Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-244/2026 20.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Hüseynov Salman Bilal oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” MMC-in direktrou barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 iştirakı ilə “xxxx” MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinməsi barədə Tovuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin direktoru tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: Tovuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 73025113241) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinib barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 9900 (doqquz min doqquz yüz) avro məbləğində vəsait məbləğinin iyirmi faizi miqdarında, yəni 1980 (min doqquz yüz səksən) avro (avronun ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə) cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. IŞIN HALLARI: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən “xxxx” MMC barəsində IXM-in 430.4cü maddəsi üzrə tərtib olunmuş ##.##.2026-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola görə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 9900.00 Avro məbləğində vəsait bank vasitəsilə ## ###### 2024-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. "Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları"nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 9900.00 Avro məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta ## ###### 2026-cı il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Inzibati xəta haqqında protokola baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan qərarı qəbul etmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin direktoru apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və “xxxx” MMC barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən məsuliyyət yalnız avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə yaranır. Iş materiallarından müəyyən edilir ki, "xxxx" MMC tərəfindən ##.##.2024-cü il tarixində 9900 avro məbləğində vəsait avans qaydasında xaricə köçürülmüşdür. Lakin həmin vəsait hesabına alınmış mallar ##.##.2024-cü il tarixində Azərbaycan Respublikasının ərazisinə idxal edilmişdir. Bu hal ************** nömrəli gömrük bəyannaməsi ilə təsdiq olunur və həmin sənəd birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Beləliklə, avans ödənişi müqabilində mallar faktiki olaraq ölkəyə gətirilmiş və idxal faktı rəsmi gömrük sənədi ilə təsdiq edilmişdir. Bu halda cəmiyyətin hərəkətlərində IXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın obyektiv tərəfi mövcud deyil. Birinci instansiya məhkəməsi sübutları düzgün qiymətləndirməmişdir. Belə ki, iş materiallarında olan alınmış malların Azərbaycan Respublikasının ərazisinə idxal edilməsini təsdiq edən ##.##.2024-cü il tarixli gömrük bəyannaməsi, xxxx ASC-nin Tovuz filialının ##.##.2026-cı il tarixli məktubu həmçinin bankın təqdim etdiyi məktubda göstərilmişdir ki, ##.##.2024-cü il tarixli gömrük bəyannaməsi əsasinda 9900 avro məbləğində avans ödənişi bank tərəfindən bağlanılmışdır. Bu fakt göstərir ki, valyuta əməliyyatı tamamlanmış və malların idxal edilməsi bank tərəfindən də təsdiq edilmişdir. Buna baxmayaraq birinci instansiya məhkəməsi həmin sübutlara lazımi hüquqi qiymət verməmiş və onların məzmununu nəzərə almamişdır. Beləliklə, iş üzrə faktiki hallar tam və obyektiv araşdırılmamışdır. Inzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən inzibati xəta haqqında işə baxılarkən bütün hallar tam, hərtərəfli və obyektiv şəkildə araşdırılmalıdır Lakin birinci instansiya məhkəməsi gömrük bəyannaməsinin hüquqi əhəmiyyətini araşdırmamış,bankın təqdim etdiyi məlumatlara düzgün hüquqi qiymət verməmiş və malların faktiki idxal olunması faktını nəzərə almamışdır. Bu isə iş üzrə faktiki halların düzgün müəyyən edilməməsinə səbəb olmuşdur. Məhkəmənin gəldiyi nəticə iş materialları ilə ziddiyyət təşkil edir. Birinci instansiya məhkəməsi qərarında malların idxal edilməsi faktının iş materialları ilə təsdiqini tapmadığını qeyd etmişdir. Lakin iş materiallarında mövcud olan gömrük bəyannaməsi və bankın rəsmi məktubu əksinə olaraq malların idxal edildiyini təsdiq edir. Bu səbəbdən məhkəmənin gəldiyi nəticə iş materiallarında olan sübutlarla ziddiyyət təşkil edir. Inzibati xəta üzrə sübutetmə yükü inzibati orqanın üzərinə düşür. Inzibati xəta haqqında işlər üzrə şəxsin təqsiri yalnız mötəbər və kifayət qədər sübutlarla təsdiq edildiyi halda müəyyən edilə bilər. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin direktoru apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək şikayətin təmin olunmasını xahiş etdi. Apellyasiya instansiyası məhkəməsinin iclasının yeri və vaxtı barədə məlumat verilmiş inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iclasın iştirakı olmadan keçirlməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası IXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu ## ### 2009-cu il tarixli qərarında apellyasiya instansiyasının mahiyyəti ilə bağlı hüquqi mövqeyini ifadə edərək göstərmişdir ki, bu məhkəmə instansiyası tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Qərarda daha sonra qeyd edilmişdir ki, qanuni qüvvəyə minməmiş birinci instansiya məhkəməsinin qərarına apellyasiya qaydasında yenidən baxılmasına məhkəmə səhvlərinin düzəldilməsinin vasitəsi kimi baxılmalıdır. Bununla qəsdən və ya yanlışlıq üzündən edilmiş pozuntuların nəticəsində yaranan məhkəmə səhvləri düzəldilmiş olur və bu səhvlərin ağır nəticələrinin qarşısı vaxtında alınır. Məhkəmə, inzibati xətaya dair işin materiallarını və şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməli, Tovuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli 3(5-163) ***/**** nömrəli qərarı ləğv edilməli, Azərbaycan Respublikası IXM-in 53.1.1-cı maddəsinin tələblərinə müvafiq olaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarinda olan və məhkəmə tərəfindən tədqiq edilmiş: Debit haqqında bildirişin surətindən görünür ki, hüquqi şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 9900 avro məbləğində vəsait ##.##.2024-cü il tarixində "xxxx" ASC-də olan hesabından, Azərbaycan Respublikasından kənara köçürülmüşdür; Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya qurumlarının dövlət reyestrindən çıxarışdan məlum olur ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti qeydiyyata alınmış, VÖEN-i ********** hüquqi ünvanı AZ6000, Tovuz rayonu Yuxarı Öysüzlüdür; Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə təqdim edilmiş ************** nömrəli ##.##.2024-cü il tarixli gömrük bəyannaməsi təqdim olunmuşdur; "xxxx" ASC-nin Tovuz filialı tərəfindən təqdim edilmiş ##.##.2026-cı il tarixli məktubda göstərilmişdir ki, ##.##.2024-cü il tarixində daxil olan 01241000125628 YGB ilə 339OCT4240150001 referensli 9900 avro məbləğində avans ödənişi bank tərəfindən bağlanılmışdır. Azərbaycan Respublikası IXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Beləliklə, hazırki işin materiallarından məlum olur ki, "xxxx" QSC tərəfindən “xxxx” şirkətinin hesabına ##.##.2024-cü il tarixli, G**** nömrəli müqavilə əsasında ödənilən 9900 ABŞ dolları dəyərində məbləğdə avans miqdarına uyğun mallar ölkəyə idxal olunmuşdur. Nəticə olaraq, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, "xxxx" MMC-in əməlində IXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin əlamətləri mövcud olmamışdır. Azərbaycan Respublikası IXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarın ləğv edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda sadalanan hallara qiymət verərək, məhkəmə hesab edir ki, şikayət təmin olunaraq Tovuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli, “xxxx” MMC-nin barəsində Azərbaycan Respublikası IXM-in 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası IXM-in 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs “xxxx” MMC-in direktoru tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Tovuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli 3(5-163) ***/**** nömrəli qərarı şikayətə əsasən ləğv edilsin. “xxxx” MMC-nin əməlində Azərbaycan Respublikası əməlində IXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, barəsində olan iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-7)-244/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-244/2026
20.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver