Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-213/2026 15.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Əzizov Sevindik Əziz oğlunun sədrliyi; X1 iclas katibliyi ilə “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra IXM-nin) 539.1-1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Goranboy Rayon Məhkəməsinin # ###### 2026-cı il tarixli, *(*- ***)-***/**** saylı qərarından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Hüquq Idarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Gəncə-Daşkəsən regional şöbəsi “xxxx” QSC barəsində IXM-nin 539.1-1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, ## ####### 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərmişdir. Inzibati xəta haqqında protokoldan görünür ki, “xxxx” QSC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 5-ci hissəsinin tələbi pozulmuşdur. Belə ki, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyara keçirən orqanın qəbul etdiyi icrası məcburi göstərişini yerinə yetirmədiyi məlum olmuşdur. Nəticədə, “xxxx” QSC tərəfindən IXM-nin 539.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Goranboy Rayon Məhkəməsinin # ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə (sədrlik edən hakim H.S.Əliyev) “xxxx” QSC-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən tərtib olunmuş ## ####### 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Məhkəmənin qeyd olunan qərarından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Hüquq Idarəsi tərəfindən apellyasiya şikayəti verilmiş və şikayətdə Goranboy Rayon Məhkəməsinin # ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının ləğv edilməsi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən “xxxx” QSC barəsində qəbul edilmiş ## ####### 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında inzibati məsuliyyətə cəlb edilmə barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "Əmək və məşğulluq" altsisteminə baxış zamanı "xxxx" QSC tərəfindən elektron sənəd formasına keçirilməyən əmək müqavilələrinin olduğu müəyyən edilmişdir. Bununla bağlı "xxxx" QSC-nə qüvvədə olan əmək müqavilələrinin qanunvericiliyə əsasən elektron sənəd formasına keçirilməsinin təmin edilməsinə dair icrası məcburi olan göstəriş verilmişdir. ASIS elektron sistemi vasitəsilə "xxxx" QSC-nə ünvanlanmış məktubdan görünür ki, "xxxx" QSC-ə qüvvədə olan əmək müqavilələrinin qanunvericiliyə əsasən elektron sənəd formasına keçirilməsinin təmin edilməsinə dair ## ######## 2025-ci il tarixli, *-**-*/*-*****/**** nömrəli icrası məcburi olan göstəriş MMC-yə poçt vasitəsilə göndərilmiş və QSC tərəfindən ##.##.2025-ci il tarixdə qəbul edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi haqqında 2024-cü il 28 Iyun tarixli ****-VIQD nömrəli Azərbaycan Respublikasının Qanununu 12.3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bağlanılmış əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş mərhələlərə uyğun olaraq həyata keçirilir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il ## ######## tarixli *** nömrəli Qərarına əsasən 2024-cü il ## #### tarixli ****-VIQD nömrəli Qanun qüvvəyə minənədək bağlanılmış qüvvədə olan əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi iri, orta, kiçik və mikro sahibkarlıq subyekti olan, habelə sahibkarlıq subyekti olmayan Işəgötürənlər üçün 2025-ci il # ####adək müəyyən edilmişdir. Xidmətin X6i göstərişinə baxmayaraq "xxxx" QSC tərəfindən heç bir tədbir görülməmiş və bu barədə Xidmətin Gəncə-X3 məlumat verilməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın vəzifəli şəxslərinin bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dair qəbul etdiyi qərarların, göstərişlərin işəgötürənlər və işçilər, habelə əmək münasibətlərinin digər iştirakçıları tərəfindən icrası məcburidir. Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair ## ###### 2021-ci il tarixli Qərarında qeyd olunur ki, inzibati xətaya dair qərarın qəbul edilməsi səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olduğu hallarda, belə qərardan verilmiş şikayət üzrə həyata keçirilən məhkəmə araşdırmasının predmetini məhz həmin qərar təşkil edir. Belə olan təqdirdə işə baxan məhkəmə üçün səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Həmin qərarın qəbul edilməsinə əsas olmuş protokol isə artıq sübutedici əhəmiyyət daşıyır. Goranboy Rayon Məhkəməsi tərəfindən mötəbər sübutların qiymətləndirilməsi düzgün aparılmadığından işın faktiki hallarına uyğun olmayan əsassız nəticəyə gəlinmişdir”. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Goranboy Rayon Məhkəməsinin # ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, IXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. IХM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati хətaların törədilməsində təqsirli hesab edilən və inzibati хəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəхs inzibati məsuliyyətə cəlb оlunur və tənbeh edilir. IХM-nin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. IХM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. IХM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Iş materiallarında olan: “Elektron Məhkəmə” informasiya sistemi tərəfindən verilmiş çıxarışdan görünür ki, “xxxx” QSC (VÖEN **********) vergi orqanında üçota alınmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinin “xxxx” QSC-nə ünvanlanmış ## ######## 2025-ci il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubdan görünür ki, inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak olunması məqsədi ilə “xxxx” QSC ## ####### 2025-ci il tarixdə, saat 12:00da X2 Xidmətinin Gəncə-X3 və ya video konfrans vasitəsi ilə (ƏMAS şəxsi kabinetə daxil edilmiş ZOOM platforması linki) üzərindən dəvət olunmuşdur. Poçt göndərişlərinin izlənməsi məlumatından görünür ki, Nümayəndə protokola dəvət məktubunu ##.##.2025-ci il tarixdə almışdır. IXM-in 539.1-1-ci maddəsinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslərin və hüquqi şəxslərin inzibati məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın vəzifəli şəxslərinin bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dair qəbul etdiyi qərarların, göstərişlərin işəgötürənlər və işçilər, habelə əmək münasibətlərinin digər iştirakçıları tərəfindən icrası məcburidir. Qanunun qeyd olunan normasına əsasən, həmin maddədə nəzərdə tutulmuş inzibati xəta icrası məcburi olan göstərişin vaxtında və tam yerinə yetirilməməsi anından törədilmiş hesab olunur. Yəni, inzibati məsuliyyətin yaranması üçün icrası məcburi olan göstərişin qanunla müəyyən edilmiş qaydada verilməsi, həmin göstərişin hüquqi şəxs tərəfindən qəbul olunması, göstərişin icrası üçün real və kifayət qədər müddətin müəyyən edilməsi və göstərişin obyektib səbəb olmadan icra edilməməsidir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən “xxxx” QSC-yə göndərilmiş ## ######## 2025-ci il tarixli, *-**-*/*-*****/**** nömrəli sənəd inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak etmək məqsədi ilə göndərilmiş dəvət məktubudur. Hüquqi şəxsə ayrıca inzibati akt formasında icrası məcburi göstəriş təqdim olunmamış, təqdim olunmuş sənəd yalnız protokolun tərtibinə dəvət xarakteri daşımış və icra edilməli konkret göstəriş və onun icra müddəti ayrıca hüquqi akt kimi müəyyən edilməmişdir. Apellyasiya instansiyası şikayətin qeyd olunan dəlilləri ilə razılaşmayaraq, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iş materiallarına əsasən “xxxx” QSC-nin əməlində IXM-nin 539.1-1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xəta tərkibi aşkar edilmir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, məhkəmə işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmaqla qərar qəbul etmişdir. IXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, apellyasiya şikayətinin təmin olunması və “xxxx” QSC-nin IXM-nin 539.1-1-ci maddəsi ilə təqsirli bilinməsi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya məhkəməsi hazırki qərarın dəyişdirilmədən saxlanılması nəticəsinə gəlir. IXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Qeyd olunanlara əsasən və IXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apelyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Goranboy Rayon Məhkəməsinin # ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Hüquq Idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Goranboy Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə # ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №3(3-7)-213/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-213/2026
15.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver