Məhkəmə qərarları › İş №3(3-7)-222/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-222/2026

16.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-222/2026 16.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, Məmmədov Elvin Israyıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş X1 Idarəsi tərəfindən mülkiyyətində olan “Toyota” markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilə qoyulmuş həbsin götürülməsi barədə şikayətinin təmin edilməməsinə dair Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət üzrə materiala Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun mülkiyyətində olan “Toyota” markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilə qoyulmuş həbsin götürülməsini məhkəmədən xahiş etmişdir. Şikayətində bildirmişdir ki, avtomobil alaraq taksi fəaliyyəti göstərən şəxslərə icarəyə vermək üçün “Toyota” markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobil almış, həmin avtomobili 10.01. 2025-ci il tarixli mobil notariat qaydasında verdiyi etibarnamə (ancaq idarəetmə hüququ ilə) ilə Gəncə şəhər sakini X2 vermişdir. Sonradan bəlli olmuşdur ki, sürücü Şabanov Anar ##.##.2025-ci il tarixdə IXM-nin 327.2, 329.3. 333-1.1 madələrində nəzərədə tutulan inzibati xətaları törətdiyi üçün 600 manat məbləğində cərimə edilmişdir. Cərimə sürücü Anar Şabanov tərəfindən vaxtında ödənilmədiyindən dəbbə pulu hesablanmış və nəticədə avtomobili saxlanlaraq duracağa yerləşdirilməsi barədə qərar çıxarılmışdır. Bu haqda bildiriş gələndən sonra dərhal sürücü Anar Şabanova verdiyi etibarnaməni ləğv etdirmişdir. Avtomobilin saxlanaraq duracağa yerləşdirilməsi barədə qərarın təqdim edilməsi və ləğv edilməsi üçün Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş X1 Idarəsinə müraciət etmişdir. Ona ünvanlanmış ##.##.2025-ci il tarixli məktubla bildirilmişdir ki, IXM-nin 150.11 maddəsinə əsasən cərimənin ödənilmədiyi təqdirdə sürücünün idarə etdiyi avtomobilin saxlanaraq duracağa yerləşdirilməsi barədə səlahiyyətli orqan tərəfindən qərar qəbul edilir. Belə ki, aşağıda göstərilənlərə əsasən avtomobilin duracağa yerləşdirilməsi barədə qəbul edilmiş qərardan narazıdır və hesab edir ki, qərar əsassız olmaqla mülkiyyət hüquqularını qanunsuz olaraq məhdudlaşdırır. Bildirir ki, sürücü Anar Şabanov onu ailə üzvü deyil, heç bir qohumluq əlaqəsi yoxdur. Sadəcə qazanc əldə etmək üçün avtomobil alıb taksi fəaliyyəti ilə məşğul olan şəxslərə vermək istəmişdir. Bunun üçün də ilkin olaraq bu işin nə qədər rentabelli, gəlir gətirən olub-olmamasını müəyyən etmək üçün bir ədəd avtomobili almış və sürücü Anar Şabanova idarə etmək hüququ ilə etibarnamə vermişdir. O, inzibati xətaya yol verilməsindən avtomobilin saxlanmasına qərar veriləndək xəbəri olmamışdır. Məlumat alandan sonra ona verilmiş etibarnaməni ləğv etmiş və hesab edir ki, sürücü Anar Şabanovla arasında olan münasibətlərin işgüzar münasibətlər olmasını, faktiki olaraq işəgötürən və işçi münasibətlərində olmağı nəzərə alaraq avtomobilin saxlanmasına dair qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qeyd edir ki, Gəncə şəhər DYPŞ-nə və Azərbycan Respublikası BDYPI-nə ərizə yazaraq avtomobili ilə bağlı qəbul edilmiş qərarın ona verilməsini xahiş etsə də qərar təqdim edilməmişdir. Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə şikayətçi Qərardan şikayət verən orqan (şəxs) mülkiyyətində olan “Toyota” markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilinə qoyulmuş həbsin götürülməsinə dair şikayət ərizəsi təmin edilməməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək Gəncə şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli. 3(5-121 )-***/**** saylı qərarının ləğv edilməsi və şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş X1 Idarəsi tərəfindən mülkiyyətimdə olan "Tayota" markalı. **-ET-*** qeydiyyat nişanlı avtomobilin saxlanması və duracağa yerləşdirilməsi barədə qərarın ləğv edilməsi və tətbiq edilmiş məhdudiyyətin aradan qaldırılmasına dair qərar qəbul edilməsi barədə ərizəsinə Gəncə şəhər Məhkəməsində (hakim Liza Xanməmmədovanın sədrliyi) baxılaraq məhkəmənin ##.##.2026-cı il tarixli qərarı ilə ərizəm təmin edilməmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edir ki. qərar əsassız olmaqla onun mülkiyyət hüquqlarının məhkəmə müdafiəsi təminatını pozur. Belə ki, məhkəmə qərarında qeyd edir ki, qüvvədə olan qanunvericiliyin normasında qeyd edilən tədbirlər görüldüyündən şikayətçinin dəlillləri avtomobil üzərindən həbsin götürülməsi üçün əsas ola bilməz. Odur ki. Inzibati Xətalar haqqında qanunvericiliyin normalarının tələbləri pozulmamış, ona görə inzibati tənbehin daha da yüngülləşdirilməsi və ya qərarın dəyişdirilməsi üçün əsaslar yoxdur. Hesab edir ki, məhkəmənin bu yanaşması məntiqsiz və əsassız olmaqla bərabər həm də qanusuzdur. O səbəbdən ki. o sürücünün cərimə edilməsi barədə qərardan şikayət vermir. Onun o məsələyə heç bir aidiyyəti yoxdur. Onun şikayətim odur ki. etibarnamə əsasında mülkiyyətində olan avtomobili idarə etmək hüququ ilə Anar Şabanovun istifadəsinə vermişdir. Anar Şabanov həmin avtomobillə inizbati xəta törədib. Bu haqda mən yalnız avtomobilin saxlanması barədə məlumat gəldikdən sonra bilmişdir və dərhal etibarnaməni ləğv etdirmişdir. Onun mövqeyi odur ki. o Anar Şabanov. o da DYP getsin başqa vasitələrlə məhdudiyyət tətbiq edərək cərimənin ödənişini təmin etsin. Onun maşını cərimə edilməyib, cərimə sürücü barəsində tətbiq edilib. Onun tələbi mülkiyyətində olan avtomobilin üzərinə qoyulmuş əsassız həbsin götürülməsinə aiddir. Məhkəmə onun şikayətini təmin etməyərkən Inzibati Xətalar Məcəlləsinin normalarına istinad edilsə də məhkəmənin hüquqi mövqeyi ilə razılaşmır. Belə ki, bir şəxsin onun avtomobilini bir neçə ay idarə etməsi nəticəsində yol verdiyi inzibati xətaya görə onun mülkiyyətində olan avtomobildən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz Apellyasiya məhkəmə iclasında Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və Gəncə şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli. 3(5- 121 )-***/**** saylı qərarının ləğv edilməsi və şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş X1 Idarəsi məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası IXM-in 133.2.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini araşdıraraq və birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə əlaqəli şəkildə yoxlayaraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, IXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 48-ci maddəsində göstərilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 150.11-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməyən şəxsə onun ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi məbləğində dəbbə pulu hesablanır. Dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq edilir. Qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta törətmiş şəxsin inzibati xətanı törədərkən idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edir. Cərimə, müvafiq dəbbə pulu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqq ödənildikdən sonra saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır. Qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, barəsində inzibati tənbeh tətbiq edilən şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar qəbul edilir və cərimənin ödənilməsini təmin etmək məqsədi ilə məcburi icraya yönəldilir. Məcburi icraya yönəldilmiş inzibati tənbeh tətbiq etmə haqqında qərar könüllü icra üçün qanunla müəyyən edilmiş orqanı “Icra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məcburi icra tədbirləri görür. Həmin Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Iş materiallarından olan ##.##.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X2 ##.##.2025-ci il tarixdə, saat 12:07 radələrində idarə etdiyi “Toyota Prius” minik markalı **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə IXM-in 327.2, 329.3 və 333-1.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 600 (altı yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Iş materiallarından olan ##.##.2025-ci il tarixli, *-**-**/*-H-****** saylı cavab məktubundan görünür ki, “TOYOTA" markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin keçmiş sürücüsü tərəfindən yol hərəkəti qayda pozuntularına yol verildiyinə görə barəsində tətbiq edilmiş cərimələr qanunvericiliklə müəyyən edilmiş müddətdə ödənilmədiyindən IXM-nin 150.11-ci maddəsinə uyğun olaraq üzərinə dəbbə pulu hesablanmış və nəqliyyat vasitəsinin saxlanılması barədə qərarlar qəbul olunmuşdur.. Apellyasiya icraatı zamanı müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi tam, hərtərəfli və obyektiv araşdırma apararaq və işdə olan sənədləri tədqiq etmiş və müəyyən etmişdir ki, şikayət təmin edilməməlidir. Qüvvədə olan qanunvericiliyin normasında qeyd edilən tədbirlər görüldüyündən şikayətçinin göstərdiyi dəlillər avtomobilin üzərindən həbsin götürülməsi üçün əsas ola bilməz. Odur ki, inzibati xətalar haqqında qanunvericiliyin normalarının tələbləri pozulmamış, ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və ya qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Apellyasiya məhkəməsi belə nəticəyə gəlir ki, məhkəmə həmin sübutlara əsaslanmaqla düzgün nəticəyə gəlmiş, tam araşdırma aparmış və qanuni və əsaslı qərar qəbul etmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi işdə olan sübutları məcmu halında nəzərdən keçirərək hesab edir ki, məhkəmənin gəldiyi nəticə əsaslıdır. Qərardan şikayət verən orqan (şəxs) dəlilləri isə işdə olan sübutlarla təsdiq edilmir. IXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Ona görə də apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar