Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-223/2026 15.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Əzizov Sevindik Əziz oğlunun sədrliyi, X1 iclas katibliyi, Inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Göygöl Rayon Polis Şöbəsinin nümayəndəsi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) Vəli oğlunun iştirakları ilə Qərardan şikayət verən orqan (şəxs) Vəli oğlunun barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra IXM-nin) 322.0.2, 327.1, 327.2 və 327.3-cü maddələri ilə olan inzibati xəta haqqında iş üzrə Göygöl Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-**/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: Qərarından şikayət verilən orqan tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarla Qərardan şikayət verən orqan (şəxs) Vəli oğlu “VAZ-21074” minik markalı **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Göygöl rayonu Aydın Hacıyev 31 küçəsində ##.##.2025-ci il tarixdə saat 07:41-də IXM-nin 322.0.2, 327.2, 327.1 və 327.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs Qərardan şikayət verən orqan (şəxs) Vəli oğlu şikayət ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müaciət edərək Qərarından şikayət verilən orqan-nin ##.##.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-**/**** saylı qərarı ilə (sədrlik edən hakim L.V.Hüseynzadə) Qərardan şikayət verən orqan (şəxs) Vəli oğlunun IXM-nin 327.1, 327.2, 327.3 və 322.0.2-ci maddələri ilə təqsirli bilinərək inzibati tənbeh edilməsinə dair Qərarından şikayət verilən orqan tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, TP ******* saylı qərarından verdiyi şikayət təmin edilməmişdir. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) Vəli oğlu apellyasiya şikayəti verərək Göygöl Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-**/**** saylı qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Yol hərəkəti Qanununda nəzərdə tutulan qaydalara riayət etməklə hərəkətdə olmuşdur. ##.##.2025-ci il tarixdə saat 07:41 radələrində avtomobillə Göygöl şəhəri A.Hacıyev küçəsi ilə hərəkətdə olan zaman, Göygöl rayon PŞ-nin Yol Patrul Xidməti Inspektoru Nümayəndə ona dayanma nişanı vermişdir. O, idarə etdiyi avtomobili saxlamışdır. Bu zaman Göygöl PŞ-nin YPX-n inspektoru Nümayəndə ona özünü təqdim etmədən, uca səslə demişdir ki, “niyə avtomobili saxlamırsan”. Cavab olaraq Nümayəndə bildirmişdir ki, “saxla nişanı verdin, məndə tabe olaraq saxladım”. Əlavə olaraq bildirdi ki, “sənə protokol tərtib edəcəyəm, cəzalandıracağam”. O, Nümayəndə bildirmişdir ki, “heç bir xəta törətmədiyim halda, nə deyib mənə protokol tərtib edəcəksən”. O, kinayə ilə ona dedi ki, “get hara istəyirsən şikayət et, sənin şikayətinə heç kim baxmayacaq. Mən nə yazsam hamı onu təsdiq edəcəkdir”. Sonra ona məlum olmuşdur ki, barəsində protokol tərtib olunmuş, daha sonra qərar qəbul olunmuşdur. Bu tam ədalətsiz, qanunsuz bir qərardır. Bu həqiqətə uyğun olmayan hərtərəfli araşdırılmamış, onun maraqlarına zidd bir qərardır. Bu səbəbdən ləğv edilməlidir. Bu barədə aidiyyəti orqanlara təqdimat verilməlidir”. Apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) Vəli oğlu apellyasiya şikayətini müdafiə edib onun dəlillərinə uyğun çıxış edərək şikayətinin təmin edilməsini, Göygöl Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-**/**** saylı qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Apellyasiya baxışı zamanı Göygöl Rayon Polis Şöbəsinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərarının qanuni və ədalətli olduğunu bildirdi və şikayətin təmin edilməməsini, Göygöl Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-**/**** saylı qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə əlaqəli şəkildə araşdırıb işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, IXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. IХM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati хətaların törədilməsində təqsirli hesab edilən və inzibati хəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəхs inzibati məsuliyyətə cəlb оlunur və tənbeh edilir. IХM-nin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. IХM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. IХM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Iş materiallarında olan inzibati tənbeh vermə haqqında qərarla müəyyən edilir ki, Qərardan şikayət verən orqan (şəxs) Vəli oğlunun “VAZ-21074” minik markalı **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Göygöl rayonu Aydın Hacıyev 31 ünvanında ##.##.2025-ci il tarixdə saat 07:41-də IXM-nin 327.1, 327.2, 327.3 və 322.0.2-ci maddələrində əks olunmuş inzibati xətaları törətməsi inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər hallar xüsusi texniki vasitələrin köməyi ilə səlahiyyətli vəzifəli şəxs tərəfindən aşkar edilmiş və öz təsdiqini tapmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri formal özünü müdafiə xarakteri daşıdığından əsassız hesab edilir, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmaqla qərar qəbul etmişdir. IXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda göstərilənlərə əsasən apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, Göygöl Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-**/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. IXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Qeyd olunanlara əsasən və IXM-nin 133-136-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Qərardan şikayət verən orqan (şəxs) Vəli oğlunun barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 322.0.2, 327.1, 327.2 və 327.3-cü maddələri ilə olan inzibati xəta haqqında iş üzrə Göygöl Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-**/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## #### 2026-cı il tarixli *(*- ***)-**/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №3(3-7)-223/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-223/2026
15.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver