Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-225/2026 16.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Salman Bilal oğlunun sədrliyi, Abdullayev Samir Zahid oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qasımova Humay Rəşid qızının və inzibati tənbehetmə haqqında qərar qəbul etmiş Gəncə şəhər BPI-nin DYPŞ-nin baş inspektoru Məmmədəliyev Məhəmməd Elman oğlunun iştirakı ilə Qərardan şikayət verən orqan (şəxs) Rəşid qızının barəsində Inzibati Xətalar Məcəlləsinin 327.1 və 327.3-ci maddələri ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarından Gəncə şəhər Baş Polis Idarəsinin 1-ci Polis şöbəsinin DYP-nin baş inspektoru X3 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı ilə şikayətin təmin edilməsi, Qərardan şikayət verən orqan (şəxs) Rəşid qızının barəsində tərtib edilmiş Gəncə Şəhər Baş Polis Idarəsinin X2 Şöbəsi tərəfindən ##.##.2025-ci il tarixli, IXP ******* nömrəli protokol əsasında qəbul edilmiş ##.##.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və onun barəsində Inzibati Xətalar Məcəlləsinin 327.1 və 327.3-cü maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. IŞIN HALLARI: Gəncə şəhər Baş Polis Idarəsinin 1-ci Polis şöbəsinin ##.##.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Rəşid qızı idarə etdiyi “OPEL INSIGNIA” minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ## #### 2025-ci il tarixində saat 10:20-də “Gəncə şəhəri, Əziz Əliyev, 374, GPS: 40.6489343, 46.3489158” ünvanında IXM-nin 327.1 və 327.3-cü maddələrində nəzərdə tutulmuş xətaları törətməkdə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) Rəşid qızı şikayətlə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Gəncə Şəhər Baş Polis Idarəsinin X2 Şöbəsi tərəfindən ##.##.2025-ci il tarixli, IXP ******* nömrəli protokol əsasında qəbul edilmiş ##.##.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Inzibati xəta haqqında qərardan verilmiş şikayətə baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan qərarı qəbul etmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Birinci instansiya məhkəməsinin həmin qərarından Gəncə şəhər Baş Polis Idarəsinin 1-ci Polis şöbəsinin DYP-nin baş inspektoru X3 apellyasiya şikayəti verərək məhkəmənin qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ## #### 2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə barədə qərarı ləğv edən məhkəmə bir sıra maddi və prosessual hüquq pozuntularına yol vermişdir. Belə ki, birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, inzibati icraatı həyata keçirən orqana sübutların təqdim olunması təklif edilsə də, inzibati orqanın nümayəndəsi video görüntünün olmadığını bildirmişdir. Lakin qanunvericiliyin tələbinə əsasən yol patrul xidmətinin əməkdaşı tərəfindən birbaşa aşkar edilən inzibati xətalarda video görüntünün olması şərti mövcud deyil və qanunvericilikdə belə bir tələb nəzərdə tutulmamışdır. Bu tələbin nəzərdə tutulduğu məqam xüsusi texniki vasitələr ilə qeydə alınan inzibati xətalara şamil edilməkdədir. Həmçinin Qərardan şikayət verən orqan (şəxs) Rəşid qızı tərəfindən törədilən inzibati xəta ona bildirilmiş, o isə buna məhəl qoymayaraq avtomobilini sürüb getmişdir. Belə olan hallarda aşkar olunan inzibati xəta birbaşa yol patrul əməkdaşı tərəfindən aşkar edildiyindən görüntünün məcburi olması qanunvericiliklə şərtləndirilməyib. Məsələn sürücü tərəfindən qoşa xəttin kəsilməsi, avtomobildən bayıra əşya atılması, yol ayırıcına düzgün daxil olunmaması kimi inzibati xətalarda görüntü olmur və protokol birbaşa yol patrul xidmətinin əməkdaşı tərəfindən tərtib edilir. Bundan başqa, Qərardan şikayət verən orqan (şəxs) Rəşid qızının avtomobili qeyri-adekvat idarə etməsinin bir sübutu da, yaşlı qadının üzərinə maşın sürməsi olmuşdur. Bu barədə məhkəməyə sübut təqdim ediləcəkdir. Maddənin dispozitiv şərtində qeyd edilir ki, inzibati xəta hadisəsinin fotosu, həmçinin videoyazısı 3 aydan az olmayan müddətə saxlanılmalıdır. Hazırki iş üzrə isə hadisədən artıq 8 aydan artıq müddət keçmiş və bu müddət ərzində şikayətçi dəfələrlə polisə çağırılsa da, gəlməmişdr. PROSESSUAL MƏSƏLƏLƏR: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs şikayətin dəlillərini qəbul etməyərək şikayətin təmin edilməməsini xahiş etdi. Inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş vəzifəli şəxs apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: Şikayətin dəlillərini inzibati xəta haqqında işin materialları ilə əlaqəli surətdə araşdıraraq məhkəmə hesab edir ki, şikayət təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası IXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası IXM-in 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası IXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası IXM-in 76-cı maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Birinci instansiya məhkəməsinin qərarından verilmiş şikayətin dəlillərini araşdıran məhkəmə təqdim edilmiş bütün sənədləri, sübutları və materialları hərtərəfli, tam və obyektiv araşdıraraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Iş materiallarında olan sənədlərə baxış zamanı müəyyən edilmişdir ki, Gəncə şəhər X2 Şöbəsinin ##.##.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla IXM in 327.1 və 327.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası IXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Qeyd olunan Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası IXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- yüz manat məbləğində cərimə edilir Bu Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir . Iş materiallarından görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. ##.##.2025-ci il tarixli qərarda göstərilən inzibati xətanın Qərardan şikayət verən orqan (şəxs) Rəşid qızı tərəfindən törədilməsini təsdiq edən heç bir sübut göstərilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmamışdır. Məhkəmə Qərardan şikayət verən orqan (şəxs) barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verməklə düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi inzibati xəta tərkibinin yaranması üçün əsasların olmadığını tam araşdırmışdır. Bu da qanunun tələblərinin düzgün tətbiq və təfsir edilməsidir. Beləliklə, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəldiyindən, məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və IXM-in 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Gəncə şəhər Baş Polis Idarəsinin 1-ci Polis şöbəsinin DYP-nin baş inspektoru X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) Rəşid qızının barəsində Inzibati Xətalar Məcəlləsinin 327.1 və 327.3-ci maddələri ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-7)-225/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-225/2026
16.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver