Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-221/2026 09.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Əliyev Nural Turab oğlunun sədrliyi, Kərimova Jalə Müseyib qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Rakif oğlunun iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Rakif oğlunun Azərbaycan Respublikası İXM-nin 510.1 və 535.1ci maddələri ilə təqsirləndirilməsinə dair Gəncə şəhər Məhkəməsinin 02 aprel 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Rakif oğlu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı (hakim L.Xanməmmədova) qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Rakif oğlu Azərbaycan Respublikası İXM-nin 510.1 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, ona 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. İnzibati həbsdə olmanın inzibati qaydada tutulduğu ##.##.2026-cı il tarixdən saat 02:00-dan hesablanması qərara alınmışdır. İŞİN HALLARI: - ##.##.2026-cı tarixli ****/**** saylı “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Rakif oğlunun orta dərəcəli sərxoşluğu olmuşdur. - ##.##.2026-cı il tarixli, *** saylı Gəncə şəhəri Narkoloji Dispanserinin rəyindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Rakif oğlu psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan preqobalindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. - ##.##.2026-cı il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Rakif oğlu həmin tarixdə 02:00-da tutulmuşdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Rakif oğlunun inzibati xətaları törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməllər Azərbaycan Respublikası İXM-in 510.1 və 535.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Gəncə şəhər 2-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, R X1 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Rakif oğlunun barəsində Azərbaycan Respublikası İXM-in 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə ##.##.2026-cı tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında materiala baxan Gəncə şəhər Məhkəməsi yuxarıda qeyd edilən qaydada qərar qəbul etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkəmənin qeyd edilən qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Rakif oğlu şikayət verərək Gəncə şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarının ləğv edib, evin yeganə qazanc gətirəni olmasını, elecədə 4 gündür həbsdə olmasının nəzərə alınaraq qalan 16 gün inzibati həbsdən azad olunmağına dair qərar çıxarılmasını xahiş etmişdir. Şikayəti onunla əsaslandırılmışdır ki, məcburi köçkün olaraq Gəncə şəhərində məskunlaşmış, evdə ailənin bütün təminatları onun tərəfindən təmin edilir. Belə ki, o, gündəlik günəmuzd işlər taparaq işlərlə acınacaqlı vəziyyətdən çıxmağa çalışır. Onun başqa heç bir yerdə gəliri yoxdur. Qarşı tərəfin ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə isə bunu nəzərə almamışdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Gəncə şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarının ləğv edib, onun qalan 16 gün inzibati həbsdən azad olunmağına dair qərar çıxarılmasını xahiş etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəmə baxışı iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Rakif oğlu şikayətin dəlillərini müdafiə edərək, şikayətin məzmununa uyğun çıxış edərək apellyasiya şikayətinin təmin edilməsini, Gəncə şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarının ləğv edib, onun inzibati həbsdən azad olunmağına dair qərar çıxarılmasını xahiş etdi. Apellyasiya məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilmiş inzibati xəta haqqında protokol tərtib etmiş orqan Gəncə şəhər 2-ci Polis Şöbəsinin İTB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib etmiş orqan Gəncə şəhər 2-ci Polis Şöbəsinin İTB-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İnzibati xəta üzrə işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini tədqiq edərək məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin olunmamalı və Gəncə şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsində məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1 ifadəsində icraatına daxil olmuş raporta əsasən bildirmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Rakif oğlu ##.##.2026- cı il tarixdə gecə saatlarında yoldaşları ilə birgə Texnologiya Universitetinin qarşısında ucadan səs küy salaraq nalayiq ifadələr işlətdiyinə görə polis əməkdaşı Həsən Quliyev onlara yaxınlaşıb nizam intizama dəvət etmiş, lakin onlar polis əməkdaşlarına məhəl qoymayaraq öz qeyri-etik hərəkətlərinə davam etmişlər.. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Rakif oğlunun qeyd edilən inzibati xəta hadisəsini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən inzibati icraata başlamış səlahiyyətli orqan tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası İXM-in 510.1-ci maddəsinə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd olunan inzibati xətanın obyektiv cəhəti polisin və hərbi qulluqçuların normal idarəetmə fəaliyyəti ilə əlaqədar ictimai münasibətlərdir və həmin xətanın ictimai təhlükəliliyi onda təzahür edir ki, şəxs polis və ya hərbi qulluqçunun qanuni əmrinə tabe olmamaqla dövlət orqanlarının normal fəaliyyətinə mane olur, həmin orqanların əməkdaşlarının digər vətəndaşlara xidmət göstərməsinə və qanuni vəzifələrinin icrasına maneə yaradır. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı inzibati işin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Rakif oğlunun Azərbaycan Respublikası İXM-in 510.1 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi yuxarıda qeyd olunan sübutlarla öz təsdiqini tapmışdır, istər inzibati xəta haqqında protokol tərtib etmiş orqan, istərsə də işə baxmış birinci instansiya məhkəməsinin hakimi Azərbaycan Respublikası İXM-in 75-85-ci maddələrinin tələblərinə əməl edərək inzibati xəta törətmiş şəxsin ona istinad olunmuş inzibati xətanı törətməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birini mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Aşağıda qeyd olunanlara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Rakif oğluna tətbiq edilmiş 20 (iyirmi) gün həbs növündə inzibati tənbeh tədbiri qanuni və əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarından görünür ki, məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Rakif oğluna törətmiş olduğu inzibati xətanın xarakterini, işin hallarını, onun şəxsiyyətini nəzərə alaraq inzibati tənbehin məqsədlərinə nail olmaq, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Rakif oğlunun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq baxımından onun barəsində 20 (iyirmi) gün həbs növündə inzibati tənbeh tədbiq edilməsini məqsədə müvafiq saymışdır. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti inzibati tənbeh tədbirinin inzibati xəta törətmiş şəxsin islah olunmasına, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısının alınması, habelə törədilmiş inzibati xətanın xarakteri, onun törədilməsi hallarını baxımından qanuni və ədalətli olmuş, tənbeh tədbir edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almışdır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən isə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Yuxarıda qeyd olunanlara qiymət verərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Rakif oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, Azərbaycan Rspublikası İXM-in 535.1-ci maddəsinin sanksiyası çərçivəsində həmin məcəllənin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla 20 (iyirmi) gün həbs növündə inzibati tənbeh tədbirini tətbiq edərkən sonuncunun törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə almaqla qanuni və əsaslı nəticəyə gəlmişdir. Ona görə də məkhəmə hesab edir ki, barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunmuş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Rakif oğlu tərəfindən verilmiş şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: İnzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Rakif oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə şəhər Məhkəməsinin 02 aprel 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-7)-221/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-221/2026
09.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver