Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-214/2026 15.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakim Hüseynov Salman Bilal oğlunun sədrliyi, Abdullayev Samir Zahid oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Vahid qızı və zərərçəkmiş şəxs zərərçəkmiş şəxs4 Sabir qızının iştirakı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Vahid qızının Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinməsi barədə Naftalan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-**/**** nömrəli qərarından zərərçəkmiş şəxs zərərçəkmiş şəxs4 Sabir qızı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, MÜƏYYƏN ETDI: Naftalan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-**/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Vahid qızı Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1000 (bir min) manat məbləğində cərimə edilməsi qərara alınmışdır. IŞIN HALLARI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Vahid qızı icra məmurunun irəli sürdüyü tələblərə məhəl qoymayaraq icra sənədini üzrsüz səbəbdən icra etmədiyinə görə Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində Naftalan Şəhər Icra və Probasiya Şöbəsində ## #### 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin protokol baxılması üçün Naftalan Şəhər Məhkəməsinə göndərilmişdir. Naftalan Şəhər Məhkəməsi tərəfindən yuxarıda qeyd olunan məhkəmə qərarı qəbul edilmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Birinci instansiya məhkəməsinin həmin qərarından zərərçəkmiş şəxs zərərçəkmiş şəxs4 Sabir qızı apellyasiya şikayət verərək məhkəmənin qərarını dəyişdirərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Vahid qızının IXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati həbs növündə inzibati tənbeh seçilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, borclu məhkəmədə verdiyi izahatında bildirmişdir ki, guya onun, zərərçəkmişə olan borcu qərarda qeyd edilən məbləğdə deyildir. Ümumilikdə, borcu 9000 manat olmuşdur ki, onun da müəyyən hissəsi ödənilmişdir. Bu yalan ifadədir. Halbuki, dövlətin adından Naftalan Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** saylı icra sənədinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Vahid qızından ümumilikdə 12250,40 manat pul vəsaiti alınaraq ona verilməli idi. Lakin hal-hazıradək borcludan heç bir vəsait alınıb onun xeyrinə ödənilməmişdir. Bundan əvvəl, Naftalan Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qərarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Vahid qızı Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) manat cərimə edilmişdir. Həmçinin, Naftalan Şəhər Məhkəməsinin (hakim Ayaz Səlimov) *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Vahid qızı Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat inzibati cərimə edilmişdir. Məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Vahid qızının əməlində Azərbaycan Respublikası IXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş tərkib əlamətlərinin olmasə barədə qanuni və düzgün nəticəyə gəlsə də, inzibati tənbeh təyin edərkən qanuni və ədalətli inzibati tənbeh təyin etməmişdir. Məhkəmənin bu günə kimi borclunun ona icra sənədləri üzrə 22459.5 manat borcun üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə inzibati məsuliyyət daşıyacağı barədə xəbərdar olunmuş, icra tədbirləri nəticəsində borcundan heç bir ödəniş etməmiş dəfələrlə borcunun ödənilməsi tələb olunsa da, müxtəlif bəhanələr gətirərək borcunu ödəməkdən yayınmış Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Vahid qızı barəsində ikinci dəfə cərimə növündə tənbeh tətbiq etməklə tənbehin məqsədinə nail olunacağı nəticəsinə gəlməsi ədalətli deyildir. Yəni borclarını ödəməyən şəxsin yenidən borclandırılması mənası yoxdur. Hesab edir ki, məhkəmə işin hallarını düzgün qiymətləndirməmiş, təqsirli bilinən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Vahid qızına yüngül inzibati tənbeh tətbiq etmişdir. Odur ki, məhkəmə tərəfindən cərimə növündə yox, inzibati həbs növündə cəza tətbiq edilməli idi. Çünki borclu yalnız daha ciddi cəza ilə üzbəüz qalacağı təqdirdə borcu ödəməsinə dair hərəkətlər edə bilər. Indiki halda cərimə cəzasını ödəyib yenə də qətnamənin icrasından yayınmağa davam edəcəkdir. Çünki artıq bir dəfə cərimə cəzası tətbiq edilmiş və həmin cəzadan dərs çıxarmamışdır, ona görə də indiki halda borclu barəsində həbs cəzasının tətbiq edilməsi qanunun məqsədləri baxımından və onun tələbinin təmin olunmasına yönəlmiş qətnamənin icrası məqsədilə daha məqsədəuyğundur. PROSESSUAL MƏSƏLƏLƏR: Zərərçəkmiş şəxs məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati həbs təyin edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs dəlillərinə qəbul etməyərək şikayətin təmin edilməməsini xahiş etdi. Apellyasiya məhkəməsinin yeri və vaxtı barədə qabaqcadan məlumat verilmiş inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası IXM-in 133.2.4-cü maddəsinə əsasən məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası IXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə əlaqəli şəkildə araşdırıb işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Naftalan Şəhər Məhkəməsinin e- *(***)-**/**** saylı, ##.##.2023-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Vahid qızından ##.##.2021-ci il tarixli müqavilə üzrə Soyuducu Samsung üçün 1270 manat ödənilməmiş hissə, 127 manat cərimə, ##.##.2021-ci il tarixli müqavilə üzrə Paltaryuyan Samsung üçün 1049.6 manat ödənilməmiş hissə, 104.4 manat cərimə, ##.##.2021-ci il tarixli müqavilə üzrə HOFFMANN SIAC kondisioner üçün 246.4 manat ödənilməmiş hissə, 24.6 manat cərimə, ##.##.2021-ci il tarixli müqavilə üzrə IMEI kodu 354003361246032 olan Samsung Galaxy A31 markalı telefon üçün 90 manat ödənilməmiş hissə, 9 manat cərimə, ümumilikdə 2921 manat borc və 49.21 manat ödənilmiş dövlət rüsumu məbləğində pul vəsaiti tutularaq iddiaçı «xxxx» MMC-yə ödənilməlidir. Naftalan Şəhər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2023-cü il tarixli icra vərəqəsinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Vahid qızından 2331.50 manat əsas kredit borcu, 315.28 manat faiz borcu olmaqla, cəmi 2646.78 manat borc və 46.47 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı «xxxx» ASC-nin hesabına ödənilmə verilməlidir. Naftalan Şəhər Məhkəməsinin e-*(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Vahid qızından 2790 manat borc məbləği, hüquqi yardıma görə vəkilə ödənilən 450 manat xidmət haqqı və 53 manat dövlət rüsumu tutularaq iddiaçı zərərçəkmiş şəxs1 MMC-yə ödənilməlidir. Naftalan Şəhər Məhkəməsinin e-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Vahid qızından 11800 manat borc pul, 325 manat ödənilmiş hüquqi xidmət haqqı və 125.40 manat dövlət rüsumu olmaqla, ümumilikdə 12250.40 manat pul vəsaiti alınaraq iddiaçı zərərçəkmiş şəxs4 Sabir qızına verilməlidir. Goranboy Rayon Notariat Ofisinin *İ-**** saylı, ##.##.2024-cü il tarixli icra qeydinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Vahid qızından 370 manat əsas borc və 25 manat dövlət rüsumu olmaqla, cəmi 395 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. Goranboy Rayon Notariat Ofisinin *İ-**** saylı, ##.##.2025-ci il tarixli icra qeydinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Vahid qızından 733 manat əsas borc və 25 manat dövlət rüsumu olmaqla, cəmi 758 manat məbləğində pul vəsaiti tutularaq tələbkar zərərçəkmiş şəxs6 Bank Olmayan Kredit X1 Cəmiyyətinin xeyrinə ödənilməlidir. Naftalan Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qərarının surətindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Vahid qızı Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) manat cərimə edilmişdir. Məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs üzərinə düşən öhdəliyi qərəzli olaraq icra etməməklə Azərbaycan Respublikası IXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası IXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Vahid qızınыn Azərbaycan Respublikası IXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materiallarında olan mötəbər sübutlarla təsdiq olunmuş, birinci instansiya məhkəməsi də onu həmin maddə ilə təqsirli bilməkdə düzgün nəticəyə gəlmişdir. Belə olan halda məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur, məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən şikayət təmin olunmamalı, barəsində şikayət verilən həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. Inzibati tənbehlə bağlı məsələyə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası IXM-in 31.1 və 31.2-ci maddələrinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası IXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati xəta hesab olunur. Həmin Məcəllənin 528.1-1-ci maddəsinə əsasən Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Vahid qızına tənbeh tətbiq edərkən işin hallarını, törədilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və tətbiq edilən tənbehin onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almış, düzgün olaraq ona aşağı həddə yüngül tənbeh tətbiq etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs cəzasının ağırlaşdırılması üçün əsaslar mövcud deyildir. Yuxarıda göstərilənlərə əsasən apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərini qəbul etmir, inzibati xəta haqqında işin materiallarını tam, hərtərəfli araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə əsaslı nəticəyə gəlmiş, qanuni qərar qəbul etmişdir. Mahiyyəti üzrə düzgün olan məhkəmə qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmir. Bu səbəbdən şikayət təmin olunmamalı, barəsində şikayət verilən həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası IXM-in 133-136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDI: Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs4 Sabir qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Vahid qızının Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinməsi barədə Naftalan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №3(3-7)-214/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-214/2026
15.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver