Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-230/2026 01.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakim Hüseynov Salman Bilal oğlunun sədrliyi, Abdullayev Samir Zahid oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi nümayəndə1 və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin nümayəndəsi nümayəndə2 iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 266.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Xankəndi Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarından * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin rəis əvəzi Oqtay Şahmurov tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, MÜƏYYƏN ETDI: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC (VÖEN:**********) barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 266.1 maddəsi ilə ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Xankəndi Şəhər Məhkəməsinə göndərilmişdir. Xankəndi Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-**/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 266.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin həmin qərarından * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin rəis əvəzi Oqtay Şahmurov apellyasiya şikayəti verərək məhkəmənin qərarını ləğv edərək * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-in barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 266.1-ci maddəsi ilə tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN ****** nömrəli protokola əsasən yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin əməkdaşları X1 və X2 şəhəri Kərkicahan qəsəbəsi ərazisinə baxış keçirilən zaman uzun müddət yığılıb qalmış tullantılar aşkar etmişlər. Həmin ərazidə olan insanlarla sorğu aparılmış və onların deməsindən müəyyən olunmuşdur ki, həmin tullantılar Kərkicahan qəsəbəsi ərazisində təmir-bərpa işlərini aparan "xxxx MMC-nin əməkdaşları tərəfindən atılaraq toplanmışdır. Ona görə də Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 266.1-ci maddəsi ilə ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, eləcə də, həmin tarixli ***** nömrəli akt tərtib edilmiş və ərazinin fotoşəkilləri çəkilmişdir. Xankəndi Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı əsassız, qanuna zidd və qeyri obyektivdir. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il ## ##### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş, şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi qaydalarının 4.1-ci bəndində göstərilmişdir ki, tullantıların tutumlarda müvəqqəti saxlanılması zamanı onların çürüməsinə yol verilməməlidir. Buna görə də tullantılar bir gündən çox qalmamalı, yəni hər gün daşınmalıdır. Məhkəməyə təqdim edilmiş, "xxxx" ASC və "xxxx" MMC arasında bağlanmış ## ###### 2026-cı il tarixli ********** nömrəli və Xocalı TBT Poliqonun 2026-cı il fevral ayını əks etdirən tullantıların qeydiyyat vərəqlərinin surətlərində öz təsdiqini tapmışdır. Belə ki, qeydiyyat kitabının surətlərindən görünür ki, hüquqi şəxs tərəfindən fevral ayı üzrə mütəmadi, yəni ##.##.2026-cı il, ##.##.2026-cı il, ##.##.2026-cı il, ##.##.2026-cı il, ##.##.2026-cı il, ##.##.2026-cı il, ##.##.2026-cı il, ##.##.2026-cı il, ##.##.2026-cı il, ci il, ##.##.2026-cı il və ##.##.2026-cı il tarixlərdə günün müxtəlif vaxtlarında "söküntü" tərkibli tullantıları Xocalı TBT Poliqonuna təhvil vermişdir. Göründüyü kimi, ##.##.2026-cı il və ##.##.2026-cı il tarixlərdə günün müxtəlif vaxtlarda "söküntü" tərkibli tullantıları Xocalı TВТ Poliqonuna təhvil verilmişdir. Yəni 5 (beş) iş günündə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2005-ci il tarixli ** nömrəli qərarının tələbi pozularaq "söküntü tərkibli tullantıları Xocalı TBT Poliqonuna təhvil verilməmişdir. Ona görə də ##.##.2026-cı il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 266.1-ci maddəsi ilə MN ******* nömrəli protokol tərtib edilmiş, qərar qəbul edilməsi üçün Xankəndi şəhər məhkəməsinə göndərilmişdir. Göründüyü kimi hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2005-ci il tarixli ** nömrəli qərarın tələblərinə ümumiyyətlə əməl etməmişdir. Xankəndi şəhər Məhkəməsi işə bir tərəfli yanaşmış, yuxarıda qeyd edilənləri nəzərə almadan əsassız və qanunsuz qərar qəbul etmişdir. Apellyasiya məhkəməsinin iclasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin nümayəndəsi apellyasiya şikayətini müdafiə etdi və şikayətin təmin edilməsini, qərarın ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 266.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Apellyasiya instansiyasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi şikayətə etiraz etdi və təmin edilməməsini xahiş etdi. Məhkəmə şikayətin dəlillərini inzibati xəta haqqında materiallarla birlikdə araşdıraraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. IXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. IXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. IXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən isə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. IXM-nin 266.1-ci maddəsinə əsasən şəhər və digər yaşayış məntəqələri, meşə-park, kurort, müalicə-sağlamlıq, turizm və rekreasiya zonalarının ərazisində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, yaxud içməli su təchizatı və təsərrüfat-məişət ehtiyacları üçün istifadə olunan yeraltı su obyektlərinin sututar sahələrində və ya faydalı qazıntı yataqlarının olduğu yerlərin çirklənməsinə, yaxud yeraltı işlərin aparılmasına təhlükə yarandığı hallarda faydalı qazıntı laylarının olduğu və yeraltı işlərin aparıldığı yerlərdə tullantıların basdırılmasına görə fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə şikayətin dəlillərini inzibati xəta haqqında işin materialları ilə əlaqəli surətdə araşdıraraq, qeyd olunan izahatları dinləyərək məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Xankəndi Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə, iş materiallarında olan inzibati xəta haqqında protokolla və protokola əlavə edilmiş sənədlərlə tanış olub, sübutları qiymətləndirərkən hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-in IXM-in 266.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilmir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq göstərmişdir ki, iş materialları və proses iştirakçılarının ifadələrinə əsasən müəyyən olunmuşdur ki, traktor təmir olunan evlərin həyətinə daxil ola bilmədiyinə görə yaranan zibil küçəyə çıxarılır və oradan yük avtomobillərinə yığılaraq hər gün Xocalı şəhərində yerləşən poliqona daşınır. Belə ki, qeydiyyat kitabına əsasən hüquqi şəxs tərəfindən fevral ayı üzrə mütamadi, olaraq “söküntü” tərkibli tullantıların Xocalı TBT Poliqonuna təhvil verilməsi və evlərin təmir və bərpası zamanı yaranmış “söküntü” tərkibli tullantıları təhvil verərək onlara ayrılmış ərazinin çirklənməsinə yol verilmədiyi müəyyən olunmuşdur. Həmçinin iş materiallarında olan digər fotoşəkillərdə əks olunan küçənin sonunda, köhnə yarım tikilinin yanında və evlərin qarşısı olmayan ərazidə olan zibil tullatılarına münasibətdə isə həmin tullantıların məhz Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən yığılmasını və ya atılmasını təsdiq edən hər hansı mötəbər sübut inzibati xəta haqqında protokol tərtib edən orqan tərəfindən Məhkəməyə təqdim edilməmişdir. Odur ki, şikayətin dəlilləri tam əsassız olmaqla hər hansı bir sübutla təsdiq olunmur və apellyasiya instansiya məhkəməsinə hər hansı əlavə sübut təqdim edilməmişdir. Şikayətin dəlilləri məhkəmənin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas deyildir. Beləliklə, məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmamışdır. Birinci instansiya məhkəməsi törədilən inzibati xətanı törədilib-törədilməməsini, inzibati xəta tərkibinin yaranması üçün əsasları araşdırmışdır. Bu da qanunun tələblərinin düzgün tətbiq və təfsir edilməsidir. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşır və hesab edir ki, şikayət təmin edilməməli və məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və IXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDI: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 266.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Xankəndi Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №3(3-7)-230/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-230/2026
01.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver