Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-241/2026 12.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi - Əzizov Sevindik Əziz oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Zamiq oğlu və onun müdafiəçisi X2 iştirakları ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Zamiq oğlunun Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra IXM-nin) 510.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə Şəmkir Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: Şəmkir Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı ilə (sədrlik edən hakim H.K.Məhəmmədi) ##.##.2001-ci il tarixdə Şəmkir rayon Zəyəm qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, Şəmkir rayon Zəyəm qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Zamiq oğlu IXM-nin 510.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 15 (on beş) gün müddətinə inzibati həbs edilmiş, inzibati həbsdə olmanın əvvəlinin inzibati qaydada tutulduğu ##.##.2026-ci il tarixdən, saat 17:00-dan hesablanması, qərarın icrasının Şəmkir Rayon Polis Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin müdafiəçisi apellyasiya şikayəti verərək Şəmkir Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarının ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Zamiq oğlunun barəsində daha yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Zamiq oğlu IXM-nin 510.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş olsa da, törətdiyi əməldən səmimi peşmandır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ali təhsilli olmaqla əvvəllər heç bir şəkildə cəmiyyətə və ətrafında olan şəxslərə qarşı hörmətsizlik etməmiş, hər hansı inzibati məsuliyyətə cəlb edilməmişdir. Ilk dəfədir ki, inzibati xəta törədir və əməlindən səmimi peşmandır. Belə ki, ## ##### 2026-cı il tarixdə avtomobildə olarkən işlədilmiş ifadələrin "Tik Tok" sosial şəbəkəsi vasitəsilə canlı olaraq yayılmasını bilməmiş, ümumiyyətlə həmin vaxt işlənmiş ifadələrin heç birini bilərəkdən, cəmiyyətə hörmətsizlik etmək məqsədilə ifadə etməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında da törətdiyi əməlindən səmimi peşman olduğunu bildirmişdir. Hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Zamiq oğlunun inzibati məsuliyyətə cəlb edildiyi maddənin sanksiyasında alternativ cəza nəzərdə tutulduğu halda məhkəmə tərəfindən onun ilk dəfə inzibati xəta törətməsi nəzərə alınmadan onun barəsində inzibati həbs tənbehi verilməsi ədalətli olmamışdır”. Apellyasiya baxışı zamanı barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Zamiq oğlu və onun müdafiəçisi X2 apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək Şəmkir Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli *(*-***)- ***/**** saylı qərarının ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Zamiq oğlunun barəsində daha yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq protokolu tərtib etmiş şəxs məhkəmə iclasında iştirak etməmişdir. Sədrlik edən işə protokolu tərtib etmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini, birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını işin müəyyən olunmuş halları əsasında yoxlayaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Belə ki, IXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. IХM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati хətaların törədilməsində təqsirli hesab edilən və inzibati хəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəхs inzibati məsuliyyətə cəlb оlunur və tənbeh edilir. IХM-nin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. IХM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. IХM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. IXM-nin 510.2-ci maddəsinə əsasən internet informasiya ehtiyatında və ya informasiyatelekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Iş materiallarında olan: ##.##.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Zamiq oğlu IXM-nin 510.2-ci maddəsində nəzərdə tutulmuş xətanı, ##.##.2026-ci il tarixdə “TIK-TOK” sosial şəbəkəsində nalayıq sözlərdən istifadə etmişdir. “Inzibati qaydada tutma” haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Zamiq oğlu ## ##### 2026-cı il tarixdə, saat 17:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Zamiq oğluna istinad edilən IXM-nin 510.2-ci maddəsi ilə inzibati xətanın onun tərəfindən törədilməsi iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sübutlarla, onun etirafedici izahatı ilə tam sübuta yetirilir. Lakin tətbiq edilən inzibati tənbehin növü məsələsinə gəldikdə isə apellyasiya instansiyası qeyd edir ki, birinci instansiya məhkəməsi inzibati xəta törətmiş şəxsə tətbiq edilən inzibati tənbehinin növünü müəyyən edərkən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Zamiq oğlunun məsuliyyətini yüngülləşdirən əlavə halların olmasını nəzərə almamışdır. Belə ki, IXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. IXM-in 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Zamiq oğlunun əməlindən peşman olması məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmış və məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Apellyasiya instansiyası hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Zamiq oğlunun əməlindən peşman olması ilə yanaşı onun ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsi, gənc olması da onun məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edilməli və inzibati tənbehin müəyyən edilməsi zamanı nəzərə alınmalıdır. IXM-nin 32.2-ci maddəsinə əsasən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Beləliklə, apellyasiya instansiyası məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Zamiq oğlunun törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları, məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı tətbiq edilmiş inzibati tənbehin növünə aid hissədə dəyişdirilməli və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Zamiq oğlunun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül tənbeh hesab olunan inzibati cərimə təyin edilməlidir. IXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla, tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. IXM-nin 135.1 və 135.1.5-ci maddələrinə görə tətbiq edilmiş tənbehin bu Məcəllənin 31- 34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Qeyd olunanlara əsasən və IXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Zamiq oğlunun Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə Şəmkir Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı inzibati tənbehin növü ilə bağlı hissədə dəyişdirilsin. Həmin qərarla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Zamiq oğluna təyin edilmiş inzibati həbs növündə tənbeh 500 (beş yüz) manat inzibati cərimə ilə əvəz edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Zamiq oğlu məhkəmə iclas zalında inzibati həbsdən dərhal azad edilsin. Qərarın icrası Protokolu tərtib edən orqan və Şəmkir Rayon Icra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №3(3-7)-241/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-241/2026
12.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver