Məhkəmə qərarları › İş №3(3-7)-242/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-242/2026

23.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-242/2026 23.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, Məmmədov Elvin Israyıl oğlunun katibliyi ilə, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2–ci maddəsi ilə tərtib edilmiş ##.##.2025-ci il tarixli TP******* saylı inzibati xəta haqqında qərardan verdiyi şikayətin təmin edilməməsinə dair Daşkəsən Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Qərarından şikayət verilən orqan-nin DYPB-nin ##.##.2025-ci il tarixli TP******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 (yüz) manat məbləğində inzibati cərimə olunmuşdur. Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə Daşkəsən Rayon Məhkəməsinə müraciət edərək Qərarından şikayət verilən orqan-nin DYPB-nin ##.##.2025-ci il tarixli TP******* saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Daşkəsən Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə qərardan şikayət verilmə müddəti ötürüldüyü üçün şikayət ərizəsi geri qaytarılmışdır. Həmin qərardadan Qərardan şikayət verən orqan (şəxs) tərəfindən apellyasiya şikayəti verilmiş və Gəncə Apellyasiya Məhkəməsinin *(*-*)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin olunaraq iş yenidən baxılması üçün Daşkəsən Rayon Məhkəməsinə qaytarılmışdır. Daşkəsən Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərarı ilə şikayət təmin edilməmiş, Daşkəsən Rayon Polis Şöbəsinin DYPB-nin ##.##.2025-ci il tarixli TP******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək Daşkəsən Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)- ***/**** nömrəli qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, o, Qərardan şikayət verən orqan (şəxs) və atası Orucov Tahir Abbas oğlu ##.##.2025-ci il tarixində saat 16:59 radələrində atası Orucov Tahir Abbas oğluna məxsus olan ** UY *** Dövlət nömrə nişanlı Opel-Astra markalı nəqliyyat vasitəsi ilə Daşkəsən rayon Mərkəzindən üzü Gəncə istiqamətinə hərəkətdə olarkən Fövqaladə Hallar Nazirliyinin nəzdində rayon Yanğın Söndürən idarəsinin yaxınlığında Daşkəsən rayon Yol Patrul Xidmətinin Polisi əməkdaşları yolun düz xətt olan hissəsində yük maşınlarını saxlayaraq yoxlama həyata keçirilməsi adı altında yolun keçid hissəsini daraltmışdılar. Yolda arxada olan nəqliyyat vasitələrinin hərəkətinə maneçilik törətməmək üçün yolu daraltmış Polis əməkdaşlarına müraciət edərək hərəkətlərini davam etdirmək niyyətini bildirdilər. Ona görə ki, onlara bildirmədən hərəkətlərini davam etdirərsə məcburi qaydada yolun orta hissəsinə çəkilmiş düz xətti ayaqlamalı olardılar. Digər halda səbəbsiz yerə polis əməkdaşlarının onları yolundan ləngitmələrinə tabe olmuş olsa idi, vacib hesab etdikləri işin pozulması ilə nəticələnərdi. Məhz elə buna görə də, keçərək yollarını davam etdirmək niyyətini onlara bildirmişlər. Bu zaman Polis əməkdaşları əlləri ilə işarə edərək keçib getmələrini bildirdilər və onlar məcburi qaydada düz xətti kəsərək yollarına davam etməyə başlamışlar. Təxminən 2.5 km getdikdən sonra həmin polis əməkdaşları arxaları ilə gələrək maşını saxlatdırdılar və bəyan etdilər ki, düz xətti kəsdiyinizə görə 100 manat cərimə olunursunuz. Onlar buna etiraz bildirdilər və onlara xatırlatdılar ki, düz xətti əyaqlamağa siz vədar etdiniz. Polis əməkdaşları bu sözlərin qarşılığında onlara bildirdilər ki, cərimənin 30 faizini ödəsəniz gedə bilərsiniz. O, onlara 5 manat vermək istədikdə onlar buna etiraz etdilər. Bu zaman atası Orucov Tahir Abbas oğlu məsələyə müdaxilə edərək qeyd etdi ki, siz özünüz yük maşınlarını saxladaraq onları məcburi qaydada düz xətti əyaqlamağa vədar etdiniz. Yəni xəttin əyaqlanmasını əlinizlə komanda verərək icazə verdiniz. Digər halda atası görüntünü təqdim etmələrini tələb etdi. Lakin heç bir görüntü təqdim etmədilər. Bundan sonra atası yəni, Orucov X3 rayon Yol Patrul Xidmətinin rəisi Nemət müəllimlə görüşərək təfərrüatları onun diqqətinə çatdırmaqla görüntülərin təqdim edilməsini xahiş etmişdir. O isə görüntünün təqdim olunacağını bildirsədə belə, sonda onun tərəfindən verilən söz yerinə yetirilmədi. Daha sonra atası Baş Prokurorluğa və Korrupsiyaya qarşı Mübarizə idarəsinə zəng açaraq (Tel: *** *** ** **) polis əməkdaşlarının hərəkətlərindən şikayət edərkən, ona bildirmişlər ki, məhkəməyə müraciət etməlidirlər.Daha sonra onlar məhkəməyə müraciət etmişlər.Məhkəmə guya şikayət vermək müddətinin ötürüldüyü adı altında şikayət ərizəsini geri qaytarmışdır.Apellyasiya məhkəməsi isə həmin qərardadı ləğv etmiş və işin yenidən mahiyyəti üzrə baxılması üçün Daşkəsən rayon məhkəməsinə göndərilməsini xahiş etmişdir. Daşkəsən rayon məhkəməsi Gəncə Apellyasiya Məhkəməsinin Qərarı ilə müəyyən edilmiş hərəkətləri yerinə yetirmədən Qərarından şikayət verilən orqan-nin DYPB-nin ##.##.2025-ci il tarixli TP******* saylı inzibati tənbeh vermə haqqında qərarını qüvvədə saxlamışlar. Odur ki, Daşkəsən Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarının ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Qərardan şikayət verən orqan (şəxs) və Qərarından şikayət verilən orqan-nin DYPB-nə məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişlər və gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası IXM-in 133.2.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini araşdıraraq və birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə əlaqəli şəkildə yoxlayaraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, IXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası IXM-nin 48-ci maddəsində göstərilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası IXM-nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə altmış manat məbləğində cərimə edilir. Iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Daşkəsən Rayon Polis Şöbəsinin Yol Patrul Xidmətinin baş inspektoru R X1 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında ##.##.2025-ci il tarixli, TP******* saylı qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbayan Respublikasının IXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Iş materiallarına əlavə edilmiş Daşkəsən rayon Polis Şöbəsinin DYPB-nin, ##.##.2025ci il tarixli TP******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə qaydasını pozduğu üçün Azərbaycan Respublikasının IXM-nin 327.2-ci maddəsinə əsasən 100 manat məbləğində cərimə olunmuşdur Iş materiallarına əlavə edilmiş CD diskdə olan video çəklişdən görünür ki, ##.##.2025ci il tarixdə, Opel Astra minik markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi əks istiqamətli hərəkət zolağına çıxaraq manevr etmə qaydasını pozduğu səbəbi ilə yol polis əməkdaşları tərəfindən saxlanılmışdır. Video çəkliş aparılan zaman şəxsə 1.1 üfüqi nişanlanma xəttinin tələbini pozaraq düz xəti üzərindən keçərək əks istiqamətli hərəkət zolağına çıxaraq manevr etmə qaydasını pozduğuna görə barəsində inzibati qaydada protokol tərtib edildiyini bildirmişdir.Video çəklişdən görünür ki, inzibati xəta haqqında protokol tərtib edilərkən sürücü Qərardan şikayət verən orqan (şəxs) hər hansı bir etiraz bildirmir. Polis əməkdaşları protokola dair etiraz etmək hüququnun olmasını ona izah edirlər, yaxınlaşraq protokola dair qeyd aparılmasını ona təklif edirlər. Buna baxmayaraq sürücü Qərardan şikayət verən orqan (şəxs) inzibati xəta törətməmiş olmasını şifahi və ya yazılı qaydada bildirməmişdir Apellyasiya icraatı zamanı müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi tam, hərtərəfli və obyektiv araşdırma apararaq və işdə olan sənədləri tədqiq etmiş və müəyyən etmişdir ki, Opel Astra minik markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi əks istiqamətli hərəkət zolağına çıxaraq manevr etmə qaydasını pozmuş və bununla da Azərbaycan Respublikası IXM-nin 327.2–ci maddəsində göstərilən inzibati xətanı törətmiş, bununla da ##.##.2025-ci il tarixli TP******* saylı inzibati xəta haqqında iş üzrə qərarla 100 manat məbləğində cərimə edilmişdir. Apellyasiya məhkəməsi belə nəticəyə gəlir ki, məhkəmə həmin sübutlara əsaslanmaqla düzgün nəticəyə gəlmiş, tam araşdırma aparmış və qanuni və əsaslı qərar qəbul etmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi işdə olan sübutları məcmu halında nəzərdən keçirərək hesab edir ki, məhkəmənin gəldiyi nəticə əsaslıdır. Qərardan şikayət verən orqan (şəxs) dəlilləri isə işdə olan sübutlarla təsdiq edilmir. IXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Ona görə də apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Daşkəsən Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir. Hakim: Faiq Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar