Məhkəmə qərarları › İş №3(3-7)-245/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-245/2026

20.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-245/2026 20.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi ilə X2 IXM-nin 510.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, ##.##.2026-cı il tarixdə “whatsapp” sosial şəbəkəsində bir neçə şəxsin olduğu qrupda X2 əxlaqsız ifadələr işlətmişdir. Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı (hakim Baxşıyev Qafil) qərarı ilə X2 IXM-nin 510.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. IŞIN HALLARI: Iş materialına əlavə edilmiş sənədlər: ##.##.2026-cı il tarixli raportdan görünür ki, ##.##.2026-cı il tarixdə saat 16-00-da Tovuz rayon, Bozalqanlı kənd sakini X3, DIN-in 102 xidmətinə zəng edərək ***-***-**-** saylı mobil nömrə istifadəçisi Dürdanə adlı şəxsin “whatsapp” sosial şəbəkəsində onu təhqir etməsi barədə məlumat vermişdir. Tovuz rayon polis şöbəsində X2 tərəfindən verilmiş izahatdan görünür ki, X3 ilə hadisənin axşamı günü aralarında baş vermiş mübahisə nəticəsində o, əsəbiləşərək “whatsapp” sosial şəbəkəsində onun və digərlərinin olduğu qrupda Nərgiz və digər şəxslər barəsində nalayiq ifadələr işlətmiş, törətdiyi əməldən peşman deyil. Tovuz rayon polis şöbəsində X3 tərəfindən verilmiş izahatdan görünür ki, 11 nəfərlik işçi qrupu “whatsapp” sosial şəbəkəsində Dürdanə Quliyeva tərəfindən onun barəsində nalayiq ifadələr işlədərək onun şərəf və ləyaqətini alçatmışdır. Tovuz rayon polis şöbəsində X1 tərəfindən verilmiş izahatdan görünür ki, “whatsapp” sosial şəbəkəsi olan işçi qrupuna Dürdanə Quliyeva tərəfindən heç bir əsaslı səbəb olmadan nalayiq ifadələr işlətmişdir. DVD diskdəki video yazılardan görünür ki, X2 tərəfindən “whatsapp” sosial şəbəkəsində bir neçə şəxsin olduğu qrupda əxlaqsız və nalayiq ifadələr işlətmişdir. Protokolu tərtib edən orqan-dən X2 IXM-nin 510.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı material ## #### 2026-cı il tarixdə baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilmişdir. Inzibati xəta haqqında materiala baxan Tovuz Rayon Məhkəməsi yuxarıda qeyd olunan qərarı qəbul etmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Məhkəmənin qeyd edilən qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Dürdanə Quliyeva şikayət verərək Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun tərəfindən yazılmış ifadələr “whatsapp” tətbiqində qapalı qrup daxilində olmuşdur. Həmin qrupda cəmi 11 nəfər iştirak etmiş və yazışmalar ictimai xarakter daşımamışdır. Bu səbəbdən əməl “kütləvi nümayiş“ kimi qiymətləndirilə bilməz. Baş vermiş hadisə şəxsi münasibətlər zəminində yaranmış mübahisə olmuş, ictimai qaydaya qarşı açıq hörmətsizlik niyyəti daşımamışdır. Odur ki, şikayətin təmin edilməsi xahiş edilir. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəmə baxışı iclasında barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Dürdanə Quliyeva şikayətin dəlillərini müdafiə edərək şikayətin məzmununa uyğun çıxış etdi və şikayətin təmin edilməsini xahiş etdi. Əlavə olaraq o, göstərdi ki, tibb bacısı kimi işləyir, boş vaxtlarında işlətdiyi salonda uşaqlar üçün bərbərlik edir, Nərgiz Məmmədova ilə birlikdə həmin salonu işlədirlər, lakin sonradan aralarında iş mübahisəsi yarandığı üçün Nərgiz onun mobil nömrəsinə zəng edərək onun ünvanına nalayiq ifadələr işlətdiyi üçün o da 11 nəfərlik işçi qrupu “whatsapp” sosial şəbəkəsində qarşılıqlı olaraq Nərgizin ünvanına nalayiq ifadələr işlətdiyini təsdiq edir, eyni zamanda hərəkətindən təəssüf hissi keçirir. Himayəsində 1 övladı var. Apellyasiya məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilmiş zərərçəkmiş şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə IXM-in 133.2.4-cü maddəsinə əsasən tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR: IXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Inzibati xəta üzrə işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini tədqiq edərək məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin olunmamalı və Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş materialında olan sənədləri təkrar etməyə zərurət görmədən hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün və qanunidir. Belə ki, iş materialında olan inzibati xəta haqqında protokol, Protokolu tərtib edən orqandə verilmiş izahatlardan və DVD diskdəki video yazılardan, eləcə də Dürdanə Quliyeva tərəfindən apellyasiya məhkəməsi iclasında verdiyi etirafedici izahatdan göründüyü kimi o, “whatsapp” sosial şəbəkəsində bir neçə şəxsin olduğu qrupda əxlaqsız ifadələr işlətmiş, həmin xüsusat eyni zamanda həm zərərçəkmiş şəxs, həm də sonuncu tərəfindən birinci instansiya məhkəməsində verdikləri izahatlardan öz təsdiqini tapmışdır. Yuxarıda göstərilənlərə əsasən şikayətin dəlillərinə qiymət verərək məhkəmə hesab edir ki, həmin dəlillər iş materiallarında olan sənədlərlə təkzib olunan dəlillər olmaqla, şikayətin təmin olunması üçün qanuni əsas kimi qəbul edilə bilməz. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı inzibati işin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, Dürdanə Quliyeva IXM-in 510.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi yuxarıda qeyd olunan sübutlarla öz təsdiqini tapmışdır, istər inzibati xəta haqqında protokol tərtib etmiş orqan, istərsə də işə baxmış birinci instansiya məhkəməsi IXM-in 75-85-ci maddələrinin tələblərinə əməl edərək inzibati xəta törətmiş şəxsin ona istinad olunmuş inzibati xətanı törətməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Qeyd olunanlardan göründüyü kimi birinci instansiya məhkəməsi Dürdanə Quliyevanın təqsirli bilindiyi IXM-in 510.2-ci maddəsinin sanksiyasında müəyyən olunmuş cərimə növündə tənbeh tədbirini tətbiq edərkən sonuncunun törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə almaqla qanuni və əsaslı nəticəyə gəlmişdir. Ona görə də məkhəmə hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası IXM-in 133-136, 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şikayət təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar