Məhkəmə qərarları › İş №3(3-7)-239/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-239/2026

01.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-239/2026 01.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimi Əliyev Nural Turab sədrliyi, Kərimova Jalə Müseyib qızının katibliyi barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, MÜƏYYƏN ETDI: Gəncə şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, 3(5-121)-797/2026 sayl qərarı ilə (hakim Ü.Babazadə) şikayət təmin edilməmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini X4 ## ###### 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmışdır. IŞIN HALLARI: Iş materiallarına əlavə olunmuş ##.##.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, ##.##.2025-ci il tarixində ünvan 2 ünvanında fəaliyyət göstərən obyektdə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən lisenziyası olmadan özəl tibb fəaliyyət (kosmetoloji) göstərməsi faktı aşkar edilmişdir. Nəticədə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası IXM-in 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 5000 (beş min) manat inzibati cərimə edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) Inzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 5000 (beş min) manat inzibati cərimə olunması barədə ##.##.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək, qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Inzibati xəta haqqında materiala baxan birinci instansiya məhkəməsi yuxarıda göstərilən qaydada qərar qəbul etmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Məhkəmənin qeyd edilən qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs və onun nümayəndəsi Vəkil apellyasiya şikayəti verərək şikayətin təmin edilməsini, Gəncə şəhər Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ##.##.2025-ci il tarixli MN №******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə Qərardan şikayət verən orqan (şəxs) hüquqlarını pozmuş və işə birtərəfli baxaraq ədalətsiz qərar çıxarmışdır. Belə ki, məhkəmə öz qərarında Nazirlər Kabinetinin ## ### 2017-ciu il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin siyahısını * nömrəli əlavəsində kosmetoloji və dermatoloji xidmətin lisenziyalaşdırılmış tibbi xidmətlər sırasına aid edilməsinə istinad etmişdir. Laser epilyasiyasının kosmetoloji xidmətə aid olmasını təsdiq edən hər hansı bir normativ akt mövcud deyildir və hər hansı bir normativ aktla tənzimlənmir. Ümumiyyətlə Nazirlər Kabinetinin *** nömrəli qərarında kosmetologiya ixtisas sahəsi kimi, yəni tibb məqsədi dermotoloji xidmət kontekstində nəzərdə tutulmuşdur. Lazer epilyasiyası isə ayrıca fəaliyyət növü kimi göstərilməmişdir. Bundan başqa nəzərə almaq lazımdır ki, lazer epilyasiyası (depilyasiya) xidmətini təkcə kosmetoloqlar göstərmir. Bu xidmət lazer epilyasiya və depilyasiya mütəxəssisi də göstərməkdədir. Lazer epilyasiya (depilyasiya) xidmətinin tibb təhsilli olmayan, lazer-epilyasiya kursunda iştirak edərək, müvafiq sertifikat alan şəxs də həyata keçirə bilər. Bu isə tibb fəaliyyəti sayılmadığına görə həmin xidmətin lisenziyalaşdırılması da tələb olunmur. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il ## ####### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş Peşə təhsilli üzrə ixtisaların Təsnifatında dəyişiklik edilməsi barədə # ######## 2023-cü il tarixli qərarının 2.7 bəndində 030210 Bərbərlik ixtisas qrupuna “Bərbər-vizajist” ixtisasından sonra “Qrimçi-pastijor”, Lazer epilyasiyası və depilyasiya texniki, makiyaj ustası, saç kəsimi və gözəllik xidmətlərinin təşkili ixtisasları əlavə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ##.##.2025-ci il tarixli MN №******* nömrəli inzibati tənbeh vermə haqqında qərarında onun ##.##.2025-ci il tarixdə Gəncə şəhəri, H.Əliyev küç.64 ünvanda yerləşən obyektə lisenziya olmadan özəl tibbi fəaliyyətlə (kosmetoloji) məşğul olmağı göstərilsə də həmin tarixdə o, ümumiyyətlə heç bir tibbi fəaliyyətlə məşğul olmamışdır. Lazer epilyasiyasının tibbi xidmət olaraq həmin vaxt aparılıbaparılmaması, lazer aparatının xidmət üçün yararlı olub-olmaması halları inzibati orqan tərəfindən müəyyən edilməmiş, inzibati xəta haqqında protokol tərtib edilərkən onun hüquq və vəzifələri ona ümumiyyətlə izah edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) yoxlayıcılar, yoxlama başlamazdan əvvəl xidmət vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini yoxlamanın vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarış təqdim etməmişlər. Səhiyyə Nazirliyi tərəfindən göstərilmiş material tərəfindən öyrənilərkən, məlum olmuşdur ki, güya yoxlamanın aparılması haqqında qərarın surəti Qərardan şikayət verən orqan (şəxs) təqdim edilmiş və bu barədə Qərardan şikayət verən orqan (şəxs) imza etmişdir. Lakin Qərardan şikayət verən orqan (şəxs) bildirmişdir ki, həmin imza ona məxsus deyil, onun imzası saxtalaşdırılıbdır. Bununla bağlı Qərardan şikayət verən orqan (şəxs) izahatında imzalarla tanış olduqda, aşkar surətdə görünür ki, imzalar tam fərqlidir. Həmçinin yoxlamanın aparılması haqqında qərarda yoxlayıcı şəxslər X1 və X2 göstərilsə də, Qərardan şikayət verən orqan (şəxs) bildirmişdir ki, yalnız bir nəfər yoxlayıcı şəxs X1 iştirak etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəmə baxışı iclasında barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayətin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini, Gəncə şəhər Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarının və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ##.##.2025-ci il tarixli MN №******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol qanunsuz və əsassızdır. Belə ki, lazer epilyasiya fəliyyəti ilə məşğul olur. Fəaliyyətin həyata keçirildiyi yerdə başqa bir xanım əlavə olaraq hərdən çistka ilə məşğul olur. ##.##.2025-ci il tarixində bir xanım fəliyyət göstərdiyi obyektə gələrək yoxlama aparmalı olduğunu bildirmiş, ondan hər hansı bir problem olub-olmadığını soruşduqda bildirmişdir ki, lisenziya olmadan özəl tibbi fəaliyyətlə (kosmetoloji fəliyyətlə) məşğuldur. Buna görə də onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və vəzifəli şəxs qismində 5000 (beş min) manat məbləğində cərimə edilmişdir. O, lazer epilyasiya fəliyyəti ilə məşğul olmaq üçün aparatı alarkən hər hansı bir icazənin alınmasına ehtiyac olmadığı bildirilmişdir. Onun barəsində protokol tərtib edilərkən müvafiq qanunvericiliyin tələblərinə əməl edilməmiş, həmçinin onun fəaliyyət göstərdiyi obyektdə yoxlama düzgün aparılmamışdır. Apellyasiya məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası IXM-in 133.2.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası IXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Inzibati xəta üzrə işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini tədqiq edərək məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin olunmamalı, Gəncə şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan qərarından görünür ki, inzibati xəta haqqında işə baxan hakim Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2025-ci il ## ###### tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarını qanuni və əsaslı hesab edərək, verilmiş şikayət əsassız olduğundan təmin edilməməsinə dair yekun nəticəyə gəlmişdir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) qeyd edilən inzibati xəta hadisəsini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən inzibati icraata başlamış səlahiyyətli orqan tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş ##.##.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, ##.##.2025-ci il tarixində ünvan 2 ünvanında fəaliyyət göstərən obyektdə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən lisenziyası olmadan özəl tibb fəaliyyət (kosmetoloji) göstərməsi faktı aşkar edilmişdir. Nəticədə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası IXM-in 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 5000 (beş min) manat inzibati cərimə edilmişdir. Iş materialalrına əlavə edilmiş X3 Plandankənar (növbədənkənar) yoxlama aktından, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi publik hüquqi şəxs tərəfindən qərarda, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan və fotoşəkillərdən görünür ki, IK Lazer yazısı olan obyektin içerisinde lazer aparatı va lazer fealiyyatinin həyata keçirilməsi stol müəyyən edilmişdir. Azərbaycan Respublikası IXM-in 210.1-ci maddəsinə əsasən lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarına və apellyasiya şikayətinin dəlillərinə əsasən birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edir və qeyd edir ki, qərardan şikayət vermiş Qərardan şikayət verən orqan (şəxs) şikayətinin əsasını təşkil edən hallar əsassız olmaqla iş materialiarında olan və qərarda sadalanan sübutlarla təkzib olunmuşdur. Qərardan şikayət verən orqan (şəxs) qanunvericiiiyin tələbini pozmuş, ##.##.2025-ci il tarixdə ünvan 1 ünvanında yerləşən "IK" Lazer fıziki şəxs Qərardan şikayət verən orqan (şəxs) xususi razılıq(lisenziya) tələb olunduğu halda belə razılıq alınmadan özəl tibb faəliyyət kosmetoloji(lazer epilyasiyası) fəaliyyəti ilə məşğul olduğu müəyyən edilmişdir. “Lisenziya və icazələr haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il ## ### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin” Siyahısına əsasən özəl tibb fəaliyyətinin bir növü kimi kosmetoloji iş lisenziya tələb olunan fəaliyyət sahəsi hesab olunur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının ## #### 2022-ci il tarixli ********** nömrəli Qərarında kosmetoloji peşənin fəaliyyət dairəsinə daxil olan xidmətlərin siyahısı və anlayışları verilmiş və o xidmətlərdən biri də lazer epilyasiyası hesab edilmişdir. Həmin qərarda kosmetoloq peşə sahibinin kosmetoloq olduğu və həmin peşə sahibinin anlayışında onun xarici görünüşü yaxşılaşdırmaq üçün kosmetik xidmətlər göstərən sertifikatlı tibb mütəxəssisi olduğu qeyd olunmuşdur. Kollegiya Qərarının 3-cü hissəsinin (“Peşə sahibi (kosmetoloq) üçün tələb olunan səriştələr”) “Dəriyə qulluq prosedurlarının həyata keçirilməsi” bəndində kosmetoloqun artıq tükləri tibbi cihazlarla (lazer epilyasiya) çıxartması və onun həmin prosedur çərçivəsində ərtaflı şəkildə hansı işləri görməsi birbaşa qeyd olunmuşdur. Iş materialları ilə müəyyən edilir ki, yoxlama zamanı obyekt daxilində “H2O2 Small Buble” cihazı, lazer üsulu ilə epilyasiya prosedurları üçün nəzərdə tutulmuş Candela CORP- SN 991-0880-14544 aparatı aşkar edilməsi, eyni zamanda yoxlama aparılan obyektin faktiki fəaliyyət növünün yalnız kosmetoloji fəaliyyətdən ibarət olması onu deməyə əsas verir ki, Qərardan şikayət verən orqan (şəxs) xususi razılıq(lisenziya) tələb olunduğu halda belə razılıq alınmadan özəl tibb faəliyyət kosmetoloji(lazer epilyasiyası) fəaliyyəti ilə məşğul olmuşdur. Sadalanan xüsusatlara əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamış, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası IXM-nin 210.1-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə qərarın ləğv olunması üçün Azərbaycan Respubükası IXM-nin 134 və 135-ci maddələri ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qərar isə dəyişdiriimədən saxlanılmalıdır. Azərbaycan Respublikası IXM-nin 134.1.1-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda qərarın dəyişdiriimədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDIM: Şikayət təmin edilməsin. Gəncə şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar