Məhkəmə qərarları › İş №3(3-7)-224/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-224/2026

17.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-224/2026 17.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Abdullayev Əlizamin Gülzalı oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 və Azərbaycan Respublikası DIN-in Qərarından şikayət verilən orqan-nin DYPB-nin R X1 iştirakları ilə, M Ü Ə Y Y Ə N E T D İ: Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı ilə X2 Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati tənbeh edilməsinə dair Göygöl Rayon Polis Şöbəsinin DYPB rəisi R X3 tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* saylı qərarından barəsində qərar qəbul edilmiş şəxs X2 tərəfindən verilmiş şikayətin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 apellyasiya şikayəti verərək Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- **/**** saylı qərarının ləğv edilməsini və şikayətinin təmin edilərək Göygöl Rayon Polis Şöbəsinin DYPB rəisi R X3 tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* saylı qərarının ləğv edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, O, Göygöl rayon Polis şöbəsinin TR ******* saylı ##.##.2025-ci il tarixli “X4 X10 təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında” qərardan Daşkəsən rayon məhkəməsinə şikatət ərizəsi yazılmışdır. Daşkəsən rayon məhkəməsinin *(***)-***/**** nömrəli qərarı ilə Göygöl rayon Polis şöbəsinin TR ******* saylı ##.##.2025-ci il tarixli “inzibati tənbeh vermə haqqında" qərarı ləğv edilmiş və yenidən araşdırılması üçün Göygöl rayon Polis şöbəsinə göndərilmişdir. Göygöl rayon DYPŞ-nin R cənab X1 heç bir araşdırma həyata keçirmədən yenidən, əvvəlki qərarın tarix və nömrəsini dəyişərək barəsində TR ******* saylı ##.##.2025-ci il tarixli “X4, X10 Təmin Edilməsi və s. inzibati tənbeh vermə haqqında” qərar qəbul etmişdir. O, Daşkəsən Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli qərarından Daşkəsən rayon məhkəməsinə şikayət ərizəsi ilə müraciət etsədə belə, nədənsə ona məlum olmayan səbəbdən Daşkəsən Rayon Məhkəməsinə yazmış olduğu həmin şikayət ərizəsi, Göygöl rayon məhkəməsində baxılmış və uyğun olaraq Göygöl rayon Məhkəməsi, ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qərar qəbul edərək, şikayəti təmin edilməmişdir. O, Göygöl rayon Məhkəməsinin##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qərarından narazı qaldığı üçün Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsi ##.##.2025-ci il tarixli *(***)- ***/**** saylı qərar qəbul edərək, şikayətini qismən təmin etmiş və Göygöl rayon məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qərarını ləğv edərək, inzibati xəta haqqında işin yenidən araşdırılması üçün Göygöl rayon məhkəməsinə qaytarılmasını qət etmişdir. Göygöl rayon məhkəməsi yenidən işə baxaraq ##.##.2026-cı il tarixli *(*-**)-**/**** saylı qərar qəbul etmiş və onu IXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilərək, inzibati tənbeh vermək haqqında Göygöl rayon Polis şöbəsinin DYPB rəisi R X3 tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli TP ******* saylı qərarından onun tərəfindən verilmiş şikayət təmin edilməmişdir. O, bu qərarla razı deyil. Belə ki, aşağıda qeyd etdiyi təfərrüatlardan da göründüyü kimi, işdə kifayət qədər subyektiv amillər mövcud olmuşdur. Təfərrüatların qısa xülasəsi aşağıdakı kimidir. O, ##.##.2025-ci il tarixində saat 13:30 radələrində etbarnamə ilə istifadəsində olan ** ND *** dövlət nömrə nişanlı QAZ 31105 120 markalı minik nəqliyyat vasitəsi ilə Daşkəsən rayonu istiqamətindən Gəncə şəhər istiqamətinə hərəkətdə olarkən Hunday markalı ** EN *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsində sükan arxasında əyləşmiş və Orxan kimi tanıdığı şəxs idarə etdiyi nəqliyyat vasitəsi ilə onun nəqliyyat vasitəsini vurmuş, nəqliyyat vasitəsinə ciddi zərər yetirilmişdir. Yəni, o, hərəkət zamanı manevr etdikdən sonra sol tərəfə dönüş işıqlarını yandıraraq yola çəkilmiş bütöv xəttin qırıq-qırıq olan hissəsindən, yəni dönüşə icazə verilən hissəsindən Göygöl rayonunun Yeni Qızılca kəndinə dönüş edərkən, Hunday markalı ** EN *** dövlət nömrə nişanlı nəqliyyat vəsitəsini idarə edən şəxs həm surət həddini gözləmədən, həm də bütöv xətti kobudcasına ayaqlayaraq (bütöv xət nəqliyyat vasitəsinin düz ortasında qalmışdı) ötüb keçmə əməliyyatı yerinə yetirərkən qəza törədib onun idarə etdiyi nəqliyyat vasitəsini zədələmişdir. Barəsində qəbul edilmiş TR ******* saylı ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası Konstitusiyasının 60-cı və MPM-nin 14-cü maddəsinə uyğun olaraq ləğv edilməlidir. O, Xüsusi ilə qeyd edir ki, məhkəmənin gəldiyi nəticə yanlışdır və bu yanlışlığın aradan qaldırılması üçün təqdim olunan video görüntülərə müstəqil ekspert tərəfindən baxış keçirilməli və ekspertin rəyi alınmalıdır. Eyni zamanda nəzərə alınmalıdır ki, araşdırılma həyata keçirilərkən və o, hadisənin təfərrüatlarına uyğun şəkildə izahat verərkən günahkar olmağı ilə razılaşmadı və hadisənin daha ciddi araşdırılmasını tələb etdi, lakin cənab Rın bütün bunlara məhəl qoymaması onun səmimi olmasını şübhə altına alan səbəblərdən birisi kimi dəyərləndirilməlidir. Odur ki, barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası Konstitusiyasının 60-cı və MPM-nin 14-cü maddəsinə uyğun olaraq ləğv edilməlidir. Ona görə də Göygöl Rayon Məhkəməsinin *(*-***)- **/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini, barəsində qəbul edilmiş TR ******* saylı ##.##.2026-cı il tarixli X4, X10 təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməklə, apellyasiya məhkəməsinin yekun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verdi və şikayətin təmin olunmasını xahiş etdi. Azərbaycan Respublikası DIN-in Qərarından şikayət verilən orqan-nin DYPB-nin R X1 isə Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarının qüvvədə saxlanılmasını, apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını nəzərdən keçirib aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Məhkəmə materialda olan sənədləri tam, obyektiv və hərtərəfli araşdıraraq şikayətlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Iş materiallarına əlavə olunmuş ##.##.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 idarə etdiyi “QAZ 31105 120” minik markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobillə Göygöl rayonu Yeni Qızılca kəndi ərazisində saat ##.##.2025-ci il tarixində, saat 13:30-da əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozduğuna görə Azərbaycan Respublikası IXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək, 40 manat məbləğində inzibati cərimə edilmişdir. Iş materiallarında olan ##.##.2026-cı il tarixdə qəbul edilmiş aktdan görünür ki, həmin akt ##.##.2025-ci il tarixdə Göygöl rayonu Yeni Qızılca kəndində baş vermiş YNH-nin araşdırılması məqsədi ilə vətəndaş X2 izahatının alınması üçün RPŞ-nə dəvət edilməsi, lakin vətəndaş Qərardan şikayət verən orqan (şəxs) RPŞ-də izahat verməkdən imtina etməsinə dair tərtib edilmişdir. Iş materiallarına əlavə edilmiş Şahid polis şöbəsinə verdiyi izahatından görünür ki, o, həmin izahatında ##.##.2025-ci il tarixində, saat 13:30 radələrində Göygöl rayonu Yeni Qızılca kəndi ərazisində idarə etdiyi “Hunday Satafe” markalı ** EN *** nömrəli avtomaşınla hərəkət etdiyi zaman qarşıdan gələn “QAZ 31105 120” minik markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağa manevr edərək surəti azaldaraq onun yanından keçmək istədiyi vaxt qəfil sola dönərək maşınının sağ hissəsindən vurduğunu, hadisə zamanı xəsarət alan olmadığını göstərmişdir. Iş materiallarında olan Şahid polis şöbəsinə verdiyi təkrar izahatında sonunçu göstərmişdir ki, ##.##.2025-ci il tarixində, saat 13:30 radələrində idarə etdiyi Hunday markalı **EN*** nömrəli avtomaşın ilə Göygöl rayonu Yeni Qızılca kəndi ərazisində üzü Gəncə istiqamətində hərəkətdə olub. Onun qarşısında “QAZ 31105 120” minik markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomaşın yolun sağ cinahı ilə demək olar səkiyə yaxın sürətini azaltmış vəziyyətdə hərəkət edirdi və mövcud qanunvericiliyə uyğun avtomaşın yolun sağ cinahında olduqda və sürətini azaltdıqda yolun eni kifayət qədər icazə verdikdə o həmin avtomaşının sol yanından xətti ayaqlamadan keçməyə qərara verib və o qeyd olunan avtomaşının yanına bir qədər yaxınlaşdıqda həmin maşın heç bir dönmə siqnalı yandırmadan qəfil sola manevr edib. O, hadisədən yayınmaq üçün rolu bir qədər sola çəkib, lakin hadisə qaçınılmaz olub. Birinci instansiya məhkəməsində işə baxılarkən təqdim olunmuş ##.##.2025-ci il tarixli, IXP******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 idarə etdiyi “QAZ 31105 120” minik markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobillə Göygöl rayonu Yeni Qızılca kəndi ərazisində saat ##.##.2025-ci il tarixində, saat 13:30-da əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozduğuna görə Azərbaycan Respublikası IXMnin 327.1-ci maddəsi ilə təqsirli bilinərək, 40 manat məbləğində inzibati cərimə edilmişdir. IXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 75.0-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. IXM-in 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilməsinə yol verilmir. Inzibati Xətalar Məcəlləsinin xüsusi texniki vasitələrin göstəriciləri adlanan 81-ci maddəsinəs əsasən: 81.1. Müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2-ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır. 81.2. X4, X10 təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi HYPERLINK "https://e-qanun.az/framework/57576" \l ":~:text=Prezidenti%20h%C9%99yata%20ke%C3%A7irir%3B-,1.13.,h%C9%99min%20M%C9%99c%C9%99ll%C9%99nin%2081.2" \t "_blank"orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunmalıdır. 81.3. Xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Həmin Məcəllənin 84.1 və 84.2-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Inzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar Həmin Məcəllənin 106.0.5-ci maddəsinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanması məsələsini həll edir. Həmin Məcəllənin 114.1. Inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: 114.1.1. inzibati tənbeh vermə haqqında; 114.1.2. inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında; 114.1.3. inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında; 114.1.4. inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. 114.2. Inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar aşağıdakı hallarda çıxarılır: 114.2.1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda; 114.2.2. bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə; 114.2.3. inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərildikdə; 114.2.4. bu Məcəllənin 16.2-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında iş uşaq hüquqlarının müdafiəsi üzrə komissiyaya (kollegial orqana) göndərildikdə. 114.3. Inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. 114.4. Səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərar (qərardad) ciddi hesabat sənədi olmaqla, əl ilə və ya informasiya sistemləri vasitəsilə nömrələnmiş blanklarda, o cümlədən elektron qərar səlahiyyətli orqanların informasiya sistemlərində tərtib olunur. Bu Məcəllənin 327–356-cı maddələrində nəzərdə tutulmuş X4, X10 təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalarla bağlı inzibati tənbeh vermə haqqında qərar bu Məcəllə ilə müəyyən edilmiş qaydada bort-kompüter vasitəsilə, bort-kompüter olmadıqda isə əl ilə nömrələnmiş blanklarda tərtib olunur (bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla). 114.5. Səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarın (qərardadın), o cümlədən elektron qərarın forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 115.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda aşağıdakılar göstərilir: 115.1.1. qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi; 115.1.2. işin baxılması tarixi və yeri; 115.1.3. işinə baxılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 115.1.4. işə baxılarkən müəyyən edilmiş hallar; 115.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi, inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, o cümlədən inzibati cərimənin məbləği və ödənilməsi qaydası barədə məlumat; 115.1.6. inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd; 115.1.7. iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi; 115.1.8. qərardan şikayət verilməsi müddəti və qaydası. 115.2. Inzibati xətaya görə inzibati tənbeh tətbiq etmə ilə eyni vaxtda vurulmuş maddi zərərin ödənilməsi, həmçinin inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxsə məcburi müalicənin təyin edilməsi məsələləri hakim tərəfindən həll edilir. 115.3. Inzibati xətaya görə inzibati həbs növündə inzibati tənbeh tətbiq etmə ilə eyni vaxtda narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində məcburi müalicənin tətbiqi məsələsi hakim tərəfindən həll edilir. 115.4. Inzibati xəta haqqında iş üzrə qərarda götürülmüş əşyalar və sənədlər barədə məsələlər aşağıdakı qaydada həll olunmalıdır: 115.4.1. dövriyyədən çıxarılmamış sənədlər və əşyalar onun qanuni sahibinə qaytarılmalı, qanuni sahibi müəyyən edilmədikdə isə dövlətin mülkiyyətinə verilməlidir; 115.4.2. dövriyyədən çıxarılmış əşyalar aidiyyəti dövlət orqanlarına (qurumlarına) verilməli, yaxud məhv edilməlidir; 115.4.3. maddi sübut hesab edilən sənədlər inzibati xəta haqqında işdə müəyyən edilmiş saxlama müddəti ərzində saxlanılır və ya sahibinə verilir; 115.4.4. alınmış orden, medal, döş nişanları onların qanuni sahibinə qaytarılır, qanuni sahib müəyyən edilmədikdə isə müvafiq icra hakimiyyəti orqanına göndərilir. 115.5. Inzibati xəta haqqında iş üzrə qərar onu qəbul etmiş hakim, kollegial orqanın iclasına sədrlik edən şəxs, habelə vəzifəli şəxs tərəfindən imzalanır. Hazırki inzibati tənbeh vermə haqqında çıxarılmış qərar IXM-nin tələblərinə cavab vermir. Belə ki, apellyasiya baxışında səlahiyyətli orqan tərəfindən ciddi prosessual pozuntuya yol verilərək hazırkı iş üzrə yekun nəticə olaraq eyni tarixdə iki müxtəlif qərarın qəbul edildiyi müəyyən edilmişdir (##.##.2026-cı il tarixli, TP******* saylı və ##.##.2026-cı il tarixli, IXP******* saylı qərarlar). Göstərilən qərarlardan birincisi elektron qaydada tərtib edilmiş, ikincisi isə komyuterdə icra edilməklə tərtib edilərək qərarı qəbul etmiş şəxs tərəfindən imza edilmişdir. Iş üzrə mövcud qərarların nəticə hissəsi eyni olsa da, əsaslandırma hissəsi eyni məzmunda deyildir. Göstərilən hala birinci instansiya məhkəməsi tərəfindən diqqət yetirilməyərək eyni inzibati xəta hadisəsi üzrə müxtəlif məzmunda iki qərarın qəbul edilməsinin səbəbləri araşdırılmamış və buna hüquqi qiymət verilməmişdir. Həmçinin qeyd edilməlidir ki, yuxarıda qeyd edilən normaların məzmunu baxılan hər bir inzibati xəta haqqında işin mahiyyəti üzrə vahid qərarın qəbul edilməsini ehtiva edir. Iş üzrə vahid qərarın qəbul edilməməsi həmin iş üzrə faktiki halların və sübutların yenidən araşdırılmasını zəruri edir. Hazırkı işin mahiyyəti üzrə vahid qərar qəbul edilmədiyindən bu iş üzrə faktiki hallar və sübutlar birinci instansiya məhkəməsində icraat çərçivəsində yenidən araşdırılmalı və qeyd edilən hala qanunun tələblərinə müvafiq qiymət verilməlidir. Bundan başqa, iş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs səlahiyyətli orqanın qərarından verdiyi şikayətinə səlahiyyətli orqan tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolun və həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın təsdiq olunmayan surətlərini əlavə etmiş, məhkəmə isə həmin sənədləri onların mötəbərliyi baxımından səlahiyyətli orqandan tələb edib tədqiq etməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, yuxarıda qeyd edilən halın (eyni xəta hadisəsi üzrə iki qərarın qəbul edilməsinin) araşdırılmasının zəruriliyi də nəzərə alınmaqla, ##.##.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarın qanuni və əsaslı olub-olmamasının aydınlaşdırılması baxımından həmin qərar və qərarın qəbul edilməsinə əsas olmuş inzibati xəta haqqında protokol səlahiyyətli orqandan tələb edilib tədqiq edilməli və yalnız qeyd edilən bütün hallar araşdırıldıqdan sonra səlahiyyətli orqan tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edilərək ona inzibati tənbehin tətbiq edilməsinin qanuni olub-olmamasına hüquqi qiymət verilməlidir. Işə baxılarkən nəzərə alınmalıdır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətanı törətməkdə təqsirli olması mötəbər sübutlarla sübut edilməlidir. IXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılması üçün hakimə göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməli, işə yenidən baxılarkən qərarın təsviri-əsaslandırıcı hissəsində qeyd edilən halların araşdırılması üçün zəruri tədbirlər görülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. X2 Azərbaycan Respublikası DIN–in Qərarından şikayət verilən orqan–nin DYPB rəisi R X3 tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarının ləğv edilməsinə dair şikayətinin təmin edilməməsinə dair Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı ləğv edilsin. Iş yenidən araşdırılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar