Məhkəmə qərarları › İş №3(3-7)-228/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-228/2026

10.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-228/2026 10.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, Məmmədov Elvin Israyıl oğlunun katibliyi, barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Ibrahimov Azər Vidadi oğlunun və onu nümayəndəsi X1, tələbkarın nümayəndəsi Salahov Hünbət Rza oğlunun iştirakı ilə, Ibrahimov Azər Vidadi oğlunun Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Ibrahimov Azər Vidadi oğlunun müayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Ibrahimov Azər Vidadi oğlu, Şəmkir rayon * saylı notariat ofisinin *İ-***** nömrəli ##.##.2025-ci il tarixli, icra sənədi üzrə tələbi təmin etməmişdir. Şəmkir rayon Icra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Bununla da, Ibrahimov Azər Vidadi oğlu Azərbaycan Respublikası IXM-inin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə Ibrahimov Azər Vidadi oğlu Azərbaycan Respublikası IXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilməsi, həbsetmənin əvvəli ##.##.2026-cı il tarixdən, saat 17:40-dən hesablanması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin həmin qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Ibrahimov Azər Vidadi oğlunun nümayəndəsi şikayət verərək Şəmkir rayon Məhkəməsinin ## ##### 2026-cı il -ci il tarixli *(*-***)-***/**** saylı inzibati xəta haqqında iş üzrə qərarını ləğv edərək icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. O, apellyasiya şikayətində qeyd etmişdir ki, Hüquqlarını müdafiə etdiyi Ibrahimov Azər Vidadi oğlu Şəmkir rayon Məhkəməsinin 06.04. 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı ilə Azərbaycan Respublikası IXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs olunub. Qeyd olunan qərardan aşağıda qeyd olunan səbəblərə görə narazıdır, hesab edir ki, həmin qərar ləğv olunmalıdır və iş üzrə icraata xitam verilməlidir. Hörmətli məhkəmə Məlumat üçün bildirir ki, Azər Ibrahimov icra məmurunun təqdimatı əsasında məhkəməyə çıxarılmış və məhkəmə qətnaməsini icra etmədiyi üçün cəzalandırılmışdır. Lakin işin hallarını nəzərə almamışdır. Belə ki, Azər Ibrahimovun qətnaməni icra etməyə maddi imkanları çatmamışdır. Lakin hazırda Azər Ibrahimovun qohumları tərəfindən borcluya müəyyən məbləğ ödənilmiş və borclunun hazırda ondan heç bir şikayəti yoxdur. Ibrahimov Azər Vidadi oğlu heç bir inzibati xəta törətməyib. Belə ki, borcunu bir dəfəlik ödəməyə maddi imkanı yox idi. Məhkəmə iclasında barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Ibrahimov Azər Vidadi oğlu və onun münayəndəsi X1 apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, əlavə olaraq bildirdilər ki hazırda 11 min manat ödəniş etmişdir və tələbkarın ondan şikayət və tələbi yoxdur. Odur ki, şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında tələbkar X3 nümayəndəsi Gəncə Regional Vəkil Bürosunun vəkili X2 izahatında göstərdi ki, borclu 11 min manat ödəniş etmişdir, lakin tələbkarın şikayət və tələbləri olmamasına dair ərizəsi yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə Şəmkir rayon Icra və Probasiya Şöbəsinə və zərərçəkmiş şəxsə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Apellyasiya instansiya məhkəməsi işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə əlaqəli şəkildə araşdırıb işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş, Şəmkir rayon * saylı notariat ofisi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli *İ-***** nömrəli icra qeydinə əsasən Ibrahimov Azər Vidadi oğlundan müddət üçün vaxtında ödənilməmiş 120000 manat və 25 manat məbləqidə dövlət rüsumu tələbkar X3 oğlunun xeyrinə ödənilməlidir. Iş materiallarına əlavə edilmiş, ##.##.2025-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə bərabər icra sənədi üzrə borclunun icra sənədində qeyd olunmuş ünvanına göndərilmişdir. Iş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Şəmkir rayon * saylı notariat ofisi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli *İ-***** nömrəli icra qeydi üzrə tələbi könüllü icra etməsi üçün borclu Ibrahimov Azər Vidadi oğluna 10 gün müddətində vaxt verilmişdir. Birinci insansiya məhkəməsi hesab etmişdir ki, Ibrahimov Azər Vidadi oğlunun törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini və s. halları nəzərə alaraq hesab edir ki, ona IXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir Apellyasiya məhkəməsi hesab edir ki, borclunun qərəzli olaraq tələbi icra etməməsi iş materialları ilə tam təsdiq olunur. Belə ki, onun ötən müddət ərzində tələbi icra etmək imkanının olmasına baxmayaraq, onun tələbi icra etməməsi məhkəmənin qənaətini təsdiq edir. Ona görə də məhkəmə hesab edir ki, borclu Ibrahimov Azər Vidadi oğlu icra vərəqində göstərilən icra tələbini qərəzli olaraq icra etməmişdir. Borclunun hərəkəti IXM-nin 528.1-ci maddəsinin təsiri altına düşür. IXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. IXM-nin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair ## ####### 2012-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, icra sənədini icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Inzibati tənbehlə bağlı məsələyə gəldikdə isə məhkəmə qeyd edir ki, IXM-nin 31.1 və 31.2-ci maddələrinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. IXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Işdən görünür ki, birinci instansiya məhkəməsi inzibati tənbeh təyin edərkən borclu Ibrahimov Azər Vidadi oğlunun törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, icra sənədi üzrə borclu tərəfindən edilməli hərəkətin xüsusiyyətini, tələbkarın şikayətçi olmasını və işin sair hallarını nəzərə alaraq həbs növündə inzibati tənbeh tətbiq etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur, məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən şikayət təmin olunmamalı, barəsində şikayət verilən həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. IXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 133-136-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDI: Ibrahimov Azər Vidadi oğlunun Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin münayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir. Hakim: Faiq Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar