» adlandırılacaq, digər tərəfdən fiziki şəxv X2 şəxsində, bundan sonra «Icraçı Mütəxəssis» adlandırılacaq tərəflər arasında aşağıdakı şərtlərlə müqavilə bağlanmışdır. “Sifarişçi” Salyan rayonu ərazisində icra etdiyi layihəsi üzrə qeyd edilən zəruri işlərin icrasını sifariş verib və “Icraçı”ya razılaşdırılmış xidmət haqqı ödəməyi, “Icraçı Mütəxəssis” isə “Sifarişçi”nin müəyyən etdiyi qaydada zəruri işləri icra etməyi öhdəsinə götürmüşdür. Iş materialında olan "xxxx" MMC-nin qanuni təmsilçisi Əzimov Fikrət Səlim oğluna ## ####### 2025-ci il tarixdə ünvanlanmış məktubdan görünür ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər Idarəsinin ##.##.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu üzrə inzibati xəta haqqında işə baxılması ##.## 2025-ci il tarixdə saat 10-00-a təyin olunmuşdur. Qeyd olunan vaxtda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində X10 Xidmətinin Bakı Şəhər Idarəsinə dəvət olunmuşdur. Sizin və ya səlahiyyətli nümayəndənizin (notarial qaydada təsdiqlənmiş etibarnamə və şəxsiyyət vəsiqəsi ilə) iştirakını təmin etməyiniz və iş üzrə Sizdə olan bütün sübutların təqdim olunması təklif olunur. Gəlmədiyiniz və işə baxılmasının təxirə salınması barədə vəsatət vermədikləri halda Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə uyğun olaraq inzibati xəta haqqında işə iştirakları olmadan baxılacağı bildirilmişdir. Iş materialında olan "xxxx" MMC-nin qanuni təmsilçisi Əzimov Fikrət Səlim oğluna ## ####### 2025-ci il tarixdə ünvanlanmış məktubdan görünür ki, ##.##.2025-ci il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi barədə qərarın bir nüsxəsi məlumat üçün göndərilmişdir. Inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında ## ####### 2025-ci il tarixli, MN ******* saylı Qərarın surətindən görünür ki, vətəndaş X3 şikayəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsini 2-ci hissəsinə əsasən "xxxx" MMC-nin qanuni təmsilçisinə ##.##.2025-ci il tarixli, *-**-*/*-*****/**** nömrəli göndəriş məktubunda qeyd olunan sənədlərin 7 iş günü ərzində DƏM-nin Bakı şəhər Idarəsinə təqdim edilməsi tələb olunmuşdur. ##.##.2025-ci il tarixində müəssisə tərəfindən natamam təqdim olunması və bu günədək sənədlərin tam təqdim olunması təmin edilməmişdir. X6 Səlim oğlu Azərbaycan Respublikasının IXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1000 manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 10 gün müddət müəyyən olunmuşdur. Iş materialında olan “xxxx» MMC-nin qanuni təmsilçisi Əzimov Fikrət Səlim oğluna ünvanlanmış 31oktyabr 2025-ci il tarixli, *-**-*/*-******/**** saylı məktubdan görünür ki, vətəndaş X3 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də əmək hüquqlarının pozulması barədə müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Mil-X9 ünvanladığı müraciətə Xidmətin ünvan 1ərkəzləşdirilmiş Elektron Informasiya Sisteminin "xxxx" Altsisteminə baxış zamanı İ.Isrəfilov ilə müəssisənin işəgötürəni arasında baglanılmış ##.##.2024-cü il tarixli əmək müqaviləsinə ##.##.2024-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin d bəndinə (tərəflərin iradəsindən asılı olmayan hallar) əsasən xitam verildiyi müəyyən edilmişdir. Müəssisə tərəfindən təqdim olunan sənədlərə baxış zamanı İ.S.Isrəfilovun əmək müqaviləsinə ##.##.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68ci maddəsinin 2-ci hissəsinin d bəndinə əsasən xitam verilməsinə baxmayaraq xitam əmrində Azərbaycan Respublikası ƏM-nin 74-cü maddəsinin heç bir bəndinə istinad olunmadığı məlum olmuşdur. Qeyd olunan pozuntu ilə əlaqədar «xxxx» MMC-nin direktoru F.Əzimov barəsində IXM-nin 539.3-cü maddəsinə uyğun olaraq ##.##.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək inzibati xətalar haqqında iş üzrə icraata başlanılmışdır. Əmək qanunvericiliyinin tələblərinin pozulması ilə əlaqədar IXM-nin 539.3-cü maddəsinə əsasən ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək IXM-nin 539.3-cü maddəsinə əsasən ##.##.2025-ci il tarixli, MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Qeyd olunanları nəzərə alaraq 10 gün ərzində X3 X8 verilməsi barədə əmrləri ləğv edərək törədilmiş inzibati xəta pozuntusunun aradan qaldırılmasını təmin edib nəticəsi və sənədlərin tam şəkildə təqdim edilməsi barədə Bakı Şəhər Idarəsinə məlumat verilməsi xahiş edimişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 5-ci hissəsinin tələblərinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativhüquqi aktların tələblərinə əməl olunmasına dair öz səlahiyyətləri çərçivəsində qəbul etdikləri qərarların, göstərişlərin işəgötürən və işçilər, habelə əmək münasibətlərinin digər iştirakçıları tərəfindən icrası məcburidir. Əks təqdirdə IXM-nin 539.1-1ci maddəsinə əsasən (əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitaminin əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə) Mərkəzin huquqi və vəzifəli şəxsinin müvafiq qaydada inzibati məsuliyyətə cəlb olunacağı bildirilmişdir. Iş materialında olan "xxxx" MMC-nin qanuni təmsilçisi Əzimov Fikrət Səlim oğluna ## ###### 2025-ci il tarixdə ünvanlanmış məktubdan görünür ki, vətəndaş X3 "xxxx" MMC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Mil-X7 ünvanladığınız müraciətinə Xidmətin Bakı Şəhər Idarəsində baxılır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 5ci hissəsinə əsasən X10 Xidmətinin Bakı Şəhər Idarəsi tərəfindən "xxxx" MMC-yə 3-17-5/2- ******/**** nömrəli, ##.##.2025-ci il tarixli icrası məcburi göstəriş xarakterli məktubla 30 gün ərzində X3 X8 verilməsi barədə əmri ləğv edərək törədilmiş inzibati xəta pozuntusunu aradan qaldırılması təmin edib X10 Xidmətinin Bakı Şəhər Idarəsinə məlumat verilməsi bildirilmişdir. Lakin inzibati xəta pozuntusu aradan qaldırımamış və Xidmətin Bakı Şəhər Idarəsinə məlumat verilməmişdir. Bu səbəbdən inzibati xəta haqqında Protokolun tərtib olunmasında iştirak edilməsi məqsədi ilə ##.##.2025-ci il tarixdə saat 11-00-da X10 Xidmətinin Bakı Şəhər Idarəsinə və ya video konfrans vasitəsi ilə (ƏMAS şəxsi kabinetinizə daxil edilmiş ZOOM platforması linki üzərindən) dəvət olunmuşdur. Səlahiyyətli nümayəndənin (notarial qaydada təsdiq olunmuş etibarnamə əsasında) iştirakının təmin edilməsi, bütün sübutların, izahatlar və mülahizələrin təqdim olunması təklif olunur. Nəzərə çatdırılmışdır ki, Azərbaycan Respublikası IXM-nin 99.2-ci maddəsinə əsasən məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər Idarəsinin ## ###### 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolunda göstərilmişdir ki, vətəndaş X3 ilə «xxxx» MMC arasında bağlanmış ##.##.2024-cü il tarixli əmək müqaviləsinə ##.##.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «d» bəndinə əsasən xitam verilməsinə baxmayaraq X8 verilməsi barədə əmrində həmin Məcəllənin 74-cü maddəsinin heç bir bəndinə istinad olunmadığı müəyyən edilmişdir. Bununla bağlı ##.##.2025-ci il tarixli, *-**-*/*-*****/**** saylı icrası məcburi olan göstəriş verilmiş, lakin müvafiq qaydada verilmiş göstəriş Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.5-ci maddəsinə əsasən yerinə yetirilməməsinə görə idarə barəsində Azərbaycan Respublikası IXM-nin 539.1-1-ci maddəsi ilə protokol tərtib edilmişdir. X5 materiala baxan Ağdam Rayon Məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada qərar qəbul edilmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Məhkəmənin qərarından narazı qalan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Hüquq Idarəsinin rəisi Islam Həsənzadə tərəfindən şikayət verilərək Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarının ləğv edilməsi və Xidmətin Mil-Muğan regional şöbəsi tərəfindən xxxx MMC barəsində tərtib edilmiş ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında inzinbati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Əzimov Fikrət Səlim oğlu barəsində IXM 539.1-1-ci maddəsi ilə qəbul edilən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi barədə qərarda nəzərdə tutulan cərimənin ödənilməsindən azad edilməsi həmin qərarın ləğv edilməsi demək deyildir. Belə olan halda şəxs cərimənin ödənilməsindən azad edilsə də, sözügedən qərar qanuni və əsaslı olduğu üçün qüvvədə olmuş hesab edilir. Odur ki, məhkəmə tərəfindən vəzifəli şəxs barəsində qüvvədə olan qərara əsaslanaraq hüquqi şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qanunvericilik normasının kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir. Ağdam rayon Məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi düzgün aparılmadan işin faktiki hallarına uyğun olmayan əsassız nəticəyə gəlinmiş və nəticədə əsassız qərar qəbul edilmişdir. Odur ki, şikayətin təmin edilməsini, Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarının ləğv edilməsi və Xidmətin Mil-Muğan regional şöbəsi tərəfindən xxxx MMC barəsində tərtib edilmiş ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəmə iclasında ##.##.2026-cı il tarixdə iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi Əzimov Fikrət Səlim oğlu şikayətin dəlillərinə etiraz edərək bildirdi ki, Imran Isrəfilov ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC arasında ##.##.2024-cü il tarixli əmək müqaviləsi bağlanmış, sonradan işlər dayandığı üçün onunla əmək müqaviləsinə öz ərizəsi ilə ##.##.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin d bəndinə əsasən xitam verilmişdir. Əmək Müqaviləsinə ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndi ilə xitam verilməli olduğu halda səhvə yol vermişlər. Sonradan həmin məsələ ilə bağlı vətəndaşın şikayəti X10 Xidmətində araşdırılmış, həm MMC barədə, həm də vəzifəli şəxs kimi onun özünün barəsində IXMnin 539.1-1-ci maddəsi ilə ## ###### 2025-ci il tarixli protokollar tərtib edilmişdir. Həmin nöqsana görə xidmətin ## ###### 2026-cı il tarixli, MN ******* saylı Qərar ilə o, şərti olaraq cərimə edilmiş, nöqsanların aradan qaldırılması üçün 30 gün müddət müəyyən edilmişdir. Bundan sonra nöqsanlar aradan qaldırıldığı üçün cərimənin şərti olaraq tətbiq edilməsi barədə qərarın qüvvəyə minməməsi haqqında xidmətdən ## ###### 2026-cı il tarixli məktub ünvanlanmışdır. Ona görə də apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilımədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Hüquq Idarəsinə məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə qanunvericiliyin tələbinə əsasən məhkəmə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Hüquq Idarəsinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini qanuna müvafiq hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası IXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Şikayətin dəlillərini və işdə olan sənədləri iş materialları ilə əlaqəli şəkildə tədqiq edərək məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin olunmalı, Ağdam Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı ləğv olunmalı və iş üzrə yeni qərar çıxarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi yekun qərar qəbul edərkən ona əsaslanmışdır ki, inzibati xəta ilə bağlı həm hüquqi şəxs olaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC və həm də MMC-nin qanuni təmsilçisi (direktoru) Əzimov Fikrət Səlim oğlu barəsində IXM-nin 539.1-1- ci maddəsi ilə protokollar tərtib edilmiş, sonradan MMC-nin direktoru tərəfindən əmək qanunvericiliyinin pozuntuları aradan qaldırılmış, inzibati xətanın şərti olaraq tətbiq edilməsi barədə X10 Xidmətinin qərarı icra edilməmiş, qüvvəyə minməmişdir. Məhkəmə hesab edir ki, baxılan iş üzrə hazırda Inzibati Xətalar Məcəlləsinin 25.7-ci maddəsinə görə bu Məcəllənin 116.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda inzibati cərimənin şərti olaraq tətbiq edilməsinə zərurət yoxdur, belə ki, qeyd olunduğu kimi IXM-nin 539.1-1 maddəsi ilə MMC-yə istinad edilən pozuntular aradan qaldırılmış, bu səbəbdən də inzibati cərimənin şərti olaraq tətbiq edilməsinə dair X10 Xidmətinin qərarı qüvvəyə minməmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi yekun nəticəyə gələrkən vəzifəli şəxs tərəfindən əmək qanunvericiliyinin pozuntularının aradan qaldırılması, inzibati xətanın şərti olaraq tətbiq edilməsi barədə X10 Xidmətinin qərarının icra edilməməsi, qüvvəyə minməsinə istinad etmişdir. Azərbaycan Respublikası IXM-nin 116.1 -ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.2, 192.4, 192.6, 192.10, 192.11, 201, 203, 209, 220.1, 220.2, 279.1.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Həmin Məcəllənin 116.2-ci maddəsinə görə inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Həmin Məcəllənin 116.3-cü maddəsinə əsasən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. Qanunvericiliyin yuxarıda qeyd edilən normalarında göstərilən hüquqi mövqeyə əsasən məhkəmə hesab edir ki, vəzifəli şəxsin barəsində qəbul edilən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi barədə qərarda nəzərdə tutulan müddət ərzində vəzifəli şəxs tərəfindən əmək qanunvericiliyinin pozuntularının aradan qaldırılması, inzibati xəta hadisəsinin, əməldə inzibati xəta tərkibinin olmaması anlamını daşımır. Qeyd edilən pozuntunun aradan qaldırılması yalnız vəzifəli şəxsə münasibətdə təqsirli bilindi inzibati xəta üzrə onu inzibati tənbehin ödənilməsindən azad edir. Qeyd edilən xüsusatlar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticədə qanunvericiliyin tələblərinin gözləməməsi inzibati xəta haqqında materialın hərtərəfli, tam və obyektiv araşdırılmamasına səbəb olmuş və yekunda qanunvericiliyin tələbləri ilə uzlaşmayan məhkəmə aktının qəbul edilməsi ilə nəticələnmişdir. Inzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə, inzibati xətanın olub olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, işdə olan bir-birlərini tamamlayan mötəbər sübutlarla «xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin ona istinad edilən inzbati xətanı törətməsi təsdiq olunur və vəzifəli şəxs tərəfindən hüquqi pozuntusunun aradan qaldırılması, hüquqi şəxs barəsində törədilmiş inzibati xətaya görə iş üzrə icraata xitam verilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə əsasən Əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Hazırki iş üzrə yuxarıdan sadalanan sübutlarla «xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti”nin IXM-nin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi tam olaraq sübuta yetirildiyindən, məhkəmə hesab edir ki, hüquqi şəxs qeyd edilən inzibati xətanın törədilməsində təqsirli bilinməli və barəsində törədilmiş xətanın xarakteri, ictimai təhlükəlik dərəcəsi və işin digər halları nəzərə alınaraq həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tədbiri tətbiq edilmədir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəlləsinin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən Bu Məcəllənin 127-3.6-cı maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Qeyd edilənləri yekunlaşdıraraq apellyasiya məhkəməsi belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Ağdam Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı ləğv edilməli, «xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti” IXM-nin 539.1-1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati cərimə tənbehi tətbiq edilməlidir. Şərh edilənlərə və IXM-nin 133-136 və 138-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDI: Şikayət təmin edilsin. Ağdam Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, 3(5-107)-61/2026 qərarı ləğv edilsin. «xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti” IXM-nin 539.1-1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 2000 (iki min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Ağdam rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar