Məhkəmə qərarları › İş №3(3-7)-229/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-229/2026

20.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-229/2026 20.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Əzizov Sevindik Əziz oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)- ***/**** saylı qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə Şəhəri Üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün ##.##.2026-cı il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. ##.##.2026-cı il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tələbi könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə cəlb edilməsi barədə xəbərdarlıq təqdim edilmişdir. Borclu ##.##.2026-cı il tarixli izahatında hissə-hissə ödəniş edəcəyini bildirmişdir. Belə ki, icra sənədi üzrə borc 37350 manat təşkil edir. Göstərilənlərə əsasən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı ilə (sədrlik edən hakim M.V.Həsənli) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXMnin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Həmin qərardan barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verərək Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı inzibati xəta haqqında qərarının ləğv edilməsini, işin icraatına xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, “O, məhkəmə qətnaməsinin Azərbaycan Respublikası adından çıxarılmasını, onun icrasının məcburi olmasını və həmçinin, qətnamənin qərəzli olaraq icra etməməyə görə məsuliyyətin olmasını yaxşı dərk edir. Lakin, bildirir ki, maddi vəziyyəti çox pisdir, heç bir yerdə işləmir. Heç bir əmlakı yoxdur. Bu səbəbdən məhkəmə qətnaməsi ilə müəyyən edilmiş məbləğin birdəfəlik ödəməyə maddi imkanı yoxdur. Bu çox acınacaqlı haldır. Ancaq buna baxmayaraq, borcunu hissə-hissə ödəyir. Bu günə qədər tələbkara 2500 manat ödəniş etmişdir. Qeyd olunanlara baxmayaraq, işə baxan məhkəmə bu halları nəzərə almamış, onun icra məmurunun tələblərinə əməl etmədiyi kimi vəziyyəti qiymətləndirmiş və nəticədə barəsində inzibati tənbeh tətbiq etmişdir. O bununla heç bir halda razılaşmır. Çünki, yuxarıda qeyd etdiyi kimi, tələbkara hissə-hissə ödəniş edir. İcra məmurunun qanuni tələblərinə daim əməl etmiş, çağırışlardan yayınmamış və ödəniş etmişdir”. Apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətini müdafiə edərək onun dəlillərinə uyğun çıxış etdi və şikayətin təmin edilərək Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı inzibati xəta haqqında qərarının ləğv edilməsini, işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada inzibati xəta haqqında protokol tərtib etmiş icra məmuruna və zərərçəkmiş şəxsə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə icra məmurunun və zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə əlaqəli şəkildə araşdırıb işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İХM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati хətaların törədilməsində təqsirli hesab edilən və inzibati хəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəхs inzibati məsuliyyətə cəlb оlunur və tənbeh edilir. İХM-nin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İХM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İХM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə görə, fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İXM-nin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair # ####### 2012-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, icra sənədini icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Beləliklə, qərəzliliyin ümumi əlamətləri ondan ibarətdir ki, təqsirkara məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmənin qətnaməsini icra edilmir və s. Belə hallarda İXM-nin 528.1-ci maddəsində təsvir olunan qərəzlilikdən söhbət gedə bilər. İş materiallarında olan: Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli icra vərəqəsindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ödənilməmiş əsas borcun əvəzi qismində 38850 (otuz səkkiz min səkkiz yüz əlli) manat məbləğində pul vəsaitinin Zərərçəkmiş şəxs xeyrinə tutulması qət edilmişdir. ##.##.2025-ci il tarixli “icraata başlamaq” haqqında qərardan görünür ki, icra sənədi üzrə icraata başlanılması və borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədində göstərilən tələbi 10 gün müddətində könüllü təmin etməsi üçün bildiriş göndərilməsi qərara alınmışdır. ##.##.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Gəncə Şəhər Məhkəməsinin *(***)- ****/**** nömrəli, ##.##.2025-ci il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmiş, həmin bildiriş borclu tərəfindən ##.##.2025-ci il tarixdə imza edilməklə qəbul olunmuşdur. ##.##.2026-cı il tarixli xəbərdarlığın surətindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025ci il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etmədiyi təqdirdə məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmiş, həmin xəbərdarlıq borclu tərəfindən ##.##.2026-cı il tarixdə imza edilməklə qəbul olunmuşdur. Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsinin hissəhissə icra edilməsi barədə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs xahişi təmin edilməmişdir. Borclu İdarədə verdiyi ##.##.2026-cı il tarixli izahatında bildirmişdir ki, icra sənədindən xəbərdardır, icra sənədi üzrə tələbi icra etməməsinin səbəbi işsiz olması, heç bir gəlirinin və adına heç bir əmlakın olmamasıdır. İcra sənədi üzrə bir dəfə 1000 manat, bir dəfə də 500 manat ödəmişdir. Borcunu hissə-hissə ödəyə bilər. Adına rəsmiləşdirilmiş daşınar və ya daşınmaz əmlak yoxdur. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, borclu tərəfindən tələbkara ##.##.2026-cı il tarixdə 1000 manat, ##.##.2026-cı il tarixdə 500 manat və ##.##.2026-cı il tarixdə 1000 manat məbləğində ödəniş edilmişdir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məlumat vərəqindən görünür ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Borclu məhkəməyə verdiyi ##.##.2026-cı il tarixli ərizəsində qeyd etmişdir ki, tələbkara olan 37350 manat borcundan ## #### 2026-cı il tarixədək ödəmək niyyətindədir. Borcundan 1000 manat ödəniş edə bilməyi üçün ona vaxt verilməsini xahiş etmiş, ödəməyəcəyi təqdirdə ən ağır cəzaya razıdır. Həmçinin birinci instansiya məhkəməsində iştirak etmiş icra məmuru – Gəncə şəhəri üzrə İcra İdarəsinin nümayəndəsi vəzifəli şəxs1 İdris qızı izahatında bildirmişdir ki, zərərçəkmiş şəxsin izahatında onun barəsində qeyd etdikləri böhtan xarakteri daşıyır, belə ki, icra sənədi keçən ilin dekabr ayının 3-də İdarənin icraatına daxil olmuşdur, cəmi 3 aydır ki, iş icraatındadır. O, tələbkarı İdarəyə dəvət etmiş və onun tələbin ödənilməsi ilə bağlı fikrini öyrənmişdir, tələbkar ona borcun bütövlükdə ödənilməsini tələb etdiyini bildirmişdir. Bundan sonra borclu İdarəyə dəvət edilmiş və tələbkarın fikri ona bildirilmişdir. Borcluya tələbin könüllü icrası üçün 10 gün müddətində vaxt verilmişdir. Bu müddət ərzində borclu icra sənədinin hissə-hissə ödənilməsi ilə bağlı məhkəməyə ərizə vermiş, lakin ərizəsi təmin edilməmişdir. Borclunun ərizəsinə məhkəmədə baxılan vaxt icra işini dayandırmamış və borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etmişdir, həmin təqdimat təmin edilməklə borclunun ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Borclu İdarəyə dəvət edilmiş, onun izahatı alınmış və borclu tərəfindən icra sənədi üzrə müəyyən ödənişlər edilmişdir. İcra məmuru ona verilən suallara cavab olaraq bildirmişdir ki, icra sənədi üzrə borclu tərəfindən tələbkara ##.##.2026-cı il tarixdə 1000 manat, ##.##.2026-cı il tarixdə 500 manat və ##.##.2026-cı il tarixdə 1000 manat məbləğində ödəniş edilmişdir. Borclunun icra sənədi üzrə borcu hazırda 36350 manat təşkil edir. Sonda qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Birinci instansiya məhkəməsində iştirak etmiş barəsində inzibati xəta haqqında icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında bildirmişdir ki, borcun ödənilməsindən heç vaxt yayınmamış, tələbkar ilə dəfələrlə razılığa gəlməyə cəhd etsə də, aralarında heç bir barışıq əldə olunmamışdır. İcra məmurunun çağırışlarına vaxtlı-vaxtında getmiş, həmçinin telefon zənglərinə hər zaman cavab vermişdir. İcra məmuru hər dəfə ona zəng edərək borcunu ödəməyəcəyi təqdirdə cinayət məsuliyyətinə cəlb edəcəyini izah edir. Hər ay borcunu hissə-hissə ödəməyə hazırdır, özü işləmir, bir azyaşlı övladı var, həyat yoldaşı Rusiya Federasiyasının Voronej vilayətində fəhlə işləyir. Adına rəsmiləşdirilmiş daşınar və ya daşınmaz əmlak yoxdur. Dəfələrlə intihar etməyə cəhd etmişdir. Hazırda icra sənədi üzrə ondan tələb olunan pul özündə deyil, tanışı olan şəxslərdədir, bununla bağlı prokurorluğa müraciət etmişdir. Ölkədən getmək hüququ məhdudlaşdırılsa da, onun heç xarici pasportu yoxdur. İcra sənədi üzrə borcu hazırda 36350 manat təşkil edir. Sonda borcun hissə-hissə ödənilməsinə şərait yaradılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində iştirak etmiş zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs onu maddi cəhətdən ziyana salmışdır, belə ki, aralarında qızıl alqı-satqısı məsələsi olmuş, 2024-cü ildə qızılın qramının dəyəri 80-85 manat olsa da, hazırda qızılın qramının dəyəri 220 manatdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs heç vaxt onunla barışığa cəhd etməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədi üzrə borcun hissə-hissə ödənilməsi üçün məhkəməyə müraciət etsə də, onun ərizəsi təmin edilməmişdir. # ###### 2025-ci il tarixdən bəri işi Gəncə Şəhəri Üzrə İcra İdarəsinin icraatındadır. İcra məmuru borcun tələb edilməsi istiqamətində tədbirlər görməmiş, sadəcə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs xəstə olduğunu bildirərək qəsdən onu yubatmağa çalışmışdır. Dəfələrlə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs borcun hissə-hissə ödənilməsi üçün təkliflər etsə də, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs onunla barışığa cəhd etmədiyi və onun təklifinə müsbət münasibət göstərmədiyi üçün hazırda borcunun bütövlükdə və birdəfəlik formada ödənilməsini xahiş etmişdir. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, icra sənədi üzrə borclu tərəfindən ona ##.##.2026-cı il tarixdə 1000 manat, ##.##.2026-cı il tarixdə 500 manat və ##.##.2026-cı il tarixdə 1000 manat məbləğində ödəniş edilmişdir. Borclunun icra sənədi üzrə borcu hazırda 36350 manat təşkil edir, borclu istəsə borcunu bütövlükdə ödəyə bilər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə tədqiq edilmiş materiallar, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatları ilə sübuta yetirilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Bununla da, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs borc məbləğinin icra sənədində göstərildiyi qaydada ödənilməsini təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra qeydinin icrasına səhlənkar yanaşmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında icra sənədi ilə qeyd edilmiş borcu ödəyəcəyini bildirmişdir ki, bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan icra məmurunun tələblərinə vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Apellyasiya instansiya məhkəməsi də hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materiallarında olan mötəbər sübutlarla təsdiq olunur. Odur ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin maddə ilə təqsirli bilməkdə düzgün nəticəyə gəlmişdir. Həmçinin qeyd edilməlidir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədi üzrə borcundan hissə-hissə ödənişlər edə biləcəyini bildirsə də, iş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs xahişi təmin edilməmişdir. İnzibati tənbehlə bağlı məsələyə gəldikdə isə məhkəmə qeyd edir ki, İXM-nin 31.1 və 31.2ci maddələrinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İşdən görünür ki, birinci instansiya məhkəməsi cərimə təyin edərkən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən hal kimi əməlini etiraf etməsini, məhkəmə iclasında icra məmurunun borclunun mütəmadi olaraq icra məmurunun çağırışlarına gəlməsini bildirməsini və ödənişlərə davam edəcəyini bildirməsini, həmçinin məhkəmə iclası ərəfəsində icra sənədi üzrə 1000 manat məbləğində ödəniş etməsini məsuliyyətini yüngülləşdirən hallar kimi və məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə almışdır. Belə olan halda, məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur, məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən şikayət təmin olunmamalı, barəsində şikayət verilən həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda göstərilənlərə əsasən apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti əsassızdır və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Qeyd olunanlara əsasən və İXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apelyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## #### 2026-cı il tarixli *(*- ***)-***/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar