Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-236/2026 11.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Əzizov Sevindik Əziz oğlunun sədrliyi, X4 iclas katibliyi, barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi X1 iştirakları ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra IXM-nin) 510.1 və 535.1-ci maddələri ilə təqsirli bilinməsinə dair Samux Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: Samux Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı ilə (sədrlik edən hakim T.Ə.Kərimova) ## ####### 1991-cü ildə Samux rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Samux rayonu Ağasıbəyli kəndində qeydiyyatda olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək IXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində 8 (səkkiz) gün müddətində inzibati həbs edilmiş, inzibati həbsdə olmanın əvvəlinin inzibati qaydada tutulduğu ##.##.2026-cı il tarixdən saat 00:20-dən hesablanması, qərarın icrasının Samux Rayon Polis Şöbəsinin müvvəqəti saxlama yerinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs və onun müdafiəçisi tərəfindən apellyasiya şikayətləri verilmişdir. Müdafiəçi apellyasiya şikayətində Samux Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarının əsassız olması səbəbindən ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etmiş və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Məhkəmənin qərarına görə, DYP və Post Patrul Xidməti əməkdaşları Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs onlara qarşı təhqirəmiz ifadələr işlətdiyi və onların qanuni tələblərinə tabe olmadığı halını iddia etmişlər. Lakin həmin iddia yalnız DYP və Post Patrul Xidməti əməkdaşlarının şifahi ifadələrinə əsaslanmış, heç bir video çəkiliş, səs yazısı, üçüncü tərəf şahidi və ya digər obyektiv sübut təqdim edilməmişdir. Məhkəmə isə bu çatışmazlıqları nəzərə almadan yalnız protokolu əsas sübut kimi qəbul edərək cəzalandırma qərarı çıxarmışdır. Hesab edir ki, həmin qərar hüquqi baxımdan əsassızdır, əməlin tərkibi mövcud olmadığından qanunsuz və ədalətsizdir, pozulmuş prosessual normalar isə qərarın qüvvədən düşürülməsini vacib edir. Iş materiallarında IXM-nin 535.1-ci maddəsində əks olunan elementlərin mövcud olduğunu təsdiqləyən heç bir obyektiv sübut yoxdur. DYP əməkdaşları özləri nə video çəkiliş, nə audio yazı, nə üçüncü tərəf şahidi, nə də başqa sübut təqdim edə bilmişlər. Deməli, əməlin qanuni tərkibi sübuta yetirilməmişdir. Eyni zamanda nəqliyyat vasitəsində olan X2 15 yaşlı oğlu X3 hadisənin şahidi olmasına baxmayaraq, o, şahid kimi dinlənilməmişdir. Iş üzrə şahidlər isə yalnız məsələdə maraqlı şəxslər yəni DYP və Yol Patrul Xidmətinin əməkdaşları olmuşlar. Məhkəmə yeganə sübutun DYP protokolunun yetərliliyini şübhə altına almamış, alternativ izahları tədqiq etməmiş, mövcud şübhələri cəzalandırılmış şəxsin xeyrinə həll etməmişdir. Bu, apellyasiya instansiyasında qərarın ləğvi üçün özlüyündə kifayət edən əsasdır. Bu işdə DYP əməkdaşları özlərinin iddialarını heç bir müstəqil sübutla əsaslandıra bilməmişlər. Məhkəmə bu vəziyyətdə cəzalandırma qərarı çıxarmaqla sübutetmə yükünü qeyri-qanuni olaraq müttəhim tərəfə keçirmişdir. Işin materiallarına görə, rayon məhkəməsinin baxışında DYP əməkdaşlarının ifadələri dinlənilmiş, lakin cəzalandırılmış şəxsin verdiyi izahatlar, öz sübutlarını təqdim etmək imkanı yetərincə təmin edilməmiş, şahid çağırmaq tələbi rədd edilmişdir. Bu işdə müstəqil sübut yoxdur; şəxsin əvvəlki inzibati xəta tarixi araşdırılmamışdır; şəxsin şəxsiyyəti, ailə vəziyyəti, sağlamlığı nəzərə alınmamışdır; cərimə tənbehinin bu halda kifayət edib-etməyəcəyi araşdırılmamışdır. 8 sutkalıq inzibati həbs cərimə seçilmədən birbaşa ən ağır tənbehin tətbiqi mütənasiblik prinsipini pozur”. Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs apellyasiya şikayətində Samux Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarından narazı olduğunu bildirərək işinə apellyasiya qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi X1 apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək Samux Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarının əsassız olması səbəbindən ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış zərərçəkmiş şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru məhkəmə iclasında iştirak etməmişdir. Apellyasiya instansiya məhkəməsi işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə əlaqəli şəkildə araşdırıb işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, şikayətlər əsassız olduğundan təmin edilməməli, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, IXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. IХM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati хətaların törədilməsində təqsirli hesab edilən və inzibati хəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəхs inzibati məsuliyyətə cəlb оlunur və tənbeh edilir. IХM-nin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. IХM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. IХM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. IXM-nin 510.1-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. IXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Iş materiallarında olan: ##.##.2026-cı il tarixli protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə saat 21:40 radələrində Samux rayonu Institut qəsəbəsi ərazisində polis əməkdaşlarına qarşı uca səslə nalayiq ifadələr işlətmiş, ictimai yerdə ictimai qaydaların pozulmasına səbəb olan hərəkətlərə yol vermiş və polisinin qanuni tələblərinə tabe olmamışdır. ##.##.2026-cı il tarixli “Inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə saat 00:20-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, ##.##.2026-cı il tarixdə saat 04:10 radələrində aparılmış müayinə nəticəsində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs orta dərəcəli sərxoşluq müəyyən edilmişdir. “Elektron Məhkəmə Informasiya Sistemi”ndən çıxarışdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs himayəsində biri azyaşlı olmaqla 2 yetkinlik yaşına çatmayan övladı – ##.##.2012-ci il təvəllüdlü Həsən Imanzadə, ##.##.2010-cu il təvəllüdlü Kərim Xəlilov vardır. Apellyasiya baxışı zamanı iş materiallarında olan CD diskə baxış keçirilmiş və videogörüntülərdən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən ##.##.2026cı il tarixdə saat 21:40 radələrində Samux rayonu Institut qəsəbəsi ərazisində polis əməkdaşlarına qarşı uca səslə nalayiq ifadələr işlətməsi, ictimai yerdə ictimai qaydaların pozulmasına səbəb olan hərəkətlərə yol verməsi və polisinin qanuni tələblərinə tabe olmaması təsdiq olunmuşdur. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, şikayətin dəlilləri formal özünü müdafiə xarakteri daşımaqla iş materialları ilə öz təsdiqini tapmır. Beləliklə, apellyasiya məhkəməsi hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ictimai yerdə ictimai qaydaların pozulmasına səbəb olan hərəkətlərə yol verməsi və polisinin qanuni tələblərinə tabe olmaması iş materialları ilə tam təsdiq olunur və ona görə də onun hərəkəti IXM-nin 510.1 və 535.1-ci maddələrinin təsiri altına düşür. Inzibati tənbehlə bağlı məsələyə gəldikdə isə məhkəmə qeyd edir ki, IXM-nin 31.1 və 31.2-ci maddələrinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Işdən görünür ki, birinci instansiya məhkəməsi inzibati tənbeh təyin edərkən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şəxsiyyətini, xətanın xarakterini, onun məsuliyyətini yüngülləşdirən halların olmamasını və sərxoş halda olararaq inzibati xətanı törətməsi onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alıb 8 (səkkiz) gün müddətə təyin edilməsini məqsədə müvafiq bilmişdir. Məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs himayəsində biri azyaşlı olmaqla 2 yetkinlik yaşına çatmayan övladının olması onun məsuliyyətini yüngülləşdirən hal hesab edir və qeyd edir ki, onun məsuliyyətini ağırlaşdıran hal (sərxoş halda inzibati xəta törətməsi) ilə yanaşı onun məsuliyyətini yüngülləşdirən hal da mövcuddur. Belə olan halda da, məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur, məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs aşağı həddə tənbeh təyin etmişdir. Bu səbəbdən şikayət təmin olunmamalı, barəsində şikayət verilən həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. IXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Qeyd olunanlara əsasən və IXM-nin 133-136-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə təqsirli bilinməsinə dair Samux Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Samux Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli *(*-***)-***/**** saylı inzibati xəta haqqında iş üzrə qərarı apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №3(3-7)-236/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-236/2026
11.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver