Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-238/2026 07.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin ##.##.2012-ci il tarixli, Gəncə şəhər Məhkəməsinin ##.##.2023-cü il tarixli, Gəncə şəhər Məhkəməsinin ##.##.2024-cü il tarixli, Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli icra sənədlərinin icrasını Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra etmədiyinə görə o, İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuşdur. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı (hakim Bayramova Kəmalə) qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXMnin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 700 (yeddi yüz) manat miqdarında cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İŞİN HALLARI: Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2012-ci il tarixli icra sənədinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 16800 manat məbləğində pul tutularaq iddiaçı X1 verilməlidir Gəncə Şəhər Məhkəməsinin ##.##.2023-cü il tarixli icra sənədinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 10500 manat məbləğində və 122 manat dövlət rüsumu pul tutularaq iddiaçı X2 verilməlidir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2024-cü il tarixli icra sənədinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 2545 manat məbləğində pul tutularaq iddiaçı Səmədov Hicran Mehdi oğluna verilməlidir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli icra sənədinə əsasən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 7090 manat məbləğində pul vəsaiti tutularaq tələbkar İsmayılov Elnur Zirəddin oğlunun xeyrinə ödənilməlidir. ##.##.2026-cı il tarixədək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədləri üzrə 33535 manat borcu qalmaqdadır. ##.##.2026-cı il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən icra və probasiya şöbəsində verdiyi izahatdan görünür ki, onun icra sənədləri üzrə yaranmış olan 33535 manat borcundan xəbəri var, o, borcunu tam ödəməyə imkanı yoxdur, borcunu az-az ödəyə bilər. Ödəniş qəbzlərinin surətlərindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə ödənilməli borc məbləğindən 200 AZN, 200 AZN, 200 AZN və 500 AZN pul ödənişləri ödəmişdir. İnzibati xəta haqqında iş üzrə materiala baxan Gəncə Şəhər Məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada qərar qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Məhkəmənin qərarı ilə razılaşmayan zərərçəkmiş şəxs Elnur İsmayılov apellyasiya şikayəti verərək Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının dəyişdirilərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, işin hallarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bir neçə icra sənədi üzrə borcludur və heç bir icra sənədi üzrə tələbləri icra etmir. Buna baxmayaraq, məhkəmə onun barəsində 700 manat inzibati cərimə tətbiq etmişdir. Hesab edir ki, xeyliq miqdarda borcu olan icra sənədləri üzrə borcunu ödəməyən şəxsə cərimə tənbehinin tətbiq edilməsi qanunsuzdur. Odur ki, şikayətin təmin edilməsi xahiş edilir. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. İXM-nin 133.2.4-cü maddəsinə əsasən məhkəmə tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə, şikayətin dəlillərini işin materiallarına əsasən araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin olunmamalı və iş üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş materialında olan sənədləri təkrar etməyə zərurət görmədən hesab edir ki, birinci instansiya məhkəməsi düzgün və qanuni nəticəyə gəlmişdir. Eyni zamanda apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi törədilmiş əməlin tövsif məsələsi mübahisələndirilmir, yalnız cəzanın ağırlaşdırılması xahiş olunur. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı inzibati işin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi yuxarıda qeyd olunan sübutlarla öz təsdiqini tapmış, istər inzibati xəta haqqında iş üzrə icraat aparan orqan, istərsə də işə baxmış birinci instansiya məhkəməsi İXM-nin 75-85-ci maddələrinin tələblərinə əməl edərək inzibati xəta törətmiş şəxsin ona istinad olunmuş inzibati xətanı törətməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Hazırki vəziyyətdə birinci instansiya məhkəməsinin mübahisə olunan qərarından görünür ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş icra sənədləri, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və icra məmurunun izahatları ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən inzibati xəta hadisəsini törətməsi və həmin əmələ görə təqsirli olmasını sübuta yetirilmiş hesab edib, onun əməlində yüngülləşdirici hallar kimi ##.##.2026-cı il tarixdə zərərçəkmiş şəxslərin hər birinə müəyyən miqdarda ödənişlər ödəməsini, himayəsində 7 uşaqın və şəkər xəstəsi olmasını ağırlaşdırıcı halların olmamasını nəzərə alıb İXM-in 32-ci maddəsinin tələblərinə əsasən düzgün olaraq barəsində 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsinə dair yekun nəticəyə gəlmişdir. Yuxarıda göstərilənlərə əsasən verilmiş şikayətin dəlillərinə qiymət verərək məhkəmə hesab edir ki, həmin dəlillər şikayətin təmin olunması üçün qanuni əsas kimi qəbul oluna bilməz. Məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində cəzasını yüngülləşdirici hallar nəzərə alınmış və barəsində tətbiq edilmiş 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə inzibati tənbeh tədbiri qanuni və əsaslı olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 133-136 və 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-7)-238/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-238/2026
07.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver