Məhkəmə qərarları › İş №3(3-7)-234/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-234/2026

28.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-234/2026 28.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Əzizov Sevindik Əziz oğlunun sədrliyi, X4 iclas katibliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin ** saylı X8 Mərkəzinin nümayəndəsi – X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Qərardan şikayət verən orqan (şəxs) iştirakları ilə Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 257-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Gədəbəy Rayon Məhkəməsinin # ###### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarından Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul olunmuş ## ###### 2025-ci il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) İXM-nin 257-ci maddəsi ilə 400 manat məbləğində cərimə edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi vəzifəsini icra edən X3 ## ###### 2025-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və barəsində İXM-nin 257-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Gədəbəy Rayon Məhkəməsinin # ###### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı ilə (sədrlik edən hakim F.B.Mirzəquliyev) Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilmiş və onun barəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsini tərəfindən çıxarılmış ## ###### 2025-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş, iş üzrə icraata xitam verilmiş və Qərardan şikayət verən orqan (şəxs) inzibati məsuliyyətdən azad edilmişdir. Birinci instansiya məhkəməsinin həmin qərarından Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək Qərardan şikayət verən orqan (şəxs) barəsində İXM-nin 257-ci maddəsi ilə qəbul edilmiş ##.##.2025-ci il tarixli, MN №******* saylı İnzibati tənbeh vermə haqqında qərardan Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətin təmin edilməməsi, Qərardan şikayət verən orqan (şəxs) barəsində İXM-nin 257-ci maddəsi ilə olan ##.##.2025-ci il tarixli, MN №******* saylı İnzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılması xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “** saylı X8 Mərkəzindən İdarəyə daxil olmuş materiala əsasən Gədəbəy rayonu Şahdağ kənd sakini Qərardan şikayət verən orqan (şəxs) ## ###### 2025-ci il tarixdə ** saylı X8 Mərkəzinin Saratoka meşəbəyliyinin * saylı meşə dolayısında qanunsuz (özbaşına) iri buynuzlu mal-qaranı otarması faktı məlum olmuşdur. Yol verilmiş qanun pozuntusu ilə bağlı təqsirkar şəxs barəsində ** saylı X8 Mərkəzinin əməkdaşı tərəfindən protokol tərtib edilmiş, o cümlədən Qərardan şikayət verən orqan (şəxs) barəsində İXM-nin 257-ci maddəsi üzrə ##.##.2025-ci il tarixli, MN № ******* saylı İnzibati xəta haqqında protokol tərtib olunmuşdur. Nəticədə Qərardan şikayət verən orqan (şəxs) barəsində ##.##.2025-ci il tarixli, MN №******* saylı İnzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Həmin qərara əsasən Qərardan şikayət verən orqan (şəxs) İXM-nin 257-ci maddəsi rəhbər tutularaq, 400,00 (dörd yüz) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Barəsində qərar çıxarılaraq 400,00 manat məbləğində cərimə olunması ilə bağlı vətəndaş Qərardan şikayət verən orqan (şəxs) bildiriş məktubu ünvanlanmışdır. Qərardan şikayət verən orqan (şəxs) cəriməni ödəməkdən imtina edərək, * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ##.##.2025-ci il tarixli, MN N№******* saylı İnzibati tənbeh vermə haqqında qərarından Gədəbəy Rayon Məhkəməsinə şikayət vermişdir. Gədəbəy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixində keçirilmiş açıq məhkəmə iclasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Gədəbəy rayonu Şahdağ kənd sakini Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş ##.##.2025-ci il tarixli MN ******* saylı İnzibati tənbeh vermə haqqında qərarın ləğvi ilə bağlı qərar qəbul edilmişdir”. Apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinə etiraz edərək heyvanların ona məxsus olmadığını, şikayətdə qeyd olunanların həqiqəti əks etdirmədiyini bildirərək apellyasiya şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Apellyasiya baxışı zamanı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin ** saylı X8 Mərkəzinin nümayəndəsi X5 bildirdi ki, ** saylı X8 Mərkəzinin nümayəndələri tərəfindən Qərardan şikayət verən orqan (şəxs) İXM-nin 257-ci maddəsində əks olunan inzibati xətanı törətməsi aşkar edilmiş, bu barədə yerində akt və protokol tərtib olunmuş və materiallar qərar qəbul edilməsi üçün * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak nümayəndəsi iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə əlaqəli şəkildə araşdırıb, işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, Gədəbəy Rayon Məhkəməsinin # ###### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı ləğv olunmalı və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində İXM-nin 257-ci maddəsi ilə qəbul olunmuş ## ###### 2025-ci il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qüvvədə saxlanılmalıdır. İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İХM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati хətaların törədilməsində təqsirli hesab edilən və inzibati хəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəхs inzibati məsuliyyətə cəlb оlunur və tənbeh edilir. İХM-nin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İХM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İХM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Apellyasiya instansiya məhkəməsi iş materiallarını hərtərəfli, tam və obyektiv araşdıraraq hesаb edir ki, Qərardan şikayət verən orqan (şəxs) İXM-nin 257-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməlində həmin maddələrin tərkib əlamətləri vardır, onun barəsində tərtib edilmiş ## ###### 2025-ci il tarixli MN ******* saylı qərar qanuni və əsaslıdır. İXM-nin 257-ci maddəsinə əsasən meşə fondu sahələrində özbaşına ot biçilməsinə və ya mal-qara otarılmasına və ya yabanı meyvə, qoz-fındıq, göbələk, giləmeyvə və sair yığılması qadağan edilən və ya buna ancaq meşə biletləri üzrə yol verilən sahələrdə onların özbaşına yığılmasına görə - fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan altı min beş yüz manatadək məbləğdə cərimə edilir. İş materiallarında olan: ## ###### 2025-ci il tarixli Aktdan görünür ki, ** saylı RMTM-nin əməkdaşları tərəfindən ## ###### 2025-ci il tarixdə Saratovka meşəbəyliyinin * saylı meşə dolayısının ərazisində yoxlama aparılarkən, Qərardan şikayət verən orqan (şəxs) həmin ərazidə özünə məxsus 14 baş iri buynuzlu mal-qarasını qanunsuz olaraq otarması aşkar edilmişdir. Eyni zamanda vətəndaş Qərardan şikayət verən orqan (şəxs) həmin hərəkətləri ilə meşə fonduna 92,40 manat zərər vurması müəyyən edilmişdir. İnzibati xəta aşkar edildikdən sonra ** saylı RMTM-nin əməkdaşları tərəfindən tərtib olunmuş aktı Qərardan şikayət verən orqan (şəxs) imzalamaqdan imtina etmişdir. Akta əlavə edilmiş fotoşəkildən heyvanların meşəlik ərazidə otarıldığı müəyyən edilir. ** saylı RMTM-nin inzibati xəta haqqında ## ###### 2025-ci il tarixli MN № ******* nömrəli protokolundan görünür ki, ## ###### 2025-ci il tarixdə X1 meşəbəyliyinin * saylı meşə dolayısının ərazisində meşə qanunvericiliyini pozmuş, qanunsuz mal-qara otarmışdır. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul olunmuş ## ###### 2025-ci il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) İXM-nin 257-ci maddəsi ilə 400 manat məbləğində cərimə edilmişdir. ## ###### 2025-ci il tarixli bildirişdən görünür ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin ** saylı X8 Mərkəzi tərəfindən Qərardan şikayət verən orqan (şəxs) X2 vurduğu 92.40 manat zərərin 15 gün müddətində ödənilməsi tələb olunmuşdur. Beləliklə, iş materiallarından aydın olur ki, Qərardan şikayət verən orqan (şəxs) meşə fondu sahələsində özbaşına mal-qara otarmış və X2 92.40 manat zərər vurmuşdur. Odur ki, birinci instansiya məhkəməsi İXM-nin 257-ci maddəsi ilə iş üzrə icraata xitam verərkən əsaslı nəticəyə gəlməmiş və əsasız olaraq Qərardan şikayət verən orqan (şəxs) inzibati məsuliyyətdən azad etmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanlar əsasında Qərardan şikayət verən orqan (şəxs) əməlində İXM-nin İXM-nin 257-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması müəyyən olunur. İXM-nin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Qərardan şikayət verən orqan (şəxs) məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. İXM-nin 134.1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması iş üzrə qərarın ləğv edilməsi və yeni qərarın çıxarılması üçün əsasdır. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə hesab edir ki, apellyasiya şikayət təmin edilməli, Gədəbəy Rayon Məhkəməsinin # ###### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı ləğv edilməli, Qərardan şikayət verən orqan (şəxs) Qərarından şikayət verilən orqan * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ## ###### 2025-ci il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından Gədəbəy Rayon Məhkəməsinə verdiyi şikayət təmin edilməməli, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində İXM-nin 257-ci maddəsi ilə qəbul olunmuş ## ###### 2025ci il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-nin 133-136-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Gədəbəy Rayon Məhkəməsinin # ###### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarından Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin # ###### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) Qərarından şikayət verilən orqan * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ## ###### 2025-ci il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından Gədəbəy Rayon Məhkəməsinə verdiyi şikayət təmin edilməsin. Qərarından şikayət verilən orqan * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində İXM-nin 257-ci maddəsi ilə qəbul olunmuş ## ###### 2025-ci il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qüvvədə saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar