Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-243/2026 23.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsi Abdullayev Əlizamin Gülzalı oğlunun sədrliyi Quliyev Anar Elcan oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) və Qərarından şikayət verilən orqan “xxxx” Publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) Qərarından şikayət verilən orqan tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinin təmin edilməməsinə dair Qazax Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, *(***)-****/**** nömrəli qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Qərardan şikayət verən orqan (şəxs) ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə təqsirli bilinərək 5000 manat məbləğində inzibati tənbeh edilmişdir. Həmin qərardan narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini İsmayılov Rasim Miskin oğlu tərəfindən qəbul edilmiş MN ******* nömrəli, ##.##.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Qərarından şikayət verilən orqan ##.##.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək Qazax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətində qeyd etmişdir ki, inzibati orqan tərəfindən qərar qəbul edilərkən aşağıdakı hüquq normaları pozulmuşdur: 1.Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər İdarəsi tərəfindən ##.##.2025-ci il tarixli, Seriya DVX ****** nömrəli “Lisenziya tələb olunan fəaliyyət növləri ilə belə lisenziya olmadan məşğul olan şəxslərin aşkar edilməsi operativ vergi nəzarətinin nəticələri haqqında" Akt tərtib edilib. Həmin Akta əsasən guya o, "stomatoloji xidmətlərin göstərilməsi” ilə məşğul olur. Halbuki o, izahatında stomatoloji fəaliyyətlə məşğul olmadığını bildirsə də, Vergi xidməti əməkdaşları stomatoloji fəaliyyətlə məşğul olmağını əsas götürüblər. Bunu əsaslandırmaq üçün atasına məxsus evdə olan və istifadə edilməyən stomatoloji avadanlıqları əsas götürüblər. Əgər stomatoloji həkim fəaliyyətilə məşğul olmuşamsa, ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixə qədər açılmış yoxlama dövründə necə olur ki, bir dəfə də olsun belə bir fəaliyyət aşkar etməyiblər?! Qeyd edir ki, həmin avadanlıqları stomatoloji kabinet açmaq üçün toplayır və lisenziya aldıqdan sonra həmin fəaliyyətlə məşğul olacaqdır. 2.Ümumiyyətlə yoxlamanın açılması və həyata keçirilməsi qanunsuz olub. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında qanunun 18-ci maddəsinə əsasən orta, kiçik və mikro sahibkarlarda yoxlamanın müddəti 3 iş günündən artıq olmamalıdır. Yoxlama açılması haqqında qərardan isə görünür ki, yoxlama ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixə qədər bir aylıq müddətdə açılıb. Belə qanunsuz qərar əsasında tərtib edilmiş akt, protokol və inzibati tənbehvermə haqqında qərar da qanunsuzdur. Eyni zamanda yoxlamanı həyata keçirən şəxslər atama məxsus fərdi yaşayış evinə daxil olaraq oraya baxış keçiriblər. Bununla bağlı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətini məhkəməyə təqdim etmişdir. Başqa şəxsə məxsus fərdi yaşayış evində yoxlamanın keçirilməsinin qanunsuzluğu məhkəmə tərəfindən diqqətə alınmamışdır. 3.Qərarından şikayət verilən orqan "xxxx" PHŞ Vergi Xidmətinin ##.##.2025-ci il tarixli, Seriya DVX ****** nömrəli "Lisenziya tələb olunan fəaliyyət növləri ilə belə lisenziya olmadan məşğul olan şəxslərin aşkar edilməsi operativ vergi nəzarətinin nəticələri haqqında" Aktına əsasən ##.##.2025-ci il tarixli MN ******* nömrəli İnzibati Xəta haqqında Protokol tərtib etmişdir. İnzibati Xəta haqqında Protokol Analitik Ekspertiza X1 Şöbəsinin mütəxəssisi X4 tərəfindən tərtib edilibdir. Qərarından şikayət verilən orqan ##.##.2018-ci il tarixli əmri ilə təsdiq edilmiş Qərarından şikayət verilən orqan inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısına əsasən İXM 210-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə Səhiyyə nazıri, Səhiyyə nazirinin müavinləri, Aparatın rəhbəri, onun müavini, hüquq və daxıli nəzarət sektorunun müdiri səlahiyyətlidir. Göründüyü kimi İnzibati Xəta haqqında protokol səlahiyyəti olmayan şəxs tərəfindən tərtib edilib. Hansı ki, belə olan halda inzibati xəta haqqında protokol inzibati xətanı aşkar edən vəzifəli şexs tərəfindən tərtib edilərək qərar qəbul edilməsi üçün Qərarından şikayət verilən orqan təqdim edilməliydi. Hansı ki, ona ## ####### 2025-ci il tarixli ** saylı Ərazi vergilər idarəsi tərəfindən göndərilmiş bildirişdə də inzibati xəta haqqında protokolun göndərildiyi qeyd edilmişdir. Lakin bu bildirişə hər hansı protokol əlavə edilməmişdir. Bu səhvin davamı olaraq qanunsuz olaraq ##.##.2025-ci il tarixli MN ******* nömrəli İnzibati Xəta haqqında Protokol Analitik Ekspertiza X1 Şöbəsinin mütəxəssisi X4 tərəfindən tərtib edilibdir. Həmin protokol əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini İsmayılov Rasim Miskin oğlu tərəfindən MN ******* nömrəli, ##.##.2025-ci tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilibdir. 4. İXM-in 61.3-cü maddəsinin tələbinə əsasən İnzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Nə inzibati xəta haqqında protokolun, nə də inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsində onun iştirakı təmin edilməyib və bu onun İXM-in 61-ci maddəsində nəzərdə tutulmuş hüquqlarını (61.1.1. inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq; 61.1.2. izahat vermək; 61.1.3. sübutlar təqdim etmək; 61.1.4. vəsatət və etirazlar vermək; 61.1.5. işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək; 61.1.6. inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək; 61.1.7. ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək;) kobud şəkildə pozmuşdur. İnzibati tənbehvermə haqqında qərar ##.##.2025-ci ildə qəbul edilib. Ona isə protokola baxılması haqqında bildiriş ##.##.2025-ci ildə verilibdir. Bildirişin göndərildiyi zərfi məhkəməyə təqdim etsə də, hakim qərar qəbul edərkən onu və hüquqlarının kobud şəkildə pozulmasını nəzərə almayıbdır. 5.İnzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən o, fiziki şəxs kimi nəzərdə tutulmalı olduğu halda vəzifəli şəxs kimi nəzərdə tutulmuşdur. Halbuki o, İXM-in 17-ci maddəsinin qeyd hissəsində nəzərdə tutulmuş şəxslərdən (Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerine yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər.) biri deyildir. Belə ki, o, ##.##.2022-ci ildə “xxxx”MMC ilə "Diler Xidmətlərinin göstərilməsi haqqında" müqavilə bağlayarkən vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir. Həmin VÖEN-in ləğvi üçün müraciətinə görə ##.##.2024-ci il tarixdən fəaliyyətinə xitam verilmişdir. Göründüyü kimi o, sahibkarlıq fəaliyyəti ilə məşğul olmur və belə olduğu halda vəzifəli şəxs kimi inzibati tənbeh edilməyi qanunsuzdur. İnzibati Tənbeh vermə haqqında qərar qəbul edilərkən yuxarıda qeyd etdiyi pozuntular məhkəmə tərəfindən nəzərə alınmamış və nəticədə inzibati orqanın qəbul etdiyi qanunsuz qərarı qüvvədə saxlanılmışdır. Yoxlama müddətinin qanunsuzluğu ilə bağlı məhkəmə iclasında Səhiyyə Nazirliyi "xxxx" Publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə bildirmişdir ki, "şikayətdə yoxlama müddəti ilə bağlı qeyd olunanlar da doğru deyil. Belə ki, Sahibkarlıq fəaliyyətinə nəzarətlə bağlı yoxlamalar bir ay müddətində 3 gün boyunca həyata keçirilə bilər. Qeyd olunan yoxlamanın həyata keçirildiyi dövr də bu baxımdan tam qanunauyğundur." Məhkəmə isə öz qərarında buna hər hansı fikir bildirməmiş, bu qanunsuz yoxlamanın üzərindən sükutla keçmişdir. Halbuki qanunun tələbi açıqdır və yoxlama keçirilməsi barədə qərarda 3 gündən artıq nəzərdə tutula bilməz. İXM-in 61-ci maddəsinin kobud pozuntusu olaraq onun qərarının qəbulunda iştirakının təmin edilməməsinə münasibətdə məhkəmə iclasında iştirak edən Səhlyyə Nazirliyi “xxxx" Publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə bildirmişdir ki, "##.##.2025-ci il tarixdə Qərardan şikayət verən orqan (şəxs) dəvət məktubu ünvanlanmışdır, lakin şəxs gəlmədiyi üçün materiallara baxılması onun iştirakı olmadan həyata keçirilmişdir. ”Məhkəməyə təqdim etdiyi zərfdən də göründüyü kimi, dəvət məktubu ona ##.##.2025-ci ildə çatdırılıb və bununla da onun qərarın qəbulunda iştirakı təmin edilməmişdir. Onun vəzifəli şəxs olmamağı, fiziki şəxs olmağı arqumentimə məhkəmə iclasında iştirak edən Səhiyyə Nazirliyi “xxxx" Publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə bildirmişdir ki, "qarşı tərəf fərdi sahibkar kimi qeydiyyatının ləğv edildiyini qeyd etsə də, vergi ödəyicilərinin elektron məlumat sistemində müvafiq VÖEN-lə qeydiyyatı müəyyən edilmişdir." Məhkəmə də öz qərarında inzibati orqanın fikrini təkrarlamışdır. Halbuki məhkəməyə təqdim etdiyi sənəddən görünür ki, onun VÖEN-in ləğvi üçün müraciətinə görə ##.##.2024-ci il tarixdən sahibkarlıq fəaliyyətinə xitam verilibdir. Məhkəmə də eynilə inzibati orqan kimi ##.##.2025-ci il tarixli aktın surətinə baxaraq onun Qazax şəhəri S.Vurğun küçəsində yerləşən stomatoloji kabinetdə faktiki olaraq stomatoloji fəaliyyətlə məşğul olduğu, həmçinin bu cür fəaliyyətlə məşğul olması üçün lazım olan tibbi avadanlıqlar və tibbi ləvazimatların mövcudluğunun aşkar edilməsi qənaətinə gəlmişdir. Bu qənaətə gəlmək üçün ona avadanlığın mövcudluğu kifayət etmişdir. Halbuki şikayətində də qeyd etdiyi kimi həmin avadanlıqlardan heç bir vaxt istifadə edilməmişdir. Həmçinin hakim fərdi yaşayış evini stomatoloji kabinet hesab etmiş, fərdi yaşayış evində hansı əsasla qanunsuz yoxlama aparılmasını əsaslandırmamışdır. Hakim qərarda qeyd etmişdir ki, "məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Qazax şəhəri S.Vurğun küçəsində yerləşən kabinetdə qanun pozuntusuna yol verilmədən səlahiyyətli şəxslər tərəfindən yoxlama aparılmış, aparılmış yoxlamanın nəticələri qanunauyğun şəkildə rəsmiləşdirilmişdir." Amma bu qanunauyğunluğu hansısa qanuna istinad edərək əsaslandırmamışdır. Ona görə də Qazax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətini müdafiə edərək şikayətində göstərilən məzmunda çıxış etdi və şikayətinin təmin edilərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və səlahiyyətli vəzifəli şəxsin qərarından verdiyi şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Qərarından şikayət verilən orqan “xxxx” Publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin rədd edilməsini və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə şikayətin dəlillərini inzibati xəta haqqında işin materialları ilə əlaqəli surətdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Qazax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanmalıdır. Bununla əlaqədar məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənini 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənini “Qeyd”-nə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibatitəsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən isə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İş materiallarında olan Qərarından şikayət verilən orqan “xxxx” X3 mütəxəssisi X4 tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 2 ünvanında fəaliyyət göstərən stamotoloji kabinetdə ##.##.2025-ci il tarixdə DVX-nin ** saylı ƏVİ-n nümayəndələri tərəfindən keçirilən yoxlama zamanı Qərardan şikayət verən orqan (şəxs) lisenziya olmadan özəl tibbi fəaliyyət ilə (stomatoloji iş) məşğul olması faktı aşkar edilərək şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materillarında olan “Lisenziya tələb olunan fəaliyyət növləri ilə belə lisenziya olmadan məşğul olan şəxslərin aşkar edilməsi üzrə operativ vergi nəzarətinin nəticələri haqqında” ##.##.2025-ci il tarixli DVX 000629 seriyalı Aktın surətindən görünür ki, aparılmış yoxlama nəticəsində ünvan 1 ünvanında yerləşən stomatoloji kabinetdə ##.##.2025-ci il tarixdə saat 19:40 radələrində Qərardan şikayət verən orqan (şəxs) tərəfindən “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası qanununun tələbləri pozulmaqla stomatoloji fəaliyyət göstərildiyi aşkar edilmişdir. İş materiallarında olan “Operativ vergi nəzarətinin nəticələri haqqında tərtib edilmiş aktın imzalanmasından imtina aktı”-nın məzmunundan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) stomatoloji fəaliyyətlə məşğul olmasına baxmayaraq izahatında diş texniki kimi fəaliyyət göstərdiyini bildirərək aktları imzalamaqdan imtina etmişdir. İş materiallarında olan Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş##.##.2025-ci il tarixli izahatın məzmunundan görünür ki, şəxs Qazax şəhəri S.Vurğun küçəsində (atasına məxsus) stomatoloq texnik lobarator fəaliyyətlə məşğul olduğunu, 2025-ci ilin yanvar ayının sonundan işlədiyini və işin daimi olmadığını, həmçinin işlədiyi yerin (yaşayış yeri) sənədləri qaydasında olmadığı üçün obyekti vergi orqanında qeydiyyatdan keçirə bilmədiyini və posterminal, nəzarət kassa aparatlarının quraşdırılmadığını, fəaliyyət göstərdiyi dövrdən həmin günədək 1000 manat gəlir əldə etdiyini, o cümlədən texniki faəliyyətlə məşğul olduğunu əsas gətirməklə xüsusi razılığın tələb olunmadığını bildirərək xüsusi razılıq (lisenziya) almadığını qeyd etmişdir. İş materiallarında olan ##.##.2025-ci il tarixli aktın surətindən görünür ki, Qazax şəhəri S.Vurğun küçəsində yerləşən stomatoloji kabinetdə Qərardan şikayət verən orqan (şəxs) faktiki olaraq stomatoloji fəaliyyətlə məşğul olduğu, həmçinin bu cür fəaliyyətlə məşğul oması üçün lazım olan tibbi avadanlıqlar və tibbi ləvazimatların mövcudluğu aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, müvafiq yoxlama aparılmış kabinetdə üzərində Qərardan şikayət verən orqan (şəxs) adı qeyd olunan müxtəlif sertifikatlar, həmçinin stomatoloji fəaliyyət zamanı istifadə edilə biləcək tibbi ləvazimatlar, işıqlandırma, stomotoloji avadanlıq və bunun kimi digər avadanlıqlar yerləşdirilmişdir. Həmçinin iş materiallarında olan sənədlərə əsasən Vergi ödəyicilərinin məlumat sistemində Qərardan şikayət verən orqan (şəxs) 4201940452 VÖEN-i ilə qeydiyyatının olması müəyyən edilmişdir. Apellyasiya baxışı zamanı təqdim edilmiş ** saylı Ərazi Vergilər İdarəsinin ##.##.**** saylı məktubundan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) (VÖEN 4201940452) vergi uçotu ##.##.2025-ci il tarixdə ləğv edilmişdir. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 46cı maddəsinə əsasən tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziyada) göstərilən işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilmir. İXM-nin 210.1-ci maddəsinə əsasən, lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Apellyasiya instansiyası məhkəməsi işdə olan sübutları məcmu hallında qiymətləndirərək hesab edir ki, barəsində inzibati tənbeh tətbiq edilmiş Qərardan şikayət verən orqan (şəxs) ona istinad edilən inzibati xətanı törətməsi iş materiallarında olan və birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tamamilə təsdiq olunur. Qərardan şikayət verən orqan (şəxs) İXM-nin 210.1-ci maddəsində göstərilən inzibati xətanı törətmədiyini iddia etsə də, bununla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) İXM-nin 210.1-ci maddəsi ilə təqsirli bilinib, onun 5000 (beş min) manat məbləğində cərimə edilməsi barədə Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini tərəfindən qəbul edilmiş qərarı dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir və həmin nəticə işin faktiki hallarına uyğundur. Müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmiş və inzibati məsuliyyət müəyyən edən qanunun norması düzgün tətbiq edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) İXM-nin 210.1-ci maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiq edilərkən bu Məcəllənin 31-33-cü maddələrinin tələblərinə əməl edilmişdir. İşə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək qanun pozuntusuna yol verilməmişdir. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) İXM-nin 210.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi və ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməsi ilə bağlı inzibati xəta haqqında iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Bu səbəbdən apellyasiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətində qeyd etdiyi dəlilləri qəbul etmir və həmin dəlilləri onun məsuliyyətdən yayınma məqsədi güdməsi kimi qiymətləndirir. Ona görə də apellyasiya məhkəməsi hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün heç bir əsas yoxdur. İXM-nin 134-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Beləliklə, apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) Qərarından şikayət verilən orqan tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinin təmin edilməməsinə dair Qazax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarından verdiyi apellyasiya şikayəti təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) Qərarından şikayət verilən orqan tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinin təmin edilməməsinə dair Qazax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərar qətidir, dərhal qanuni qüvvəyə minir, ondan şikayət və ya protest verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №3(3-7)-243/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-243/2026
23.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver