Məhkəmə qərarları › İş №3(3-7)-235/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-235/2026

20.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-235/2026 20.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Hüseynov Salman Bilal oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-in direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük Idarəsinin nümayəndəsi X1 iştirakı ilə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-in Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinməsi barədə Samux Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin direktoru tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: Samux Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı ilə Samux rayonu, Qarayeri ŞTQ ünvanında qeydiyyatda olan hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC (VÖEN **********) Inzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olmuş 8840 (səkkiz min səkkiz yüz qırx) ABŞ dolları məbləğində xarici valyutanın Azərbaycan manatına olan məzənnəsi ilə 15,028 (on beş min iyirmi səkkiz) manatın 30 (otuz) faizi miqdarında– 4508,40 (dörd min beş yüz səkkiz manat qırx qəpik) manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. IŞIN HALLARI: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC barəsində IXM-in 483-cü maddəsi üzrə tərtib olunmuş ##.##.2026-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola görə gömrük xidmətinin “X5 Sistem” xidmətindən əldə olunmuş məlumatlar əsasında Samux rayonu Qarayeri ŞTQ ünvanında qeydiyyatda olan "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ##.##.2025-ci il tarixli 01252000072698 sorğu nömrəli gömrük bəyannaməsi üzrə Rusiya Federasiyasına göndərilmiş “pomidor” yükünün müqabilində ödənilməli olan 8840 ABŞ dolları vəsaiti Azərbaycan Respublikasında müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməmiş və bununlada qeyd olunan hüquqi şəxs tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Bununla əlaqədar Samux rayonu Qarayeri ŞTQ ünvanında qeydiyyatda olan "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin bəyannamə üzrə göstərilmiş hüquqi ünvanına ##.##.2025-ci il tarixli 1600-012/*** qeydiyyat nömrəli bildiriş göndərilməsinə baxmayaraq, bu günə qədər yuxarıda adı qeyd olunan firma ixrac etdiyi yükə görə ödənilməli olan məbləğin müvəkkil bankda olan hesablarına köçürülüb köçürülməməsi barədə Gəncə Gömrük idarəsinə heç bir sənəd təqdim etməmişdir. Qeyd olunan faktla bağlı Gəncə Gömrük Idarəsinin Əməliyyat və Təhqiqat şöbəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə ##.##.2026-cı il tarixdə, 00900 *****/** saylı inzibati xəta haqqında iş üzrə inzibati araşdırma başlanmışdır. Araşdırma ilə əlaqədar "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 izahatında ixrac edilmiş yüklərin müqabilində qayıtmalı olan valyuta vəsaitlərini vaxtında yəni 180 gün ərzində qaytara bilməməklərinin səbəbini Rusiya Federasiyasında yerləşən “xxxx” MMC ödənişi vaxtında yəni ##.##.2025-ci il tarixində etmiş lakin ödənişi edərkən müqavilə nömrəsini ödəniş tapşırığında səhv qeyd etdiyindən müvəkkil bank hesablarımıza ödənişi təmin edə bilmədiyini daha sonra yenidən həmin vəsaiti Azərbaycan Respublikasındakı müvəkkil bank hesablarına göndərildiyini bildirmişdir. Beləliklə Samux rayonu Qarayeri ŞTQ ünvanında qeydiyyatda olan "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ##.##.2025-ci il tarixli ************** saylı gömrük bəyannamələri üzrə ixrac olunan yüklərin müqabilində ödənilməli olan 8840 ABŞ dolları məbləğində valyuta vəsaitinin ödənilməsi təmin olunmamışdır. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən həmin tarixdə ixrac edilmiş yükə dair təsdiq olunmuş gömrük bəyannamələrinin 23-cü qrafasında 1 ABŞ dollarının həmin tarixə Azərbaycan manatına olan nisbəti 1.70.00 manatla ifadə edilmişdir və beləliklə ixrac olunmuş yüklərə dair qaytarılmalı olan məbləğ 15028 (on beş min iyirmi səkkiz) manat hesablanmışdır. Inzibati xəta haqqında protokola baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan qərarı qəbul etmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin direktoru apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə bu qənaətə gələrkən işin hallarını tam araşdırmamış, tərəfimizdən əlavə sübutlar təqdim etmək üçün şərait yaratmadan, eləcə də barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin təqsirinin olub-olmamasını aydınlaşdırmadan əsassız qərar qəbul etmişdir. Bununla əlaqədar barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin müvəkkil bankdakı hesabına "xxxx" MMC tərəfindən hələ 2025-ci ilin fevral ayında köçürülmüş 1.000.000 rubl (12.660 USD) vəsaitdə texniki yanlışlıqla əlaqədar müqavilə məlumatları səhv olduğundan həmin vəsait ixrac əməliyyatlarında istifadə olunmadığı, yəni xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi ilə bağlı köçürülmüş vəsait kimi müvəkkil bank tərəfindən nəzərə alınmadığı üçün artıq növbəti yük gömrük bəyənnamələri ilə ixrac edilmiş mallarla bağlı şirkət tərəfindən müvəkkil banka ödəniş olsa da, həmin məbləğdə ixrac əməliyyatına hesablanmalar müvəkkil bank tərəfindən növbəti ödəmələrin hesabına həyata keçirilmişdir. Nəticədə ##.##.2025-ci il tarixli, ************** saylı gömrük bəyannaməsi üzrə ixrac edilmiş malların dəyərinin müvəkkil banka 180 gündən daha əvvəldən köçürülməsi həyata keçirilməsinə baxmayaraq bank həmin vəsaitləri barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-dən asılı olmayan texniki səhvlə əlaqədar ixrac əməliyyatlarına istifadə etməməsi səbəbilə göstərilən gömrük bəyənnaməsi üzrə ixrac əməliyyatlarına hesablamalar ##.##.2025-ci il tarixdə (daxil olmuş vəsaitdən 6222,73 USD və ##.##.2026-cI il tarixdə daxil olmuş vəsaitdən 2617,27 USD olmaqla gömrük portalında qeydiyyatı aparılaraq tam bağlanılmışdır (bununla bağlı bank məktubları şikayətə əlavə olunur). Göründüγü kimi, ##.##.2025-ci il tarixli,************** saylı gömrük bəyannaməsi üzrə ixrac edilmiş malların dəyəri "xxxx" MMC tərəfindən vaxtında müvəkkil banka köçürülməsinə baxmayaraq texniki yanlışlıqla əlaqədar müvəkkil bank tərəfindən həmin vəsaitlə bağlı qeydlər aparılmadığından ödəmələrin həyata keçirilməməsı göstərilmiş, lakin xarici fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş vəsaitin müvəkkil bankdakı hesaba vaxtında köçürülməsi ilə bağlı barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin hər hansı təqsir olmamışdır, məhkəmə də bu halı nəzərə almamışdır. “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2021-ci i tarixli Plenum qərarında qeyd edilmişdir ki, müvəkkil banklara köçürülməli olan xarici valyuta vəsaitinin geri qaytarılmaması xarici iqtisadi fəaliyyətin subyektinden asıl olmayan sebəblərdən baş verdikdə, yəni subyektin hərəkət və ya hərəkətsizliyinin nəticəsi olmadıqda, şəxs təqsirsiz olduğundan həmin vəsaitlərin qaytarılmamasına görə Inzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Göründüyü kimi, Inzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, yuxarıda qeyd edilən normaların tələbləri baxımından məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin Inzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini müəyyən etməlidir. Bəzi hallarda hüquqi və fiziki şəxslərin ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müvəkkil bankda olan hesablara köçürülməsi şəxsin iradəsindən asılı olmayan səbəblərdən (məsələn qarşı tərəfin öhdəliyi icra etməməsi və s.) baş tutmaya və ya qanunvericilikdə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər. Buna görə məhkəmə işin bu hallarını şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirməlidir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin direktoru apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin olunmamasını xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası IXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu ## ### 2009-cu il tarixli qərarında apellyasiya instansiyasının mahiyyəti ilə bağlı hüquqi mövqeyini ifadə edərək göstərmişdir ki, bu məhkəmə instansiyası tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Qərarda daha sonra qeyd edilmişdir ki, qanuni qüvvəyə minməmiş birinci instansiya məhkəməsinin qərarına apellyasiya qaydasında yenidən baxılmasına məhkəmə səhvlərinin düzəldilməsinin vasitəsi kimi baxılmalıdır. Bununla qəsdən və ya yanlışlıq üzündən edilmiş pozuntuların nəticəsində yaranan məhkəmə səhvləri düzəldilmiş olur və bu səhvlərin ağır nəticələrinin qarşısı vaxtında alınır. Inzibati Xətalar Məcəllənin 12-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 48-ci maddəsində göstərilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 75.0-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə yoxlayaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, məhkəmənin qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, yuxarıda qeyd edilən normaların tələbləri baxımından məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin Inzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini müəyyən etməlidir. Bəzi hallarda hüquqi və fiziki şəxslərin ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müvəkkil bankda olan hesablara köçürülməsi şəxsin iradəsindən asılı olmayan səbəblərdən (məsələn qarşı tərəfin öhdəliyi icra etməməsi və s.) baş tutmaya və ya qanunvericilikdə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər. Buna görə məhkəmə işin bu hallarını şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirməlidir. Inzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə müəyyən edilmiş tənzimləmə xarici iqtisadi fəaliyyəti həyata keçirən şəxsin mülkiyyət hüququna qanunla nəzərdə tutulmuş müdaxilə olmaqla, dövlətin mənafeyinin qorunmasına və xarici iqtisadi fəaliyyətlə məşğul olan şəxslərin ölkənin iqtisadi inkişafına töhfə verməsinə yönəlmişdir. Lakin qeyd edilən maddədə nəzərdə tutulmuş cərimənin əsassız olaraq həmin şəxslərdən hesablanaraq tutulması, son nəticədə ixracedənin maliyyə vəziyyətinin pisləşməsi ilə yanaşı, işgüzar nüfuzunun zədələnməsi nəticəsində gələcəkdə əldə edilə bilən gəlirdən də məhrum olunmasına səbəb ola bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etməyi zəruri hesab edir ki, məhkəmələr tərəfindən Inzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirinin tətbiq edilməsi üçün səlahiyyətli orqanın tərtib etdiyi protokol əsasında inzibati xətanı törədən şəxsin təqsiri Inzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən edilməlidir. Birinci instansiya məhkəməsinin qərarından verilmiş şikayətin dəlillərini araşdıran məhkəmə təqdim edilmiş bütün sənədləri, sübutları və materialları hərtərəfli, tam və obyektiv araşdıraraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Samux rayonu, Qarayeri kəndində qeydiyyatda olan barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 (VÖEN **********) MMC tərəfindən ##.##.2025-ci il tarixli, ************** saylı gömrük bəyannaməsi üzrə 17000,00 kq çəkidə, dəyəri 8840,00 ABŞ dolları olan “təzə pomidor (sort-rozovıy pink paradays) 33 altlıqda-2500 karton qutu” yüklər Rusiya Federasiyasında yerləşən “xxxx”xxxx” MMC tərəfindən ixrac edilən, bəyannamə üzrə yüklərin ümumi dəyəri olan 8840,00 ABŞ dolları vəsait malların bəyan edildiyi gündən 180 gün ərzində ixracatçının hesabına köçürülməmişdir; Azərbaycan Respublikası Prezidentinin ## #### 1997-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. “xxxx” ASC tərəfindən təqdim olunan 05 mart 2026-cı il tarixli məktubda qeyd olunmuşdur ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-in (VÖEN: **********) AZ**AIIB******************** saylı hesablaşma hesabına “xxxx” şirkəti tərəfindən ##.##.2025-ci il tarixində “(VO11100) AZ06AIIB40170016430803420185. mATAAGROm LLC/Azerbaijan. Payment under the contract 16-10/24 dated ##.##.2024 for vegetables” təyinatı ilə 1000000RUB (bir milyon Rus Rublu) məbləğində (MB məzənnəsi ilə 11164.11 USD) daxil olmuşdur. Vəsaitin təyinatında qeyd olunan müqavilə məlumatları səhv olduğu üçün ixrac əməliyyatına istifadə olunmamışdır. Beləliklə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-in IXM-in 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi işin müəyyən edilmiş halları ilə təsdiq olunmur. Yuxarıda qeyd olunan Konstitusiya Məhkəməsinin qərarlarının müvafiq bəndləri də nəzərə almaqla barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-in təqsiri müəyyən olunmadığından əməlində Inzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin tərkibi yaranmamışdır, bu səbəbdən o, inzibati məsuliyyətə cəlb oluna bilməz. Birinci instansiya məhkəməsi işin bütün hallarını tam və hərtərəfli araşdırmadan düzgün olmayaraq barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-in IXM-in 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi nəticəsinə gəlmiş və onun barəsində inzibati tənbeh tətbiq etmişdir. IXM-in 134.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Yuxarıda qeyd edilənləri yekunlaşdıraraq məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Samux Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və IXM-in 133-136-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-in direktoru tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Iş üzrə Samux Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı şikayətə əsasən ləğv edilsin. barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-in əməlində Azərbaycan Respublikası əməlində IXM-in 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, barəsində olan iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar