Məhkəmə qərarları › İş №3(3-7)-220/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-220/2026

27.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-220/2026 27.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyixxxxXəlilov Eldar Yaşar oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Hüquq İdarəsinin baş məslətçisi hüquqşünas X5 iştirakı ilə Hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində İXM-nin 539.3-cü maddəsi ilə başlanmış iş üzrə icraata xitam verilməsinə dair Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından X8 Xidmətinin Hüquq İdarəsinin rəisi tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasındaxxxxaçıq məhkəmə iclasında baxaraqxxxxməhkəmə MÜƏYYƏN ETDİ : ## ###### 2026-cı il tarixlixxxxMN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür kixxxxBarəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə DƏMX-nin Gəncə-X14 ##.##.2026-cı il tarixlixxxx*-**-*/*-C-****/**** nömrəli göndərilmiş məktubu ##.##.2026-cı il tarixdə ünvana çatmasına baxmayaraqxxxx##.##.2026-cı il tarixədək şöbəyə təqdim edilməmişxxxxAzərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin tələbi pozulmuş və nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixlixxxx*(*-***)-***/**** saylı qərarı (hakim Həsənli Məhəmməd) ilə hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində İXM-nin 539.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilmişdir. İŞİN HALLARI: İş materialında olan sənədlər: -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet vergi idarəsinin çıxarışından görünür kixxxxBarəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-i vergi ödəyicisi olan hüquqi şəxsdir (VÖEN: **********). -DƏMX-nin Gəncə-X14 *-**-*/*-******/**** nömrəlixxxx##.##.2025-ci il tarixli məktubundan görünür kixxxxRzayeva Sevil İlqar qızının müraciətinə münasibət bildirilməsi və vətəndaşa aid aşağıdakı sənədlərin (əmək müqaviləsinin surəti (elektron əmək müqaviləsi olmadığı təqdirdə)xxxxvətəndaşın müraciətində qeyd olunan məsələlərə münasibət bildirilməsinə dair cavab məktubu) 7 iş günü ərzində DƏMX-nin Gəncə-Daşkəsən regional şöbəsinə təqdim edilməsi xahiş edilmişdir. -“Azərpoçt” xidmətinin göndərişlərin izlənməsi altsistemi və göndərişin xəbərnaməsindən (SX*********AZ nömrəli) görünür kixxxxDƏMX-nin Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nə ünvanlanmış məktub ## ###### 2025-ci il tarixdə MMC-nin ünvanına çatdırılmışdır. -Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən DƏMX-nin Gəncə-Daşkəsən regional şöbəsinə ünvanlanmış **/** nömrəlixxxx##.##.2026-cı il tarixli məktubdan və ona əlavə olunmuş sənədlərdən görünür kixxxx##.##.2025-ci il tarixli *-**-*- *-******/**** nömrəli vətəndaş Rzayeva Sevil İlqar qızının “xxxx” MMC-də əmək hüquqlarının pozulması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “142” Çağrı Mərkəzinə ünvanladığı müraciətə baxılmış və bildirilmişdir kixxxxəməkdaş Rzayeva Sevil İlqar qızı ##.##.2025-ci il tarixində “xxxx” MMC-nin nəzdində fəaliyyət göstərən “AYTA MARKET” ticarət mərkəzinin maliyyə-mühasibatlıq şöbəsinə mühasib işinə qəbul edilib. İşlədiyi dövr ərzində bir neçə nöqsanlara yol verilsə dəxxxxlakin maliyyəmühasibatlıq şöbəsinin rəhbəri X13 tərəfindən işçiyə iş dövründə aşkar olunan nöqsanları ona göstərib və həmin nöqsanların aradan qaldırılması üçün birlikdə işləri başa salmış və aşkar olunmuş nöqsanlara görə rəhbərlik tərəfindən işçiyə heç bir cəza tədbiri tətbiq edilməyib. Lakin ##.##.2025-ci il saat 14:15 radələrindən 15:00-dək olan dövr ərzində cəmiyyətdə mühasib işində çalışan Rzayeva Sevil İlqar qızı həmin cəmiyyətin maliyyə məsələləri üzrə direktor müavini vəzifəsində çalışanxxxxeyni zamanda müəssisənin 50% təsisçisi olan X13 gələcəkdə şirkətdə aparılacaq ixtisarlarla bağlı şöbədə çalışan işçilərə məlumat vermişdir (ixtisar tək Rzayeva Sevil İlqar qızına şamil edildiyi barədə heç bir müzakirə aparılmayıbxxxxmüzakirələr ümumi olaraq aparılıb). Bu zaman Rzayeva Sevil İlqar qızı ona qarşı gələrək aparılacaq ixtisarlarla bağlı maliyyə-mühasibatlıq şöbəsində çalışan digər işçilərdən - X3xxxxX6 və X4 şöbə rəisi X13 işə gələnə qədər cavab almaq alaraq onun qərarlarını sorğulamağa başlayıb. Bu zaman X13 işə gələndə işçilər (X3xxxxX6 və X4) ona məlumat verərəkxxxxondan ixtisar barədə sorğu-sual edibxxxxhalbuki ixtisarla bağlı onun şəxsinə aid heç məlumat verilmədiyi halda işçiləri sorğu- sual edib. Bu zaman X13 işçiyə “sən ixtisarla bağlı başqasından niyə məlumat alırsanxxxxməndən soruşsan tam məlumat ala bilərsən” demişdir. Müzakirə zamanı həmin şöbədə mühasib işində çalışan Rzayeva Sevil İlqar qızı yuxarıda qeyd olunanlardan əsasən cəmiyyətdə işçi-rəhbər münasibətlərində hörmətsizlik etmişxxxxona qarşı yüksək səs qaldırmış və eyni zamanda əlini stola bərk vuraraq “Sən kimsən kixxxxməni işdən çıxardasanxxxxdeyərək” üzərinə qışqırmışdır (qeyd olunanların hər biri kamera vasitəsilə qeydə alınmışdır). Bundan əlavə olaraq “sən mənə altı aylıq təzminat verməlisən”xxxx“şirkətin güvəndiyi adamlardan bizdə də var” deyərək X13rşı hədə qorxu gəlmişdir. Həmçininxxxx“Sən məni işdən çıxarda bilməzsən deyərək təkrarlayıb”. Eyni zamanda həmin söhbətdən sonra işçi Rzayeva Sevil İqar qızı hərəsi bir neçə dəqiqə olmaqla iki dəfə iş yerini tərk edərək çölə çıxmış və telefonda kimlərləsə danışaraq onlara hadisə barədə məlumat vermiş və sonra yenidən iş yerinə geri dönmüşdür. Bundan əlavə olaraq bildirilmişdir kixxxxcəmiyyətdə iş vaxtı saat 09:00 olmağına baxmayaraq Rzayeva Sevil İlqar qızı ##.##.2025-ci il tarixində işə 09:45-də gəlmişdir. Belə gecikmə hallar bir neçə dəfə baş vermişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmişdir kixxxxişçi Rzayeva Sevil İlqar qızı barəsində qanunvericilikdə qeyd edilən tələblərə əsasən müvafiq tədbirlər görüləcək. Lazımi sənədlər qoşma formasında (21 vərəq) göndərilmişdir. -“Azərpoçt” xidmətinin göndərişlərin izlənməsi altsistemi və göndərişin xəbərnaməsindən (SS*********AZ nömrəli) görünür kixxxxBarəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nə tərəfindən Gəncə-Daşkəsən regional şöbəsinə ünvanlanmış məktub ## ###### 2026-cı il tarixdə şöbənin ünvanına çatdırılmışdır. -DƏMX-nin Gəncə-X14 *-**-*/*-C-****/**** nömrəlixxxx##.##.2026-cı il tarixli məktubundan görünür kixxxxvətəndaş Rzayeva Sevil İlqar qızının Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsixxxxişdən çıxarkən son haqq-hesabın ödənilməməsi barədə DƏMX-nin Gəncə-Daşkəsən regional şöbəsinə ünvanlandığı müraciətinə baxılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tamxxxxdüzgün və vaxtında təqdim ediiməsinixxxxhabelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etməkxxxxonları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Rzayeva Sevil İlqar qızının müraciətinə münasibət bildirilməsi və vətəndaşa aid sənədlərin 7 iş günü ərzində Şöbəyə təqdim edilməsi barədə MMC-yə ##.##.2025-ci il tarixlixxxx*-**-*/*-******/**** nömrəli sorğu məktubu ünvanlanmışxxxxlakin tələb edilən sənədlər MMC tərəfindən təqdim edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinəxxxxyaxud tamxxxxdüzgün və ya vaxtında təqdim edilməməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdəxxxxhüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Odur kixxxxqeyd olunanları nəzərə alaraq inzibati xətanın elementlərininxxxxinzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallarınxxxxeləcə də inzibati xətanın törədilməsi faktının olub-olmamasının araşdırılması ilə əlaqədar olaraq ##.##.2026-cı il tarixdə saat 11:00-da X8 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinə və ya video konfrans vasitəsi ilə (ƏMAS şəxsi kabinetinizə daxil edilmiş ZOOM platforması linki üzərindən) dəvət olunmuşdurlar. Həmin tarixədək qeyd edilən hüquq pozuntusunu aradan qaldıraraq müvafiq sənədlərin (əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surəti və əmrin verilməsi üçün əsas hesab olunan sənədlərxxxxson haqq-hesabın ödənilməsini təsdiq edən sənədlərin surətixxxxvətəndaşın müraciətində qeyd etdiyi məsələlərə münasibət bildirilməsinə dair cavab məktubu) müzakirə zamanı MMC tərəfindən təqdim edilməsi tələb olunmuşdur. -Xəbərnamədən görünür kixxxxDƏMX-nin Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nə ünvanlanmış məktub ## ###### 2026-cı il tarixdə MMC-nin ünvanına çatdırılmışdır. İnzibati xəta haqqında materiala baxan Gəncə Şəhər Məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada qərar qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Məhkəmənin qərarı ilə razılaşmayan X8 Xidmətinin Hüquq İdarəsinin rəisi şikayət verərək Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv olunmasını və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin inzibati məsuliyyətə cəlb olunması xahiş olunmuşdur. Şikayət onunla əsaslandırılmışdır kixxxxməktubların poçta təhvil verilmə reyestrlərindən və poçt izləmələrindən görünür kixxxxaraşdırma aparılması üçün müvafiq sənədlərin 7 gün ərzində Xidmətə təqdim edilməsi barədə ##.##.2026-cı il tarixli məktub MMC-yə göndərilmiş və qəbul edilmişdir. Lakin MMC tərəfindən həmin sənədlər Xidmətə təqdim edilməmiş və təqdim edilməməsinin səbəbləri barədə məlumat verilməmişdir. Bununla da məktublarda göstərilən müddət ərzində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən tələb olunan sənədlər Xidmətə təqdim edilmədiyindən İXMnin 539.3-cü maddəsinin tələbləri pozulmuşdur. Odur kixxxxşikayətin təmin edilməsi xahiş edilir. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəməsinin iclasında iştirak edən inzibati orqanın nümayəndəsi Elnur Yəhyazadə şikayətin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Apellyasiya məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İXM-in 133.2.4-cü maddəsinə əsasən nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəməxxxxşikayətin dəlillərini iş materialları ilə və tərəfin izahatı ilə araşdırıb hesab edir kixxxxaşağıdakı əsaslara görə şikayət təmin olunmamalı və iş üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş materialına əlavə edilmiş sənədləri təkrar etməyə zərurət görmədən qeyd edir kixxxxbirinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdırxxxxeləcə də düzgün nəticəyə gəlmişdir. Belə kixxxxiş materialında olan sənədlərdən göründüyü kimi DƏMX-nin Gəncə-X14 ##.##.2025-ci il tarixli məktubu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMCnin ünvanına ## ###### 2025-ci il tarixdə çatdırılmışxxxxnövbəti iş günü ##.##.2026-cı il tarixdən (31 dekabr – 04 yanvar qeyri-iş günləridir) hesablanmaqlaxxxx7 iş günü ərzində inzibati orqana göndərilməli sənədlər (SS*********AZ nömrəli) göründüyü kimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-i tərəfindən ünvanlanmış məktub ## ###### 2026-cı il tarixdə Gəncə-X14 ünvanına çatdırılmışxxxxbununla da ##.##.2026-cı il tarixi 7 iş gününün sonuncu günü olmaqlaxxxxməhz məktubun Azərbaycan Respublikası ƏƏSMN yanında X8 Xidmətinə çatma tarixidir. Başqa sözləxxxxBarəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-i tərəfindən 7 iş günü ərzində nəzərdə tutulan cavab məktubu vaxtında inzibati orqana çatmışdır. Eyni zamanda ## ###### 2026-cı il tarixli inzibati xəta haqqında protokolun məzmununda ##.##.2026-cı il tarixlixxxx**-*/*-C-****/**** nömrəli məktub nəzərdə tutulsa daxxxxlakin əmək qanunvericiliyinin pozulmasını əsas gətirən ##.##.2025-ci il tarixlixxxx*- **-*/*-******/**** nömrəli məktubu yazılmalı idi. Bu da onu göstərir kixxxxinzibati xəta haqqında protokolun məzmunu da yanlış tərtib olunmuşdur. İXM-nin 8-ci maddəsinə görə hazırki vəziyyətdə inzibati xəta haqqında protokolu tərtib edən və şəxsin təqsirli olmasına dair qərar qəbul edən vəzifəli şəxs sübut etməlidir kixxxxşəxs tərəfindən inzibati xəta hadisəsi törədilmişdir. Məhkəmə qeyd edir kixxxxhazırki vəziyyətdə iş materialında olan sənədləri şübhə altına alan mötəbər sübutlar inzibati orqan tərəfindən təqdim edilməmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir kixxxxqanunvericiliyin tələbinə əsasən şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi hazırkı halda DƏMX-nin Gəncə-X14 üzərinə qoyulsa daxxxxhəmin orqan tərəfindən apellyasiya şikayətində mübahisələndirilən dəlilləri ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-i tərəfindən İXM-nin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Yuxarıda qeyd olunan iş materialına əlavə edilmiş sənədlərdən göründüyü kimi inzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli orqan qanunvericiliyin tələblərini düzgün qiymətləndirməmişxxxxtam və ətraflı araşdırma aparmadanxxxxBarəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Belə olan halda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin əməlində İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin əlamətləri mövcud deyildir. Beləlikləxxxxbirinci instansiya məhkəməsi düzgün olaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə nəticəyə gəlmişdir. Yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək məhkəmə hesab edir kixxxxşikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İXM-nin 133-136xxxx138-ci maddələrini rəhbər tutaraqxxxxməhkəmə QƏRARA ALDI: Şikayət təmin olunmasın. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixlixxxx*(*-***)-***/**** saylı qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar