Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-226/2026 04.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlkin oğlunun İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, icra sənədinə əsasən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlkin oğlundan 4400 manat məbləğində pul vəsaiti alınaraq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qərara alınmışdır. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı (hakim Xanməmmədova Liza) qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlkin oğlu İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək ona 500 (beş yüz) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İŞİN HALLARI: Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli icra sənədinə əsasən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlkin oğlundan 4400 manat məbləğində pul vəsaiti alınaraq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. ##.##.2025-ci il tarixli “İcraata başlamaq haqqında” qərar və “Tələbin könüllü icrası haqqında” bildirişin surətindən görünür ki, icra sənədi üzrə tələbi könüllü icra etməsi üçün borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlkin oğluna 10 gün vaxt verilmişdir. ##.##.2025-ci il tarixli “Borclunun axtarılması haqqında” qərardan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlkin oğlunun barəsində Azərbaycan Respublikası üzrə axtarış elan edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlkin oğlunun İcra İdarəsinə verdiyi izahatından görünür ki, o, borcunun səhətində yaranmış problemlərə görə ödəməmişdir. ##.##.2025-ci il tarixli protokoldan görünür ki, Gəncə şəhər Məhkəməsinin *(***)- ****/**** saylı, ##.##.2025-ci il tarixli icra sənədinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlkin oğlundan 4400 manat məbləğində pul vəsaiti alınaraq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlkin oğlu barəsində İXM-nin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. ##.##.2026-cı il tarixli ”Borclunun axtarışı haqqında” qərardan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlkin oğlunun barəsində axtarış elan edilmişdir. İnzibati xəta haqqında iş üzrə materiala baxan Gəncə Şəhər Məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada qərar qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Məhkəmə qərarı ilə razılaşmayan barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, səhhətində olan problemlərə və iş qüvvəsinin olmadığını nəzərə alaraq onun izahat və sübutları nəzərə alınmamış, ona görə də şikayətin təmin olunması xahiş edilir. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. İXM-nin 133.2.4-cü maddəsinə əsasən məhkəmə tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə, şikayətin dəlillərini işin materiallarına əsasən araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin olunmamalı və iş üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş materialında olan sənədləri təkrar etməyə zərurət görmədən hesab edir ki, birinci instansiya məhkəməsi düzgün və qanuni nəticəyə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsində icra məmuru Nazim Məmmədov protokolun məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs izahatında borcun tam ödənilməsini tələb etdiyini, əks halda inzibati qaydada həbs olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlini düzgün tövsif etmiş, çünki iş materialında olan icra vərəqəsi və ona əlavə edilmiş sənədlərdən, barəsində açılmış yerli axtarış işindən, eyni zamanda onun tərəfindən verilmiş izahatdan göründüyü kimi onun üzərinə müəyyən hərəkətlər üzrə öhdəliklərin yerinə yetirilməsi nəzərdə tutulsa da, o, həmin öhdəliklərin yerinə yetirilməsini müxtəlif bəhanələr gətirərək üzrsüz səbəbdən icra etməmişdir. Bununla yanaşı hazırki vəziyyətdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində ##.##.2026-cı il tarixli protokol tərtib olunan gündən ödənilməli 3600 manat puldan bugünki günədək o, heç bir ödəniş etməmişdir. “İcra haqqında” qanunun 82-ci maddəsində müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra olunmamasına görə borclunun məsuliyyətə cəlb edilməsi qaydasını müəyyən etmişdir. Birinci instansiya məhkəməsi hazırki iş üzrə əməldə İXM-nin 528.1-ci maddəsinin tərkib əlamətlərinin mövcud olması barədə düzgün nəticəyə gəlmişdir. Bununla yanaşı, məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətində göstərdiyi dəlillər formal mülahizələrdən ibarət olduğu üçün sonuncunun məsuliyyətdən yayınması kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində birinci instansiya məhkəməsi tərəfindən 500 (beş yüz) manat cərimə tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təyin edilmiş tənbeh İXM-nin 21 və 31-ci maddəsinin tələblərinə uyğundur. Yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək apellyasiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-nin 133-138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-7)-226/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-226/2026
04.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver