Məhkəmə qərarları › İş №3(3-7)-233/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-233/2026

16.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-233/2026 16.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsi hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, Məmmədov Elvin Israyıl oğlunun katibliyi ilə, Dibirov Fərid Yusif oğlunun barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə olan inzibati tənbehvermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasına dair Şuşa Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarından F.Dibirov tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Dibirov Fərid Yusif oğlu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Qarabağ regional şöbəsinin məsləhətçi əmək müfəttişi X1 tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol əsasında onun barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə çıxarılmış ##.##.2025-ci il tarixli, MN № ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan şikayətlə məhkəməyə müraciət edərək, qərarda müəyyən edilmiş 30 günlük müddətdə hüquqpozmanın aradan qaldırıldığını nəzərə alaraq, 700 manat məbləğində şərti tətbiq edilmiş inzibati cərimənin qüvvədən düşmüş hesab edilməsi və ya cavabdeh orqana həmin qərarın qəbul edilməsi barədə göstəriş verilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, ## ###### 2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Qarabağ regional şöbəsinin rəisi X5 tərəfindən MN № ******** saylı qərar qəbul edilmişdir. Qərara əsasən o, Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 700 manat məbləğində şərti tətbiq edilən inzibati cərimə edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30 gün müddət müəyyən olunmuşdur. Həmin Qərarda və Qərarın əsaslandığı materiallarda (## ###### 2025-ci il tarixli ******* saylı protokol və digər materiallar) işçi X6 iş vaxtından artıq işlərə cəlb edilməsi və uçotunun aparılmaması, həmçinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 165-ci maddəsində nəzərdə tutulan qaydada ödənişin edilməməsi iddia edilmişdir. Halbuki, işçi ilə MMC arasında əmək münasibətləri ##.##.2023-cü il tarixindən yaranmış, əmək müqaviləsinə əsasən işçi cəmlənmiş iş vaxtı uçotu ilə çalışmış, uçot dövrü illik müəyyən edilmiş və iş rejimi əvvəlcədən təsdiq edilmiş iş qrafikiəri əsasında təşkil olunmuşdur. Cəmlənmiş uçot tətbiq edildiyi hallarda iş vaxtı norması və bölgüsü uçot dövrü üzrə norma ilə tənzimlənir. Bu səbəbdən "iş vaxtından artıq iş" faktı uçot dövrü bitdikdən sonra norma ilə faktiki işlənmiş saatların müqayisəsi əsasında müəyyən edilə bilən Işçi ilə bağlı uçot MMCdə illik istehsalat teqvım üzrə norma əsasında aparılmış və normanın balanslaşdırılması qrafiklə təmin ediləcək şəkildə planlaşdırılmışdır. Lakin işçinin əmək müqaviləsinə ##.##.2025-ci il tarixində xitam verildiyi üçün uçot ili tamamlanmamış, ilin qalan hissəsində saatların balanslaşdırılması obyektiv olaraq mümkün olmamış və xitam tarixinə yekun hesablamaya əsasən 52 saat artıq saat fərqi yaranmışdır. Həmin 52 saat üzrə işçiyə Əmək Məcəlləsinin 165-ci maddəsinin tələblərinə uyğun olaraq saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğində əmək haqqı ödənilmiş, yekun hesablaşma tam aparılmış və işçiyə 1563 (min beş yüz altmış üç) manat 48 qəpik ödənilmişdir. Bununla da işçi artıq saata görə ödənişdən məhrum edilməmiş, işəgötürənin kompensasiya öhdəliyi icra edilmişdir. Bundan əlavə, MN № ******* saylı qərarda göstərilən "hüquqpozmanın aradan qaldırılması" tələbinin icrası məqsədilə onun tərəfimdən müvafiq addımlar atılmış, pozuntunun aradan qaldırılması ilə bağlı hesab edilən tədbirlər görülmüş və bu barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinə IXM-in 116.4-cü maddəsinə uyğun olaraq ## ###### 2025-ci il tarixində yazılı məlumat təqdim edilmişdir. Lakin IXM-in 116.4cü maddəsinin tələbinə baxmayaraq (məlumat daxil olduqdan sonra 5 iş günü müddətində düzgünlüyün araşdırılması və nəticə barədə yazılı bildiriş göndərilməsi) cavabdeh orqan tərəfindən ona heç bir yazılı bildiriş göndərilməmişdir. Eyni zamanda, cərimə barədə məlumat ona məxsus “mygov” sistemində "aktiv" görünməkdə davam edir, bu da faktiki olaraq cərimənin qüvvədən düşməməsi təəssüratı yaradır. Beləliklə də Qərarda göstərilən tələblər faktiki icra olunmuş, lakin cavabdeh orqan tərəfindən 116.4-cü maddəyə uyğun olaraq müvafiq addımlar atılmamışdır. Hesab edir ki, DƏMX-nin Qarabağ RŞ-nin rəisi X7 ##.##.2025-ci il tarixli MN ******* saylı qərarı qanunun normalarının pozulması ilə qəbul edildiyindən əsassız və qanunsuzdur. Şuşa Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Qarabağ regional şöbəsinin rəisi X8 ##.##.2025-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətçi Dibirov Fərid Yusif oğlu tərəfindən verilmiş şikayətin təmin edilməməsi qərara alınmışdır. Məhkəmənin həmin qərarından «X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Dibirov Fərid Yusif oğlu Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası ƏƏSMN yanında X9 Xidmətinin regional şöbəsinin rəisi X8 ##.##.2025- cı il tarixli , MN N ******* saylı qərarı ilə o -X3 MMC -nin direktoru Dibirov Fərid Yusif oğlu Azərbaycan Respublikası Inzibati xətalar məcəlləsinin 192.4 -cü maddəsi ilə təqsirli bilinərək barəsində 700 manat məbləğində cərmə tətbiq edilmiş və hüquq pozmanın aradan qaldırılması üçün 30 gün müddət müəyyən olunmuşdur. Müəyyən edilmiş 30 günlük müddət ərzində qeyd olunan hüquq pozma tam aradan qaldırılmış işçiyə yaranmış 52 saat artıq işə görə Əmək məcəlləsinin 165-ci maddəsinin tələblərinə uyğun olaraq 1563 manat 48 qəpik ödənilmişdir. IXM-in 116.4- cü maddəsinin tələblərinə uyğun olaraq ## ###### 2025 ci il tarixində səlahiyyətli orqana yazılı məlumat təqdim edilmişdir. Lakin orqan tərəfindən 5 iş günü müddətində məlumatın düzgünlüyü araşdırılmamış və mənə heçbir yazılı bildiriş göndərilməmişdir. Bu səbəbdən, MY gov sistemində aktiv qalan cərimənin qüvvədən düşmüş hesab edilməsi məqsədi ilə Şuşa rayon məhkəməsinə şikayət edilmişdir. Şuşa rayon məhkəməsi özünün ##.##.2026-cı il tarixli qərarında şikayəti təmin etməmiş orqanın hərəkətsizliyindən izibati icraat qaydasında aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olduğunu göstərmişdir. Hesab edir ki birinci instansiya məhkəməsi qərar qəbul edərkən prosessual qanunvericiliyin tələblərini kobud şəkildə pozmuş sübutları mahiyyəti üzrə araşdırmaqdan əsassız olaraq yayınmış və xüsusilə inzibati xəta haqqında qərar ilə inzibati akt məfhumlarını səhv salaraq yurisdiksiyasını yanlış müəyyən etmişdir. Yuxarıda göstərilən prosessual pozuntuları xüsusilə də məhkəmənin ixm və ipm yurisdiksiyalarını səhv salmasını, sübutları mahiyyəti üzrə araşdırmaqdan əsassız olaraq yayınmasını və ixm-in 134.1.2-ci maddəsini rəhbər tutaraq qərarı dəyişdirmək səlahiyyətindən istifadə etməməsini əsas götürərək Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 138-ci 139-cu və 140-cı maddələrini rəhbər tutaraq Şuşa rayon məhkəməsinin ##.##.2026- cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarının tamamilə ləğv edilməsini; Iş üzrə yeni qərar qəbul edilərək , Azərbaycan Respublikası ƏƏSMN yanında X9 Xidmətinin Qarabağ regional şöbəsinin ##.##.2025-ci il tarixli , MN N ******* saylı qərarının dəyişdirilməsini, hüquqpozmanın müəyyən edilmiş müddətdə tam aradan qaldırıldığı və bu barədə sübutların iş materiallarında mövcud olduğu nəzərə alınaraq tətbiq edilmiş 700 manat məbləğində şərti inzibati cərimənin qüvvədən düşmüş hesab edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını nəzərdən keçirib aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası IXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə-vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Qarabağ regional şöbəsinin məsləhətçi əmək müfəttişi X1 tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, “X2” MMC tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada işçi X6 iş vaxtından artıq işlərə cəlb edilməsi və uçotunun aparılmaması, həmçinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 165-ci maddəsində nəzərdə tutulan qaydada ödənişin edilməməsinə görə, müəssisənin direktoru Dibirov Fərid Yusif oğlu Azərbaycan Respublikası IXM-inin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Qarabağ regional şöbəsinin rəisi X8 X9 Xidmətinin Qarabağ regional şöbəsinin məsləhətçi əmək müfəttişi X1 tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli, MN № ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarla, Dibirov Fərid Yusif oğlu Azərbaycan Respublikası IXM-nin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 700 manat məbləğində şərti tətbiq edilən inzibati cərimə edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30 gün müddət müəyyən olunmuşdur. Iş materialları ilə müəyyən edilir ki, “X2” MMC-nin Baş meneceri Fərid Dibirovun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Qarabağ regional şöbəsinin rəisi Akif Baxşaliyevə ünvanladığı məlumatdan görünür ki, o, X9 Xidmətinin Qarabağ regional şöbəsi tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolda və onun əsasında qəbul edilmiş ##.##.2025-ci il tarixli, MN № ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda göstərilən nöqsanlarla razılaşmış və həmin tələblər icra edildiyi üçün, tələbin yerinə yetirilmiş hesab edilməsi barədə rəsmi mövqe bildirilməsi və şərti cərimənin ləğv edilməsi barədə qərar qəbul edilməsini, əks təqdirdə, pozuntu hələ də mövcud sayıldığı halda, icra edilə bilən konkret düzəldici tədbirin yazılı şəkildə göstərilməsi, işəgötürən tərəfindən real və mümkün tədbirləri həyata keçirə bilməsi xahiş edilmişdir. Apellyasiya icraatı zamanı müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi tam, hərtərəfli və obyektiv araşdırma apararaq belə nəticəyə gəlmişdir ki, şikayətin dəlilləri heç bir sübuta söykənməyən əsassız mülahizələrdir. Inzibati orqanın gördüyü tədbirlər qanun daxilində edilən və hüquqi əsaslara söykənən qanundan doğan tələblərdir. «X2” MMC-nin direktoru Dibirov Fərid Yusif oğlu tərəfindən qeyd edilən nöqsanlar həqiqətən edilmişdir. Məhkəmə bu nəticəyə gələrkən tədqiq etdiyi həmin sübutlar mötəbər olmuş, yəni mənbələri məlumdur, əldə edilməsi üsulları qanunlara əsaslanmış və müəyyən nəticəyə gəlməyə kifayət etmişdir. Apellyasiya məhkəməsi belə nəticəyə gəlir ki, məhkəmə həmin sübutlara əsaslanmaqla düzgün nəticəyə gəlmiş, tam araşdırma aparmış və qanuni və əsaslı qərar qəbul etmişdir. Beləliklə, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, səlahiyyətli orqan tərəfindən Dibirov Fərid Yusif oğlunun inzibati xətanı törətməsi Azərbaycan Respublikası Inzibati Xətalar Qanunvericiliyi ilə müəyyən edilmiş qaydada sübuta yetirilmişdir. IXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Odur ki, məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən apellyasiya şikayəti təmin edilməməli və Şuşa Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 133-136-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Dibirov Fərid Yusif oğlunun barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə olan inzibati tənbehvermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasına dair Şuşa Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarından F.Dibirov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şuşa Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir. Hakim: Faiq Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar