Məhkəmə qərarları › İş №3(3-7)-227/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-227/2026

21.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-227/2026 21.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Əliyev Nural Turab oğlunun sədrliyi, Kərimova Jalə Müseyib qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Gəncə X8 ##.##.2025-ci il tarixli, MN № ******* nömrəli Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair inzibati xəta haqqında iş üzrə Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Nüdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı (hakim R.Mustafayev) ilə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət təmin edilmiş, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Gəncə X8 ##.##.2025-ci il tarixli, MN № ******* nömrəli Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və iş üzrə icraata xitam verimişdir. IŞIN HALLARI: Işdə olan Göygöl Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərardadından (hakim Leyla Hüseynzadə) görünür ki, “xxxx” MMC barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar Icraatlar Idarəsindən daxil olmuş inzibati iş materialının geri qaytarılması qərara alınmışdır. Işdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti X9 rəisi X3 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında ## ###### 2025-ci il tarixli, MN ******* nömrəli qərardan görünür ki, “xxxx” MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası IXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində cərimə edilmişdir. Işdə olan “xxxx” MMC-nin direktoru tərəfindən imzalanmış ##.##.2025-ci il tarixli, ****/** nömrəli Xidmət Müqavilədən görünür ki, “xxxx” MMC ilə X1 arasında xidmət müqaviləsi bağlanmışdır. Işdə olan üzərində imza və möhür olmayan ##.##.2025-ci il tarixli, ****/** nömrəli Xidmət Müqavilədən görünür ki, “xxxx” MMC ilə X1 arasında xidmət müqaviləsi tərtib edilmişdir. Iş materiallarına əlavə edilmiş Wattsap yazışmalarından görünür ki, “xxxx” MMC-nin rəhbəri Qərardan şikayət verən orqan (şəxs) ilə X1 arasında xidmət müqaviləsinin bağlanılması və podrat işləri üzrə xidmətin göstərilməsi ilə bağlı yazışma aparılmaqla bağlı razılığa gəlinmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin X9 ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından, barəsində qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) məhkəməyə şikayət verərək, X5 Xidmətinin X9 ##.##.2025-ci il tarixli, MN №******* saylı qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Inzibati xəta haqqında materiala baxan Göygöl Rayon Məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada qərar qəbul edilmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI Məhkəmənin qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin hüquq Idarəsi tərəfindən aprllyasiya şikayəti verərək Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarının ləğv edilməsi və Xidmətin Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən vətəndaş Qərardan şikayət verən orqan (şəxs) haqqında qəbul edilmiş ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində olan inzibati material Göygöl rayon Prokurorluğu tərəfindən X5 Xidmətinə daxil olmuşdur. Iş materiallarına əlavə edilmiş X1 izahatında göstərmişdir ki, o, 2025-ci ilin iyun ayından iyul ayının sonlarına qədər xxxx MMC-nin Bakı və Gəncə şəhərlərində icra olunmalı işlərinin layihələrinin hazırlanması, düzəliş edilməsi işlərini onlayn qaydada görmüş, “xxxx.” MMC-nin işlərini görməsinə baxmayaraq onunla xidmət, yaxud əmək müqaviləsi bağlanmamışdır. Bundan başqa Qərardan şikayət verən orqan (şəxs) Nuralla oğlu izahatında göstərmişdir ki, X1 2025-ci ilin iyun ayının əvvəllərindən iyul ayının ortalarına kimi onunla aralarında baş tutmuş şifahi razılaşma əsasında “xxxx.” MMC-nin layihələrinə elektrik mühəndis kimi işləmiş, Rahib Şirinovla əmək, yaxud xidmət müqaviləsi bağlanmamışdır. Elektron Prokurorluq informasiya sistemi daxilində elektron sorğu modulu vasitəsilə axtarılmış əmək müqaviləsi məlumatlarına baxış keçirilməsi haqqında ##.##.2026-cı il tarixli protokolda görünür ki, X1 adına xxxx. MMC ilə əmək müqaviləsi aşkar edilməmişdir. Beləliklə Qərardan şikayət verən orqan (şəxs) təqsiri tam sübuta yetirilir. Bu sübutlar kifayət qədər mötəbər olmaqla inzibati xəta haqqında iş üzrə qərar qəbul etmək üçün əsas olduğundan, Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilən ##.##.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Odur ki, aprllyasiya şikayətinin təmin edilməsini, Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarının ləğv edilməsi və Xidmətin Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən vətəndaş Qərardan şikayət verən orqan (şəxs) haqqında qəbul edilmiş ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinə yazılı etiraz(vəsatət) verərək bildirdi ki, birinci instansiya məhkəməsinin qərarı tamamilə qanuni və əsaslıdır. Göygöl rayon Məhkəməsi iş üzrə bürün sübutları (VÖEN şəhadətnaməsi, Xidməti müqaviləsinin layihəsini, WhatsApp yazışmaları və səs qeydlərini) hərtərəfli tədqiq etmişdir. Məhkəmə təkzibedilməz şəkildə müəyyən etmişdir ki, xxxx. MMC ilə X1 arasında münasibətlər əmək münasibərləri deyil, mülki hüquq xarakterli podrat münasibətləri göstərən qeydiyyatdan keçmiş Fərdi sahibkar (VÖEN 3402422052) kimi fəaliyyət göstərmişdir. Göygöl rayon məhkəməsinin (hakim L.Hüseynzadə) hələ ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qərardadı ilə eyni faktlar üzrə inzibati xəta tərkibinin mövcudluğunu sübut edən kifayət qədər dəlillər olmadığı təsdiqlənmiş və Baş Prokurorluğun materialları geri qaytarılmışdır. Göygöl rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli yekun qərarında da xüsusi olaraq vurğulamışdır ki, DƏMX tərəfindən faktiki halları təkzib edəcək heç bir mötəbər sübut təqdim edilməmiş və qəbul etdikləri cərimə qərarı əsaslandırılmamışdır. IXM-nin 192.1-ci maddəsi ilə yalnız faktiki əmək münasibətləri mövcud olduğu halda tətbiq edilə bilər. Ortada iki sahibkarlıq subyekti (MMC və fərdi ksahibkar) arasında xidmət müqaviləsi və mülki mübahisə varsa, buna görə də cərimə tətbiq etmək qanunun kobud şəkildə pozulmasıdır. Həmçinin qeyd etdi ki, X1 ilə xidmət müqaviləsi bağlamışlar. Onların fəaliyyəti binadaxili konfiqurasiya sistemlərinin quraşdırılması, montajı və mühəndis xitmətləridir. Rahib Şirininov onlarda layihə, mühəndislik və konsaltinq xidmətləri göstərilməliydi. Sifarişçi tərəfindən təqdim olunan layihələrin analizini, detallanmasını, layihə tapşırıqlarının və hesabatların çıxarılmasından ibarətdir. Onlar işə başlayarkən 16-17 nəfər işçiləri olmuş, hazırda isə 8 nəfər işçiləri var. Rahib Şirinov kənardan mühəndis olaraq onların verdiyi sənədləri və layihələri araşdırıb detallayıb lazım olan mülkü hesabatları və digər hesabatları onlara yönləndirməliydi. Onlar onlayn olaraq məlumatları yönləndirmiş və o da baxmışdır. Whatsapp yazışmalarında da qeyd edildiyi kimi onlar 1500 manata razılaşmışlar. Bildirmişlər ki, ödənişi rəsmi edəcəklər. X2 bildirmişdir ki, ona 4000 manat ödəniş etsinlər. Onların arasında 1500 manata razılaşdıqları halda nəyə görə 4000 manat ödəməli olması barədə narazılıq olmuşdur. Sonradan onun gördüyü işlər onları qane etmədiyi üçün müqavilə bağlamamışlar. Rahib Şirinov adına olan VÖEN aktiv olmadığından ona ödənilməli olan vəsaitin rəsmi qaydada həyata keçirilməsi mümkün olmamışdır. Rahib Şirinovla aralarında olan müqavilə əmək müqaviləsi yox, iki sahibkar arasında olan podrat müqaviləsi olmuşdur. Odur ki, apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq məhkəmə iclasında Qərardan şikayət verən orqan (şəxs) izahat verərək bildirdi ki, “xxxx” MMC (sifarişçi) ilə X1 (icraçı) arasında xidmət müqaviləsi (podrat) bağlanılmışdır. Həmin müqavilə əsasında “xxxx” MMC elektrik layihələrindəki material həcmlərinin çıxarılması, elektrik hesablamalarındakı düzəlişlər və konsaltinq xidmətini sifariş verib icraçıya razılaşdırılmış xidmət haqqını ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada elektrik layihələrindəki material həcmlərinin çıxarılması, elektrik hesablamalarındakı düzəlişlər və konsaltinq xidmətini həyata keçirməyi öhdəsinə götürmüşdür. Daha sonra Rahib Şirinov xidmət haqqının verilməməsi ilə bağlı şikayət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin X9 ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə o Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində cərimə edilmişdir. Apellyasiya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış şəxslərdən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Hüquq Idarəsinin nümayəndəsi heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası IXM-in 133.2.4-cü maddəsinə əsasən məhkəmə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Hüquq Idarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR: Məhkəmə, inzibati xətaya dair işin materiallarını və şikayətin dəlillərini araşdırıb, eləcə də tərəfin çıxışını dinləyib hesab edir ki, şikayət təmin edilməməli, Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin qərarından verilmiş şikayətin dəlillərini araşdıran məhkəmə təqdim edilmiş bütün sənədləri, sübutları və materialları hərtərəfli, tam və obyektiv araşdıraraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Hazırki vəziyyətdə inzibati xəta haqqında protokolu tərtib edən və şəxsin təqsirli olmasına dair qərar qəbul edən vəzifəli şəxs sübut etməlidir ki, şəxs tərəfindən inzibati xəta hadisəsi törədilmişdir. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar aşağıdakılardır: 75.0. Inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən isə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, iş materiallarına əlavə edilmiş “xxxx” MMC-nin direktoru tərəfindən imzalanmış ##.##.2025-ci il tarixli, ****/** nömrəli Xidmət Müqaviləsindən görünür ki, “xxxx” MMC ilə X1 arasında xidmət müqaviləsi bağlanmışdır. Işdə olan üzərində imza və möhür olmayan ##.##.2025-ci il tarixli, ****/** nömrəli Xidmət Müqaviləsindən görünür ki, “xxxx” MMC ilə X1 arasında xidmət müqaviləsi tərtib edilmişdir. Iş materiallarına əlavə edilmiş Watsap yazışmalarından görünür ki, “xxxx” MMC-nin rəhbəri Qərardan şikayət verən orqan (şəxs) ilə X1 arasında xidmət müqaviləsinin bağlanılması və podrat işləri üzrə xidmətin göstərilməsi ilə bağlı yazışma aparılmaqla razılığa gəlinmişdir. Apellyasiya məhkəməsi qeyd edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tam və ətraflı araşdırma aparmadan yalnız öz subyektiv mülahizələrinə əsasən Qərardan şikayət verən orqan (şəxs) barəsində inzibati xəta haqqında qərar qəbul etmişdir. Mülahizələr isə inzibati xətalara baxılarkən sübut kimi qəbul oluna bilməz. Iş materialları ilə müəyyən edilir ki, tərəflər arasında olan münasibətlər əmək münasibətləri olmamış, xxxx” MMC ilə X1 arasında olan münasibətlər xidmət müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsinə yönəlmişdir. Odur ki, şəxsin IXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinməsi qanunsuz hüquqi nəticə kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Apellyasiya məhkəməsi yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) əməlində Azərbaycan Respublikası IXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin əlamətləri mövcud deyildir. Məhkəmə araşdırması nəticəsində Qərardan şikayət verən orqan (şəxs) tərəfindən X1 əmək müqaviləsi olmadan hər hansı işlərin yerinə yetirilməsinə cəlb etməsi sübuta yetirilmir.Vəzifəli şəxsin əməlində IXM-nin 192.1-ci maddəsinin tərkibi olması üçün əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi lazım idi. Bunun üçün isə tərəflər arasında əmək münasibəti olmalı idi. Beləliklə, birinci instansiya məhkəməsi haqlı olaraq Qərardan şikayət verən orqan (şəxs) barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə nəticəyə gəlmişdir. Yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, şikayət təmin edilməməli və Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- **/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Həmin məcəllənin 136.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest haqqında qərar qəbul edildikdən dərhal sonra elan edilir. Həmin məcəllənin 138.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası IXM-in 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şikayət təmin olunmasın. Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar