Məhkəmə qərarları › İş №3(3-7)-217/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-7)-217/2026

13.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 3(3-7)-217/2026 13.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, Məmmədov Elvin Israyıl oğlunun katibliyi ilə, MÜƏYYƏN ETDI: Qərardan şikayət verən orqan (şəxs) ##.##.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan Gəncə Şəhər Məhkəməsinə ərizə ilə şikayət etmişdir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair ##.##.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara dair şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılması qərara alınmışdır. Inzibati xəta haqqında protokoldan verilmiş şikayətə baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan qərardadı qəbul etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə ##.##.2025-ci il tarixli EQ ******** nömrəli, ##.##.2025-ci il tarixli EQ ******** nömrəli, ##.##.2025- ci il tarixli EQ 31295331 və ##.##.2025-ci il tarixli EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarlardan Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılması qərara alınmışdır. Məhkəmə buna dair heç bir əsas gətirmədən bildirmişdir ki, şikayətçi barəsində qəbul edilmiş bir neçə inzibati tənbeh vermə haqqında qərarlardan eyni anda, bir şikayət ərizəsi ilə müraciət etmişdir. Hansı ki, bununla bağlı hər hansı qadağa nəzərdə tutulmamışdır. Qərarları çıxaran eyni orqandır, qərarlar eyni hüquqi mahiyyətə malikdir və oxşar hallara aiddir və onların hamsına eyni məhkəmədə baxılmalıdırsa məhkəmə işi icraata götürməli idi. Hakim işi ayrı icraata bölə və birləşdirə bilər. Odur ki, qeyd olunanların nəzərə alınmasını xahiş edir. Azərbaycan Respublikası IXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Belə ki, iş materiallarından və Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətdən görünür ki, Birinci insansiya məhkəməsi hesab etmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) isə öz şikayətində ##.##.2025-ci il tarixli, TP ******* nömrəli inzibati qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etsə də, həmin qərarı şikayət ərizəsinə əlavə etməmişdir.. Belə olan halda Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilən şikayət ərizəsi apellyasiya şikayəti kimi qəbul edilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası IXM-in 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət təmin edilməsin. Iş üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir. Hakim: Faiq Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar