Məhkəmə qərarları › İş №3(3-7)-231/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-231/2026

12.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-231/2026 12.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) etibarnamə üzrə nümayəndəsi (vəkil) nümayəndə3 Müşafiq oğlunun, Azərbaycan Respublikası ETSN * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Ətraf mühitin Mühafizəsinə Nəzarət və Ekoloji Monitorinq sektorunun məsləhətçisimüfəttişi nümayəndə1 və hüquq məsləhətçisi İsmayılov Vüqar Mehman oğlunun iştirakları ilə Qərardan şikayət verən orqan (şəxs) İXM-nin 253.3.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair verdiyi şikayətin təmin edilməməsinə dair Ağstafa Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: ## ###### 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan və ## ###### 2025-ci il tarixli MN******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Ağstafa SMSİİ-nin rəhbəri tərəfindən Ağstafa rayonu, Poylu qəsəbəsi ərazisindən keçən su arxının mühafizə zolağında olan 1 (bir) ədəd yemişan ağacının məhv etdirmiş, ona görə də Qərardan şikayət verən orqan (şəxs) İXM-nin 253.3.3-cü maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb olunmuşdiur. Ağstafa Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərarı (hakim Mürsəlova Heyran) ilə şikayət təmin edilməmiş, Qərarından şikayət verilən orqan * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən ## ###### 2025-ci il tarixli MN № ******* saylı İnzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARI: Ağstafa SMSİİ-nin ##.##.2025-ci il tarixli məktubundan görünür ki, suvarma arx və kanallarda aparılan cari təmir planına əsasən 2025-ci ilin noyabr ayında Poylu qəsəbəsində kənd təsərərrüfatı bitkilərinin suvarılmasında su itkisinin azaldılması və suvarmanın yaxşılaşdırılması məqsədilə “st.Poylu-1-1-1-1-1-1 arxında cari təmir işləri (lildən və kol-kosdan təmizlənməsi) aparılarkən arxın məcrasında bitmiş və təmizləmə işlərinə maneəçilik yaradan yaşıllıqlar götürülmüşdür”. Vətəndaşın müraciətində göstərdiyi ağaclardan 2 ədədi quruyaraq özü yıxılan ağaclar olmuşdur. Bir ədəd yemeşan ağacı isə bilavasitə arxın içərisində olmaqla suyun axarına maneçilik törötməsi səbəbindən ləğv edilmişdir. Həmin arx Ağstafa SMSİİ-nin balansındadır. ##.##.2025-ci il tarixli məktubun surətindən görünür ki, Ağstafa rayonu Poylu qəsəbə sakini Aslanov Ramil Rəhim oğlu Qərarından şikayət verilən orqan “Qaynar xətt” xidmətinə ünvanladığı müraciətində “Qapasının qabağında olan ağacların kəsilməsini“ bildirmiş, həmin müraciət əsasında araşdırılma aparılmış və məlum olmuşdur ki, Ağstafa SMSİİ-nin rəhbəri Qərardan şikayət verən orqan (şəxs) göstərişi əsasında tərəfindən Poylu qəsəbəsi ərazisindən keçən su arxının mühafizə zolağında olan 1 (bir) ədəd yemişan ağacı kəsilməsi faktı aşkar olunmuş və təbiətə 300 (üç yüz) manat məbləğində ziyan vurulduğu müəyyən olunmuşdur. Təqdim edilmiş fotoşəkillərdən görünür ki, su arxının kənarında ağac kəsikləri var. İnzibati xəta haqqında materiala baxan Ağstafa Rayon Məhkəməsi yuxarıda qeyd olunan qərarı qəbul etmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Həmin qərarla razılaşmayan barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) nümayəndəsi (vəkil) nümayəndə3 apellyasiya şikayəti verərək Ağstafa Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, kəsilmiş ağac mühafizə zolağında su axınına maneə törədirdi və maneələrin aradan qaldırılması qanunauyğun xidməti fəaliyyət olub. Bu hərəkət Azərbaycan Respublikası Prezidentin ##.##.2024-cü il tarixli fərmanına və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısına, mühafizə zonalarının ölçüləri, sərhədləri istifadəsi qaydalarına və hidromeliorasiya təhlükəsizliyi tələblərinə uyğun olaraq həyata keçirilib. Ətraf mühitə zərər vurulması sübuta yetirilməyib, çünki ağacın mühafizə statusu, ziyanın hesablanması, ekspert rəyi protokolda yoxdur. İnzibati məsuliyyət yanlış subyektə tətbiq olunub. Belə ki, xidməti fəaliyyəti nəticəsində yaranan məsuliyyət (əgər yaranırsa) Qərardan şikayət verən orqan (şəxs) aid olunmamalıdır. Vətəndaş qaynar xətt xidmətinə şikayət etməzdən əvvəl, yəni ağacı kanalın mühafizə zolağına deyil öz həyətyanı torpaq sahəsinə əkilməsini bilməli idi. Qeyd edilənləri nəzərə alaraq şikayətin təmin edilməsi xahiş edilir. PROSESSUAL MƏSƏSƏLƏR: Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) nümayəndəsi (vəkil) nümayəndə3 şikayətin dəlillərini müdafiə edərək şikayətin məzmununa uyğun çıxış etdi və şikayətin təmin olunmasını xahiş etdi. Əlavə olaraq o, göstərdi ki, Qərardan şikayət verən orqan (şəxs) Ağstafa rayonu, Poylu qəsəbəsindən keçən su kanalının mühafizə zolağında yerləşən 1 ədəd yemişan ağacının kəsdirməsinin səbəbi həmin kanalda su axının düzgün olması üçün etmişdir. O, heç bir qanunsuz hərəkət etməmiş və dövlətin ona verdiyi səlahiyyətlərdən istifadə etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati orqanın nümayəndələri nümayəndə1 və Vüqar İsmayılov şikayətin dəlillərinə etiraz edərək şikayətin əsassız olduğunu və təmin olunmamasını xahiş etdilər. Əlavə olaraq onlar göstərdilər ki, yaşıllıqların qorunması Azərbaycan Respublikasının qanunları ilə qorunur və onların kəsilməsi və ya məhv edilməsinə qanun çərçivəsində yol verilir. nümayəndə3 izahatından da görünür ki, Qərardan şikayət verən orqan (şəxs) həqiqətən Ağstafa rayonu, Poylu qəsəbəsindən keçən su kanalının mühafizə zolağında yerləşən 1 (bir) ədəd yemişan ağacını kəsdirmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya məhkəməsi iş materiallarını nəzərdən keçirib və tərəflərin izahatlarına nəzərə alıb hesab edir ki, iş üzrə obyektiv qərar qəbul etmək məqsədi ilə apellyasiya şikayət qismən təmin edilməli, Ağstafa Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ləğv edilməli və inzibati xəta üzrə yenidən araşdırma aparılması üçün materiallar həmin məhkəməyə göndərilməlidir. Belə ki, iş materialına əlavə olunmuş sənədlərdən və izahatlardan göründüyü kimi inzibati xəta hadisəsinin baş verməsinin sübuta yetirilməsi istiqamətində lazımi araşdırma və zəruri xüsusatlar müəyyən edilməmiş, ona görə də inzibati xəta hadisənin baş verməsi mötəbər sübutlarla öz təsdiqini hazırki vəziyyətdə tapmamış, ona görə də məhkəmə aşağıda göstərilən araşdırılmalı olan halları qeyd etməyi zəruri hesab edir: 1.Su kanalının təyinatı müəyyən olunmalı. 2.Məhv edilmiş 1 (bir) ədəd yemişan ağacının arxın hansı hissəsində yerləşməsi müəyyən olunmalı. 3.Kəsilmiş 1 (bir) ədəd yemişan ağacının suyun axıdılmasına mane olub-olmaması ayındlaşdırılmalı. 4.Ağacın məhv edilməsi barədə məlumat verən şəxs Aslanov Ramil Rəhim oğlunun izahatı alınmalı. 5.Kəsilmiş ağacın növü və yaşı barədə mütəxəssis rəyi alınmalıdır. 6.Hadisə yerinə baxış keçirilib protokol tərtib olunmalıdır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclası zamanı təqdim edilmiş fotoşəkillərdə su arxının kənarında kəsilmiş ağac kəsiyi görünsə də belə hazırki vəziyyətdə həmin hadisənin İXM-nin 253.3.3-cü maddəsinin tərkibini yaradıb-yaratmaması araşdırılmalı xüsusatlarla öz təsdiqini tapmalıdır. Qeyd edilən xüsusatlar araşdırıldıqdan sonra şəxsin əməlinə obyektiv hüquqi qiymət verilə bilər. İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılması üçün hakimə göndərilməsi haqqında qərar qəbul edilir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Ağstafa Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməli, işə yenidən baxılarkən qərarın təsviri-əsaslandırıcı hissəsində qeyd edilən halların araşdırılması üçün zəruri tədbirlər görülməlidir. Qeyd edilənlərə əsasən və İXM-in 133-136, 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) etibarnamə üzrə nümayəndəsi (vəkil) nümayəndə3 Müşafiq oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağstafa Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərarı ləğv edilsin. İş yenidən araşdırılması üçün Ağstafa Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar