Məhkəmə qərarları › İş №3(3-7)-215/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-215/2026

27.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-215/2026 27.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru X1 iştirakı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində İXM-nin 192.1-ci maddəsi ilə başlanmış iş üzrə icraata xitam verilməsinə dair Goranboy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından X2 Xidmətinin Hüquq İdarəsinin rəisi tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : ## ####### 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də Əmək Məcəlləsinin 7-ci maddəsinin tələbləri pozularaq işə və xidmətə cəlb edildiyi müəyyən edilmiş, ona görə də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində İXM-in 192.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Goranboy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı (hakim Vəliyev Kazım) ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin tərkibi olmadığından barəsində həmin maddə ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İŞİN HALLARI: İşdə olan sənədlər: Azərbaycan Respublikası ƏƏSMN yanında X2 xidmətinin Bakı şəhər İdarəsinin müraciətinə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən ## ###### 2025-ci il tarixdə cavab məktubdan görünür ki, Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC ilə əmək müqaviləsi deyil, xidməti müqavilə əsasında çalışdığı bildirilmişdir Hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-i vergi orqanında qeydiyyatdan keçməklə hüquqi ünvanı Goranboy rayonu, Zeyvə kəndidir (VÖEN **********). İnzibati xəta haqqında materiala baxan Goranboy Rayon Məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada qərar qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Məhkəmənin qərarı ilə razılaşmayan X2 Xidmətinin Hüquq İdarəsinin rəisi şikayət verərək Goranboy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv olunmasını və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin inzibati məsuliyyətə cəlb edilməsi xahiş olunmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də müfəttiş kimi işlərə cəlb edilməsinə dair sübutlara qiymət verməmişdir. Həmin sübutlardan müəyyən olunur ki, onun xidməti müqavilə əsasında MMC-də əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərə cəlb edilmişdir. Eyni zamanda vətəndaşın müraciətindən məlum olur ki, o, MMC-də işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Qeyd edilənləri nəzərə alaraq şikayətin təmin edilməsi xahiş edilir. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəməsinin iclasında iştirak edən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru Ruslan Rəsulov şikayətin dəlillərinə etiraz edərək şikayətin əsassız olduğunu və təmin edilməməsini xahiş etdi. Əlavə olaraq o, göstərdi ki, diektoru olduğu MMC ilə Zərərçəkmiş şəxs arasında xidməti müqavilə bağlanmış və ondan sağlamlıq haqqında arayış istənilmiş, lakin o, həmin sənədləri verməmiş və işə də gəlməmişdir. Üumiyyətlə, MMC tərəfindən Zərərçəkmiş şəxs hər hansı işlərin yerinə yetirilməsinə və xidmətlərin göstərilməsinə cəlb edilməmişdir. Bir müddət sonra Zərərçəkmiş şəxs tərəfindən direktoru olduğu MMC-dən əmək müfəttişliyinə şikayət versə də, sonradan şikayət ərizəsini geri götürmüş, ona qarşı qərəzli mövqe olmuşdur. Qeyd edilən xüsusatları Zərərçəkmiş şəxs birinci instansiya məhkəməsində izahatında göstərmişdir. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış inzibati protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi və Zərərçəkmiş şəxs üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. İXM-nin 133.2.4-cü maddəsinə əsasən məhkəmə nümayəndənin və Zərərçəkmiş şəxs iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə, şikayətin dəlillərini iş materialları ilə və tərəfin izahatı ilə araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin olunmamalı və iş üzrə Goranboy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş materialına əlavə edilmiş sənədləri təkrar etməyə zərurət görmədən qeyd edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır, eləcə də düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialında olan ## ####### 2025-ci il tarixli inzibati xəta haqqında protokoldan göründüyü kimi işəgötürən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Əmək Məcəlləsinin 7-ci maddəsinin tələblərinin pozularaq Zərərçəkmiş şəxs işə və xidmətə cəlb edildiyi qeyd olunsa da protokolu tərtib edən X2 Xidməti buna dair hər hansı mötəbər sübut təqdim etəməmişdir. Eyni zamanda birinci instansiya məhkəməsində iştirak edən Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, o Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də müfəttiş vəzifəsində işləyir. Hazırkı protokola münasibətdə isə MMC-nin direktoru ilə aralarında yaranmış narazılığa görə əsəbləşmiş və MMC barəsində müqaviləsiz xidmət göstərilməsinə cəlb edildiyi üçün X2 xidmətinin Bakı şəhər İdarəsinə öz şikayətini bildirmiş və həmin gün şikayətini geri götürmüşdür. Əlavə olaraq bildirmişdir ki, MMC tərəfindən müqavilə olmadan onun hər hansı işə cəlb edilməsi halı olmamışdır. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hazırki vəziyyətdə iş materialında olan sənədləri şübhə altına alan mötəbər sübutlar təqdim edilməmişdir. İXM-nin 8-ci maddəsinə görə hazırki vəziyyətdə inzibati xəta haqqında protokolu tərtib edən və şəxsin təqsirli olmasına dair qərar qəbul edən vəzifəli şəxs sübut etməlidir ki, şəxs tərəfindən inzibati xəta hadisəsi törədilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyin tələbinə əsasən şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi hazırkı halda DƏMX-nin Bakı şəhəri İdarəsinin üzərinə qoyulsa da, həmin orqan tərəfindən apellyasiya şikayətində mübahisələndirilən dəlilləri ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-i tərəfindən İXM-nin 192.1-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. İş materialına əlavə edilmiş sənədlərdən göründüyü kimi inzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli orqan qanunvericiliyin tələblərini düzgün qiymətləndirməmiş, tam və ətraflı araşdırma aparmadan, yalnız vətəndaşın müraciətinə əsaslanaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində inzibati xəta haqqında protokol tərtib etsə də, inzibati orqan Zərərçəkmiş şəxs real olaraq sözügedən MMC-də konkret olaraq hər hansı işə və ya xidmətə cəlb edildiyini təsdiq edən mötəbər sübutları da təqdim edə bilməmişdir. Belə olan halda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin əməlində İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin əlamətləri mövcud deyildir. Beləliklə, birinci instansiya məhkəməsi düzgün olaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə nəticəyə gəlmişdir. Yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İXM-nin 133-136, 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şikayət təmin olunmasın. Goranboy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar